Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə66/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   62   63   64   65   66   67   68   69   ...   197

www.vivo-book.com 

 

327 



qəzetlərdən biri bu məsələni eĢidib, məni məsxərəyə qoysa, 

nə olacaq? – deyə donquldandı. 

Xidmətçi  qapını  açdı,  otağa  gur  qara  birçəkləri  olan 

yaraĢıqlı bir cənab daxil oldu. 

–  Cənab  mer,  mən  senyor  Ceronimoyam.  Bu  məktubu 

sizə neapolitan səfirliyinin ataĢesi, kavaler Bovezi göndərib. 

O, bu məktubu mənə doqquz gün əvvəl, səfərə çıxdığım gün 

verib. 


Ceronimo xanım Renala baxa-baxa gülümsədi: 

–  Senyor  Bovezi,  sizin  əmioğlunuz  və  mənim  yaxın 

dostumdur,  xanım  və  o  deyirdi  ki,  siz  italyanca  danıĢa 

bilirsiniz. 

Neapolitanlı Ģən cənab axĢamın darıxdırıcı ovqatına bir 

dirilik  gətirdi.  Xanım  Renal  onu  mütləq  Ģam  yeməyinə 

qonaq  eləmək  fikrinə  düĢdü.  O,  bütün  evi  ayağa  qaldırdı, 

qadın istəyirdi ki, Jülyen bu gün casus yerinə qoyulduğunu 

yadından çıxartsın. 

MəĢhur müğənni, əsl elita adamı olan senyor Ceronimo, 

olduqca  Ģən,  həyatsevər  biriydi  –  bu  gün  Fransada  ali 



www.vivo-book.com 

 

328 



təbəqədən olan adamın belə keyfiyyətlərə sahib olması çətin 

məsələdi. 

ġam  yeməyindən  sonra  o  xanım  Renalla  qısa  bir  duet 

oxudu,  sonra  evdəkiləri  müxtəlif  söhbətlərlə  əyləndirməyə 

baĢladı.  Saat  bir  tamam  olanda,  Jülyen  uĢaqları  yatmağa 

göndərdi  –  onlar  narazı  halda  ah  çəkdilər.  Oğlanlardan 

böyüyü: 

– Nə olar, axırıncı söhbətə də qulaq asaq... – dedi. 

–  Bu  söhbət,  balaca  senyor,  mənim  barəmdədir,  – 

senyor  Ceronimo  dedi.  –  Səkkiz  il  əvvəl,  mən  sizin  kimi 

məktəbli 

olanda, 


Neapolitan 

konservatoriyasında 

oxuyurdum...  Demək  istəyirəm  ki,  mən  də  elə  siz  yaĢda 

idim,  amma  bəxtimə  Veryer  kimi  gözəl  Ģəhərin  adlı-sanlı 

merinin ailəsində doğulmaq düĢməmiĢdi. 

Bu  sözləri  eĢidəndə  cənab  Renal  dərindən  ah  çəkib, 

arvadına baxdı. 

–  Senyor  Dzinqarelli,  –  ləhcəsini  daha  da  artırmaqla 

uĢaqları  gülməkdən  öldürən  cavan  müğənni  söhbətinə 

davam  elədi  –  mənim  senyor  Dzinqarellim  olduqca  sərt 

müəllim  idi.  Konservatoriyada  hamının  ondan  zəhləsi 



www.vivo-book.com 

 

329 



gedirdi, o isə istəyirdi ki, biz özümüzü ondan ötrü ürəyimiz 

gedirmiĢ  kimi  göstərək.  Mən  tez-tez  sakitcə  qaçıb  aradan 

çıxırdım.  Balaca  San-Karlino  teatrına  qaçır,  orada  ilahi 

musiqilərə  qulaq  asırdım.  Amma  ilahi,  giriĢ  bileti  üçün 

lazım olan o səkkiz su pulu tapmaq elə çətin idi ki! Mənim 

üçün bu çox böyük pul idi! 

O  bunu  deyib,  uĢaqlara  baxdı.  UĢaqlar  gülməkdən 

uğunurdular. 

– Bir dəfə necə oldusa, senyor Covannone, San-Karlino 

teatrının direktoru  mənim  oxumağımı  eĢitdi.  O vaxt  on  altı 

yaĢım  vardı.  O  mənə  dedi:  “bu oğlan  əsl xəzinədir”.  Sonra 

soruĢdu: 

– QəĢəng oğlan, istəyirsən, səni yanıma iĢə götürüm? 

–  Siz  mənə  nə  qədər  maaĢ  verəcəksiniz?  –  deyə 

soruĢdum. 

– Ayda qırx dukat. 

– Ġlahi, axı bu məbləğ düz yüz altmıĢ frank eləyirdi! Elə 

bildim, cənnətin qapıları üzümə açılıb. 

Covannoneyə dedim: 



www.vivo-book.com 

 

330 



–  Əlbəttə,  iĢləyərəm.  Amma  bizim  senyor  Dzinqarelli 

çox sərt adamdır, o məni buraxmaya bilər. 

O: 

– Lascia fare a me. – dedi. 



Oğlanlardan böyüyü: 

–  Bunu  mənim  öhdəmə  buraxın,  –  deyə  qıĢqıraraq 

tərcümə elədi. 

–  Tamamilə  doğrudur,  gənc  senyor.  Həə,  senyor 

Covannone dedi: “Saqo

35

, bu müqaviləyə qol çək”. Mən qol 



çəkdim.  O  da  elə  ordaca  çıxarıb  mənə  üç  dukat  verdi. 

Ömrümdə hələ bu qədər pulum olmamıĢdı. Sonra mənə necə 

iĢləməli olduğumu baĢa saldı. 

Səhəri  gün  mən  o  qəddar  senyora  Dzinqarelliylə 

görüĢmək  istədim.  Onun  qoca  xidmətçisi  məni  senyorun 

otağına apardı. 

Senyor Dzinqarelli məndən soruĢdu: 

– Allahın səfili, de görüm sənə nə lazımdı? 

                                                 

35

 Əziz (italyanca) 




www.vivo-book.com 

 

331 



–  Maestro!  –  dedim.  –  Gəldim  ki,  günahlarıma  görə 

sizdən  üzr  istəyim.  Mən  daha  heç  vaxt  konservatoriyadan 

qaçmayacam,  hasarı  aĢıb  keçməyəcəm.  Bundan  sonra  mən 

dərsə ikiqat can yandıracam. 

–  Əgər  səndə  olan  o  bənzərsiz  bas  səsi  məhv  eləmək 

qorxusu olmasaydı, mən səni bir otağa salıb, yavan çörəklə 

sudan  baĢqa  heç  nə  verməzdim.  Düz  iki  həftə  səni  belə 

saxlayardım, yaramazın biri yaramaz! 

–  Maestro,  –  təzədən  sözə  baĢladım,  –  bundan  sonra 

mən  konservatoriyada  oxuyan  uĢaqların  ən  yaxĢısı 

olacağam, credete a me

36

. Amma sizdən bir ricam var: əgər 



kimsə  gəlib  sizdən  xahiĢ  eləsə  ki,  məni  hansısa  səhnədə 

oxumağa  göndərəsiniz,  xahiĢ  eləyirəm,  icazə  verməyin. 

Yalvarıram, deyin ki, məni buraxmayacaqsız! 

–  Axı  sənin  kimi  vecsizin  birini  kim  istəyər?  Məgər 

mən  sənə  konservatoriyadan  getməyə  icazə  verərəm?  Dur, 

rədd  ol  buradan!  –  bunu  deyib,  arxama  bir  təpik  iliĢdirmək 

istədi. – Elə eləmə ki, səni yavan çörəklə suya oturdum! 

                                                 

36

Mənə inanın(italyanca) 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə