Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə69/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   65   66   67   68   69   70   71   72   ...   197

www.vivo-book.com 

 

342 



inandırdı  ki,  Valnoyla  mümkün  qədər  dostyana  münasibət 

saxlayıb,  Elizanı  da  təzədən  iĢə  götürsün.  Onun  bütün 

bədbəxtliklərinə  səbəb  olan  o  qızı  təzədən  evində  görməyə 

qərar  vermək  üçün  xanım  Renal  bütün  iradəsini  toplamalı 

oldu. Bu fikri onun beyninə Jülyen salmıĢdı. 

ġəhər  əhalisi  üç-dörd  dəfə  cənab  Renalın  baĢına  ağıl 

qoyandan sonra o özü üçün pul anlamında ağrılı bir nəticəyə 

gəlmiĢdi ki, bu  dəqiqə, söz-söhbət və Ģayiələrin belə qızğın 

çağında  Jülyenin  cənab  Valnonun  uĢaqlarına  mürəbbilik 

eləməyə razılıq verməsindən pis heç nə ola bilməz. Əlbəttə, 

Jülyen direktorun belə sərfəli təklifini qəbul etmək imkanını 

əldən  verməz.  Amma  bu  məsələdə  cənab  Renalın  qalib 

görünməsi üçün Jülyenin Veryerdən köçüb, Bezansonda, ya 

da  məsələn,  Dijondakı  seminariyalardan  birində  oxuması 

vacibdir.  Amma  iki  məsələ  var.  Bir:  onu  buna  necə  razı 

salmalı?  Ġki:  o,  seminariyada  hansı  pulla  oxuyub, 

yaĢayacaq? 

Ortada  pul  məsələsində  bir  fədakarlıq  eləməyin 

vacibliyini  görən  cənab  Renal  arvadından  daha  çox  əzab 

çəkirdi.  Xanım  Renal  əriylə  söhbətdən  sonra  özünü  qəti 




www.vivo-book.com 

 

343 



qərar  verib,  ölümcül  zəhər  içən,  amma  hələ  ölməyən  güclü 

adam  kimi  hiss  eləyirdi.  Yəni  artıq  inersiyayla  yaĢayırdı  – 

onu daha heç nə maraqlandırmırdı. On dördüncü Lüdovik də 

öləndə belə demiĢdi: “Mən kral olanda...” 

MöhtəĢəm ifadədir! 

Sabah, səhərin gözü açılmamıĢ cənab Renal imzasız bir 

məktub  aldı.  Bu  dəfə  məktubun  məzmunu  olduqca 

təhqiramiz  idi.  Hər  sətirdə  cənab  Renalın  vəziyyəti  ələ 

salınırdı. ġübhəsiz, bu məktub onun paxıllığını çəkən, dərisi 

beĢ qəpiyə dəyməyən hansısa yaramazın iĢiydi. Bu məktub 

onu  cənab  Valnoyla  duelə  çıxmağa  səslədi.  O  elə  cəsarətə 

gəldi  ki,  məsələni  təxirə  salmaq  istəmədi.  Evdən  çıxıb, 

təkbaĢına  silah  dükanına  getdi,  iki  dənə  tapança  alıb,  içini 

doldurdu. 

– Yox, doğrudan da, – o düĢünürdü – təsəvvür edək ki, 

imperator Napoleonun sərt vaxtları təzədən qayıdıb. Mənim 

vicdanım tərtəmizdir – bircə qəpik də oğurlamamıĢam. Mən 

ancaq  müəyyən  məsələlərə  göz  yummuĢam.  Amma 

masamın  siyirməsində  olan  bəzi  sənədlər  məni  bu  iĢdə  də 

təmizə çıxara bilər. 




www.vivo-book.com 

 

344 



Ərinin  belə  soyuq  qəzəbi  xanım  Renalı  qorxutdu.  Dul 

qalmağın dəhĢətli qorxusunu özündən qovmaq olduqca çətin 

idi.  O  düz  iki  saat  ərinin  kabinetində  dayanıb,  onu  dilə 

tutmağa çalıĢdı, amma bu danıĢıqlar heç bir nəticə vermədi. 

Axırıncı imzasız məktub cənab Renalı əməlli-baĢlı özündən 

çıxartmıĢdı. O qəti qərara gəlmiĢdi. 

Nəhayət,  qadın  istədiyinə  nail  oldu:  əri  gedib  cənab 

Valnoyla duelə çıxmaqdansa, Jülyenə seminariyanın haqqını 

– altı yüz frank təklif eləsin. Cənab Renal bu oğlanı mürəbbi 

götürdüyü günə o qədər lənət yağdırdı ki, imzasız məktub da 

yadından çıxdı. 

Ona  təsəlli  verən  bircə  məsələ  vardı  –  bu  gəncin 

romantik xislətindən istifadə edərək daha az məbləğdə cənab 

Valnonun təklifindən imtina etməyə razı salsın. 

Xanım  Renalın  Jülyeni  ərinin  verdiyi  o  altı  yüz  frankı 

almağa razı salmağı uzun çəkdi – oğlana bu pulu ona cənab 

Valnonun  səkkiz  yüz  franklıq  təklifini  qəbul  etməyib 

onlarda qaldığı üçün ödədiklərini desələr də, oğlanın inadını 

sındırmaq çətin oldu. 



www.vivo-book.com 

 

345 



– Axı mən o təklifi qəbul etmək barədə düĢünmürdüm, 

– Jülyen inadla deyirdi. – Siz məni ləyaqətli evdə yaĢamağa 

elə  alıĢdırmısınız  ki,  mən  heç  vaxt  o  nadanların  evində 

yaĢaya bilməzdim. 

Amma  ehtiyacın  dəmir  əli  oğlanın  iradəsini  sındırdı. 

Jülyen bu təklifi bircə Ģərtlə qəbul elədi – pulu merdən borc 

alır,  sənəd  imzalayır  və  bu  məbləği  beĢ  il  müddətində  ona 

geri qaytarmaq öhdəliyini öz üzərinə götürür. 

Xanım  Renalın  hələ  dağlardakı  mağarada  gizlədilmiĢ 

sandıqçada  bir  neçə  min  frankı  vardı.  Jülyenin  qəbul 

etməyəcəyi  və  buna  görə  qəzəblənəcəyindən  qorxa-qorxa  o 

bu pulu oğlana təklif elədi. 

–  Yəni  siz  istəyirsiniz  ki,  sevgimizi  belə  murdar 

Ģeylərlə xatırlayım? – Jülyenin cavabı bu oldu. 

Axır ki, Jülyen getdi. Cənab Renal olduqca xoĢbəxt idi. 

Çünki o, pul təklif eləyəndə oğlan qəti Ģəkildə imtina elədi. 

Cənab  Renal  gözləri  yaĢarmıĢ  halda  oğlanın  boynunu 

qucaqladı.  Jülyen  ondan  xahiĢ  elədi  ki,  onun  üçün 

xasiyyətnamə 

yazsın.  HəyəcanlanmıĢ  mer  oğlanın 

keyfiyyətlərini təsvir etmək üçün gözəl sözlər tapa bilmirdi. 



www.vivo-book.com 

 

346 



Qəhrəmanımızın  ehtiyatda  beĢ  luidoru  vardı,  elə  bu 

qədərini də dostu Fukedən borc almağa hazırlaĢırdı. 

O  çox  həyəcanlıydı.  Bütün  sevdiklərini  buraxdığı 

Veryerdən  bircə  ley  aralanmıĢdı  ki,  onu  qarĢıda  gözləyən 

xoĢbəxtlik – böyük Ģəhər və Bezanson kimi qalanı görəcəyi 

barədə düĢünürdü. 

Bu  üçgünlük  ayrılıq  ərəfəsində  xanım  Renal  özünü 

sevginin ən qəddar yalanlarından birinə inandıraraq kor kimi 

yaĢayırdı.  Onun  həyatı hələ  xoĢ keçirdi,  çünki  hələ  qarĢıda 

Jülyenlə görüĢmək ümidi vardı. Xanım Renal o günə qədər 

saatları, dəqiqələri sayırdı. 

Axır  ki,  üç  gündən  sonra  o,  Jülyenin  gəliĢini  bildirən 

Ģərti iĢarəni eĢitdi. Min bir təhlükədən keçərək Jülyen onun 

yanına gəlmiĢdi. 

Bu dəqiqədən etibarən o bircə Ģey barədə düĢünməliydi: 

mən onu son dəfə görürəm! 

O nəinki sevgilisinin çılğın əzizləmələrinə soyuq cavab 

verirdi,  qadın  əməlli-baĢlı  ölüydü.  Jülyenə  onu  sevdiyini 

deyəndə, bu onda elə gərgin alındı ki, bu etirafı eĢidən adam 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə