Sünnə və Cəməa anlayışı



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix19.07.2018
ölçüsü0,5 Mb.
#56770
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

Yenə  Abdullah  bin  Məsud  belə  demişdir:  “Siz  (sünnəyə)  tabe  olun.  Bidət 

ortaya  çıxarmağa  çalışmayın.  Çünki  sünnə  sizə  kifayət  edər,  bidətə  ehtiyac 

yoxdur.”

69 


ibn Abbas 

-radıyallahu  anhu-

belə  demişdir:  “Bir  il  keçməmiş  insanlar  bidəti 

ortaya  çıxarmağa və  sünnəni  məhv  etməyə  başladılar.  Nəhayət,  bidətlər 

yayılmağa, sünnə isə tərk olunmağa başlandı”

70 



ibn Sirin 



-rahmatullahi aleyhi-

(v.h. 110) belə deyir: “Həm bir bidəti qəbul edib, 

həm də bir sünnəyə əməl edən heç kim ola bilməz.”

71 


Qudeyf bin əl-Haris 

-rahmatullahi aleyhi-

(v.h. 65) belə deyir: “Bir bidət ortaya 

çıxan kimi mütləq sünnədən o qədəri tərk edilir.”

72 


Əbu  idris  əl-Havlani 

-rahmatullahi  aleyhi-

(v.h.  80)  belə  deyir:  “Bir  ümmət 

dinində  bir  bidət  ortaya  çıxarsa,  mütləq  Allah  bu  səbəbə  görə  onlardan  bir 

sünnəni götürər.”

73 

Həssan  bin  Atiyyə  ilə  Hallas  bin  Amr 



-Allahın  rəhməti  üzərlərinə  olsun-

və 


başqalarından buna oxşar çoxlu rəvayətlər günümüzə qədər gəlib çatmışdır.

74 


Fudayl  bin  iyad 

-rahmatullahi  aleyhi-

(v.h.  187)  belə  demişdir:  “Gördüyüm 

bütün  xeyirli  insanlar  sünnəyə  bağlı  şəxslər  idilər və  bidət  sahiblərindən  uzaq 

qalmağı əmr edərdilər.”

75 

Sufyan əs-Sauri 



-rahmatullahi aleyhi-

(v.h. 161) belə demişdir: “Sünnəyə tabe ol 

və bidəti tərk et.”

76 


Bütün  bu  rəvayətlərdə  bu  imamların  “sünnə” kəlməsi  ilə  Peyğəmbərin 

– 

cəllalahu  aleyhi  vəssəlləm-

verdiyi  hökmləri  və  dinə  aid  ondan  gələn rəvayətləri 

nəzərdə tutduqlarını, insanların ondan sonra dinə dair ortaya çıxardıqları hər bir 

işin  sonradan  ortaya  çıxardılmış  və  rəvayət  yolu  ilə  nəql  edilərək gəlmiş 

sünnəyə  müxalif  bidət mənasında  işlədildiyini  görürük.  Buna  görə  onlar 

Peyğəmbərin 



–cəllalahu  aleyhi  vəssəlləm-

,  əshabələrin  və  hidayət rəhbərlərinin 

göstərdiyi  yola  tabe  olan  kimsələri  “sünnə  sahibi”  deyə,  bunun  əvəzində  hər 

hansı  bir  bidət və  boş  həvəslərdə  olanları  da  “bidət  sahibi”  olaraq 

adlandırırdılar. Buna bəzi nümunələr göstərək: 

Abdur-Rəhman bin Mehdi 



-rahmatullahi  aleyhi-

(v.h. 198) belə demişdir:  “Sən 

Hammad bin Zeydi sevən bir Bəsrəli görsən, bil ki, o, sünnə sahibidir”

77

. Yəni 



həmin  şəxs  bidət  sahibi  və  özündən  danışan  boş  adam  deyil.  Çünki  Hammad 

əhli-sünnədən idi və onu ancaq sünnə sahibi olanlar sevər. 

69 

Дарими, 1/69.  



70 

Ибн Ваддаh, «ял-Бидя», сяh. 38.  

71 

Дарими, 1/69; Ибн Батта, «яш-Шярhу вял-Ибаня», сяh. 133.  



72 

«яш-Шярhу вял-Ибаня», сяh. 143.  

73 

Ибн Ваддаh, «ял-Бида», сяh. 36.  



74 

Бах: Дарими, 1/45; Ибн Ваддаh, «ял-Бида», сяh. 37-38.  

75 

Ибн Батта, «яш-Шярhу вял-Ибаня», сяh. 153.  



76 

ял-Бяьави, «Шярhу яс-Суння», 1/217.  

77 

Ибн Яби Щатим, «яж-Жярhу вя ят-Тадил», 1/183; ял-Лалакаи, 1/62, N: 38.  



18 


Əbu  Bəkr  bin  Ayyaşa 

-rahmatullahi  aleyhi-

(v.h.  193)  belə  dedilər:  “Bir  qrup 

adam  oturur  və  onların  yanında  başqaları  da  oturur.  Halbuki  onların  buna 

səviyyələri  çatmır.”  Əbu  Bəkr  belə  cavab  verdi:  “Oturan  hər  hansı  bir  şəxsin 

yanında oturarlar, fəqət sünnə sahibi olan bir şəxs ölərsə, Allah onun haqqında 

danışdırar, bidətçi haqqında isə heç kim heç nə danışmaz.”

78 

Avn bin Abdullah 



-rahmatullahi aleyhi-

(v.h. 120) belə demişdir: “Hər kim islam 

və sünnə üzrə ikən ölərsə, artıq hər cür xeyrin mücdəsi onun üçündür.”

79 


Quteybə bin Səid 

-rahmatullahi aleyhi-

(v.h. 240) belə demişdir: “Siz Yəhya bin 

Səid,  Abdur-Rəhman  bin  Mehdi,  Əhməd  bin  Hənbəl,  ishaq  bin  Rahaveyh

80 


kimi  hədis  əhli  olan  şəxsləri  sevən  bir  adam  görsəniz,  bilin  ki,  həmin  adam 

sünnə üzərindədir. Kim də bunlara müxalifət edərsə, bilin ki, o da bidətçidir.”

81 

Muafa  bin  imran 



-rahmatullahi  aleyhi-

(v.h.  186)  belə demişdir:  “insanı  yalnız 

öldükdən sonra təriflə. Çünki  ölənə qədər onun  sünnə və  ya bidət üzrə öləcəyi 

bilinməz.”

82 

Onlar  (keçmiş əməlisalehlər)  sünnəni  bidətlərdən,  şübhələrdən  uzaq  olan 



şeylər  haqqında  işlədərdilər.  Bu  isə  elə  dinin  özüdür,  Peyğəmbərin 

–cəllalahu 

aleyhi vəssəlləm-

sünnə olaraq ortaya qoyduğu əsl haqqdır. 



d) Nafilə mənasında “Sünnə” kəlməsi 

Sünnə  kəlməsi  nafilə  mənasında  fərzin  əksi  və  ya  müsətəhəb  sözü  ilə 

sinonim  kimi  də  işlədilmişdir

83 


.  Ya  da  fəqihlərin  də  ifadə  etdiyi  kimi: 

“Peyğəmbərdən 



–cəllalahu  aleyhi  vəssəlləm-

fərz  və  ya  vacib  olmadığı  sabit  olan, 

yaxud vacib olmayan şey”

84 


– anlamındı işlənmişdir. 

Əbu  Sələmə  bin  Abdur-Rəhmanın  atasından,  onun  da  Peyğəmbərdən 



– 

cəllalahu  aleyhi  vəssəlləm-

rəvayət  etdiyi  bu  sözləri  buna  misaldır:  “Şübhəsiz  Uca 



Allah  sizə  Ramazan  ayının  orucunu  fərz  etdi.  Mən də  sizə  həmin  ayda  namaz 

qılmağı  sünnə  etdim...

85 



.  Başqa  bir  yerdə  də  belə  deyilir:  “Ramazan  Uca 

Allahın  orucu  fərz  etdiyi  bir  aydır.  Mən də  bu  ayda  müsəlmanlara  namaz 

qılmağı sünnə etdim.

86 



Peyğəmbər 

–cəllalahu  aleyhi  vəssəlləm-

Ramazan  ayında  namaz  qılmağı  sünnə 

etdiyini  bildirmişdir.  Yəni  həmin  ayda  namaz  qılmağı  sünnə  yolu  ilə  nafilə 

78 


ят-Тирмизи, «Сцнян», Китабул-Илял, 5/739.  

79 


ял-Лалакаи, 1/67.  

80 


Бурада башгаларынын да адлары чякилмишдир, биз узун олмасын дейя щамысыны  

вермядик.  

81 

ял-Лалакаи, 1/67.  



82 

ял-Лалакаи, 1/67.  

83 

Бах. «Фятh ял-Бари», 13/245.  



84 

яш-Шювкани, «Иршаду ял-Фуhул», сяh. 33.  

85 

Яhмяд, «ял-Мцсняд», 1/191.  



86 

Яhмяд, «ял-Мцсняд», 1/195.  

19 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə