TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə143/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   139   140   141   142   143   144   145   146   ...   186

305 

 

Sikkələrin hamısı dəyirmi olub bir üzləri çökək, digər üzləri qabarıqdır. Bu da 



hellinizm dövrünün bütün sikkələrinin səciyyəvi xüsusiyyətidir. 

Qəbələ dəfinəsinin tədqiqi müəyyən etməyə imkan verir ki, Albaniyanın sikkə 

ustaları  əvvəllər  gətirilmə  orijinalların  dəqiq  surətini  çıxartmağa  çalışırlar.  Sonralar 

sikkə  tipləri  tədricən  pisləşirdi.  Sikkənin  ümumi  tipinə  yeni  ünsürlər  artırırdılar; 

məsələn, sikkənin qabaq üzündə başa dəbilqə qoyur, arxa üzündə isə sxematik təsvir 

olunan taxta əyləşmiş Zevs əlində bəzən qartal əvəzinə naməlum quş və ya hətta keçi 

tutmuşdur. Xeyli korlanmış olan ən axırıncı sikkələr e.ə. I əsrin 2-ci rübünə aid edilən 

Xınıslı  dəfinəsinin  tərkibində  tapılmışdır.  Bu  sikkələrin  tipləri  çox  sxematik,  relyefi 

yüksək  olmadığından  təsvirlər  çətinliklə  seçilir.  Xınıslı,  Qəbələ,  Nüydü  dəfinələri 

sübut  edir  ki,  e.ə.  I  əsrin  ortalarına  yaxın  yerli  sikkələr  xeyli  korlanmış  və  təsvirlər 

təhrif  edilib  tanınmaz  şəklə  salınmışdı.  Lakin  bütün  bunlara  baxmayaraq,  sikkələrin 

tipləri  Makedoniyalı  Aleksandrın  sikkələrinin  tipləri  ilə  öz  genetik  əlaqəsini 

saxlamışdır.  

Bu  sikkələrin  yalnız  Azərbaycanda  aşkar  edilməsi  (tarixi  Albaniya  ərazisinin 

hüdudlarından  kənarda  hələlik  ancaq  Artaşatda  bircə  ədəd  belə  sikkə  tapılmışdır), 

onların üslubi xüsusiyyətləri, tiplərin bəzi əlamətləri, habelə ümumi möhürlərlə zərb 

edilmiş  çoxlu  sikkələr  bunların  Albaniyanın  yerli  məhsulları  olmasına  şübhə  yeri 

qoymur.  

İndiyədək  bu  sikkələr  hellinizm  dövrü  dəfinələrində  və  arxeoloji  qazıntılar 

zamanı  e.ə.  I  əsrin  ortalarından  əvvələ  aid  yaşayış  yerlərinin  təbəqələrində  və  qəbir 

abidələrində  tapılmışdır.  Bu  sikkələrin  tiplərinin  üslubi  təhlili,  qazıntıların 

stratiqrafiyası,  habelə  bəzi  başqa  məlumatlar  əsasında  onların  zərb  edilməsinə  nə 

vaxtdan  başlandığını  müəyyənləşdirmək  mümkündür.  Ehtimal  ki,  Albaniyada  bu 

sikkələrin zərb edilməsinə Makedoniyalı Aleksandrın sikkələri bir çox ölkələrdə geniş 

yayıldığı dövrdə başlanılmışdı. 

Makedoniyalı  Aleksandrın  Şərq  yürüşündən  sonra  beynəlxalq  ticarət  üçün 

əlverişli şərait yaranmışdı; yeni-yeni ölkələr, o cümlədən Albaniya beynəlxalq ticarətə 

qoşulurdu.  Ticarətin  və  pul  tədavülünün  intensiv  inkişafı  üçün  çoxlu  sikkə  tələb 

olunurdu.  Gətirilmə  sikkələr  daxili  bazarın  getdikcə  artan  ehtiyacını  daha  ödəyə 

bilmirdi  və  Albaniya  dövləti  gətirilmə  nümunələr  əsasında  öz  sikkələrini  kəsməyə 

başladı.  Makedoniyalı  Aleksandrın  sikkələrinin  kəsilməsi  onun  ölümündən  sonra  da 

bir  müddət  davam  etmişdir.  Lakin  artıq  e.ə.  III  əsrin  80-ci  illərindən  hellinist 

dövlətlərin hökmdarları sikkələrini öz adlarından, seçdikləri tiplərlə zərb etdirmişlər. 

Bu  vaxtdan  da  Albaniyaya  xaricdən  Makedoniyalı  Aleksandrın  sikkələrinin  axını 

dayandı. Yerli bazar isə bu pula öyrəşmişdi. Bazarın vərdiş etdiyi bu pula ehtiyacını 

ödəmək  üçün  Albaniyada  həmin  sikkələrə  bənzər  sikkələr  zərb  etməyə  başladılar. 

Beləliklə,  şübhə  etmədən  demək  olar  ki,  Albaniyada  həmin  bənzətmə  sikkələrin 

kəsilməsinə  hələ  e.ə.  III  əsrin  birinci  yarısında  başlanılmışdı,  çünki  sonralar 




306 

 

başlansaydı,  Aleksandrın  sikkələrinə  deyil,  başqa  sikkələrə,  məsələn,  o  zaman 



Albaniyaya geniş bir axınla gələn Selevki sikkələrinə bənzətmələr daha təbii olardı. 

Albaniyanın  bu  ilk  sikkələri  üzərində  aparılan  müşahidələr  belə  düşünməyə 

əsas verir ki,  hamısı bir zərbxanada  kəsilmişdir. Güman edilir  ki,  bu zərbxana  antik 

dövrdə Albaniyanın baş şəhəri sayılan Qəbələdə olmuşdur. 

Tarixi Albaniyanın ərazisində bu sikkələrin çox miqdarda iri dəfinələr şəklində 

aşkar  edilməsi  və  onun  hüdudlarından  kənarda  belə  dəfinələrin  olmaması  güman 

etməyə  əsas  verir  ki,  sikkələr  daxili  bazar  üçün  nəzərdə  tutulmuşdu.  Onların 

kəsilməsinə nə vaxtdan xitam verilməsi dəqiq müəyyənləşdirilməmişdir. Ola bilsin ki, 

bu  sikkələrin  buraxılışı  e.ə.  I  əsrin  ortalarında  dayandırılmışdır.  Hər  halda  sonralara 

aid edilən təbəqələrdə və komplekslərdə bu cür sikkələr tapılmamışdır. Güman etmək 

olar  ki,  bu  tip  sikkə  buraxılışının  dayandırılması  Pompeyin  Zaqafqaziyaya  yürüşü 

nəticəsində  Zaqafqaziyanın  Roma  dövlətinin  nüfuz  dairəsinə  daxil  olduqdan  sonra 

yaranmış siyasi vəziyyətlə bağlıdır. 

E.ə.  I  əsrin  ortalarından  etibarən  Albaniya  bazarlarında  gətirilmə  sikkələrə 

Roma  sikkələri  də  qoşulmuşdu.  Roma  sikkələri  xüsusən  Mingəçevirdə,  Bərdədə, 

Beyləqan  rayonundakı  Təzəkənd  xarabalığında,  Gəncə  şəhərinin,  Şamaxının 

yaxınlığında və Qəbələdə tapılmışdır. Bunlar Mingəçevirdə, e.ə. I - eramızın III əsrinə 

aid  qəbirlərdə  xüsusilə  çox  aşkar  edilmişdir.  Eramızdan  əvvəl  I  əsrin  sonunda  - 

eramızın  I  əsrinin  başlanğıcında  Avqust  denariləri  Zaqafqaziyada  geniş  yayılmışdı. 

Albaniya  ərazisində  sayca  da  bu  sikkələr  digər  Roma  sikkələrindən  çoxdur.  Avqust 

denarisinin  tək-tək  nümunələrinə  Albaniyanın  hər  yerində  rast  gəlinir.  Təzəkənd 

xarabalığında 12 ədəd Avqust denarisindən ibarət kiçik dəfinə tapılmışdır. Eramızın I 

əsrinin birinci yarısında Avqust sikkələri Qərbdə İspaniyadan Şərqdə Hindistana qədər 

çox böyük bir ərazidə geniş yayılmışdı. Avqust sikkələri çox uzun bir müddət ərzində 

pul tədavülündə qüvvədə qalmışdı; qonşu Gürcüstanda hətta eramızın II-III əsrlərində 

də  həmin  sikkələrin  aşkar  edilməsi  buna  sübutdur.  Reversində  (arxa  üzündə)  Qay  və 

Lusinin  təsviri  verilmiş  Avqust  denarilərinin  geniş  yayılması  bir  çox  ölkələrdə  bunlara 

bənzədilən  sikkələr  kəsilməsinə  səbəb  olurdu.  Zaqafqaziya  dəfinələrinin  öyrənilməsi 

güman etməyə imkan verir ki, bu sikkələrə bənzədilən sikkələr İberiyada da kəsilirmiş. 

Avqustdan sonra hökmranlıq etmiş imperatorların kəsdirdiyi Roma sikkələrindən 

Albaniya  ərazisində  tək-tək  nümunələr  tapılmışdır.  Lakin  Roma  sikkələri  bütün  tarixi 

Albaniya ərazisində yayılsalar da, Azərbaycan Respublikasının az qala bütün rayonlarında 

antik  dövrə  aid  abidələrin  arxeoloji  qazıntıları  zamanı  rast  gəlinsələr  də,  Albaniya 

bazarlarında işlənən gətirilmə pullar arasında say üstünlüyünə malik olmamışlar. 

Eramızdan əvvəl I  əsrdə  və  eramızın  ilk  əsrlərində  Albaniyanın pul  tədavülündə 

üstün  rolu  Parfiya  sikkələri  oynayırdı.  Arxeoloji  qazıntılar  zamanı  Parfiya  sikkələrinə 

qədim Albaniya ərazisinin hər yerində rast gəlinir. Bunların arasında Parfiyanın demək olar ki, 

bütün çarlarının sikkələri vardır. Qotars (eramızın 41-52-ci illəri) sikkələri daha tez-tez 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə