Sumqayıt Dövlət Universiteti Azərbaycan dili və dilçilik kafedrası Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası



Yüklə 36,14 Kb.
Pdf görüntüsü
səhifə53/67
tarix29.05.2018
ölçüsü36,14 Kb.
#46662
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

Sum  qalmaq  (is.)  -   tamamilə,  lap  yorulmaq.  -   Uşax  böüıı 
qouna getmişdi,  gəlif sum qalıf  hələ də yatır.
Sum  tüşməx (f.) -  yorulmaq. -  Nəvəm toyda oxartana oynuyuf 
kin,  gecədən sum tüşüf.
Sur  (is.)  -  hökm,  ixtiyar,  imkan.  -  Allah  suru  ona  verif,  dərdi
bizə...
Sur  vermək  (f.)  -   imkan  vermək.  -   Allah  erməniyə  heç  sur 
verməsin, nə qannar töx'dü.
Surfa/Zsüfrə  (is.)  -  stol  örtüyü.  -   Getmişdim  İlannıya  Bəhlul 
kişi bizə surfa saldı.
Suya  tüşməx  (f.)  -   çimmək.  -   Gedim  əvə,  suya tüşəcəm,  arvat 
su qızdınf. 
.
Suyu  axmaq  (f.) -  tamah  salmaq.  -  O,  əvi  tikilmiş  Haşxalıl  da 
nə görsə, uşax kimi suyu axır.
1.  Suyux (sif.) -  hər şeyə tamah salan,  acgöz.  -  Naxaıtan  desən 
suyux adamdı, Qara kişi.
2.  Suyux (sif.) -  iradəsiz. -  Dözümsüz adama da suyux deilər.
Suya  çəkməx'  (f.)  -   yuyulmuş  paltarı  axırıncı  dəfə  su  ilə
yaxalamaq. -  Arvatdar  çaym qırağmda paltan suya çəkillər.
Südəcər  (sif.)  -   doqquz  aydan  bir  doğulan  uşaalar.  -   Tükaz 
xalamn  10 uşağı var hamisı  da südəcər oluflar.
Süddü  çəx'məcə  (is.)  -  Təndirdə  süd  və  yamıa  ilə  bişirilən 
çəkməcə. -  Süddü çəx'məcəni qışda yellər.
Sülü  (is.)  — uzun  mil.  -   Tükazban  xala,  anam  sülünü  istiyir. 
basdıx toxııacax.
Sülüx' (is.) -  zəli.  -   Sülüx bulanmx  sularda  olor,  orda çiməııdə 
görürsən kin, qıçına yapışıf.
Sülənməx'  (m.)  -   avara  dolanmaq.  -   Gənə  melisələr  nə 
sülənillər kəntdə.
Süləx' (sif.) -  gəzəyən. -  Süləx'  uşağın da axn pis olur.
Sümsü (is.) -  tütək. -  Uşax vaxtı pütün uşaxlar qarğıdan siimsü 
düzəldif çalıllar.
Sümsünməx'  —  sırtıq,  qapılan  gəzən.  -   Qapıya  anaxdar  vuruf 
harda sümsünür, görən Güllü.
Sümbə  ('is.)  -   sobanın  külünü  qurdalamaq  üçün  işlədilən  ucu 
əyn  şiş.  —  Kömür  sevəsini  sümbəynən  qurdalamasan,  yanmer  (X., 
B.).
Sümsüx'  (is.)  -   gəzən  adam.  -  Sümsüx'  it  kimi  tapbaq  olmur 
Məsimi əvdə.
Süm sübum n  (sif.)  -   uzunburun.  -   Sümsüburun  Nağı  gənə  nə 
axdanrdı qənsələrdə.
Süpürgə  (is.)  -  kötücədən  sonra  gəJən  uşaq.  -   Süpürgəni  hər 
adam görəmmir ha,  mində bir adam görür.
1.  Sürə  (q.)  -   tərəf.  -   Kəndə  sürə  bir  atdı  çapır,  hələ 
tanıyammıram.
2.  Sürə  (z.) -  müddət. -  Bir  sürə  Kəhliyi  görəmmədim, harda 
itif batıf.
Sürüngəl  (is.)  -   kotamn  hissəsi.  -   Kotanın  sürüngəli  qınlıf, 
dəmirçidə düzəldillər (Qar.).
Sürəx'  (is.)  -   at  yanşı,  cıdır.  -   Gənə  öyün  Yəvərnən  Alpaşa 
sürəyə çıxmışdılar (B.).
Sürəx'çi  (is.)  -  at yanşının  iştirakçısı.  -  Sürəx'çilər  sıralandılar 
üzübəri.
Sürütdəməx'  (f.)  — özünə  götürmək,  mənimsəmək,  aparmaq,- 
Məxtəvin  direxduru  işdən  çıxanda  supurduyuf  hər  şeyi  apanx 
əvinə.
Sürütdəmə  (is.)  -   köhnə  ayaqqabı.  -   Əvdə  hərənin  bir 
sürütdəməsi var,  əvdə-eşikdə əyağımıza taxmx.
1.  Siirmə  (is.)  -  taxıl  xəstəliyi.  -  Yağışdıx  olanda  binəli  taxıla 
sürmə xəstəüyi tüşür.
2.  Sürmə  -  cəfitə.  -  Qapmın  sürməsi qırılıf,  heş  kimin də xavan 
yoxdu.
1.  Sürməx'  (f.)  -   sürgün  etmək.  -   Bavamgili  Qazağıstana 
sürüflərmiş müharibədən əvəl (S).
2.  Sürm əx’  (f.)  -   heyvamn  cinsi  əlaqədə  olması.  -   Buğa  inəyi
sürdü.
Sürçütməx  (f.)  -   sürüşdürmək.  -   O  karanm  başını  tufardan 
siirçüt buana, düz olsun.


Sürtüx  (sif.) -  abırsız,  həyasız.  -  Çox  sürtüx'  arvaddır Şabanm  
arvadı Tükaz.
1.  Sütül  (is.)  -   dənələnmiş  buğda  sünbüllərmin  o d d a 
bişirilməsi. -  Buğdanm sütülü şirin olur.
2.  Sütüi (sif.) -  cavan. -  Yadımdadı,  o vaxıt siitül bir oğlanıydı 
bu Miseyif.
Sürçəx'  (sif.)  -   sürüşkən.  -   Yoxuşa  uşaxlar  su  töküf  sürçəx’ 
ediflər.
Süysün  (is.)  -   boynun  dalı,  peysər.  -   Bayramm  süysünü 
dönmür. əmə ağır işdəri arvadı görür (GüL, Ox.).
Süyüllənməx  (f.)  -   veyil-veyil  gəzmək.  -   Ə,  bu  Cənnətin  işi 
yoxdumu, axşamatan süyüllənir, kəndin arasmda.
Süzülməx’ (f.) -  paltann  sürtülərəx  cmlması.  -  Baldonun  stəyi 
süzülüf tamam.
- Ş -
Şadara  (is.)  -   taxıhn  sar-samamnı  əliyib  çxxarmaq  üçün 
işlədilən  və  iri  gözləri  olan  əl  aləti.  -   Xırmandakı  taxıh  iikinəm 
şadara  ilə  əliyillər.  Sadara  hibrid  sözdür:  (şad  -   çox  (farsca)  +  ara 
(türkcə). 
e
Şadara-şadara  (z.)  -   deşik-deşik.  -   Köyııəyin  ətəyi  şadara- 
şadara oluf.
1.  Şahad  (is.)  -   dəyirmanda  taxıl  üyüdənin  ödədiyi  pul.  -  
Dərmana on beş manat şahad pulu ödədim.
2.  Şahad  (is.)  -   şahid.  -   Navrızın  oğlu  Müslüm  melisədə 
ambardara şahad oluf.
1.  Şax  (is.)  -   toydan  qabaq  qız  və  ya  oğlan  evinə  apanlan 
şimiyyat. -  Şaxa ağaşdan bir neçə qol düzıldülər,  söram da şimiynən 
bəzəyillər.
2. Şax (is.) -  asma tərəzi. -  Şaxm qolu qınlıf,  düz çəkmir.
Şakqanax  (is.)  -   qaqqıldayıb  gülmək.  -   Onu  eşidəndə  bi
şakqanax çəkdi, gəl görəsən.
Şakırramax  (f.)  —  qaynamaq.  -   ƏIli  olginən,  su  şakqımyxf, 
qazanı qxrağa qo.
Şakqıldax  (is.)  -   qoyunun  quyruğu  və  yançağxna  yapxşan 
qurumuş  peyin  (təqlidi  sözdür).  -   Şakqıldağı  çox  ucuz  qiymətə 
alıllar.
Şakqarramax  (f.)  -   bərk  döymək.  -   Atası  oğlunu  şakqarradı 
məx'təfdən qaşdığxna.
Şalğam  (is.) -  turp. -  Şalğam qara torpaxda yaxşı pitir.
Şalax  (sif.)  -   yetişməmiş  mer-meyvə.  -   Yaz  oldumu  şalax- 
şulaxı daşıy ıllar arannan dağa.
Şamo  (is.) -   erkək  keçi.  -   Şamo  həmməşə  sürünün  qavağmda
gedir.
Şamarta  (is.)  -   səs.  -   Nəvələrim  bir  şamarta  salıllar  kin,  əv 
yerindən oynuyur.
Şana  (is.) -  ağac yaba. -  Xırmanda taxılı şanaynan sovurullar
Şellənməx  (f.)  -  k ef edib  dolaşmax.  -  Əzimin  oğlu  axşamatan 
bu arada şellənir.
Şen  (s.)  -   çox.  -   Ağbaba  yaxınlığmda  Arpaşen  və  Buğdaşen 
kətdəri oluf (A.).
Şen  olsun  -  həmişə  evdə  var-dövlət  olsun,  şənlik  olsun.  -   Ay 
Qaraş, əvin şen olsuıı, biz getdix'.
Şennəndirməx'  (f.)  -   abadlaşdırmaq.  -   Allahqulu  kişi 
Gəncədəki həyət-bacasını şennəndirif.
Şennix' -  camaat,  yığınaq,  toplum. -  A bala,  a Gözəl,  gə buıya, 
orya toplanan o şennix nədi belə (T.).
OnamcLStıkada  şenlik  həm  də  ad  kimi  işlənir.  Bütün  Qafqaz, 
İran  və  Türkiyədə  çox  məşhur  olan  ulu  ozanlardan  biri  Aşıq  Şenlik 
olmuşdur.  Qarsm  Suqara  köyündə  yaşamış,  1912-ci  ildə  vəfat 
etmişdir.  0 , gərayhsınm birində belə deyir:
Səfıl  Şenlik ağlar,  gülməz 
Naxələflər dostu bilməz.
Fani dünya sana qalmaz 
Altun verib alasan da.
Şennix'li  (sif.)  -   həmişə  qonaq-qarah,  yığnaqlı.  -  Şennix'li 
əvdən heş vaxt bərəkət əysix' olmaz.
Şennətməx  -   bir  yerə  yığılmaq,  abad  etmək.  -   O  vaxtdanm 
erməni qırğmınnan qaçan adamlar geri qayıdıf kətdərini şennətdilər.


Yüklə 36,14 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə