TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə138/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   134   135   136   137   138   139   140   141   ...   186

295 

 

aşırıb o biri ərişin altından keçirmək üsulu ilə toxunmuşdur. Xalça ilmələri ilə toxunan 



parçalar da olmuşdur. Küpdə dəfn edilmiş yeniyetmə bir qızın paltarı qədim Albaniyada 

kətan  parçaların  olması  haqqında  fikir  söyləməyə  imkan  verir:  qızın  qırmızı  dəri 

başmaqları  və  eynilə  kəməri,  parçadan  tikilmiş,  hər  balağına  iki  tunc  bilərzik 

keçirilmiş dizliyi vardı. Dizliyin üstündən ətəklik (yubka) geymiş, beldən yuxarıda isə 

əynində kofta və tor ilmələrinin izləri qalmışdı. Qollarına qolbaqlar və sapa düzülmüş 

muncuqlar  taxılmışdı,  boynunda  da  muncuq  çox  idi.  Albanlarda  əl  iyinin  quruluşu  son 

dərəcə  sadə  idi  -  kələfbənd  taxta  ilə  milə  geydirilirdi.  Məlumdur  ki,  əyirmə  zamanı 

kələfbəndi  və  ona  keçirilmiş  taxta  mili  adətən  sağa  hərləyirlər.  Azərbaycanda  bu 

əyirmə üsulundan indi də istifadə edilir. Təmizlənmiş, əl ilə didilmiş yunu hər hansı bir 

əşyaya  bənd  eləyib,  ipi  iyə  sarıyırlar.  Eramızdan  əvvəl  I  minilliyə  aid  edilən  sadə 

toxuculuq  dəzgahlarının  ayrı-ayrı  hissələri  Mingəçevir  və  Babadərvişin  katakomba 

qəbirlərində aşkar edilmişdir. Dəzgahların ayrı-ayrı hissələri ilə yanaşı, sümük çubuqlar 

da  tapılmışdır.  Qəbirlərdən  tapılmış  parça  qırıqları  söyləməyə  irnkan  verir  ki, 

toxuculuq antik Albaniyanın inkişaf etmiş sənətlərindən biri olmuşdur. 

Bir qədər sonralar Albaniyada pambıq və ipək parçalara rast gəlinir. 

Sənət  növləri  bunlarla  bitmir.  Səhih  mənbələrin  olmaması  Qafqaz  Albaniyasında 

dabbağlıq,  dərzilik  haqqında  mühakimə  yürütməyə  imkan  vermir.  Hərçənd  arxeoloji 

material içərisində bəzən bu sənətlərin zəif izlərinə təsadüf edilir. 



Ticarət.  Ticarət  yolları.  Antik  Albaniyada  iri  və  xırda  yaşayış  məntəqələri  az 

deyildi. Ptolemey göstərir ki, Albaniyada 30-dan artıq polis (şəhər) və kome (kənd) var 

idi. 

Arxeoloji qazıntılar nəticəsində antik Albaniyanm bir çox yaşayış məskənləri aşkar 



edilmişdir.  Mingəçevir,  Çuxur-Qəbələ,  Xınıslı,  Təzəkənd  xarabalıqları  bu  qəbildəndir. 

Mollakənd, Qalagah, Nüydü, Hacıhətəmli yaxınlığında və digər rayonlarda qədim alban 

şəhərlərinin və məskənlərinin xarabalıqları kəşf edilmişdir. 

Təbiidir  ki,  alban  şəhər  və  məskənlərinin  əhalisi  qarşılıqlı  əlaqə  saxlayırdı. 

Müxtəlif  rayonlarda  xeyli  miqdarda  oxşar  və  ya  eyni  məmulatın  mövcud  olması 

çoxişlənən  malların  ancaq  fəal  qarşılıqlı  mübadiləsi  şəraitində  mümkündür.  Məişət 

əşyaları  istehsal  mərkəzlərindən  istehlak  rayonlarına  yüz  illərdən  bəri  istifadə  edilən 

ticarət yolları ilə çatdırılırdı. Yerli əhalinin Bazərgan yolu adlandırdığı tranzit yolun izləri 

indi  də  qalmaqdadır.  Bazərgan  yolu  Köndələndağın  cənub  yamacı  ilə  uzanıb  gedirdi. 

Bütün  bu  yol  boyunca  körpü,  qüllə,  qala  və  başqa  tikililərin  xarabalarına  rast  gəlinir. 

Mingəçevir yaxınlığındakı bərə Kürün sağ sahilini sol sahili ilə birləşdirirdi. Qədim Qafqaz 

Albaniyasının  ərazisindən  baş  magistrallardan  əlavə,  Qəbələ,  Mingəçevir,  Şamaxı, 

Torpaqqala,  habelə  digər  məskənləri  və  şəhərləri  birləşdirən  ticarət  yolları  da  keçirdi. 

Ehtimal  ki,  Albaniyanın  baş  quru  magistrallarından  biri  Kür  çayından  şimalda 

yerləşən  ərazidən  keçir  və  Bakıdan  Şamaxı,  Göyçay,  Ağdaş,  Şəki,  Zaqatala,  Balakən 

istiqamətində Laqodexiyə qədər davam edən və oradan Qərbə tərəf gedən yol ilə ayrı-




296 

 

ayrı  yerlərdə  üst-üstə  düşürdü.  Bu  yol  qədim  Şamaxını  Qəbələ  və  Mingəçevir  ilə 



birləşdirirdi.  Eyni  zamanda  baş  magistraldan  ayrılan  qol  yolları  ilə  ilin  isti,  yağıntısız 

vaxtlarında  Albaniyanın  şimal  vilayətlərinə  getmək  olurdu.  Ağdaşın  yaxınlığında  Bakı-

Tbilisi  baş  magistralından  Qəbələyə  tərəf  Savalan  keçidi  ilə  yol  ayrılır.  Savalan 

keçidinin  bir  parçası  şərqə  dönür.  Qədim  karvan  yolu  boyunca  uçuq  körpülərin 

qalıqlarına  rast  gəlinir.  Qəbələyə  gedən  ticarət  yolu  Çayboğazı  qəsəbəsi  yaxınlığında 

şərqə  və  cənub-qərbə  tərəf  istiqamət  alırdı.  Birinci  yol  Bozdağın  cənub  yamacları  ilə 

Şamaxıdan  keçir,  ikinci  yol  isə  Mingəçevirə  tərəf  gedirdi.  Qəbələdən  şərqə  tərəf 

Göyçaya  qədər  uzanan  üçüncü  qədim  yolu  əhali  Əlvan  yol  adlandırır.  Dagil,  Xaçmaz, 

Bum,  Qutqaşen  yaxınlığında  olan  keçidlərlə  Qəbələyə  Dağıstandan  da  getmək 

mümkündür.  Yollar  qışda  qarla  örtülür,  gediş-gəliş  ilin  yalnız  isti  vaxtlarında  mümkün 

olur.  Qeyd  edilir  ki,  Dəvə  yolu  (qədim  Bazərgan  və  ya  Elçi  yolu  belə  də  adlanır) 

Mollaisaqlıya qədər uzanır. Şirvan öndağı ilə Şamaxıya çatır, oradan isə Kaspi sahillərilə 

Duvanlıya  gedirdi.  Həftəran  vadisinin  əhalisi Şimali Qafqazda və  Dağıstanda  yaşayan 

tayfalarla  əlaqəni  həm  də  Dərbənd  keçidi  və  Böyük  Qafqaz  silsiləsinin  Xaçmaz,  Bum, 

Qəbələ və Vəndam yaxınlığından keçən dar aşırımları vasitəsilə saxlayırdı. 

Bu yollardan əlavə, Şamaxı rayonunu İsmayıllı, Qəbələ, Bum, Xaçmaz, Oğuz və 

başqa  yerlərlə  kəndarası  yollar  da  birləşdirir.  Qədim  Qafqaz  Albaniyasının  baş 

magistrallarından  biri  Qazaxdan  başlanan,  Şəmkir,  Gəncə  və  Mingəçevirdən  keçib 

Şamaxıya  gedən  yol  ilə,  həm  də  Bərdədən  başlanan,  Ağdamdan  və  Füzulidən  keçərək 

cənubda  Atropatenaya  və  İrana  gedən  yol  üst-üstə  düşürdü.  Ərəb  coğrafiyaçılarının 

məlumatına  görə,  Tbilisidən  şərqə  gedən  yol  Xunan,  Şəmkir  və  Gəncədən  keçərək 

Bərdəyə qədər uzanırdı, buradan isə Bərzənc, Şamaxı, Şirvan və digər şəhərlər təriqi ilə 

Dərbəndə yaxud Bərdədən çıxıb Yunan, Beyləqan, Barsan, Bəlxəb və Bərzənd təriqi ilə 

Ərdəbilə getmək olardı. 

Strabon  yazırdı  ki,  İberiyaya  "Albaniyadan  keçid  əvvəlcə  qayalardan  çapılmış 

[yoldan  ibarətdir].  Sonra  [yol]  Qafqazdan  axan  [Alazan]  çayının  əmələ  gətirdiyi 

bataqlıqdan  [keçib  gedir]".  Onun  verdiyi  məlumata  görə,  Ermənistan,  İberiya  və 

Albaniyanın  qovşağında-nisbətən  kiçik  olan  bu  dərə-təpəlik  ərazidə  yollar  müxtəlif 

tərəflərə  uzanır,  həmin  yolla  Albaniyanın  qərb  darvazası  sayılan  keçidlə  albanlar 

yaşayan əraziyə getmək mümkündür. 

Strabon  qeyd  edirdi  ki,  adətən  "İberiyadan  Albaniyaya  Alazan  çayının  sahili  ilə" 

keçmək olar. İberiyadan Albaniya hüdudlarına yalnız bu yolla, dərə-təpəli Kambüsenadan 

və Alazan çayının sahili ilə keçmək mümkün idi. 

Qədim  dövrün  bir  çox  yazıçıları  Qafqaz  darvazasını  səhvən  Kaspi  darvazası 

adlandırırdılar.  Ptolemeyin  "Sarmat  darvazası"nı  Plinidəki  "Qafqaz  darvazası"  ilə 

eyniləşdirmək olar. Bütün əlamətlərdən görünür ki, Qafqaz darvazası indi Daryal dərəsi 

dediyimiz dağ keçidinin eynidir. Lakin cənub vilayətlərini Qafqaz ilə birləşdirən ticarət 

yolu burada da qırılmırdı. Yol davam edərək Qafqaz darvazasından şimal-qərbə, Tanaisə 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə