Sumqayıt Dövlət Universiteti Azərbaycan dili və dilçilik kafedrası Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası



Yüklə 36,14 Kb.
Pdf görüntüsü
səhifə54/67
tarix29.05.2018
ölçüsü36,14 Kb.
#46662
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

Şeş (sif.) -  dik. -  Atdığım aşıx şeş dumr rnüdaın.
Belə  bir  atalar  sözü  də  var:  -  Nərd  oynuyan  neyləsin  ki, 
vaxtmda bir şeş də vermir.
Şeşələnməx’  (f.)  -   özünü  yüksək  tutmaq.  -   A  bala,  uşağın 
üstiinə nə şeşələnirsən, o sənin tamdı bəyəm?
Şeşmərrənməx'-  kiminsə üstünə kişilənmək. -  Ə,  a bala,  maga 
nə şeşmərrənirsən, get atana şeşmərrən.
Şeşə  (sif.)  -   dik.  -   Məhərrəm  əmmin  3  şeşəbuynuz  inəvi 
vanvdı.
Şəlit/Zşələ  (is.)  -   arxada  apanlan  >ük,  bağlama.  -   Qomuıar  üş 
şələ ot yedi;  Otu şəlitnən daşımaq çox ağır işdi (İ.).
Şeytannıx -  xəbərçilik. araqanşdıran.  -  Şeytannıx piş  jşdi,  əmə 
elə adamlar da olur.
Şeytannıx  eləməx'  (f.)  -   xəbərçilik  etmək.  -   İrayonnan 
ispalkom  adam lan  ilə  gəlmişdi,  İmran  kişi  xəlvətə  salıf sədri  onnara 
şeytannadı.
Şəhrə  (is.)  -  ərimiş  yağın  üzərinə  yığılmiş  şirəsi.  -   Mayıs 
yağını əridəndə san şəhrəsi üstə çıxır.
1.  Şəltə  (is.)  -   yorğan-döşək.  -  Dəsən  müdüriin  şəltəsini 
maşına yüx'lüyüllər.
2.  Şəltə  (is.) -  həyasız. -  Şəltənin biri gəlif maııa ağıl qour.
Şəlpə  (sif.)  -  iri  qulaq.  -  Bir  şəlpə  qulax  inəyi  vanydı  Xıdınn,
çox süd verirdi.
Şərtgi  (is.)  -  balaca  it.  -  Usufun  səngisi  gecələri  də  dincəlmir, 
elə hürüyür.
Şəpə  (is.)  -  boranın  yaratdığı  qar  təpəsi.  -   Məhtəvin  yoluna 
boran şəpə yığıf, balacalar gedəmmillər (D.).
Şərcil  (sif.)  -   şəratan.  nahaqdan  dava-dalaş  salan.  -   Şərcil 
adamnan hökumət də qoncur.
ŞərxataZ/şarxata  (sif.)  -   nadinc,  dəcəl.  -   Çox  şər-xata  uşaxdır 
bu Həşim duruf dincəlmir.
Şərqovuşan  (z.)  -   qaranlıq  düşən  vaxt.  -   Şərqovuşanda 
qonaxlar gəlif çıxdı.
Şərit (is.) -  şələ,  yük.  -  Gördüm,  qarannıxda  budu,  ot  şəriti  də 
dalında Xudaverdi qanalm içinnən çıxdı.
Şəritdəməx' (f.) -  bağlamaq. -  Ziveydə uşağım dalma şəritdiyif 
təzəvi zincirriyir.
>Şətəl  törətməx'  (f.)  -   xəta  törətmək.  -   K or  Mebbah  dayanıf 
orda,  getməx' istəmir,  işimizə şətəl törədir.
Şətəl  (sif.)  -   xatakar.  -   Şətəl  uşaxlar  qapıyı  Dilbar  arvadın 
üstünə bağhyıf gediflər.
Şətəl  kəsilməx'  (f.)  -  mane  olmaq,  xəta  törətmək.  -  İndi  də  bu 
mexanix' gəlif bizə şətəl kəsilif.
Şətə  (is.)  -   yerdən  qazıyıb  pencər  çıxarmaq  üçün  işlədilən 
dəmir alət. -  Şətənin uju kəsərri olmasa,  qımı yığılmaz.
Şəvədə  (is.)  -   məsxərə,  rişxənd.  - 
Öün  uşaxlar  quluf 
müdürünü şəvədiyə qouflar.
Şıdırğı  (z.) -  araverməyən.  -Bu  həftələrim  şıdırğı yağışdar  çox
yağdı.
Şınqroy  qoşmaq  (f.)  -   kiminsə  dalınca  maraqlı  söz-söhbət 
qoşmaq.  -   İndi  də  bu  təzə  işdiyən  kitubxana  müdürinə  şmqroy 
qoşuflar.
Şınqroylu  (sif.) -  zınqrovlu, bərli-bəzəkli. -  Bir şmqroylu gəlin 
gəlmişdi doxdura.
Şırtıx  (sif.) -  şən,  deyib-gülən.  -  Şırtıx adanıa nə var,  nə  desən, 
vecinə qoymuyajax.
Şırat  (is.)  -   qaymağı  süd  maşmı  ilə  çəkilmış  üzsüz  süd.  -  
Şırata  bir  əz  üzdü  süd  qatıf iizsüz pendir,  ya  da  kin  çəçil  düzəldillər 
(A-).
1.  Şırvanmax  (f.)  -   yaltaqlanmaq.  -   Birqadir  Taryel  iraykoma 
yaman şırvamrdı.
2.  Şırvanmax  (f.)  -   itin  sahibinə  yaltaqlanması.  -   İt  səsinnən 
yeyəsini tanıyıf hüryə-hüryə ona sarı şırvaııdı.
ŞırnaxZZşırran  (is.)  -   şəlalə,  qıjov.  -   Uşaxlar  şırranda  çimellər
(£•)•
Şıvırtdax  (sif.) -  uzun,  anq  -  Şıvırtdax bir kişiydi Məhəmməd, 
əmə hayıf irəhmətə getdi.
Şikat-şəfkə  (is.)  -  şikayət.  -   O  vədə  Maskvıya  kətdən  şikat- 
şəfkə çox olardı.


Şikil  (is.)  -   şəkil.  -   Qolxoz  quruluşunııan  əvəl  şəhərdə  şikil 
çəkdirmişdim, hələ qaiır. İndiki çəkilən şəkillər tez xarav olur (S.).
Şilə (is.) -  yarma aşı. -  Siləni kışda çox pişirillər.
Şil  aşı  (is.)  -   yarma,  yağ,  soğan  (ət  də  oia  bilər)  qanşığından 
bişirilən duru aş. -  Nənəm gənə şilası pişirmişdi.
Şilxor (sif.) -  anq at. -  Əmimin bir şilxor atı vanvdı. sən deyən 
bir işə də yaramırdı.
1.  Şiltiyini atmax  (f.) -  döymək.  -  Atası  Sərdərin  şiltiyini  atdı, 
ııənəsinin üzünə durduğuna.
2.  Şiltiyini  atmax  (f.)  -   cmlmaq.  -   Yorğaııxn  şiltiyini  uşaxlar 
atıflar.
Şimşət//şümşat  (sif.)  — sürüşkən,  hamar.  -   Bulağm  yolu  d o tıu f 
şimşət kimi oluf, adamın ayağı sürçüx'lüyüı.
Şin  (is.) -  araba təkərinin çevrəsinə çəkiiən dairəvi qalm dəm ir.
-  Haravanm təkəriımən şin çıxdı, ərnə təkər dağılmadı.
Şingilim  (is.)  —  mazax.  -   Toy  darmnın  bir  tərəfində  uşaxlar 
şingilim təpillər.
Şinəməx’ (f.)  — təkərə  şin  çəkmək.  -   Dəmirçi  Abbas  təkərə  şin 
çəx’dı (Gül.).
Şirrət  (sif.)  -   həyasız,  dalaşqan.  -   ŞiitəI  adam  heş  şeydən 
utaxumr.
1.  Şirə  (is.)  -   evin  suvağma  çəkılən  gilli  horra.  -   Əvə  şırə 
çəkiləndə havalı olur.
2.  Şirə  (is.)  -   payızın  sonunda  zəif  aıı  kötüklərinə  verilən 
şərbət. -  Dört kötüyə şirə verdim (G.).
Şitəngi  (sif)  -   öcəşkən  uşaq.  -  Qardaşım  çox  şitəndi  olduğuna 
müəllim onu həmməşə dannıyırdı.
Şitix' (sif.) -  dəcəl.  - Şitix' uşaxdan harnı xoşdanmır.
Şişkin  (sif)  -   lovğa,  eqoist.  -  Nurunun  Bakıda  oxuyan  oğlunu 
gördüm, şişkinin biridi, tay-tuşdanna yuxandan aşşağı baxır,
Şivərək  (sif)  -   nazik.  -   Əsgəmx'dən  qavax  bir  şivərəx' 
uşağıydı Qurvan,  indi yekəiənif,  həm də  cannanıf.
Şivil  (sif.) -  uzun.  -  Təpəköylü  Şivil  Mikeyilin  4  oğlu  vanydı, 
üçü nemesin  davasmnan qayxtmadı.
Ağbaba  və  Qarsda  Şivilər adlı  eyni  tayfa  var.  “Qars  tarixi”ndə 
göstərilir  ki,  Türkiyədə  şivillərdən  bir  neçə  millət  vəkili  olub. 
Təpəköydə həm in tayfaya Şivilov formasında familiya yazılmışdır.
Şortu  (s if)  -   həyasız.  -   Bir  şortunun  biri  irayonnan  gəlmişdi, 
guva şenniyə dava-dərm an öyıədirdi.
Şorlamax  (f.)  -   tökülmək,  calanmaq.  -   Başının  qam  şoralanıf 
töküldü.
Şorratmax  (f.)  -   tökmək.  -   Gəlin  bilmədi,  büdrüyüf  yanm 
cınqır  ərimiş  yağı  yerə  şorratdı.  “Kitabi-Dədə  Qorquda”da  şorlamax 
(12,14) formasxnda işiənrnışdir.
Şoş  (is.)  -   şosse.  -   Qolxozun  ot  gətirən  maşım  qm lıf  şoşda 
qalıf (Daş.).
Şumal  (sif.)  -   düz  qamət.  -   Bir  şumal  oğlanıydı  Binəli,  əsgər 
getdi, qamandır çasta qədər vəzifə tutmuşdu.
1.  Şülən  (is.) -  talan.  -  Bu bizə  oğul  olmadı  ha,  əvi  sülən etdi 
tamam.
2.  Şülən  (is.)  -   hay-havar.  -   Bir  sülən  etdi  kin,  hamt  kor- 
peşm an oldu.
Sülüngü  (sif.)  -   işi,  peşəsi  olmayan.  -   Hümbətin  Bəhramı  çox
sülüngü uşaxdı.
1. Şümür (sif.) -  göygöz. -  Sümür Avdı  buralarda nə hərrənirdi
gənə.
2.  Şümür  (sif.)  -   insafsız.  -   Sümür  kimi  suyun  qavağını  kəsif 
Paşa.  Sü məhlənin harxma buraxmır.
Şümşət  (sif)  -   hamar,  sürüşkən.  -   Körpünün  daşdan  şümşət 
olduğuııa,  ordan keçənnərin ayağı sürüşür.
Şütüməx'  (f.)  -   boş-boşuna  gəzmək,  veyillənmək.  -   Çoban 
Qulunun oğlu dərsə də getmir,  elə ora-bura şütüyür.
Şüvən//şivən  (is.)  -   ağlaşma.  -   Allah  heş  kimə  göstərməsin, 
qonşunun əvinnən şüvən səsi gəlirdi.
Şürbü  (sif.)  -   həyasız,  gəzəyən.  -   Şürbü  arvatdan  hər  şey 
gözdəməx' olar,  adama şər də atar.
- T -
Ta//tay  (z.)  -   daha.  -   Ta  mən  nə  dem  bu  işə,  siz  ki  hər  şei 
bilirsiqiz.


Yüklə 36,14 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə