TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə144/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   140   141   142   143   144   145   146   147   ...   186

307 

 

aşkar  edilir.  Bunlar  çox  uzun  bir  müddət  ərzində  Albaniyanın  pul  tədavülündə 



qüvvədə olmuşdur. Məsələn, Əli-Bayramlı rayonunun Xersonovka kəndində tapılmış  

109 Arşaki  sikkəsindən ibarət dəfinə eramızın II  əsrinin sonlarında basdırılmış olsa  da, 

Qotars draxmaları bu dəfinədə böyük əksəriyyət təşkil edir. Qəbələdə aşkar edilmiş bir 

dəfinənin  tərkibində  Otonun  (eramızın 69-cu  ili),  Vespasianın (69-79-cu illər), Trayanın 

(98-117-ci  illər)  və  Hadrianın  (117-138-ci  illər)  Roma  denariləri  ilə  birlikdə  Qotars 

draxması  tapılmışdır.  Bu  dəfinə  III  əsrin  sonlarında  basdırılmışdır,  çünki  onun 

sikkələrinin  böyük  əksəriyyəti  Sasani  çarı  II  Varaxranın  (276-293-cü  illər) 

draxmalarından ibarətdir. 

224-cü  ildə  Parfiya  dövləti  süqut  etdi,  lakin  onun  xarabalıqları  üzərində 

Sasanilər  imperiyası  bərqərar  olub  möhkəmləndi.  Beləliklə,  Albaniya  bazarlarına 

Arşaki sikkələrinin axını kəsildi. Albaniya tədricən Sasanilər imperiyasının təsiri altına 

düşdü.  III  əsrin  ortalarından  Albaniya  bazarlarına  güclü  axınla  gələn  Sasani  sikkələri 

Arşaki və Roma sikkələrini əvəz etdi. 

ġəhərlər  və  baĢqa  məskənlər.  Antik  dövr  Albaniyasının  ərazisi  çoxsaylı 

məskənlərlə  sıx-sıx  örtülmüşdü.  Qədim  müəlliflərdən  bizə otuzdan  artıq  nisbətən  iri  və 

məşhur şəhərin, habelə başqa məskənlərin adları gəlib çatmışdır. 

Antik  Albaniyada  şəhərlərin  meydana  gəlməsi  ölkənin  çoxəsrlik  sosial-iqtisadi, 

siyasi və mədəni inkişafının nəticəsi idi. Bu mürəkkəb proses alban cəmiyyətinin ümumi 

inkişafı ilə sıx bağlı idi və onun əmlak və sosial cəhətdən parçalanmasından, cəmiyyətdə 

gedən sinfi təbəqələşmədən, dövlət institutlarının təşəkkülündən irəli gəlirdi. Eramızdan 

əvvəl  birinci  minilliyin  ikinci  yarısında  və  eramızın  ilk  əsrlərində  Albaniya  oturaq 

əkinçilik-maldarlıq təsərrüfatının kifayət dərəcədə inkişaf etdiyi bir ölkə idi. Sənətkarlıq 

da  yüksək  inkişaf  səviyyəsinə  çatmışdı;  burada  artıq  geniş  bir  əmək  bölgüsü,  dar 

ixtisaslaşma və standartlaşdırma, yəni əmtəə istehsalının əlamətləri vardı. 

Qəbələdə  tapılan,  üstündə  möhür  izləri  və  qaytan  qırıqları  olan  onlarla  bullalar 

hellinizm  zamanından  başlayaraq  Albaniyanın  iqtisadi  həyatının  yüksək  səviyyəsinə  çox 

mühüm  bir  sübutdur.  Qəbələdə  bullalar  düzəltmək  üçün  hazırlanmış  xammalın  aşkar 

edilməsi böyük əhəmiyyət kəsb edir. 

Albaniyanın iqtisadi inkişafının arxeoloji materiallarla əsaslandırılan kifayət qədər 

yüksək səviyyəsi yazılı mənbələrlə də təsdiq olunur. 

Bizə  məlumdur  ki,  hellinizm  dövrünün  Albaniyasında  azad  əhali,  yoxsullar  və 

əyanlar, Kiçik Asiyanın və Ermənistanın məbəd birliklərinə çox bənzəyən məbəd vilayəti, 

habelə məbəd qulları və kahinləri olmuşdur. Albaniyanın öz çarları, qoşunu, zərbxanası var 

idi.  Bütün  bunlar  Albaniyada  şəhərlərin  və  şəhər  həyatının  meydana  gəlməsinə  və 

inkişafına səbəb olmuşdu. 

Göstərilən  proses  üçün  müqəddəm  şərtlər  əsrlər  boyu,  hələ  ibtidai  icma 

quruluşunun  bətnində  yaranmışdı.  Şəhərlərin  meydana  gəlməsi  isə  ibtidai  icma 

quruluşunun tamamilə parçalanması və dağılması demək idi. Şəhərlər dövlətin yaranması 



308 

 

ilə bir vaxtda meydana gəlir. Şəhərin kənddən ayrılması barbarlıqdan sivilizasiyaya, tayfa 



quruluşundan  dövlətə  keçid  ilə  birlikdə  başlanır.  Şəhərlə  birlikdə  hakimiyyət  orqanları, 

polis, vergilər və i.a. meydana gəlir. Əhalinin iki böyük sinfə bölünməsi - bilavasitə əmək 

bölgüsünə və istehsal alətlərinə əsaslanan bölgü özünü ilk dəfə burada göstərmişdir. 

Ticarət yollarının üstündə yerləşən, sosial-iqtisadi cəhətdən inkişaf etmiş alban 

məskənlərinin  tədricən  şəhərlərə  çevrilməsi  prosesi  eramızdan  əvvəl  I  minilliyin 

ikinci yarısının əvvəlinə aid edilməlidir. 

Qədim  dövrün  başqa  şəhərləri  kimi,  Qafqaz  Albaniyasının  şəhərləri  də  onları 

əhatə edən əkinçi icmaları ilə ən sıx şəkildə bağlı idilər. 

Azərbaycan  və  Dağıstan  ərazisində  arxeoloji  qazıntılar  zamanı  antik  dövrdə, 

mövcud  olmuş  şəhər  tipli  məskənlər  aşkara  çıxarılmışdır.  Bunlar  Qəbələ  (Çuxur-

Qəbələ,  Çaqqallı,  Seyidtala,  Uzuntala),  İsmayıllı  (Mollaisaqlı,  Şıxdərə  Kəlləsi, 

Qalagah),  Ağsu  (Nüydü  düzü),  Qax  (Torpaqqala),  Qazax  (Sarıtəpə),  Şamaxı, 

Beyləqan  (Təzəkənd,  Qaratəpə)  rayonlarında,  Mingəçevir  zonasında,  Dağıstanda 

(Turpaqqala,  Urseki,  Tarki,  Dərbənd)  və  başqa  yerlərdə  qazıntı  nəticəsində  aşkar 

edilmiş məskənlərdir. 

Ptolemey  antik  dövr  Albaniyasının  şəhərlərindən  və  digər  məskənlərindən 

danışarkən bildirir: "Soana çayı mənsəbinin arxasında Telayba şəhəridir; Gerr çayının 

mənsəbi Gelda  şəhəridir: Kaysiya çayının  mənsəbi  Albana  şəhəridir;  Albana çayının 

mənsəbi Qaytara şəhəridir; onun ardınca Kir çayının mənsəbidir. 

Qafqazdan  [axıb  gələn]  və  Kirə  tökülən,  -  o  Kirə  ki,  bütün  İberiyadan  və 

Albaniyadan keçərək Ermənistanı onlardan ayırdı, çay ilə İberiya arasındakı Albaniya 

şəhərləri və kəndləri: Taqoda, Bakxiya, Sanua, Deqlana, Niqa. 

Adı  çəkilən,  Qafqazdan  axıb  gələn  çayla  Albana  çayı  arasında:  Moseqa, 

Samunis, İobula, İuna, Embolayon, Albana, Mamexiya, Osika, Sioda, Baruka... 

Albana çayı ilə Kaysi çayı arasında: Xabala, Xabota, Boziata, Misiya, Xadaka, 

Alam. 


Kaysi çayı ilə Kerr çayı arasında: Tiauna, Tabilaka. 

Gerr çayı ilə Soana çayı arasında isə: Tilbis". 

Söz  yox  ki,  yuxarıda  verilən  siyahıda  toponimlərin  yazılışında  xətalar  və  ya 

hətta  səhvlər  olmamış  deyildir.  Bunların  bəziləri,  şübhəsiz,  Ptolemey  məxəzindən 

gəlir  və  ya  onun  əlində  olan  əsərdə  coğrafiyaşünas  tərəfindən  düz  oxunmamasının 

nəticəsidir. 

Ptolemeyin  siyahısında  dəqiq  müəyyənləşdirilmiş,  şəkk-şübhə  doğurmayan 

yeganə  şəhər  Xabaladır.  Ptolemeydən  bir  neçə  onillik  əvvəl  Böyük  Plini  antik 

ədəbiyyatda ilk dəfə olaraq özünün "Təbii tarix" əsərində onun adını çəkmiş və şəhəri 

Kabalaka adlandırmışdı. Görünür, Plini bu ada eramızdan əvvəl II-I əsrlərdə yaşayan 

Roma müəllifi Varronda rast gəlmişdi. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə