Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   4   5   6   7   8   9   10   11   ...   171

16 
 
qisas,  intiqam  savaşı  adlansa  da,  intiqamın  bir  qayda  olaraq  əl  atdığı  hərəkətlərə 
yol  verilməsini  məqbul  saymayacaqdır.  Yaxşı  haldır  ki,  döyüşçülərimiz  də  bu 
ruhda tərbiyə olunur, humanistlik onlara heç də yad deyildir. 
Ermənistanın xalqımızı sövq etdiyi müharibə çox həqiqətləri başa düşməkdə 
bizə kömək  etdi. Hər  şeydən  əvvəl  dünyada ikili  standartların mövcudluğuna tam 
əminlik  tapdıq.  Həm  də  düşmənlərimizdən  öz  dostlarımızı  daha  dərindən 
öyrənmək  imkanı  qazandıq.  Sözdə  bizə  ürək-dirək  verib  düşmənimizin 
dəyirmanına  su  tökənləri  də,  həqiqi  strateji  müttəfiqlərimizi  də  daha  yaxından 
tanıdıq.  Saxtalıqdan  bütünlüklə  kənar  olan  qardaşlıq  hissinin  hər  cür  zahiri 
parıltıdan xali olub, özündə poladdan möhkəm olan həmrəylik xəlitəsini əritdiyinin 
də şahidi olduq. 
Ermənistan  öz  havadarlarının  himayəsinə  və  gücünə  bel  bağlayaraq 
Azərbaycanın ədalətli haqqını özündə əks etdirən sülhdən yayınmaq üçün hər cür 
fitnələrə  və  əsassız  bəhanələrə  əl  atır,  həm  də  yeni  bir  “Pirr  qələbəsinin” 
qazanılacağı  xülyası  ilə  özünə  təskinlik  verir.  Erməni  siyasətçiləri  ölkəmizin 
müdafiə  qüdrətinin  möhkəmlənməsi  ilə  əlaqədar  xof  hisslərini  gizlətməyi  də 
bacarmırlar,  Azərbaycanın  iqtisadi  cəhətdən  dinamik  inkişafı,  dövlət  büdcəsinin 
artıq  iki  rəqəmli  milyard  dollarlarla  həyata  keçirilməsi  bu  qorxu  hissini 
qidalandıran amillərdir. Ermənistan müxalifəti belə, ölkəsində sabitliyin pozulması 
ehtimalının  qonşu  dövlətin  uğurlu  hücumu  üçün  şərait  yaradacağından 
ehtiyatlanaraq ultimatum xarakterli çıxışlardan imtina etdiyini bildirmişdir. 
Çox  güman  ki,  şüuru  zəhərlənməmiş  sadə,  zəhmətkeş  erməni  müharibə 
vəziyyətinin  davam  etməsini,  özünün  sağlam  düşüncəsinə  müvafiq  olaraq 
bəyənmir, məqbul saymır, milyonlarla başqa insanlar kimi dinc şəraitdə yaşamağa 
üstünlük verir. Bu mülahizəyə yəqin ki, qatı millətçilər tükürpərdən qəti inkar xoru 
ilə  cavab  verəcəklər  və  özlərinə  xas  olan  qaydada  ən  böyük  həqiqət  kimi  bəyan 
edəcəklər ki, ermənilər milli mənafedə heç vaxt güzəştə getməzlər. Bu vaxt onları 
susduran sual meydana çıxır: məgər ədalətsiz müharibə milli mənafeyəmi xidmət 
edir,  yoxsa  onun  dayaqlarını  uçurdur?  Əlbəttə,  ermənilərin  millətçilik 
ideologiyasında  türklərə  və  azərbaycanlılara  qarşı  kin,  ədavət  mühüm  yer  tutur, 
millətin  müəyyən  hissəsi bu sərsəm  ideyanın girovuna  çevrilmişdir. Düşmənçiliyi 
üstüörtülü  dövlət  ideologiyasına  çevirən  bir  ölkədə  şüurların  amansız  və  ardıcıl 
təsirlərə məruz qalması adi bir hala çevrilmişdir. 
Düşmənçiliyin tarixini özlərinin mənfəət gətirən kapitalına çevirən dövlət öz 
vətəndaşlarını, gənclərini məhz bu ruhda tərbiyə etməyə çalışır, ruhlarına daim təzə 
kin,  nifrət  şehi  çiləməklə  onları  düşmənçilik  mehrabının  qurbanları  kimi  görmək 
istəyir.  Adamlar  dövrünün  və  onları  əhatə  edən  mühitin  xüsusiyyətlərini 
xarakterində  əks  etdirməklə,  özlərinin  yad  zümrəyə  aid  olmadıqlarını  nümayiş 
etdirməyə çalışırlar. Dövlətin günbəgün apardığı siyasət nəticəsində vətəndaş insan 
üzərində üstünlüyə malik olur. Hər dövlət öz vətəndaşına malikdir və çox hallarda 
onun  şüuruna  və  taleyinə  də  hakim  kəsilir.  Dövlət  insan  fəaliyyətinin  bütün 
dairələrini  özünə  tabe  etdirir  və  onun  hisslərinə  öz  möhürünü  vurur.  Ona  görə  də 
düşünürsən  ki,  sadə  erməni  nə  edə  bilər,  axı  o,  daim  dövlətin  aram  verməyən 
təzyiqi  altındadır,  şüuru  isə  daim  təbliğat  zorakılığına  məruz  qalır.  Böyük  rus 


17 
 
tarixçisi  T.N.Qranovski  çox  düzgün  olaraq  qeyd  edirdi  ki,  “insan  bu  və  ya  digər 
dövlətə  nə  qədər  mənsubdursa,  o  qədər  də  hüquqlardan  istifadə  edir”. 
Ermənistanda  isə  vətəndaşlar  mənsub  olduqları  dövlətin  yalnız  onlara  ötürdüyü 
hüquqlardan  istifadə  edir,  hüquqlar  və  vəzifələr  isə  vəhdət  şəklində  ksenofobiya, 
başqalarına düşmənçilik mayesində həll olunmuşdur. 
Qatı  erməni  millətçiləri  tarixə  Herostrat  “şücaəti”  ilə  yanaşmalarından  da 
həzz  alırlar,  öz  uydurduqları  yalana  az  sonra  özləri  də  inanırlar.  Qoy  onlar  belə 
yanaşma  tərzini  kənara  atıb  keçmişdən  ibrət  dərsi  götürməyə,  gələcəyə  isə  kor 
bucaq  altında  baxmağa  öyrənsinlər.  XX  əsrin  əvvəllərində  və  sonunda  onlar 
cinayətdən də betər olan səhvlərə - qonşu xalqlara qarşı düşmənçiliyə və savaşa əl 
atmışlar.  XXI  əsrin başlanğıcında onlar bəxtlərinə düşən şansdan  düzgün  istifadə 
etsələr  daha  çox  qazanarlar.  Yox,  əgər  onlar  nəticəli  sülh  danışıqlarından  imtina 
edib xam xəyaldan uzaqlaşmağı bacarmasalar, “qırıq təhnə” yanında qaldıqlarının 
şahidi  olacaqlar.  Axırıncı  variant  bu  məxluqların  özlərinə  yeni  bəla  toru 
toxumasına bənzəyir. 
Fantastik məqsədlər daim fiaskoya uğrayır, onlara olan ümid çox tezliklə öz 
puçluğunu  göstərir.  Ağıllı  adam  heç  vaxt  suyunu  içdiyi  quyunu  zəhərləməklə 
öyünməz.  Regionu  yeni  döyüş  səhnəsinə  çevirmək  istəyi  də  bu  qəbildəndir.  Axı 
yeni  müharibə  yeni  faciələrlə  müşayiət  olunacaqdır  və  Ermənistan  özünün  hansı 
sınaqlara  çəkiləcəyini  indidən  göz  önünə  gətirməlidir.  Bu  dəfə  Ermənistan  silah 
qaldırmağa cəsarət etsə, bundan daha güclü olan silahla daha ağır yara ala bilməsi 
ehtimalını  da  nəzərdən  qaçırmamalıdır.  Ən  qızmış  başlar  belə  iştah  barədə 
müəyyən  hədd  tanımalıdır.  Başqasının  var-dövlətinə  göz  dikmək,  ondan 
faydalanmaq  heç  də  yaxşı  sonluqla  nəticələnmir.  Çoxa  nail  olmaq  istəyi  adamın 
sərəncamında  olanların  da  məhv  olmasına  şərait  yarada  bilər.  Bu  yerdə  böyük 
ingilis  filosofu  Frensis  Bekonla  əlaqədar  olan  bir  hadisə  yada  düşür.  Lord  Bekon 
York Haus Qardendə olanda öz torlarını suya atan balıqçıları görüb onlardan xahiş 
etdi  ki,  nə  tutsalar  ona  satsınlar.  Balıqçılar  öz  qiymətlərini  dedilər,  lord  isə 
razılaşmayıb  başqa  qiymət  dedi.  Balıqçılar  onun  təklifini  qəbul  etmədilər  və 
torlarını çıxartdıqda torda iki-üç kiçik balıq olduğunu gördülər. Bekon onlara dedi 
ki, əgər onun təklifini qəbul etsəydilər indi evlərinə on şillinq aparardılar. Onlar bu 
sözə  belə  cavab  verdilər  ki,  ovlarının  yaxşı  olacağını  ümid  edirdilər.  Bu  sözlərin 
müqabilində filosof onlara dedi: “Ümid yaxşı səhər yeməyidirsə, lakin çox pis şam 
yeməyidir”.  Qoy  Ermənistan  rəhbərliyi  də  öz  ümidlərində  reallığın  qılınc  itiliyini 
nəzərə almadan keçinməsinlər. 
Keçən əsrin 90-cı illərinin əvvəllərində elə ağlasığmaz bəla baş vermişdir ki, 
onu  törədənlər  tarixin  ittihamından  özlərini  müdafiə  edə  bilməyəcəklər.  Cinayəti 
ört-basdır etmək üçün yeni cinayətə əl atmaq heç də böyük ağıldan xəbər vermir. 
Ehtimal  heç  də  gerçəkliyi  unudanların  düşündüyü  kimi  həmişə  arzu  olunan 
qaydadakı  nəticə  ilə  yekunlaşmır.  Ona  görə  də  Ermənistan  rəhbərliyi  ciddi 
danışıqlar aparmaq əvəzinə ritorikaya, seriya görüşlərin foto və video aludəçiliyinə 
son  qoymalı,  işğal  edilmiş  ərazilərin  azad  edilməsi  və  Azərbaycanın  ərazi 
bütövlüyünün  bərpa  edilməsi  ilə  haqqın  çoxdan  gözlənilən  zəfərindən  hansısa 
xəcalət  hissi  keçirəcəyini  başından  atmalıdır.  Öz  xalqını  iki  onillik  davam  edən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə