TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə141/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   137   138   139   140   141   142   143   144   ...   186

301 

 

Misir  məmulatı  sübut  edir  ki,  Zaqafqaziyanı  Ön  Qafqaz,  Dəryal  və  Dərbənd 



keçidləri  ilə  əlaqələndirən  qədim  ticarət  arteriyaları  Roma  dövründə  əhəmiyyətini 

itirməmişdi və sarmatlar aləmi bunların vasitəsilə İberiya və Qafqaz Albaniyası ilə əlaqə 

saxlayırdı. Skarabeylərin aşkar olunması bir daha sübut edir ki, bu ərazinin əhalisi Misir 

pastasından məmulat istehsalının uzaq mərkəzləri - Navkratis və Aleksandriya şəhərləri 

ilə  ticarət  və  mədəni  əlaqələr  saxlayırdı.  Kütləvi  səciyyə  daşıyan  materialdan  əlavə, 

ayrı-ayrı  əşyalar  da  əlaqələrdən  xəbər  verir.  Qədim  Qafqaz  Albaniyasının  keramika 

məmulatı  arasında  oxşarı  olmayan  amfora  bu  baxımdan  maraqlıdır.  Qab  Gəncə 

yaxınlığında  çiy  kərpic  qəbirlərin  birindən  tapılmışdır.  Şirlidir,  cəng  layı  altında 

parıltısını itirmiş açıq mavi-yaşıl rəngdədir. 

Azərbaycanın Laçın rayonunun Zerta (Qara kaha) kəndi yaxınlığında tapılmış tunc 

çırağı  da  xaricdən  gətirilən  əşyalar  sırasına  aid  etmək  lazımdır.  Çırağın  üstündə  ağzını 

açmış  sağqallı-bığlı  maska  təsvir  edilmişdir.  Uzunsov  iri  gözlərin  üstündə  qalın  çatma 

qaşlar  yerləşir.  Belə  çıraqlara Romada  təsadüf  edilir  və  bunlar  I  əsrin  ikinci  yarısı  və  II 

əsrin  birinci  yarısı  ilə  əlaqələndirilir.  Çıraqda  təsvir  edilmiş  maskanın  stilinin  təhlili 

diqqəti Roma imperiyasının Şərq əyalətlərinə, daha doğrusu Suriyaya yönəldir. Suriyada 

istehsal  edilmiş  tunc  çıraq  qədim  Qafqaz  Albaniyasına,  ola  bilsin  ki,  XII  Fulminata 

legionu  senturiyasının  romalı  döyüşçüləri  tərəfindən  gətirilmiş  və  ya  buraya  I  əsrin 

axırlarında - II əsrin əvvəllərində xarici tacirlərlə qədim Albaniya əhalisi arasında ticarət 

mübadiləsi nəticəsində gəlib çıxmışdır. Bununla əlaqədar olaraq, antik dövrün Qəbələdən 

tapılmış  qapaqlı  tunc  çırağı  nəzəri  cəlb  edir.  Belə  çıraqların  Misirdə  və  İtaliyada  aşkar 

edilmiş nümunələri Britaniya muzeyində saxlanılır. 

Azərbaycan  ərazisində  aşkara  çıxarılan  gümüş  piyalə  gətirilmə  əşyalar  sırasına 

aiddir. Piyalənin dibi dörd cüt ortaq mərkəzli dairəvi şırımla naxışlanmışdır. I-III əsrlərə 

aid  edilən,  halqa  ayaqcığı  olan  başqa  bir  piyalə  Mingəçevirin  taxta  qutu  qəbrindən 

tapılmışdır.  Bu  iki  piyalədə  Romanın  təsiri  duyulur.  Mingəçevirin  III  sol  sahil 

məskənində  aşkara  çıxarılmış  bərnişəkilli  gümüş  cam  diqqəti  cəlb  edir.  Belə  qablar 

Roma torevtikasında məşhurdur. Mingəçevirin III sol sahil məskənində aşkar edilmiş, 

tənək  yarpaqları  və  üzüm  salxımları  şəklində  naxışları olan  gümüş  cam  yüksək  bədii 

keyfiyyəti  ilə  fərqlənir.  Halqaşəkilli  alçaq  oturacağı  olan  bu  omfallı  cam  Armazisxevilə 

İberiya pitiaxşlarının sərdabələrindən birinin I-II əsrlərə aid gümüş camı ilə müqayisə 

edilə bilər. Bir qədər sonra Rustov kəndi  yaxınlığında eramızın I-II əsrlərinin torpaq 

qəbirlərindən  başqa  bir  gümüş  piyalə  tapılmışdır.  Gümüş  piyalələrin  forma,  ölçü  və 

dekorativ tərtibat xüsusiyyətləri onları Romadan idxal  olunan  əşyalar  sırasına  aid  etməyə 

imkan verir. Qaraməryəm küp qəbrindən tapılmış başqa bir gümüş piyalə də hellinizm 

tipli  qablar  sırasına  aiddir.  Torpaqqala  (Alazan)  katakomba  qəbrində  aşkar  edilən, 

halqa  şəklində  geniş  oturacağı  olan  qapaqlı,  nazik  divarlı  gümüş  vaza  xaricdən 

gətirilən  məmulatlar  sırasına  aiddir.  Vazanın  dibində  zərli  medalyon  üzərində  qaçan 

maral  və  başı  üzərində  uçan  qrifon  təsvir  edilmişdir.  Vaza  Romanın  özündə,  ya  da 




302 

 

əyalətlərində geniş yayılmış qabları xatırladır. İçində Nereidanın - dəniz pərisinin təsviri 



olan  dövrə  ölkənin  geniş  ticarət  əlaqələrinə  dəlalət  edən  mədəniyyət  əşyalarındandır. 

Dövrə kübarlar cəmiyyətində məişətdə işlədilən qab kimi, ya əcnəbi tacirlərin hədiyyəsi 

kimi qiymətləndirilir. 

Beləliklə,  xaricdən  gətirilən  əşyalar  sırasına  şüşə  məmulat  sikkələrin  və 

gemmaların böyük bir qismi, kauri çanaqları, bəzi muncuq növləri və skarabeylər, habelə 

tunc çıraq və gümüş dövrələr aiddir. Azərbaycanda aşkar edilən əcnəbi əşyaların bir çoxu 

açıq-aşkar həm Qərb, həm də Şərq arealı ilə, o cümlədən Parfiya ilə bağlıdır. Uzaq və 

yaxın  ölkələrlə  ticarət  əlaqələri  başlıca  olaraq  Parfiya  dövlətinin  magistralları  vasitəsilə 

həyata  keçirilir  və  bu  magistrallar  Albaniyanı  antik  dövrün  ən  iri  mərkəzlərinin  nüfuz 

dairəsinə daxil edirdi. 

Qonşu  ölkələrlə  ticarət  münasibətlərinin  artması  sikkə  tədavülünə  gətirib 

çıxarırdı.  Azərbaycanın  bütün  ərazisində  -  Mingəçevirdə,  Bərdədə,  Füzulidə, 

Çuxuryurdda, Yaloylutəpədə,  Kür,  Araz,  Gəncəçay  və  başqa  çayların  sahilləri boyunca 

yerləşən  ərazidə  arxeoloji  qazıntılar  zamanı  çoxlu  sikkə  aşkar  edilmişdir.  Sikkələr  həm 

küp  qəbirlərdə,  katakomba  qəbirlərdə,  torpaq  qəbirlərdə  və  digər  qəbirlərdə,  həm  də 

ayrıca dəfinələr şəklində bir neçə ədəddən bir neçə yüz ədədə qədər tapılmışdır. 



Pul  tədavülü.  Albaniya  dövləti  yaranana  qədər  Azərbaycanda  ticarət  uzun 

müddət  sadə  əmtəə  mübadiləsi  formasında  aparılmışdır.  Başqa  ölkələrdə  olduğu  kimi, 

burada da tədricən pul funksiyasını yerinə yetirən, başqa əmtəələr üçün dəyər ekvivalenti 

olan  əmtəələr  meydana  gəlmişdir.  Qədim  Albaniyada  sikkə  zərb  olunanadək  ümumi 

ekvivalent  funksiyasını  kauri  balıqqulağı,  mal-qara,  metal  külçələri  və  başqa  mallar 

yerinə yetirirdi. 

Uzun  müddət  elmdə  belə  bir  fikir  hökm  sürürdü  ki,  albanlarda  pul  tədavülü 

olmamışdır.  Bu  rəyi  söyləyənlər  Strabonun  sözlərinə  istinad  edirdilər:  "Onlarda 

(albanlarda)  adətən  zərb  edilmiş  sikkə  işlənmir,  onlar  100-dən  o  yana  say 

bilmədiklərindən ancaq mübadilə ticarəti ilə məşğul olurlar". Lakin Azərbaycanda tapılan 

çoxlu numizmatik materiallar və bu materialların öyrənilməsi göstərdi ki, Albaniyada pul 

tədavülü,  görünür,  e.ə.  IV  əsrin  axırlarında  -  III  əsrin  əvvəllərində  başlanmışdır. 

Tapıntılar  əsasında  antik  dövrdə  Albaniyanın  pul  tədavülünü  iki  tarixi  mərhələyə 

bölmək olar. Birinci mərhələ hellinizm dövrünü, yəni e.ə. IV əsrin axırlarından e.ə. 

əsrin  ortalarına  qədərki  dövrü,  ikinci  mərhələ  isə  e.ə.  I  əsrin  ortalarından  eramızın  III 

əsrinin ortalarına qədər olan dövrü  əhatə  edir. Hellinizm dövrünə  aid  Azərbaycanda bir 

neçə  pul  dəfinəsi  tapılmışdır.  Bunlardan  biri  Bərdə  dəfinəsidir.  Dəfinə  Makedoniyalı 

Aleksandrın,  Selevki  hökmdarlarının  sikkələrindən  ibarətdir.  Şamaxı  yaxınlığında 

Xınıslı kəndinin ətrafında tapılan dəfinə daha böyük olmuşdur. Bu dəfinədən 300-dən çox 

sikkə toplamaq mümkün olmuşdur. Dəfinədəki gümüş sikkələr arasında Afinanın, Frakiya 

çarı Lisimaxın (e.ə. 323-281-ci illər), Vifiniya çarları I Nikomedin (e.ə. 149-91-ci illər) 

və  II  Nikomedin  (e.ə.  91-74-cü  illər),  Pont  çarı  VI  Mitridat  Evpatorun  (e.ə.  114-63-cü 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə