TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə142/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   138   139   140   141   142   143   144   145   ...   186

303 

 

illər) tetradraxmaları, e.ə. 175-ci ildən 83-cü ilədək hökmranlıq etmiş Selevki çarlarının 



tetradraxmaları,  e.ə.  80-ci  illərdə  kəsilmiş  Roma  denarisi  və  nəhayət,  70-dən  çox  yerli 

sikkə vardır. Bu dəfinə e.ə. 60-50-ci illərdə basdırılmışdır. 

Sikkələrin həm tərkibi, həm də miqdarı cəhətdən hellinizm dövrünün ən zəngin 

dəfinəsi  Azərbaycan  Respublikasının  Qəbələ  rayonunda  Qafqaz  Albaniyasının  paytaxtı 

Qəbələ  şəhəri  xarabalığının  yaxınlığında  tapılmışdır.  Burada  700-dən  artıq  gümüş  sikkə 

toplamaq  mümkün  olmuşdur.  Dəfinə  kənardan  gətirilmə  və  yerli  sikkələrdən  ibarətdir. 

Dəfinənin ən qədim gətirilmə sikkələri Makedoniyalı  Aleksandrın draxmaları  və Frakiya 

çarı Lisimaxın tetradraxmalarıdır. Həmin sikkələr uzun müddət istifadə olunduğundan çox 

sürtülmüşdür.  Gətirilmə  sikkələrin  böyük  əksəriyyəti  e.ə.  187-ci  ildən  129-cu  ilədək 

hakimiyyət başında olmuş Selevki hökmdarlarının tetradraxmalarıdır. Dəfinədə o dövrdə 

hökmranlıq etmiş bütün Selevki padşahlarının sikkələri vardır. 

Dəfinədə Parfiya sikkələri bir  neçə draxma  ilə  təmsil olunmuşdur. Bunlar  əsasən 

Parfiyanın  ilk  sikkələrindən  ibarətdir.  Dəfinənin  tərkibində  beş  ədəd  yunan-Baktriya 

tetradraxmasının  olması  xüsusi  maraq  doğurur.  Bu  tetradraxmalar  Zaqafqaziya  ərazisində 

nadir tapıntılardır.  Tetradraxmalardan  biri  Yunan-Baktriya  çarlığının  banisi  I  Diodota 

məxsusdur və e.ə. 250-247-ci illərdə kəsilmişdir, qalanları isə Evkraditin (e.ə. 169-159-cu 

illər) adından zərb edilmişdir. 

Bu  dəfinənin  ən  böyük  qismi  yerli  bənzətmə  sikkələrdən  ibarətdir.  Üç 

tetradraxma  Selevki  sikkələrinə,  qalanları  (500-dən  çox  sikkə)  isə  Makedoniyalı 

Aleksandrın tetradraxmalarına və drahmalarına bənzətmədir. Dəfinə eramızdan əvvəl II 

əsrin iyirminci illərində basdırılmışdır. 

Azərbaycanda hellinizm dövrünə aid başqa bir dəfinə Ağsu rayonunun Nüydü 

kəndinin yaxınlığında torpaq qəbrindən tapılmışdır. Dəfinə Makedoniyalı Aleksandrın 

draxmalarına bənzədilmiş 36 ədəd yerli sikkədən ibarətdir. 

Cənubi  Dağıstanın  Qasımkənd  rayonundakı  Gərayxanov  adına  sovxozun 

yaxınlığında tapılmış Selevki hökmdarlarının bir neçə mis sikkələrindən ibarət dəfinə 

çox maraqlıdır. 

Yuxarıda  adları  çəkilən  dəfinələrlə  yanaşı,  arxeoloji  qazıntılar  zamanı  tarixi 

Albaniyanın  ərazisində  hellinizm  dövrü  sikkələrinin  ayrı-ayrı  nümunələri  də 

tapılmışdır.  Bu  tapıntılar  başlıca  olaraq  Parfiya  çarlarının  draxmalarından  və 

Makedoniyalı Aleksandrın draxmalarına bənzədilən yerli sikkələrdən ibarətdir. Onlar 

arxeoloji qazıntılar zamanı Şamaxı şəhəri yaxınlığındakı Xınıslıda, Qəbələ zonasında 

və Nüydü qəbiristanından tapılmışdır. 

Azərbaycanda  tapılan  Ermənistan  sikkələri  II  Tiqranın  iki  sikkəsi  ilə  təmsil 

olunmuşdur. Bunlar Mingəçevir küp qəbirlərinin birindən Roma respublika denariləri 

ilə birlikdə tapılmışdır. 

Beləliklə, tapıntılar  əsasında  aydınlaşır ki,  Albaniya  ərazisində geniş  yayılmış 

ən  qədim  sikkələr  Makedoniyalı  Aleksandrın  və  Lisimaxın  sikkələri  olmuşdur. 




304 

 

Görünür,  məhz  bu  zamandan  Albaniyada  pul  tədavülü  üçün  əlverişli  şərait 



yaranmışdı.  Bu  da  başlıca  olaraq  ölkənin  daxili  sosial-iqtisadi  inkişafından, 

beynəlxalq  ticarətin  genişlənməsindən  irəli  gəlirdi.  Lakin  gətirilmə  sikkələr  ölkənin 

daxili  bazarının  daim  artan  tələbatını  tam  ödəyə  bilmirdi.  Buna  görə  də  Albaniyada 

yerli sikkələrin kəsilməsinə ehtiyac yarandı. Beləliklə, yeni yaranmış Albaniya dövləti 

tipinə  görə  Makedoniyalı  Aleksandrın  geniş  yayılmış  məşhur  tetradraxma  və 

draxmalarına bənzəyən öz pulunu kəsməyə başladı. 

Yerli  sikkələr  iki  nominalla  -  tetradraxma  və  draxmalarla  təmsil  edilmişdir. 

İndiyədək  cəmi  dörd  tetradraxma  məlumdur.  Bunlar  Qəbələ  dəfinəsinin  tərkibində 

aşkara  çıxarılmış  və  bir  cüt  möhürlə  zərb  edilmişdir.  Makedoniyalı  Aleksandrın 

sikkələri  kimi,  bu  tetradraxmaların  da  üz  tərəfində  şir  dərisi  geymiş  Heraklın  başı 

təsvir  olunur.  Təsvir  nöqtələrdən  ibarət  dairəvi  haşiyəyə  alınmışdır.  Sikkələrin  arxa 

tərəfində  Zevs  təsvir  edilmişdir.  O,  taxta  əyləşmiş,  qartal  tutan  sağ  əlini  qabağa 

uzatmış,  sol  əli  ilə  skipetrə  söykənmişdir.  Sağda  yazıya  bənzər  cizgilər  vardır. 

Sikkələrin  orta  çəkisi  15,31  qramdır.  Bu  sikkələr  Makedoniyalı  Aleksandrın 

sikkələrindən  yalnız bir qədər kobudluqları ilə fərqlənir. Bununla belə, nəzərə çarpır 

ki,  ilk  vaxtlar  yerli  zərbxanalarda  Makedoniyalı  Aleksandrın  sikkələrinin  surətini 

mümkün  qədər  dəqiq  çıxartmağa  çalışmışlar.  Bu  meyil  drahmalarda  da  müşahidə 

olunur. 


Tədricən  sikkələrin  tipləri  daha  böyük  dəyişikliklərə  uğramışdır.  Üz  tərəfində 

sağa  baxan insan başı təsvir olunur. Təsvirlərin  yalnız  çöhrəsi aydın  görünür. Lakin 

zənlə  baxanda  gözə  dəyir  ki,  başda  dəbilqə  vardır.  Dəbilqələr  formaca  müxtəlifdir. 

Güman  etmək  olar  ki,  sikkələrdə  Albaniya  çarının  şərti  təsviri  verilmişdir.  Başda 

dəbilqənin  olması  Albaniyada  çar  hakimiyyətinin  "hərbi  xarakterinin"  rəmzi  kimi 

qəbul  oluna  bilər.  Məlum  olduğu  kimi,  hellinizm  monarxiyalarında  çar  öz  ölkəsinin 

ordusunun baş komandanı sayılırdı. Pompeyin yürüşü zamanı Albaniya çarı Oroys da 

öz qoşununun başında durmuşdu. 

Makedoniyalı Aleksandrın sikkələrində olduğu kimi, yerli bənzətmə sikkələrin 

də arxa üzündə taxtda əyləşən Zevs təsvir edilmişdir, lakin təsvir bir qədər kobuddur. 

Yalnız bəzi sikkələrdə taxtın ayaqları izlənir. Görünür, zərb ustaları möhürlərdə xırda 

detalları  verməyə  həmişə  müvəffəq  olmamışlar,  söykənəcək  və  qoltuqaltı  sxematik 

verilmişdir.  Fiqurun  sağ  qolunun  üstündə  quş  oturmuşdur,  sol  əli  isə  skipetrə 

söykənmişdir. 

Təsvirlər  sxematik  verildiyindən  quşun  cinsini  müəyyənləşdirmək  çətindir. 

Yəqin  ki,  ustalar  Makedoniyalı  Aleksandrın  sikkələrində  olduğu  kimi,  Zevsin 

atributlarından  biri  sayılan  qartalın  təsvirini  vermək  istəmişlər.  Bəzi  sikkələrdə  quş 

şanapipiyi xatırladır. 

Maraqlıdır  ki,  sikkələrin  bir  qrupunda  taxta  əyləşmiş  fiqur  sağ  əlində  quş 

əvəzinə keçi tutmuşdur, fiqurun özünün başında isə bir buynuzvarı çıxıntı vardır. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə