Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə10/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   6   7   8   9   10   11   12   13   ...   82

38
Íàäèð ßùìÿäîâ
Belə olduqda Kir Krezi oğlu Kambizə həvalə edir. Kir Kambizi
Əhəməni dövlətinə göndərib, özü qoşunla birgə çayı keçir. Bir
günün içində Arazı keçən Kir Krezin dediyinə əməl edir.
Düşərgəsində ən zəif dəstəsini qoyaraq, özü güclü qoşunları ilə
geri çəkilir. Massaget hissələri düşərgəyə hücum çəkib, zəif
farslara qələbə çalır. Krezin dediyi kimi, qələbəni qeyd etmək də
yaddan çıxmır. Yeyib-içdikdən sonra massagetləri yuxu tutur.
Beləliklə, onlar yuxuda ikən farsların hücumuna məruz qalır, bir
çoxları ölür, bir çoxları isə əsir düşürlər. Massagetlərin sərkərdəsi,
Tomirisin oğlu Sparqapis də əsir düşənlərin içərisində idi.
Tomiris qoşununun və oğlunun aqibətindən xəbər tutan kimi
Kirin yanına çapar göndərir. Çapar deyir: "Qaniçən Kir! Öz
hünərinlə öyünmə! Şərab başa vuranda siz farslar bu üzüm
suyundan məst olur və ləyaqətsiz sözlər danışarsınız. Bax, elə
həmin zəhrimarla da siz mənim oğlumun qoşununa qalib gəlib-
siz. Əgər hiylə ilə qələbə çalmasaydınız, şərəfli döyüşdə silah
gücünə heç nə eləyə bilməzdiniz. İndi gəl üçüncü dəfə xoşluqla
massagetlərin, mənim məsləhətimə qulaq as: oğlumu qaytar və
necə gəlmisənsə, eləcə də sağ-salamat çıx get! Əgər bunu et-
məsən, and olsun bütün massagetlərin pənahı olan Günəş allahına
ki, mən doğrudan da səni qan gölündə boğaram."
Kir isə bu sözlərə əhəmiyyət vermədi. Tomirisin oğlu Spar-
qapis şərabın dumanı başından çəkilən kimi hansı vəziyyətə
düşdüyünü anlayır və Kirdən əllərini açdırmasını xahiş edir. Əl-
ləri açılan kimi şahzadə özünü öldürür.
Tomiris Kirin məsləhətə qulaq asmadığını bilən kimi öz
qoşunu ilə farslar üzərinə hücuma keçir. Bu, türk tayfalarının
düşmənə qarşı keçirdiyi ən böyük və ən qanlı döyüş idi. Döyüşün
gedişi haqda məlum olanlar bunlardır: əvvəlcə düşmən qoşunları
üz-üzə duraraq, uzaqdan bir-birini oxa tutdular. Sonra nizə və
xəncərlə əlbəyaxa döyüşə keçdilər. Döyüş uzanır, heç kim geri


39
Òàðèõèìèçäÿí áèð âÿðÿã
çəkilmək istəmirdi. Nəhayət, massagetlər qələbə çaldılar. Az qala
farsların hamısı döyüş meydanında həlak oldu. Kirin özü də
öldürüldü. Onun 29 illik hakimiyyətinə, imperiyasına son
qoyuldu. Tomiris şərab badəsini insan qanı ilə dolduraraq, Kirin
cəsədini tapmağı əmr etdi. Onun başını badənin içinə soxaraq
belə söylədi: "Mən sağ qalsam da, sən məni məhv etdin. Sən
hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki,
sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanın-
dan."
Tomris xatunun rəhbərlik etdiyi Massaget çarlığı isə onun adı
bizə bəlli olmayan əri tərəfindən təxminən Əhəmənilər dövləti
ilə eyni dövrdə Dərbənddən Şirvana qədər olan Azərbaycan tor-
paqlarında yaradılmışdı. Özlərinin müstəqil bəyliklərini qurmuş-
dular.Mərkəzləşdirilmiş Qafqaz Albaniyası yaradıldığı zaman isə
massagetlər Qafqaz albanlarının tabeçiliyində olmuşdular.
Robert Qrinin “Hakimiyyətin 48 qanunu “kitabında Persiya
imperatoru Kirin məğlubiyyətinin səbəblərini belə izah edir:
“Qalibiyyət qədər cəlbedici və qorxulu heç nə yoxdur.
Kir öz imperyasını köhnə imperiyanın dağıntıları üzərində
qurmuşdur. Bu imperiya yaranmamışdan yüz ilə əvvəl isə As-
suriya hökmdarlığı mövcüd idi ki, Assuriyanın möhtəşəm Nineva
paytaxtından dağıntılar qalmışdır. Bu cür sonluq assuriyalıları
gözləyirdi, çünki onlar həddini aşmışdılar. Onlar bir-birinin
ardınca torpaqları zəbt etməyə başladılar və bu qalibiyyətin on-
lara nə üçün lazım olduğunu dərk etməyərək öz yollarına davam
edirdilər, bunun nəticəsi olaraq onlar çoxlu düşmən qazan-
mışdılar. Son nəticədə isə düşmənlər birləşərək assuryalıları
məhv etdilər.
Kir assuriyalıların yolunu davam elətdirdi. Çoxsaylı qələbələr
onun ağlını başından çıxardı. Onsuz da böyük olan imperiyanı
möhkəmləndirmək əvəzinə, o, irəliyə can atmağa başladı.


Vəziyyətin dəyişməsini nəzərə almayaraq fikirləşdi ki, hər yeni
müharibə yeni qələbələr gətirəcək və bu müharibələrin hər
birində ona məlum olan ancaq  güc və hiyləgərlik üsulundan is-
tifadə etmək olar.
Siz başa düşməlisiniz ki, hakimiyyət aləmində ağıldan istifadə
etmək lazımdır. Əgər siz keçici hiss olan emosiyalarınızın sizin
üzərinizdə hökmranlıq etməsinə yol versəniz, başladığınız hər
hansı bir iş məğlubiyyətlə bitəcəkdir. Qələbə qazandıqdan sonra
geri dönməkdən qorxmayın. Ehtiyatlı olun. Qələbə qazandıqdan
sonra yenidən yeni bir qələbə üçün həmin metodları istifadə et-
məyin. Tarixdə çoxlu sayda qələbə qazanmış imperiyalar və elə
bu qədər də vaxtında dayana bilməyən və öz qələbəsi üzərində
öyrənə bilməyən ölmüş sərkərdələr vardır.
Demək olar ki, hər hansı bir halda, istər yaxşı, istər pis olsun,
dayan deməyi və vaxtında dayanmağı bacarmaq lazımdır”.
40
Íàäèð ßùìÿäîâ


ATROPAT
Atropat (yunan. Aτρoπάτης ) – 
Atropatena dövlətinin ilk hökmdarı.
Çox güman ki, midiyalı olan Atropat
e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni
dövlətin müstəqil hökmdarı olur; bu
dövlət rəsmən Mada, sonralar isə özünün
ilk hökmdarının adı ilə tez-tez antik qay-
naqlarda Atropatena adlandırılırdı.           
Tarixi mənbələrdə Atropatın adına ilk dəfə eramızdan əvvəl
331-ci ilin 1 oktyabrında Assuriyanın qədim paytaxtı Nineviya
yaxınlığındakı Qavqamela adlanan yerdə Makedoniyalı İskəndərlə
Əhəmənilər hökmdarı Dara arasında baş vermiş Qavqamel döyüşü
ilə əlaqədar yazılarda rast gəlinir. Midiya satrapı (canişini) Atropat
bu döyüşdə, qafqaz albanları və sisaklarla ittifaqda vuruşmuş, ma-
dayların süvari və piyada dəstələrinə başçılıq etmişdi.
Çağdaş tarixçilər belə hesab edirlər ki, o dövrdə Atropat orta
əsrlər Azərbaycanının bütün ərazisini, həmçinin Böyük Midiya
torpaqlarının bir hissəsini öz tabeliyində saxlayırdı. Həmin
döyüşdən sonra Atropat İskəndərdən asılılığı qəbul etmir və
İskəndər də onu taxt-tacdan kənarlaşdıraraq, Midiya satraplığına
Oksodat adlı birisini təyin edir.
Lakin Oksodat İskəndərin
ümidlərini doğrultmadığından e.ə. 
328-ci ildə o, Atropatı öz taxtına
qaytarır. 
Atropatın Iskəndərlə görüşü
41
Òàðèõèìèçäÿí áèð âÿðÿã


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə