TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə68/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   64   65   66   67   68   69   70   71   ...   186

148 

 

bilmədi.  Kitabədən  bəlli  olur  ki,  Ameka  imkan  tapıb  Sabua  dağında  yerini 



möhkəmləndirmişdi.  Görünür,  Amekanın  ərazisi  kifayət  qədər  geniş  idi.  Etini  və 

Sabua  dağları  bir-birindən  uzaqda  yerləşirdi,  çünki  Aşşurnasirapal  Lallu  və  Edir 

çaylarından,  Su  və  Elaniu  dağlarından  keçməli  olmuşdu.  Aşşurlular  nəticə  etibarilə 

Amekanı  ram  edə  bilmədilər.  Kitabədə  Zamuanın  paytaxtı  Zamrinin,  Arazitku, 

Ammaru, Parsindu, İritu, Suritu qalalarının 150 ətraf məskənlə birlikdə tutulmasından 

danışılırsa  da,  Ameka  üzərində  qəti  qələbə  çalındığı  haqqında  məlumat  verilmir. 

Əhali  Aziru  və  Simaki  dağlarına  çəkilir,  Mesu  şəhərində  yerini  möhkəmlədir. 

Möhkəmləndirilmiş Ammali şəhərinin başında duran Araştua aşşurlulara qarşı Ameka 

ilə birgə çıxış edir. 

Kitabədə  verilən  məlumata  görə,  adları  çəkilən  şəhər-qalalardan  başqa,  daha 

bir neçə şəhər-qala da işğal olunmuşdu. Bunlar Sabininin idarə etdiyi Kisirtu şəhəri və 

onu  əhatə edən on  məskən, habelə Kirtiaranın idarə etdiyi  bareanlıların  şəhərləri idi. 

Ehtimal ki,

 

onlar da Araştuaya tabe idilər, çünki kitabədə bu şəhərlərin qarət edildiyi 



bildirildikdən  sonra  deyilir  ki,  Aşşurnasirapal  Araştuanın  şəhərlərindən  çıxıb 

getmişdi.  Lakin,  görünür,  Araştua  özü  ondan  xeyli  güclü  olan  Amekadan  asılı  idi, 

aşşurlular  yalnız  Amekanı  "çar"  adlandırırdılar.  Amekanın  çar  şəhərlərində  ələ 

keçirilmiş  qənimət  başqa  şəhərlərdə  ələ  keçirilən  qənimətə  nisbətən  daha  zəngin  və 

daha rəngarəng idi. 

 

Aşşurlular dəfələrlə məlumat verirlər ki, Zamridə "onun (Amekanın) əmlakı və 



mülkiyyəti",  çoxlu  "mis  əşyalar,  mis  vazalar,  camlar,  mis  məcməyilər,  qızıl  suyuna 

çəkilmiş  sinilər,  onun  sarayının  sərvətləri,  onun  topladığı  xəzinə"  ələ  keçirilmişdir. 

Zamualılar hər il bac verməli idilər. 

Aşşurnasirapalın  salnamələrindən  görünür  ki,  Zamua  cəmiyyəti  artıq  sinfi 

cəmiyyətdir; Ameka çarlığında şəhər-qalalardan əlavə, mərkəzi "çar" şəhəri Zamri də 

var  idi.  Ələ  keçirilmiş  qənimətin  təsvirindən  və  siyahısından  görünür  ki,  Zamua 

vilayətlərində yüksək dərəcədə inkişaf etmiş professional sənətkarlar varmış. 

II  Aşşurnasirapal  Zamua  zonasında  uzun  müddət  qaldığına  görə  burada 

düşərgə  salır  və  Zamua  ərazisinin  ayrı-ayrı  şəhərlərinə  vaxtaşırı  basqınlar  edir. 

Aşşurlular  Zamuanın  zəbt  olunmuş  hissəsində  əyalət  yaradır  və  daimi  nəzarət  üçün 

Dur-Aşşur  qalasını  tikirlər.  Onlar  ölkənin  bu  hissəsini  sonralar  Zamua  və  ya 

Mazamua adlandırırdılar; vilayətin qalan hissəsinə isə Daxili Zamua deyilirdi. 

 [Xarici]  Zamua  rayonlarını  işğal  etməyin  və  orada  əyalət  yaratmağın 

aşşurlular  üçün  çox  böyük  əhəmiyyəti  vardı.  Məhz  bu  dayaq  nöqtəsindən  aşşurlular 

Şərqə yürüşlər etməyə başladılar. 

II  Aşşurnasirapal  Zamua  yürüşündən  danışarkən  Ata  çarlığını  darmadağın 

etdiyini və Sipirmena ölkəsindən hədiyyələr aldığını bildirir. 

Daxili  Zamuada  ən  iri  siyasi  vahidlər  Nikdimanın  və  Nikdaranın  (və  ya 

Mekdiaranın) torpaqları idi. Nikdiaranın ölkəsində hakimiyyət irsi çar hakimiyyəti idi. 



149 

 

E.ə.  855-ci  ildə,  Nikdiaranın  hökmranlığı  dövründə,  Urmiya  gölündə  onun 



döyüşçüləri  ilə  aşşurlular  arasında  döyüş  olmuşdu.  Nikdiara  hələ  IX  əsrin  20-ci 

illərində  də  ölkəni  idarə  edirdi.  Sonra  hakimiyyət  başına  Nikdiaranın  oğlu  Şarsina 

keçdi. Aşşurlular onun 300 məskənini tutmuşdular. 

Urmiya  gölü  hövzəsində  Allabria  çarlığının  böyük  əhəmiyyəti  var  idi.  Ölkə 

hökmdarlarının  adları  Akkad  və  kaşşu  adları  idi.  Bu,  çox  güman,  həmin  rayonda 

Akkad və kassit mədəni ənənələrinin mövcud olduğunu göstərir. 

Allabrianın  adı  ilk  dəfə  IX  əsrin  ortalarında  III  Salmanasarın  kitabələrində 

çəkilir.  Bu  çarın  salnamələrində  hökmdar  Yanziburiaş  dövründə  Allabria  cəmiyyəti 

haqqında  müəyyən  fikir  söyləməyə  imkan  verən  maraqlı  məlumat  vardır.  Aşşur 

dövləti  Allabrianı  sonralar  özünə  tabe  etmişdi.  Hərçənd  məlum  olduğuna  görə,  II 

Sarqon  zamanında  mannalı  Ullusunu  ölkənin  hökmdarı  İttini  dilə  tutub  "Urartuya 

xidmət  etməyə"  razı  salmış  və  İtti  onun  fitvası  ilə  Asşura  qarşı  üsyan  qaldırmışdı. 

Lakin  Aşşur  dövləti  əleyhinə  koalisiya  darmadağın  edilmiş,  çar  İtti  isə  Suriyadakı 

Amatu  şəhərinə  sürgün  edilmişdi.  Allabrianın  başına  Aşşurun  əlaltısı  Belapaliddina 

qoyulmuşdu.  Sonralar  Aşşurbanipalın  zamanında  və  ya  hətta  bir  az  əvvəl  Allabria 

Mannaya qatılmış, lakin tezliklə yenə də Aşşur tərəfindən istila edilmişdi. 

Adətən qaynaqlarda Allabria ilə Karalla ölkəsi yan-yana qoyulur. Aşşur çarı II 

Sarqonun  zamanında  Karalla  ölkəsi  Aşşur  əleyhinə  koalisiyada  xüsusi  fəallıq 

göstərmişdi.  Elə  Aşşur  çarının  özü  belə  bir  məlumat  da  verir  ki,  "Karalla  ölkəsinin 

sakinləri  mənim  adamımı  qovub  yerinə  Amitaşşini  qoymuşlar".  II  Sarqon  itaətsizlik 

üstündə  Karalla  çarı  Aşşurlenin  dərisini  diri-diri  soydurmuş,  torpaqlarını  isə  Aşşur 

ərazisinə qatmışdı. 

Allabriadan  və  Karalladan  qərbdə  yerləşən,  adı  ilk  dəfə  hələ  e.ə.  X  əsrin 

əvvəlində  II  Aşurnasirapalın  salnaməsində  çəkilən  Kirruri  çarlığı  var  idi.  Onun 

haqqında  son  dəfə  e.ə.  IX  əsrin  ortalarında  III  Salmanasarın  kitabəsində  məlumat 

verilir. 

Aşşurlular  Kirruridən  və  ona  qonşu  olan  digər  vilayətlərdən  bac  olaraq  "at, 

qatır, şərab, tunc qablar" alır və onların başı üstündə "bac toplayanlar" qoyurlar. 

E.ə.  IX  əsrdə  Urmiyaboyu  rayonda  mühüm  bir  siyasi  qurum  çar  II  Tulukti-

Ninurtanın  salnamələrində  adı  ilk  dəfə  çəkilən  Gilzan  dövləti  idi.  O,  Kirruri  və 

Xubuşkia  ilə  qonşu  idi.  Aşşur  hökmdarlarının  Gilzan  üzərinə  çox  tez-tez  yürüş 

etmələri bu ölkənin onlar üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir. 

Ölkəni  çarlar  idarə  edirdilər.  Burada  e.ə.  IX  əsrin  birinci  yarısında  və 

ortalarında Asu, sonra isə Upu hökmdar idi. Uzun müddət hökmdarlıq etmiş Asu III 

Salmanasarın pişvazına "öz qardaşları və oğulları ilə birlikdə" çıxır. Bu, sübut edir ki, 

Asu  artıq  tayfa  başçısı  deyil,  suveren  irsi  hökmdar  idi,  elə  bir  hökmdar  ki,  onu 

aşşurlular da "çar" adlandırırdılar. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə