Targeting: what promises do country



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə19/19
tarix14.09.2018
ölçüsü0,81 Mb.
#68335
1   ...   11   12   13   14   15   16   17   18   19

36 

 

imkanından  istifadə  etməklə  Mərkəzi  Banka  borc  verə,  likvidlik  defisiti  olanlar  isə  kredit 



imkanından  istifadə  etməklə  girov  əsasında  limitsiz  borc  ala  bilər.  Lakin  Mərkəzi  Bankın  əsas 

məqsədi banklararası bazarın inkişaf etdirilməsidir. Bu istiqamətdə Türkiyə təcrübəsi də maraqlı 

ola  bilər.  Türkiyə  Mərkəzi  Bankı  daimi  imkanları  ilə  birgə  banklararası  bazarın  inkişafı  üçün 

özünün  təyin  etdiyi  bir  sıra  bazar  qurucuları  ilə  də  işləyir.  Bu  halda  Bank  həmin  kommersiya 

banklarına bəzi şərtlərlə siyasət faizi ilə də borc verir (kredit daimi imkanı üzrə faizdən aşağı).  

Düşünürük  ki,  yuxarıda  sadalanan  addımların  atılması  banklararası  bazarın  inkişafı 

istiqamətində müsbət nəticələrin əldə edilməsinə şərait yaradacaqdır. Xüsusilə, bank sektorunun 

likvidlik  profisitinin  aradan  qaldırılması,  həmçinin  bank  ehtiyatlarının  remunerasiya  olunması 

bank  sektorunun  likvidlik  defisitinin  yaranmasına  köməklik  göstərəcək  və  onların  bazara 

müraciət tezliklərini artıracaqdır.  

Həmçinin,  Mərkəzi  Bankın  siyasət  faizinin  transmissiya  kanalının  effektivliyini  artırmaq, 

onun  banklararası  bazar  faizlərinə  və  sonda  bank  kredit  faizlərinə  ötürücülüyünü  təmin  etmək 

üçün  bankların  fəaliyyətinə  nəzarət  tədbirləri  də  gücləndirilməlidir.  Bankların  müştəriləri  ilə 

bazar faizindən əhəmiyyətli dərəcədə aşağı kredit və ya depozit əməliyyatları diqqətlə izlənilməli 

və  zəruri  tədbirlər  görülməlidir.  Ümumiyyətlə,  belə  əməliyyatlar  Mərkəzi  Bankın  siyasət  faiz 

qərarlarının  bank  faizlərinə  transmissiyasını  təhrif  edir,  bərabər  rəqabət  prinsiplərini  pozur, 

həmçinin banklar üçün maliyyə sabitliyi riski yaradır (BVF (2014)).   

Fikrimizcə,  bu  çağırışlardan  ən  önəmlisi,  heç  şübhəsiz,  banklararası  bazarla  bağlı  statistik 

məlumatların  keyfiyyətinin  yaxşılaşdırılmasıdır.  Aydındır  ki,  ictimai  fikirdə  statistik 

məlumatlarla bağlı yanlış təsəvvürlər mövcuddur və bu səbəbdən əhalinin statistik məlumatlarla 

bağlı  savadlılığının  artırılmasına  ehtiyac  var.  Çox  mümkündür  ki,  təsərrüfat  fəaliyyətinin  uzun 

müddət sovet planlı iqtisadiyyat qaydaları ilə idarə edilməsi belə təsəvvürlərə rəvac versin. Belə 

ki,  planlı  iqtisadiyyatda  statistik  məlumatların  əhəmiyyəti  bazar  iqtisadiyyatı  ilə  müqayisədə 

aşağıdır  və  buna  görə,  günümüzdə  statistik  göstəricilərin  əhəmiyyəti  tam  qavranılmır.  Bazar 

iqtisadiyyatında  istehsal  və  xidmət  fəaliyyəti  vahid  mərkəzdən  planlaşdırılmır  və  bu  səbəbdən, 

iqtisadiyyatın vəziyyətini dürüst əks etdirən statistik məlumatların mövcud olması zəruridir. Belə 

ki,  bu  məlumatlar  bazar  iştirakçıları  və  tənzimləyici  qurumlar  tərəfindən  diqqətlə  izlənir  və 

iqtisadi vəziyyətə düzgün diaqnoz qoyulmasına çalışılır. İqtisadi vəziyyəti dolğun və dürüst əks 

etdirən  statistik  məlumatlara  malik  olmayan  tənzimləyici  qurumların  siyasət  tədbirlərinin 

effektivliyi  təmin  oluna  bilməz.  Buna  görə  çox  vaxt,  aşağı  keyfiyyətli  statistik  məlumatlar 

əsasında  siyasət  qərarları  verməyə  məcbur  olan  mərkəzi  banklara  İH  rejiminə  keçmək  tövsiyə 

olunmur  (Montiel  (2010)).  Çünki,  iqtisadi  vəziyyətə  vaxtında  düzgün  diaqnoz  qoymaq  və 

müvafiq  tədbir  almaq  müntəzəm  həyata  keçirilən  proqnozlaşdırma  işindən  yüksək  dərəcədə 

asılıdır.  Proqnozların  keyfiyyəti  isə  statistik  məlumatların  keyfiyyətinə  birbaşa  bağlıdır 

(Mehdiyev və digərləri (2015)).  

Əvvəlki  bölmələrdə  də  qeyd  etdiyimiz  kimi,  banklararası  bazarın  statistik  məlumatlarında 

bəzi  çatışmazlıqlar  mövcuddur.  Belə  ki,  banklararası  bazarda  gecəlik  kredit  əməliyyatlarının 



37 

 

aparılması  ilə  bağlı  məlumatlar  mövcud  deyil.  Düzdür,  belə  əməliyyatların  qeydiyyatının 



aparılması çətindir, lakin praktikada bu problemi həll etmək üçün təcrübə mövcuddur. Banklar 

bir çox hallarda kredit əməliyyatlarını mərkəzi banklardakı müxbir hesabları vasitəsi ilə aparırlar. 

Belə olduqda, mərkəzi bankların ödəniş sistemlərindən gecəlik əməliyyatlarla bağlı məlumatların 

əldə olunması mümkündür. Lakin bankların bu əməliyyatları qeyri-rezident banklardakı müxbir 

hesabları  vasitəsi  ilə  aparması  belə  tranzaksiyaların  uçota  alınmasında  çətinlik  yarada  bilər. 

Lakin  Mərkəzi  Bankın  əlindəki  inzibati  rıçaqları  vasitəsi  bu  problemin  həll  oluna  biləcəyini 

düşünürük.  

 

6.



 

Nəticə 

Bu  məqalədə  İH  rejimini  mənimsəmiş  bir  sıra  aparıcı  mərkəzi  bankların  monetar  siyasəti 

üzrə  əməliyyat  çərçivəsi  təhlil  olunur  və  onların  təcrübəsi  əsasında  Mərkəzi  Bankın  mövcud 

əməliyyat  çərçivəsinin  təkmilləşdirilməsi  imkanları  araşdırılır.  Təhlillər  göstərir  ki,  yaxın 

gələcəkdə İH rejimini mənimsəməyi düşünən Mərkəzi Bankın qarşısında bir sıra çağrışların həll 

olunması durur. Bank sektoru ilə müqayisədə xeyli geri qalan banklararası bazar və pul bazarı, 

həmçinin  digər  maliyyə  bazarları  Mərkəzi  Bankın  yeni  əməliyyat  çərçivəsi  üçün  ciddi 

məhdudiyyətlərdən hesab oluna bilər. Mərkəzi Bankın siyasət faizi qərarlarının digər faizlərə və 

sonda  real  sektora  transmissiyası  ilk  öncə  likvidlik  idarəetməsindən  və  banklararası  bazardan 

başlayır. Çünki,  ən qısamüddətli  faizləri müəyyənləşdirə bilən Mərkəzi  Bank, onların  gəlirlilik 

əyrisinin uzunmüddət sonluğundakı faizlər üçün istinad nöqtəsinə çevrilməsini təmin edir. 

Müxtəlif borc kağızlarının qiymətləndirilməsi üçün istinad rolunu oyanayan risksiz DQK-lar 

üzrə  gəlirlilik  əyrisinin  hesablanması  təkrar  bazarın  formalaşmamasına  görə  mümkün  deyil. 

Dövlət büdcəsi əhalidən borc almaq zərurəti hiss etmədiyindən DQK bazarı inkişafdan geri qalır. 

Lakin bu bazarın inkişafdan qalması isə digər bazarların, məsələn korporativ borc kağızları, və s. 

bazarların  inkişafını  ləngidir.  Hesab  edirik  ki,  AMB  sıfır  riskli  qiymətli  kağzılar  (notlar)  üzrə 

“qaba”  gəlirlilik  əyrisinin  hesablanması  üçün  müəyyən  işlər  görə  bilər.  Bunun  üçün  AMB 

müxtəlif  müddətlər  üzrə  uzunmüddətli  notların  buraxılmasına  başlamalı  və  notlar  üzrə  təkrar 

bazarın  formalaşması  üçün  tədbirlər  planı  hazırlamalıdır.  Notlar  bazarının  inkişafının  isə  digər 

bazarlara  müsbət  əlavə  təsirləri  müşahidə  olunacaqdır.  Belə  ki,  likvid  notlar  bazarının  inkişafı 

bank  sektorunda  uzun  dövr  ərzində  mövcud  olan  izafi  likvidlik  probleminin  həllinə  yardımçı 

olacaqdır.  İkincisi,  bankların  balanslarında  likvidlik  defisitinin  yaranmasına  görə  banklararası 

bazara  müraciət  tezlikləri  artacaq  və  bu  bazarın  da  inkişafı  sürətlənəcəkdir.  Üçüncüsü,  risksiz 

gəlirlilik əyrisinin yaranması digər borc kağızlarının hesablanması işini asanlaşdıracaq və həmin 

maliyyə bazarlarının inkişafına da töhfə verəcəkdir. 

Ölkər təcrübələri göstərir ki, İH rejimini mənimsəmiş mərkəzi bankların müvəffəqiyyəti üçün 

ən  önəmli  amillərdən  biri  dürüst  və  dolğun,  həmçinin  operativ  qaydada  əldə  olunan  statistik 

məlumatların  mövcud  olmasıdır.  Məlumdur  ki,  tənzimləyici  qurum  kimi  Mərkəzi  Bank  verdiyi 




38 

 

qərarların nəticəsini əhəmiyyətli gecikmə ilə müşahidə edir və bu səbəbdən, informasiya bolluğu 



Mərkəzi  Bank  üçün  böyük  nemət,  həmçinin  müvəffəqiyyətinin  açarı  hesab  oluna  bilər.  Hətta, 

etibarlı  statistik  məlumatlara  malik  olmayan  mərkəzi  bankların  İH  rejiminə  keçməsi  tövsiyə 

olunmur. Buna görə, Mərkəzi Bank öz səlahiyyətində olan, həmçinin digər dövlət qurumlarının 

səlahiyyətlərinə  daxil  olan  statistik  məlumatların  toplanması,  emal  edilməsi  və  nəşr  olunması 

işini  diqqətlə  izləməli  və  məlumatların  keyfiyyətinin  artırılması  üçün  həmin  qurumlarla  sıx 

əməkdaşlıq etməlidir.     

Araşdırmalar  göstərir  ki,  İH  rejimini  mənimsəmiş  mərkəzi  bankların  həyata  keçirdikləri 

siyasətlərin  effektivliyi  dövlət  qurumları  arasında  mövcud  olan  əməkdaşlıq  və  koordinasiyadan 

yüksək  dərəcədə  asılıdır.  Bu  yalnız  bəzi  problemlərin  mərkəzi  banklar  tərəfindən  həll  oluna 

bilməməsindən  irəli  gəlmir.  İqtisadi  qurumlar  arasında  koordinasiya  və  dayanışma  olmadığı 

zaman həmin qurumların siyasət tədbirlərindəki ziddiyətlər görülən işlərin effektivliyini ortadan 

qaldıra bilər. Bunun üçün Mərkəzi Bankın digər qurumalarla sıx əməkdaşlığa, yardımlaşmaya və 

koordinasiyaya  ehtiyacı  olduğu  kimi,  digər  tənzimləyici  qurumların  da  eyni  ehtiyacları 

mövcuddur. 

 

Ədəbiyyat 

Almarzoqi, Raja, and Naceur, Sami B., 2015, “Determinants of Bank Interest Margins in the 

Caucasus and Central Asia”, IMF, WP 15/87 

Alon, Titan, and Swanson, Eric, 2011, “Operation Twist and the Effect of Large-Scale Asset 

Purchases”, Federal Reserve Bank of San Francisco, Economic Letter 2011-13 

Bank  of  England,  2001,  “The  Framework  for  the  Bank  of  England’s  Operations  in  the 

Sterling Money Markets” 

Bank  of  England,  2006,  “The  Framework  for  the  Bank  of  England’s  Operations  in  the 

Sterling Money Markets”,  

Basci,  Erdem  and  Kara,  Hakan,  2011,  “Financial  Stability  and  Monetary  Policy”,  Central 

Bank of the Republic of Turkey, WP 11/08 

Bernanke, Ben S., 2004, “The Logic of Monetary Policy”, Speech, Board of Governors of the 

Federal Reserve System 

Bernanke,  Ben  S.,  2005,  “The  Global  Saving  Glut  and  the  US  Current  Account  Deficit”, 

Speech 77, Board of Governors of the Federal Reserve System 

Berananke,  Ben  S.,  2006,  “Monetary  Aggregates  and  Monetary  Policy  at  the  Federal 

Reserve:  Historical  Perspective”,  Speech  243,  Board  of  Governors  of  the  Federal  Reserve 

System 



39 

 

Bernanke, Ben S., 2006, “Reflections on the Yield Curve and Monetary Policy”, Speech 175, 



Board of Governors of the Federal Reserve System 

Bernanke, Ben S., 2011, “Semiannual Monetary  Policy Report to the Congress: Testimony 

before the Committee on Financial Services, US House of Representatives, July 13, 2011”, Web 

Site 129, Board of Governors of the Federal Reserve System 

Bernanke, Ben S., 2012, “Monetary Policy since the Onset of Crisis”, Proceedings-Economic 

Policy Symposium – Jackson Hole, Federal Reserve Bank of Kansas City, pp. 1-22 

Bernanke,  Ben  S.,  2015a,  “Why  are  interest  rates  so  low?”,  March  30,  2015, 

http://www.brookings.edu/blogs/ben-bernanke/posts/2015/03/30-why-interest-rates-so-low

 

Bernanke, Ben S., 2015b, “Why are interest rates so low?, part 2: Secular stagnation”, March 



31,  2015, 

http://www.brookings.edu/blogs/ben-bernanke/posts/2015/03/31-why-interest-rates-

low-secular-stagnation

 

Bernanke, Ben S., 2015c, “Why are interest rates so low?, part 3: The global savings  glut”, 



April  1,  2015, 

http://www.brookings.edu/blogs/ben-bernanke/posts/2015/04/01-why-interest-

rates-low-global-savings-glut

 

Bernanke, Ben S., 2015d, “Why are interest rates so low?, part 4: Term premiums”, April 13, 



2015, 

http://www.brookings.edu/blogs/ben-bernanke/posts/2015/04/13-interest-rate-term-

premiums

 

Bindseil, Ulrich, and Wurtz, Felming R., 2008, “Efficient and Universal Frameworks (EUF) 



for Monetary Policy Implementation”, European Central Bank, Mimeo  

Borio, Claudio E. V., 1997, “The Implementation of Monetary Policy in Industrial Countries: 

A Survey”, Bank for International Settelments, Economic Paper No. 47 

Borio, Claudio E. V., 2001, “A Hundred Ways to Skin a Cat: Comparing Monetary Policy 

Operating  Procedures  in  the  United  States,  Japan  and  the  Euro  Area”,  Bank  for  International 

Settlements, Monetary and Economic Department Papers No. 9 

Borio,  Claudio  E.  V.,  and  Disyatat,  Piti,  2009,  “Unconventional  Monetary  Policies:  An 

Appraisal”, Bank for International Settlements, WP 292 

Demiralp,  Selva  and  Jorda,  Oscar,  2002,  “The  Announcement  Effect:  Evidence  from  Open 

Market Desk Data”, Federal Reserve Bank of New York, Economic Policy Review 8(1) 

European Central Bank, 1999, Monthly Bulletin, May 1999 

European Central Bank, 2001, Monthly Bulletin, April 2001 




40 

 

Friedman,  Benjamin  M.  and  Kuttner,  Kenneth  N.,  2010,  “Implementation  of  Monetary 



Policy: How do Central Banks Set Interest Rates”, Handbook of Monetary Economics Vol. 3 

Ganley, Joe,  “Surplus  Liquidity:  Implications for Central  Banks”,  Bank of England,  Center 

for Central Banking Studies, Lecture Series No. 3 

Gray, Simon, and Talbot, Nick, 2006, “Monetary Operations”, Bank of England, Center for 

Central Banking Studies, Handbook No. 24 

Gray,  Simon,  and  Talbot,  Nick,  2007,  “Developing  Financial  Markets”,  Bank  of  England, 

Center for Central Banking Studies, Handbook No. 26 

Gray, Simon, and Talbot, Nick, 2008, “Liquidity Forecasting”, Bank of England, Center for 

Central Banking Studies, Handbook No. 27 

Gray,  Simon,  2006,  “Central  Bank  Management  of  Surplus  Liquidity”,  Bank  of  England, 

Center for Central Banking Studies, Lecture Series No. 6 

Gray, Simon, 2008, “Liquidity  Forecasting”, Bank of England,  Center for Central  Banking 

Studies, Handbook No. 27 

Gürkaynak,  Refet,  Sack,  Brian  and  Swanson,  Eric,  2005a,  “The  Sensitivity  of  Long-Term 

Interest  Rates  to  Economic  News:  Evidence  and  Implications  for  Macroeconomic  Models”, 

American Economic Review, 95(1), pp. 425-36 

Gürkaynak, Refet, Sack, Brian and Swanson, Eric, 2005b, “Do Actions Speak Louder Than 

Words?  The  Response  of  Asset  Prices  to  Monetary  Policy  Actions  and  Statements”, 

International Journal of Central Banking, 1(1), pp. 55-93 

Gürkaynak, Refet, Sack, Brian and Wright, Jonathan, 2007, “The US Treasury Yield Curve: 

1961 to the Present”, Journal of Monetary Economics, 54(8), pp. 2291-2304 

Gürkaynak,  Refet,  Levin,  Andrew  and  Swanson,  Eric,  2010,  “Does  Inflation  Targeting 

Anchor  Long-Run  Inflation  Expectations?  Evidence  from  Long-Term  Bond  Yields  in  the  US, 

UK and Sweden”, Journal of the European Economic Association, 8(6), pp. 1208-1242 

Gürkaynak,  Refet  and  Wright,  Jonathan,  2012,  “Macroeconomics  and  the  Term  Structure”, 

Journal of Economic Literature 50(2), pp. 331-67 

Greenspan,  Alan,  2005,  “Semiannual  Monetary  Policy  Report  to  the  Congress:  Testimony 

before  the  Committee  on  Banking,  Housing  and  Urban  Affairs,  February  16,  2005”,  Board  of 

Governors of the Federal Reserve System 




41 

 

Greenspan,  Alan,  2005,  “Semiannual  Monetary  Policy  Report  to  the  Congress:  Testimony 



before  the  Committee  on  Banking,  Housing  and  Urban  Affairs,  July  20,  2005”,  Board  of 

Governors of the Federal Reserve System 

Hüseynov, Salman, 2012, “Likvidlik idarəetməsi: AMB təcrübəsi”, Təqdimat Noyabr, 2012 

Jamilov,  Rustam,  2012,  “Lending  Rate  Pass-Through  and  Bank  Heterogeneity  in  High 

Interest Rate Environment”, Central Bank of Azerbaijan, WP 

King,  Mervyn,  1997,  “The  Inflation  Target  Five  Years  On”,  Speech,  Board  of  Governors, 

Bank of England 

Kuttner,  Kenneth  N.,  2001,  “Monetary  Policy  Surprises  and  Interest  Rates:  Evidence  from 

the Fed Funds Futures Market”, Journal of Monetary Economics, 47(3), pp. 865-879 

Nelson, Charles R. and Siegel, Andrew F., 1987, “Parsimonious Modeling of Yield Curves”, 



Journal of Business 60(4), pp. 473-489 

Mammadov,  Fuad,  and  Ahmdov,  Vugar,  2014,  “Monetary  Transmission  Mechanism  in 

Azerbaijan: SVAR Analysis”, Central Bank of Azerbaijan, WP  

McConnachie,  Robin,  1996,  “Primary  Dealers  in  Government  Securities  Market”,  Bank  of 

England, Center for Central Banking Studies, Handbook No. 6 

Meeyam,  Vilada,  and  Jaureui,  Rodrigo  Cano,  2012,  “Moving  Toward  Greater  Foreign 

Exchange Flexiblity”, IMF, Technical Report for Central Bank of Azerbaijan 

Mehdiyev, Mehdi, Əhmədov, Vüqar, Hüseynov, Salman və Məmmədov, Fuad, 2015, “Ölkə 

iqtisadiyyatı üzrə göstəricilərin modelləşdirilməsi və proqnozlaşdırılması: Problemlər və praktiki 

çətinliklər”, Azərbaycan Mərkəzi Bankı, İşçi məqalə no. 01/15 

Mishra, Prachi, Montiel, Peter J., and Spilimbergo, Antonio, 2010, “Monetary Transmission 

in Low Income Countries”, IMF WP 10/223 

Mishra, Prachi, Montiel, Peter J.,  Pedroni, Peter and Spilimbergo, Antonio, 2012, “Monetary 

Policy  and  Bank  Lending  Rates  in  Low-Income  Countries:  Heterogenous  Panel  Estimates”, 

Williams College WP 

Montiel,  Peter  J.,  2010,  “SWOT  Analysis:  Comments  and  Questions”,  Memo  for  Central 

Bank of Azerbaijan 

Rule, Gareth, 2011, “Issuing Central Bank Securities”, Bank of England, Center for Central 

Banking Studies, Handbook No. 30 

Svensson, Lars O., 1995, “Estimating Forward Interest Rates with the Extended Nelson and 

Siegel Method”, Quarterly Review 3, pp. 13-26 



42 

 

Svensson, Lars O., 1997, “Exchange Rate Target or Inflation Target for Norway?”, Choosing 



a  Monetary  Policy  Target  (eds.  Christtiansen,  Anne  B.  and  Qvigstad,  Jan  F.),  Scandinavian 

Unviersity Press, pp. 120-138 

Svensson,  Lars  O.,  1999,  “Inflation  Targeting  as  a  Monetary  Policy  Rule”,  Journal  of 



Monetary Economics 43, pp. 607-654 

Svensson, Lars O., 2011, “Practical Monetary Policy: Examples from Sweden and the United 

States”, Brookings Papers on Economic Activity, pp. 289-332 

Svensson,  Lars O., 2013, “Some  Lessons from  Six Years of Practical  Inflation  Targeting”, 



Sveriges Riksbank Economic Review 3, pp. 29-80 

Sveriges  Riksbank,  2014,  “Riksbank’s  Operational  Framework  for  the  Implementation  of 

Monetary Policy: A Review”, Riksbank Studies March 2014 

Van’t dack, Jozef, 1999, “Implementing Monetary  Policy in Emerging Market  Economies: 

An Overview of Issues”, Bank for International Settlements, Policy Papers No. 5 

William,  Poole,  1968,  “Commerical  Bank  Reserve  Management  in  a  Stochastic  Model: 

Implications for Monetary Policy”, Journal of Finance 23, pp. 769-791 

William,  Poole,  1970,  “Optimal  choice  of  Monetary  Policy  Instruments  in  a  Simple 

Stochastic Macro Model”, Quarterly Journal of Economics 84, pp. 197-216 

Woodford, Michael, 2001, “Monetary Policy in the Information Economy”, Federal Reserve 

Bank of Kansas City, Economic Policy for the Information Economy 

Wright,  Jonathan  H.,  2006,  “The  Yield  Curve  and  Predicting  Recessions”,  Board  of 

Governors of the Federal Reserve System, Finance and Economics Discussion Series 

Yilmaz,  Durmuş,  2009,  “Turkey’s  Monetary  and  Exchange  Rate  Policy  for  2009”,  Speech 



delivered on 16 December 2008, Central Bank of the Republic of Turkey  

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə