Sumqayıt Dövlət Universiteti Azərbaycan dili və dilçilik kafedrası Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası



Yüklə 36,14 Kb.
Pdf görüntüsü
səhifə57/67
tarix29.05.2018
ölçüsü36,14 Kb.
#46662
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

Tirbaş/Ztiribaş (sif.) -  özünü hər yercb yekə aparan. -  Y üz  dəfə 
dedim kin, ay uşax tirbaşdıx eləmə.
Tırəlix  (is.)  -   aynlıq.  -   Bu  gəlin  də  belədi,  gəldim i, 
qardaşdann arasına tirəlix saler (Q.E.).
Tisbir (sif.) -  bu cür, belə. -  Bu tisbir böyüyən uşaxlar hər şeyə 
qatdaşıllar.
Tişəx'  (is.)  -   dəyirman  daşmın  dişi.  -   D ərm an  daşı  tişəx’dən 
tüşüf, unu yaxşı üyütmür, iri eliyir.
Tişəməx’  (f.)  -   kirkirə  və  dəyirman  daşma  dişlər  açmaq.  -  
Kirk.irənin daşını usda Şaban tişədi.
Titiz  (sif.)  -   tələsik,  kəmhövsələ.  -   Bu  İskəndər  çox  tiıiz 
adamdı, tez özynnən çıxır.
Tiyə  (is.) -  bıçağm kəsən hissəsi. -  Pıçağm tiyəsi çatdıyıf.
Tijan  (is.)  -   böyük  qazan.  -   Tijanm  paxırı  çıxıf  dad  verir, 
qəleyçi gəlsəydi, qəleyliylətdirərdix'.
Toba (is.) -  tövbə. -  Toba, qardaşımın bu işdən xavaıı yoxdur
Toxa  (is.)  -  əl  aləti.  -   Dədəm  dəmirçiyə  bir  toxa  düzəltdirdi, 
əmə çox ağırdı.
Toxalamaq  (f.)  -   toxa  ilə  işləmək.  -   Ay  bala,  bir  boş  vaxtın 
olanda o qartolun dıvini toxala.
Toxan  (is.)  -   aşığın  yanı  üstə  durması.  -   Ha  atıram  aşıx  alçı 
durmor, toxan duror  (E.).
Toxma  (is.)  -   çiiing-ağac  oyununda  çilik  vurma.  -  Çilix'  ağac 
oynunda toxma vurullar.
Toxmax  (is.)  -   taxta  çəkic.  -   Bavam  gönü  toxmaxnar.  döərəx' 
hasil edirdi.
Toxtamax  (f.)  -   sakitləşmək.  -   Murtuz  atı  o  qərtənə  sürmiişdü 
kin, at toxdamırdı.
Toxanba  (is.)  -   kinayə.  -   Öyün  yığnaxda  sədir,  Osman  kişiyə 
toxanba vurdu.
Toxanbalı  (sif.) -  kinayəli.  -  O  nəydi, mana  yığnaxda birqadır 
toxanbalı sözlər derdi (Q.N.).
Tolazdamax  (f.)  -   tullamaq.  -   Yaman  acıxianmışdım,  uşağm 
dalınnan bir ağac tolazdadım,  arna tutmadı.
Tomar  (sif.) -   top,  çox.  -   Tomardaşda  bizimkilər piçin edillər, 
sədir su aravasmı  orya göndərdi.
Tomarı  (z.)  -   bütövlükdə,  hamısı.  -   Bir  əlli  kiloy  uzsuz 
pendirim  vanydı, tomarı verdim gürciiyə.
1.  Top  (is.)  -   araba  təkərinin  çağlan  birləşən  orta  hissəsi.  -  
Haravanm topu çatdıyıf.
2.  Top  (is.)  -   süd  maşımn  qaymaq  seçən  mexanizmi.  -   Südü 
çəkənnən söram topun tavaxlannı yuullar.
Toparramax  (f.)  -  toplamaq.  -  Böün  Ələsgərin  mal  novatıydı, 
axşam olmamış  oğlu naxın topam yıf kəndə tökdü.
Toran  (ıs.)  -   alaqaranlıq.  -   ’Toran  düşəndə  yaxşı  balıx  tutmaq
olur.
Torun  (is.)  -   nəvə.  -  Həsyə  arvadm torunnan  çoxalıf.  “Kitabi- 
Dədə Q orquda”da işlənmişdir (12,73).
Toranqı  (z.)  -   qaranlıq  düşənə  yaxın.  -   Axşam  toranqı 
düşürdü,  hələ də ışıxlar yanmerdi.
Torannıx  (z.)  -   qaranlıq.  -   Torannığıydı,  həm  də  bərk  yağış 
yağerdi  (E.,  B.).
Torpaxlıx  (is.)  -  divarın  sonuncu  sırası  (atmaların  başmı  örtən 
və  torpağı  saxlayan  sıra).  -   Böün  əvin  torpaxlığmı  da  hörüf 
qurtuldux,  Allaha şükür (A.).
Torvasallama  -   Novruz  bayramı  günündə  uşaqların  təndir 
damınm  bacasmdan  torba  sallaması.  -   Böün  uşaxlann  torva  sallama 
günüdü, yaman  səvinillər.
Tosun  (sif.) -  qısaboy,  kök adam.  -  Omar tosun  bir kişiydi,  bir 
əz də axsıyırdı.
Tosmar/Ztosmel  (sif.)  -   qısaboy.  -   Sədir  bir  tosmal  adamıydı, 
əmə tez acıxlanırdı.
Tosalax  (sif.) -  qısaboy,  gödək.  -  Tosalax  adamın xəsiyyəti  pis 
olur, tez hersdər.ir.
Tovalatma  (is.)  -   tövbə  etmə.  -   Arax  içif yıxılannan  söra  bu 
Əsədə bir tovalatma oldu.
Tova  (is.)  -   tövbə.  -   Tova,  məni  bu  oğurrux  işnə  qəsdən 
qatıllar,  xavanm   belə yoxdu.


Toyçu  (is.) -  nağara  çalan.  -  Toyçu  Sultanəli gənə  qapıyı  basıf 
nəmər istiyir.
ToybaşıZ/toybavası  (is.) -  toya rəhbərlik  edən. -  Qurbanəli kişi 
elə  cavannığınnan toybaşıİıx  edirdi.  Əmə  arabir  də  uşaxlan  yünülcə 
çubuxluyurdu, heş kim də incimirdı.
Toydamı  (is.)  -   toy  çalınan  ev.  -   Toyadammda  bir  vurhavuı 
var kin, gəl görəsən.
Tozanqı  (sif.) -  toz halında yağan nann qar və ya yağış.  -  G ejə 
tozanqı yağış yağıf,  əmə heş yer istan mıyıf.
Tozanax  (is.) -  tozlu külək.  -  Uzaxdan bir tozanax  qaxdı,  əm ə 
bir şey görəmmədim.
Törəlçə  (sif.)  -   həyasız.  -   Bu  Qəfər  də  utanmır,  törəlcəsinin 
hərəkətdərinnən.
1.  Törpü (is.) -  ağacı hamarlamaq üçün işlədilən dülgər aləti.  -  
Usda törpüynən kərəntinin natmı yumurladı.
2.  Törpü  (is.)  -   tərbiyə.  -  Belə  bir  misai  var:  Ə,  bu  heş  törpü 
görmüyüf.
Törpüsüz  (sif.)  -   tərbiyəsiz,  qanacaqsız.  -   İmdi  törpüsüz 
uşaxlar çoxalıf.
Tös/Ztösəvər  (sif.)  -   qısaboy,  gödək.  -   Safa  tösəvər  bir 
arvadıydı.
Tösvərək'  (sif.)  -   gödək,  kök.  -   İlannıdan  bir  tösvərəx’  inəy 
almışdım, südü-zadı pis  olmadı (D.).
Tövr  (sif.)  -   cür.  -   Bu  tövr  uşaxnan  danışmazdar,  onun  axlı 
kəsmir.
Tubulğa  (is.)  -   dağda  bitən  kol.  -   Tubulğuyu  yığıf  çalğı 
düzəldillər.
Tufar  (is.)  -   divar.  -   Tufann  himini  dərin  eıəməsən,  tez 
çatdıyır.
Tulum  (is.)  -   qoyun  dərisindən  tikilmiş  iri  kürk.  -   Tuluma 
bürün, qorxma, qann üstdə yatsan da, bir şey olmaz.
Tulamazdamaq  (f.)  — atmaq,  tullamaq.  — Baba  kişi  nəvəsinin 
dalmcax çəliyini tulamazdadı.
Tulaçezməzdən  (sif)  -   tez.  -   Gedirsən,  Kərəm  kişı 
tulaçezməzdən yatıf.
Tumo/Ztumoy  (is.)  -  zökəm  xəstəliyi.  -   Tumoy  xəstəliyi  istilix'
verir.
Tuncu  (sif.) -  cavan,  kök  və  dişi  mal.  -  Bavamın  xeyratına bir 
tuncu mal kəsif esan kimi kəndə payladıx.
Turşalıx  (is.)  -   yeməli  bitki.  -   Qara  Kahyanm  başmda  çoxlu 
turşalıx pitir.
Tutma  (is.)  -   xəstəlik.  -   Xanımm  tutması  var,  tutdumu,  bir 
günə ancaq düzəlir.
Tutıımcul  (sif.)  -   qənaətcil.  -   Çox  nəxartana  desən  tutumcul 
arvatdı Zöhrə qan.
Tutğal  (is.)  -   ağac  yapışqam.  -   Şəhərdən  tutqal  almışdım, 
əritdim kin,  ışkafm taxtasını yapışdıram, əmə yaxşı tutmadı.
1.  Tutğac  (is.)  -   qablan  ocaqdan  qaldırmaq  üçün  istifadə 
edilən parça. -  Köhnə-külüşdən tutğac tikif düzəldillər.
2.  Tutğac  (is.)  -   dəmirçi  alətı.  -   Dəmirçi  Şaban  ocaxdakı 
dəmiri tutğacnan qaldm f qoydu zindanın üstə.
Tutalğa  (is.)  -  kömək,  arxa,  qohum-qələbə.  -  Durann tutalğası 
çox olduğuna,  anasımn  dəfninə çox adam gəlmişdi.
1.  Tuş (z.) -  qabaq,  ön, qarşı tərəf. -  Bax kəndin sürüsü o tüşda 
otduyur.
2.  Tuş  (is.) -  yuxu. -  Tuşunu nənəm  bizə danışdı, əmə pis yuxu 
görəndə suya danışardı (Q.).
Tülü  (sif.)  -   oğru,  əliəyri.  -   Tülü  adamm  el  içində  hörməti 
olmaz.
Tühx'  (sif.)  -   bic,  hiyləgər.  -   Tiiləh  adamnan  hər  şey 
gözdəməx' olar.
Tülüngü  (sif.)  -  əlinə  nə  keçdi  oğurlayan.  Yüz  dəfən  dedim,  ay 
uşax, Namaznan  oturuf durma,  o tülüngünün biridi, məni  eşitmədi.
Tülküsufat/Ztüiküyosun  (sif.)  -   hiyləgər.  -   Tülküyosunnu 
Güləhməd buralarda fırranır.
Tülküdurmazdan  (z.)  -   səhər  tezdən,  hava  işıqlanmamış.  -  
Nəsimən şəhərə gedəcix, tülküdurmazdan qapıyı kəsif.
Tühngə  (sif.)  -   həyasız.  -   O,  çox  tüləngə  adamdı,  onnan  gen 
gəssən yaxşı olar.
Tüng (is.) -  saxsı  boru. -  Tüng boruynan gələn su soyuğ olur.


Yüklə 36,14 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə