- 81 -
səbəb olurlar. Balının tərkibində olan diterpenoid alkoloidi insanla müqayisədə arılara daha az
toksiki təsir göstərir.
Ranunculus L.- Qaymaqçiçəyi cinsi Azərbaycanda 33, Naxçıvan MR-də isə 16 növlə təmsil
olunur. Qaymaqçiçəyi nümayəndələrinin tərkibində uçucu xassəyə, kəskin iyə və yandırıcı dada
malik olan protoanemonin maddəsi vardır, bitki quruduqda isə həmin maddə tədricən buxarlanaraq
uçur. Aparılan təhlillər nəticəsində Ranunculus repens. L.- Sürünən qaymaqçiçəyi, R. caucasicus
Bieb. – Qafqaz qaymaqçiçəyi, R. oreophilus Bieb.- Dağ qaymaqçiçəyi növü çiçəkləmə zamanı xeyli
alkaloid olduğu halda, digər hissələrində nisbətən az miqdarda alkoloid olduğu aydınlaşmışdır.
Ranunculus sceleratus L. - Zəhərli qaymaqçiçəyi, Ranunculus dissectus Bieb.(R. szowitsianus
Boiss., R. napellifolius auct. non DC.) - Soviç q., R. repens L. - Sürünən q., R. meyerianus Rupr. -
Meyer q., R. caucasicus Bieb. - Qafqaz q.,R. oreophilus Bieb. - Dağ q., R. grandiflorus L. (R.
kotschyi auct. non Boiss.) - İriçiçək q., R. brachylobus Boiss. & Hohen. - Qısadilim q., R.
strigillosus Boiss. & Huet - Qıllı q., R. aucheri Boiss. (R. elbrusensis Boiss.) - Oşe q., R. illyricus L.
(R. meridionalis Grossh.) - İlliri q., R. oxyspermus Willd. - Sivrimeyvə q., R. arvensis L. - Çöl
qaymaqçiçək növləri otlaq və biçənəklərin başlıca zəhərli bitkiləri olub, kənd təsərrüfatı
heyvanlarına və arıcılığa ciddi ziyan vurur. Yüksək toksiki xüsusiyyətə malik olan "protoanemonin"
yağı ifraz edir. Tərkibində qlikozid və ranunculin toksini var. Nektar və çiçək tozu zəhərli
olduğundan, pətəyin zəhərlənməsinə səbəb olur. Petekdə saxlanılan polenləri ən azı 3 il zəhərli
təsirini saxlayır. Qaymaqçiçəyi cinsinin çiçəkləri qızılı-sarı rəngdə olur, iyun-avqust aylarında
çiçəklədiyindən bütün növləri arılarda zəhərlənmə yaradır və ölümünə səbəb olur. Gənc arılar
zəhərlənmə zamanı pətəyin girişində titrəyir və uça bilməyirlər, qısa zaman içində məhv olurlar[3,
4].
Solanaceae Adans.- Badımcankimilər fəsiləsinin Datura L. - Dəlibəng cinsinə 10-a qədər
növ daxildir ki, onlardan da ikisi regionumuzda vardır. Bunlardan Datura stramonium L. - Adi
dəlibəng yabanı florada, D. inoxia Mill - Hind dəlibəngi isə mədəni florada yayılıb. Hər ikisi zəhərli
bitkidir. Bunlardan bir növü Datura stramonium L. -Adi dəlibəng yabanı halda Naxçıvan MR-in
bütün rayonlarında alaq bitkisi kimi əkin yerlərində, çəpər dibində, yol kənarında rast gəlinir. Belə
sıx təmiz cəngəllik Culfa rayonunun Ərəfsə və Ləkətağ kəndləri və Ordubad rayonunun Nüsnüs
kəndi yaxınlığındakı Sarı yarğanlar ərazisində rast gəlinir.
Datura stramonium L. - Adi dəlibəng Stramonium latınca “dəli edən” mənasını verir.
Dəlibəng ilə əlaqədar ilk sınaqlar Vyanada kral həkimi Störck tərəfindən 1762-ci ildə edilmiş və
onu digərləri izləmişdir. Çiçəkləri yaz aylarında açıq ağ və ya sarı rənglidir. Quraq bölgələrdə,
əlverişsiz şəraitdə də məhsuldar olaraq yetişir. Dəlibəng 20-100 sm hündürlüyündə, dik gövdəli,
birillik zəhərli ot bitkisidir. Çiçəkləri çox iri olub, qıfşəkillidir. Kasacıq 5 kasa yarpağından
ibarətdir, bu yarpaqlar 3-5 sm uzunluğunda olub, boru əmələ gətirir. Tac iridir, 5 ədəd ağ rəngli
ləçəkdən təşkil olunmuşdur. Ləçək yarpaqları 10 sm-ə qədər uzunluqda olub, bitişərək boru əmələ
gətirir. Erkəkcikləri 5 ədəddir. Dişicik 2 meyvə yarpağından təşkil olunub, üst yumurtalıqlıdır. Bitki
iyun-sentyabr aylarında çiçək açır, meyvələri oktyabr ayında yetişir. Bitkinin cicək və yarpaqlarında
0,30-0,75% zəhərli alkaloidlər: hiosiamin, az miqdarda skopolamin vardır. Eyni zamanda
gövdəsində 0,15%, kökündə 0,12-0,27%, toxumlarında isə 16-25% yağ, 0,22% alkaloid vardır. Bu
alkaloidlərdən ən mühümü hiosiamindir. Hiosiamin alkaloidi dəlibəngin yarpağını toplayıb
quruduqda öz izomeri olan atropin alkaloidinə çevrilir. Beləliklə adi dəlibəngin tərkibində əsas
təsiredici aktiv maddələri tropan sırasi alkoloidlərinə aid olan atropin qruplu alkaloidlərdir .
Hyoscyamus L. – Batbat. Naxçıvan MR-də bu cinsin Hyoscyamus niger L.- Qara batbat, H.
pusillus L. -Kiçik batbat və H. reticulatus L. -Torlu batbat olmaqla 3 növü yayılmışdır. Bu növlərin
hamısı da hiyosiyamin qrupu alkaloidləri daşıdığından insan, heyvanlar və arılar üçün zəhərlidirlər.
Başlıca alkaloidləri hiyosiyamin və skopolamindir.
Hyoscyamus niger L.- Qara batbat 60-70 sm hündürlükdə, yoğun mil kökə malik, ikiillik və
ya birillik ot bitkisidir. Kasacıq 5 kasa yarpağından, açıq və ya tünd sarı rəngdə olan tac 5 ləçək
yarpağından əmələ gəlib, yumurtalıq üst vəziyyətdədir, ikiyuvalıdır. Toxumları 1-1,5 mm
uzunluğunda olub, böyrəkşəkillidir. Çox zəhərli bitkidir. Tərkibində 0,02-0,1% hiosiamin, atropin
alkaloidlori və sxopolamin vardır. Flavonoidlərdən rutin aşkar edilmişdir. Alkaloidlərin miqdarı
- 82 -
bitkinin köklərində 0,15-0,18%, gövdədə 0,01%, yarpaqlarda 0,045-0,1%, toxuınlarda 0,06-0,1%
təşkil edir. Toxumlarının tərkibində 35%-ə qədər piyli yağ vardır. Yarpaqlarında karotin
(provitamin A) və 82%-ə qədər C vitamini olmasına baxmayaraq, zəhərli olduğu üçün vitaminli
bitki kimi istifadə etmək olmur. Bitkiden nektar toplayan arıların bir kismi məhv olur, nektarı
daşıyan arılar ise bala toksiki maddələri qarışdırır. Çox miqdarda alkoloidlərlə qarışan ballarla
bəslənən bala arılar məhv olurlar. 1956 yılında Ermənistanda 50 arı ailəsindən 24-ü bitkidən
zəhərlənmiş, qalanı isə zəifləmişdir. Naxçıvan MR-in Gilançay, Havuş, Biləv, Behrud, Parağa,
Nəsirvaz, Teyvaz, Milax, Boyəhməd və b. ərazilərdə ehtiyatı kifayət qədərdir.
Laboratoriyada diaqnozu qoymaq üçün alkoloidlər sinir sisteminə daha çox təsir etdiyi üçün
ölməktə olan arıları diqqətlə izlmək lazımdır. Arılar əvvəl sinirli olur, hücum etməyə və sancmaya
meyli olurlar. Bu vəziyyətdəki arılar açılmış və titrəyən qanadlarıyla oraya buraya uçur, dairəvi
hərəkətlər edir. Daha şiddətli zəhərlənmələr zamanı uçma qabiliyyətini itirir sonunda arxası üstə
düşüb ölürlər. Zəhərlənmədən şübhəli bilinən arı pətəklərindən xəstə və ölmüş arılar götürülüb qısa
müddətdə laboratoriyaya çatdırılmalı, analizləri izlənilməlidir. Arının ayaqlarına ilişən çiçək tozları,
bitki növləri baxımından araşdırılmalıdır. Beləliklə arının ziyarət etdiyi bitkilər müəyyən oluna
bilər. Arı pətəklərində polen ya da nektar zəhərlənməsi görüldüyündə zaman itirmədən zəhərli
polen ya da nektar dolu çərçivələr çıxarılır və yerlərinə şəkər sərbəti doldurulmuş çərçivələr
qoyulur. Zəif pətəklərə yumurta qoyulmuş çərçivələr verilərək pətək gücləndirilir [3, 4].
Zəhərli bal nə qədər zəhərli olsa da, bir çay qaşığından az istifadə edilərsə, faydası
sonsuzdur. Az miqdarda istifadəsi sinir sisteminə, şəkər xəstəlinə, mədə və bağırsaq problemlərinə,
yüksək təzyiqə yaxşı təsir edir. Yəni zəhərli bal həm dərman, həm də zəhərdir.
ƏDƏBİYYAT
1.
Quliyev Ə.M., Quliyev V.Ş. Azərbaycan yaylaqlarının zəhərli və zərərli bitkiləri və onlarla
mübarizə tədbirləri. Bakı, Azərnəşr, 1961, 184 s.
2.
Исмаилов Н.М. Алкалоидоносные растения Азербайджанской ССР. Баку, Элм, 1975,
199 с.
3.
www.veterinerx.com/dosyalar/Zehirli%20Bitkiler%201.pd
4.
http://www. arılarda zehirlenmeye bağlı ölümler
ABSTRACT
Farida Safarova
The article studied toxic substances that affect the chemical composition of honey, honey
such a positive effect on the human body have been studied. Nakhichevan Autonomous Republic
was given information about poisonous plants that affect beekeeping.
РЕЗЮМЕ
Фарида Сафарова
В статье изучены токсические вещества, которые влияют на химический состав меда,
такой мед были изучены положительный эффект на организм человека. Нахичеванская
Автономная Республика была предоставлена информация о ядовитых растениях, которые
влияют на пчеловодство.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent M.Piriyev
Kataloq: files -> uploader -> elmieserlerelmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)elmieserler -> Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)elmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №7 (88)elmieserler -> Naxçıvan Dövlət Universiteti. III naxçıvan Beynəlxalq arıçılıq konfransıelmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)elmieserler -> The series of the humanitarian
Dostları ilə paylaş: |