Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə65/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   61   62   63   64   65   66   67   68   ...   197

www.vivo-book.com 

 

322 



–  Bu  da  bütün o  axmaq  haqq-hesabın  axırı  –  arvadına 

dedi. 


Bir  saatdan  sonra  Jülyen  elanlar  yapıĢdıran  adamın 

gəlib bu böyük bağlamanı apardığını gördü. Oğlan tez özünü 

bu adamın arxasınca atdı. 

– Bu dəqiqə mən bu sirri öyrənəcəm! 

O  dayanıb,  elan  yapıĢdıran  adamın  elanın  tərs  tərəfini 

qalın fırçayla yapıĢqanlamağını səbirsizliklə gözlədi. O elanı 

yapıĢdırar-yapıĢdırmaz, maraqdan alıĢıb yanan Jülyen elana 

baxdı. Elan neçə gündür ki, ər-arvad arasında söhbəti gedən 

evin satıĢı barədəydi. 

SatıĢ  sabah  saat  ikidə,  Ģəhər  ratuĢasının  yanında  baĢ 

tutmalıydı. ĠĢtirak üçüncü Ģam sönənə qədər mümkün idi. 

Jülyen bərk məyus olmuĢdu, bununla belə, elanın niyə 

hərrac  baĢlayana  yaxın  yapıĢdırılmağı  ona  çox  maraqlıydı. 

Axı  hərracda  iĢtirak  etmək  istəyənlər  bundan  necə  xəbər 

tutacaqdılar? 

Bir də ki, iki həftə bundan əvvəl yazılmıĢ elan ona heç 

nə demədi. Oğlan sözügedən evə baxmağa yollandı. Jülyeni 



www.vivo-book.com 

 

323 



görməyən  dalandar  qonĢuluqda  yaĢayanlardan  birinə  sirli-

sirli deyirdi: 

– Eh, boĢ Ģeydi! Nahaq özünü yorur. Cənab Malon ona 

söz verib ki, bu evi üç yüz franka alacaq. Mer də tərsliyinə 

salıb  –  indi  onu  yepiskopluğa  çağırıblar,  böyük  vikariy 

Frilerin yanına. 

Jülyenin  gəliĢi  dostları  bərk  pərt  elədi,  onlar  daha  bir 

kəlmə də kəsmədilər. 

Jülyen özünü hərraca baxmaqdan saxlaya bilmədi. Güc-

bəlayla  iĢıqlandırılmıĢ  zalda  izdiham  vardı,  hamı  da  bir-

birinə qəribə nəzərlərlə baxırdı. 

Sonra  bütün  nəzərlər  masaya  cəmləndi  –  Jülyen  taxta 

boĢqabda üç balaca, yanmıĢ Ģam qalığı gördü. 

Məhkəmə pristavı qıĢqırdı: 

– Üç yüz frank, cənablar! 

Adamlardan biri yanındakına yavaĢca: 

– Üç yüz frank! Bunların baĢı xarab olub! – dedi. 

Təsadüfən Jülyen onların arasındaydı. 

– Axı bu evin qiyməti səkkiz yüzdən artıqdı! Gəlsənə, 

mən qiyməti qaldırım. 




www.vivo-book.com 

 

324 



–  Axı  sənin  nəyinə  lazımdı?  Cənab  Malonun,  cənab 

Valnonun, yepiskopun, hələ bu böyük vikariy Frilerin, bütün 

bu dəstənin qəzəbinə keçmək xoĢuna gəlir? 

Dostu: 


– Üç yüz iyirmi! – deyə qıĢqırdı. 

– Axmaq! – yanındakı onu danladı – Görmürsən, merin 

casusu da burdadı? – o bunu deyib, baĢıyla Jülyeni göstərdi. 

Jülyen  tez  geri  qanrıldı  ki,  onlarla  haqq-hesabını 

çürütsün, amma iki dost daha ona tərəf baxmırdılar. Onların 

soyuqqanlılığı  oğlana  da  təsir  elədi.  Bu  an  axırıncı  Ģam  da 

söndü  və  məhkəmə  pristavının  sözləri  uzadan  səsi  hamıya 

elan  elədi  ki,  ev  doqquzillik  müddətə,  üç  yüz  otuz  franka 

bələdiyyə dəftərxanasının müdiri cənab Sen-Jiroya verilir. 

Mer zaldan çıxan kimi, söz-söhbət baĢladı. 

Biri deyirdi: 

–  Qrojonun  axmaqlığı  ucbatından  Ģəhər  xəzinəsi  otuz 

frank da qazandı. 

– Amma cənab Sen-Jiro Qrojonun baĢına ağıl qoyar, – 

kimsə  ona  cavab  verdi.  –  O,  bu  otuz  frankı  onun  yadına 

salar! 



www.vivo-book.com 

 

325 



Jülyenin sol tərəfindəki gonbul kiĢi: 

–  Alçaqlığa  bax!  –  dedi.  –  Mən  bu  evə  səkkiz  yüz  də 

sayardım, fabrik eləyərdim, kalan da pul qazanardım. 

Liberallardan olan cavan bir fabrik sahibi ona dedi: 

– Siz nə gözləyirdiniz ki? Axı Sen-Jiro – konqreqasiya 

üzvüdü.  Dörd  uĢağı  var  –  hamısı  da  təqaüd  alır.  Fağırın 

biridi!  Odur  ki,  ona  beĢ  yüz  franklıq  güzəĢt  elədilər. 

Vəssalam. 

Üçüncüsü: 

– ĠĢə baxın ki, – dedi, – bu məsələdə heç merin özü də 

heç  nə  eləyə  bilmədi.  –  Özü  də  royalistin  biridi,  bircə 

oğurluq eləməyi çatmır. 

–  O  oğurluq  eləmir?  –  biri  də  o  yandan  dilləndi.  – 

Bunun kimisi əlini vurmur eee, elə havadaca qapır! Bunların 

kisəsi  eynidi,  il  uzunu  ora  yığırlar,  ilin  axırında  da 

böləcəklər. Baxın, Sorelin oğlu da burdadı, dinməzcə əkilək 

burdan. 

Jülyen evə qanı qara gəldi. Xanım Renal da çox qəmgin 

oturmuĢdu.  

– Hərracdan gəlirsiniz? – o soruĢdu. 




www.vivo-book.com 

 

326 



– Bəli, xanım, özü də məni orda merin casusu bildilər. 

– Ah, kaĢ ki o mənə qulaq asıb, bir müddətliyə harasa 

gedəydi! 

Bu vaxt üzü tutqunlaĢmıĢ cənab Renal içəri girdi. Nahar 

vaxtı heç kim kəlmə də kəsmədi. Cənab Renal Jülyenə əmr 

elədi  ki,  uĢaqları  Verjiyə  qədər  ötürsün;  hamının  qanı 

qaraydı. Xanım Renal ərinə təskinlik verirdi: 

– Dostum, məncə sən buna yavaĢ-yavaĢ öyrəĢməlisən. 

AxĢam  hamı  dinməz-söyləməz  buxarının  yanında 

oturmuĢdu.  Ortadakı  sükutu  ancaq  qaraçöhrə  yarpaqlarının 

xıĢıltısı  pozurdu.  Bəzən  elə  olur  ki,  ən  mehriban  ailələrin 

darıxdırıcı  anları  baĢlayır.  Birdən  oğlanlardan  biri  sevinclə 

qıĢqırdı: 

– Zəng! Zəng çalınır! 

Cənab Renal: 

–  Lənət  Ģeytana!  Əgər  cənab  Sen-Jiro  təĢəkkür  adıyla 

məni  bezdirməyə  gəlibsə,  ona  ağzıma  gələni  deyəcəm!  Bu 

lap ağ oldu ki! Ona bu yaxĢılığı cənab Valno eləyib, mənisə 

ancaq  oyuna  çəkiblər.  Birdən  o  lənətə  gəlmiĢ  yakobinçi 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə