Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə9/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   5   6   7   8   9   10   11   12   ...   82

34
Íàäèð ßùìÿäîâ
Künçindən sonra onun oğlu Hoxanyəh yeni eranın 58-ci ilində
Tanhu (imperator) oldu. Anası çinli olan Hoxanyəh çinlilərdən
yardım diləməklə kifayətlənməyib onların himayəsini də istədi.
Bu, bir fəlakətə gətirəcəkdi. Bunu anlayan və anası türk olan Çiçi
Hoxanyəhə qarşı çıxdı, onun imperatorluğunu tanımadı. Bu olay
Hunları ikiyə böldü və iki qardaş arasında mübarizə başladı. Çiçi
tərəfdarlarını toplayaraq dövlətin mərkəzini ələ keçirdi və Tanhu
(imperator) oldu. Hoxanyəh isə ona sadiq ordu hissələri ilə Çinin
Şimal-Qərb hüdudlarına çəkildi. Beləliklə, Böyük Hun İmpera-
torluğu ikiyə bölünmüş oldu.
Çin hüdudlarına çəkilənlər Cənub Hunları(daha sonra Şərq
Hunları) olaraq adlandırıldı, Cənubi Hun dövlətini qurdular.
Beləcə, Qoca hun imperatorluğu parçalanmış iki ayrı dövlət
halına gəlmiş oldu.       
Göytürk imperatorluğu
Böyük Asiya imperatorluğunun dağılmasından sonra Juan-
juanların əsarəti altında olan 500 ailəlik bir xalq var idi. Bu xalq
Juan-juanların dəmirçiliyini edirdi. Yəni  Juan-juanlara qılınc,
nizə və s. düzəldirdilər. Vaxt keçdikcə bu 500  ailəlik xalq gələn
tayfalarla qarışaraq böyüdü və özünü müstəqil bir dövlət elan
etdi. Bu dövlətin adı “Göytürk” dövləti idi.
Göytürk  dövləti adında “Türk” sözü işlənən ilk  türk  dövlə-
tidir .  Göytürk sözünün mənası “Göy” (Tanrı və rəng mənasına
gəlir) “Türk”(qüvvətli) deməkdir.
Göytürk dövlətinin ən önəmli şəxslərindən biri Mukan xan və
əmisi İstəmi xan idi. Onlar ikisi də ayr-ayrı tərəflərə yürüyüş
edərək, ölkənin ərazisini genişləndirməyə başladılar.Birinci
Göytürk dövləti Muğan və İstəminin xaqanlığı dövründə daha da
gücləndi.Muğan xanın başlıca siyasəti atasının yaratmış olduğu
dövləti möhkəmləndirməyə və onun ərazisini genişləndirməyə


35
Òàðèõèìèçäÿí áèð âÿðÿã
yönəlmişdi. O, jujanları darmadağın etdi. Çin türklərdən asılı
vəziyyətə salındı. İstəmi xaqanın başçılığı ilə qərbə hərəkət edən
türklər 555-ci ildə Aral gölünə çatdılar. Mukan xan 19 illik
hakimiyyətindən sonra 572-ci ildə vəfat etdi. Mukan xan öldüyü
zaman Göytürk imperatorluğunun sahəsi 10,5 milyon km2 -ə çat-
mışdı. 
II Göytürk İmperatorluğu 
Parçalandıqdan sonra Çin əsarətinə düşən Göytürk imperator-
luğu kiçik tayfalara, ölkələrə bölünmüşdü. Buna görə də Çinin
asılılığından qurtulmaq olmurdu. Lakin yenə də azadlıq üçün
üsyanlar olurdu. Amma Çin bu üsyanların öhdəsindən asanlıqla
gəlirdi. Ta ki Qutluq adlı bir xaqan gizli bir azadlıq təşkilatı
yaradana qədər. Bu hadisədən sonra Qutluq xan Oğuzlarla bir-
ləşərək Ötükəni tutdu və ölkə yenidən quruldu. 692-ci ildə Qutluq
xan vəfat etdi.


TOMRİS   XATUN
İlk qadın hökmdarımız Tomris
Xatun 
Haqqında əsas məlumat Herodotun
“Tarix” əsərində qalmışdır. Onun doqquz
hissədən ibarət "Tarix" əsəri yunan-fars
müharibələrinə və bu müharibələrin
ətrafında baş verən hadisələrə həsr olun-
muşdur. Burada qələmə alınan hadisələr
dövrünün tarixçilik ənənələrinə uyğun
olaraq, əfsanə, real tarix çərçivəsində yazılsa da, Herodot haqlı
olaraq, dünyanın ən görkəmli tarixçilərindən sayılır. Herodotun
kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin
e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Kir müasir Azərbaycan
respublikası ərazisində, Araz çayından şimalda yerləşən Mas-
saget(Massaget sözünün mənası ağhun türkləri deməkdir) çar-
lığına yürüşü zamanı öldürülmüşdü.Bu rəvayətin qəhrəmanı
döyüşdə qətlə yetirilmiş massagetlərin şahının dul qadını
Tomirisdir. Herodot yazır: "Massagetlər, deyilənə görə, çoxsaylı
və cəsur bir tayfa olub. Onlar Araz çayının arxasında
yaşayırdılar." Bəziləri onları skif tayfalarından sayır. Döyüşdə
massagetlərin şahı ölmüş, tayfanın başına onun dul qadını
Tomiris keçmişdi.
Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini
bildirir. Ancaq Tomiris anlayır ki, Kir onunla evlənmək yox, bu
yolla Massaget çarlığını ələ keçirmək istəyir və elə buna görə də
həmin təklifi rədd edir. Belə olduqda Kir hiyləgərliklə öz istəyinə
nail ola bilmədiyini görüb, massagetlər üzərinə açıq hücuma
keçdi. Araz çayından keçmək üçün Kir gəmilərdən körpü qurmaq
36
Íàäèð ßùìÿäîâ


37
Òàðèõèìèçäÿí áèð âÿðÿã
haqda əmr verir.Kirin qoşunu bu işlərlə məşğul olarkən Tomiris
carçıları çağırıb, onların dili ilə Kirə belə bir müraciət etdi: "Ey
Əhəməni hökmdarı! Öz niyyətindən geri çəkil. Axı sən qabaq-
cadan bilə bilməzsən ki, bu körpülərin qurulması sənə xeyirdir,
yoxsa ziyan? Bu işin başını burax, get öz ölkəndə şahlıq elə və
bizim öz ölkəmizdə hökmranlıq etməyimizə paxıllığın tutmasın.
Ancaq sən əlbət ki, bu məsləhətə qulaq asmayacaq və öz bildiyin
kimi hərəkət edəcək, aramızdakı sülhü pozacaqsan. Əgər sən
massagetlərin üzərinə hücuma keçməyi belə çox istəyirsənsə,
körpü qurulmasını dayandır. Rahatca ölkəmizə gir, biz qoşun-
larımızı çaydan üç günlük məsafəyə geri çəkərik. Yox, əgər sən
bizi öz torpağına buraxmaq istəyirsənsə, işini davam elətdir." Bu
müraciətdən sonra Kir fars əyanlarını öz yanına çağırtdırıb, on-
lardan məsləhət istəyir. Hamı bir ağızdan məsləhət görür ki,
Tomirisin üzərinə hücumu davam etdirmək əvvəlki qaydada
məqsədə uyğundur. Müşavirədə iştirak eləyən lidiyalı Krez isə
bu qərarın əleyhinə çıxır: "Mənə belə gəlir ki, biz gərək çayı
keçərək, ölkənin içərilərinə doğru irəliləyək. Onlar geri çək-
ildikcə biz irəliləyək. Mən bilən fars həyat tərzinin gözəllikləri
və bizim aldığımız böyük həzz və ləzzətlər massagetlərə məlum
deyil. Buna görə də mən düşünürəm ki, biz gərək öz
düşərgəmizdə onlar üçün qonaqlıq düzəldək, çoxlu qoyun kəsək,
masaların üstünə şərab və cürbəcür yeməklər düzək. Bütün bun-
lardan sonra az miqdarda qoşunu orda saxlayıb, qalanları ilə çaya
tərəf geri çəkilək. Əgər mən öz düşüncəmdə yanılmıramsa,
düşmən bu tələyə düşərək, özünü nemətlərimizin üstünə atacaq
və bizim böyük hünərlər göstərməmiz üçün şərait yaranacaqdır."                       
Beləliklə, məşvərətçilərin fikirləri haçalanır. Kir özünün
əvvəlki fikrindən daşınaraq, Krezin təklifinə tərəfdar çıxır. Şah
Tomirisə xəbər göndərir ki, biz sənin ölkənə keçmək istəyirik,
geri çəkil. Tomiris də sözünə əməl edərək qoşununu geri çəkir.


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə