TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə151/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   147   148   149   150   151   152   153   154   ...   186

321 

 

Ticarətin  genişlənməsi,  pul  tədavülünün  güclənməsi,  eyni  zamanda  hakim  sinfin 



tələbatının  getdikcə  artması  strateji,  hərbi-inzibati,  mədəni  və  dini  mərkəzlər  olan 

köhnə  əkinçilik  məskənlərində  sənətin  inkişafı  və  nəticə  etibarilə  əkinçilikdən 

ayrılmasına təkan verirdi. 

Albaniyada  yerli  sikkənin  meydana  gəlməsi  pullu  ticarətin  genişlənməsində 

mühüm rol oynadı. 

Beləliklə,  artıq  vahid  bir  dövlət  olan  antik  Albaniyanın  şəhərlərində  məhsuldar 

qüvvələrin inkişafı prosesi gedirdi ki, bu da  əmək alətləri, silah, keramika, toxuculuq 

məhsulları və incəsənət əşyaları istehsalının genişlənməsinin nəticəsi idi. 

Hellinizm  dövrü  Albaniyasının  şəhərləri  artıq  yalnız  siyasi-inzibati  və  strateji 

mərkəzlər deyil, həm də ticarət-sənət, din-mədəniyyət mərkəzləri idi, bu şəhərlərdə bazarlar 

vardı,  pul  tədavülü  olduqca  yüksək  bir  səviyyəyə  çatmışdı,  sənətkar  emalatxanaları 

işləyirdi, möhtəşəm binalar tikilmişdi, çoxlu tacirlər, sənətkarlar və başqa əhali yaşayırdı, 

bunlar təkcə yerlilər deyil, həm də gəlmələrdi. 

Sosial  münasibətlər.  Antik  müəlliflərə  əsasən,  Qafqaz  Albaniyasının  öz 

basilevsləri  (çarları)  vardı.  Pompeyin  yürüşləri  zamanından  tanınan  Oroysun  və  otuz  il 

sonra  sərkərdə  Kanidi  Krass  ilə  çarpışan  Zoberin  adları  bizə  gəlib  çatmışdır.  Bəzi  antik 

yazıçılar Albaniyada bir basilevs olduğunu deyirlər. Məsələn, Strabon bildirir ki, hazırda 

Albaniyada  bir  basilevs  hamının  üzərində  hökmranlıq  edir.  Eyni  fikri  İosif  Flavi,  Dion 

Kassi və Appian da söyləyirlər. Plini, Avqustun Aikira kitabəsi, Fest, Evtropi və başqaları 

Albaniyada  çarın  təkhakimiyyətliyindən  bəhs  edirlər.  Digər  müəlliflər  Albaniyada  bir 

neçə  basilevsin  hökmranlıq  etdiyini  göstərirlər.  Məsələn, Plutarx  Kaspi  sahillərində  bir 

neçə alban basilevsi olduğu haqqında məlumat verir. Tasit də albanlarda rekslər (çarlar) 

olduğunu söyləyir. 

Antik  müəlliflər  qədim  Albaniyanın  kübar  cəmiyyətinin  nümayəndələrini  yunan 

və  latın  mənşəli  terminlərlə  adlandırırlar.  Bunların  hər  birinin  öz  alban  prototipinə  nə 

dərəcədə  uyğun  gəldiyini  söyləmək  çətindir;  ictimai  institutlar  müxtəlif  olduğundan 

adətən terminlər mənaca üst-üstə düşmür. Latın variantında basilevs və reks həm varlı, 

həm də sadəcə adlı-sanlı adam deməkdir. Basilevs və reks (yəni hökmdar, hakim) həm 

çara, həm də çarlığa dəxli olmayan nüfuzlu şəxsə aid edilə bilərdi. 

Albaniyada basilevslərdən əlavə, hegemonlar və prefektlər də qeyd edilir. Appian 

bildirir  ki,  Pompeyin  təntənəli  qələbə  arabasının  önündə  iki  alban  hegemonunu 

aparırdılar. 

Hegemon başlıca olaraq başçı, rəhbər, habelə sərkərdə, canişin deməkdir. Ayrı-ayrı 

hallarda şəhərin ərzaq təminatı rəisi, donanma  komandanı, canişin, müttəfiqlərin süvari 

dəstəsinin komandanı prefekt adlandırıla bilərdi. 

Eliana  görə,  hiyerevslər  və  "kaspilərin  ən  varlıları  və  ən  adlı-sanlıları"  dəvə 

yunundan  paltar  geyirdilər.  Məlumatda  cəmiyyətin  yuxarı  təbəqəsi  nümayəndələri 

haqqında yaxşı təsəvvür yaradılır, varlılardan və hakimiyyət başında duranlardan danışılır. 



322 

 

Söhbət rəhbərlərdən və ya sərkərdələrdən gedir, hərçənd burada, ola bilsin, ümumiyyətlə 



başçı və ya canişin deyil, bəlkə də var-dövlət sahibi, adlı-sanlı adam nəzərdə tutulur. 

Strabon  piyada  qoşundan  və  süvarilərdən  bəhs  edir.  Albanlarda  "nizəatanlar  və 

oxatanlar  vardır;  geyimləri  zirehli,  qalxanları  [uzun,  dördküncdür],  başlarına  heyvan 

[dərisindən]  hazırlanmış  papaq  qoyurlar..."  Bütün  əlamətlərdən  görünür  ki,  qoşunun 

tərkibində  Albaniyanın  sosial  təbəqələri  müəyyən  dərəcədə  öz  əksini  tapırdı.  Piyada 

qoşun nisbətən ikinci dərəcəli əhəmiyyətə malik idi və əhalinin daha yoxsul təbəqələrini 

təmsil edirdi, süvarilər isə daha təminatlı ailələrdən toplanırdı. 

Strabon  məlumat  verir  ki,  Selena  ilahəsinə  həsr  edilmiş  Alban  məbədində 

"kahin  vəzifəsini  basilevsdən  sonra  ən  böyük  hörmət  sahibi  olan,  geniş  müqəddəs 

məbəd  torpağının  və  hiyerodulların  (müqəddəs qullar) başında duran  xadim  icra  edir". 

Burada  basilevsdən  sonra  ən  böyük  hörmət  sahibi  olan  xadim  -  teokratik  aparatın 

nümayəndəsi  əks  olunmuşdur.  İbadətgahın  və  məbədyanı  ərazinin  əhalisinə  gəlincə 

Selena  ilahəsinə  həsr  edilmiş  alban  hiyeronunda  baş  kahin  yalnız  öz  ibadətgahında 

deyil,  həm  də  əhalisi  çox  olan  geniş  məbədyanı  ərazidə  hökmran  idi.  Strabon  yaxşı 

məskunlaşmış hiyera xoranı və hiyerodulları ayrılıqda xatırladır. Başqa bir yerdə qeyd 

edilir  ki,  albanlarda  ilahəyə  insan  qurbanları  verilir  və  "qurban  verilən  yıxılarkən 

vəziyyətinə  görə  fal  açılır  və  bütün  icmaya  elan  olunur".  Antik  müəllif  müqəddəs 

torpağın  icmaçıları  ilə  hiyerodullar  arasında  fərq  qoyur.  Bununla  əlaqədar  olaraq 

Albaniyadan  kənarda  yerləşən  ibadətgahın  oxşar  əhalisi  ilə  tanış  olmaq  maraqlıdır. 

Kappadokiya  Komanasının  Enio  və  ya  Ma  (yerli  adı)  ibadətgahı  barəsində  Strabon 

məlumat  verir  ki,  "orada  əhalinin  əksəriyyəti  teoforetlərdən  və  hiyerodullardan 

ibarətdir". Kiçik Asiya ibadətgahının teoforetlərini, görünür, qədim Qafqaz Albaniyasının 

məbədyanı  ərazisinin  zəhmətkeş  əhalisi  ilə  eyniləşdirmək  lazımdır.  Hiyerodullar  və 

teoforetlər  məbəd  ərazisinə  bağlı  əkinçilik  icmasının  üzvləri  olan  məbədyanı  ərazinin 

kəndli  əhalisi  idilər.  Beləliklə,  ibadətgahda  və  hiyera  xorada  iki  kateqoriya  əhali  qeyd 

edilir:  məbəd  icmasının  üzvləri  və  hiyerodullar.  Birinci  kateqoriyaya  başlıca  olaraq 

əkinçiliklə məşğul olan əhali aid idi.

 

Hiyera  xora  əhalisinin  digər  kateqoriyasına  hiyerodullar  aid  idilər.  Kiçik  Asiya 



məbədlərinin  hiyerodulları  haqqında  xeyli  məlumat  qalmışdır.  Məsələn,  Strabon  qeyd 

edir  ki,  Farnakiyada  şəhər  "çoxlu  hiyerodulları  və  hiyera  xorası  olan  Ameriya 

qəsəbəsinə"  malik  idi.  Antik  müəllif  əlavə  edir  ki,  burada  da  "albanlarda  və  Frikiyada 

olduğu  kimi,  Selena  məbədi"  vardır.  Bu  məlumatdan  görünür  ki,  hələ  qədim  vaxtlarda 

Kiçik  Asiya  və  Albaniyanın  məbədlərini  eyniləşdirmə  cəhdi  var  idi.  Hiyerodullar  başqa 

ibadətgahlarda da vardı. Məbəd hiyerodullarının geniş yayılması yaxşı məlumdur. Strabon 

Zelada,  Kappadokiya  Komanasında,  Morimenadakı  Zevs  məbədində  və  Pont 

Komanasında  hiyerodullar  olmasını  xatırladır.  Hər  iki  Komanada  altı  mindən  çox 

hiyerodul vardı. Morimenadakı Zevs məbədində hiyerodulların sayı isə, üç minə yaxın 

idi  [ S t r a b o n ] .   Kiçik  Asiyanın  hiyerodulları  kişilərdən  və  qadınlardan  ibarət  idi. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə