Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   61


Vaxtil
ə  bir  sıra  səhraların  yerində  geniş  meşə  sahələri 
olmuş,  lakin  insanlar  tərəfindən  ərazinin  maldarlıq  və 
əkinçilikdə istifadə edilməsi üçün qırılmışdır. 
Axırıncı  10  min  ildə  planetimizin  meşə  sahələrinin  2/3 
hiss
əsi  qırılıb,  tələf  edilmişdir.  Tarixi  dövr  ərzində  500 
milyon  hektar 
meşənin yeri bozqıra, yəni boş, daşlı-kəsəkli 
yarımsəhra landşaftına çevrilmişdir. 
M
əşhur  Alman  alimi  Aleksandr  Humbolt  Cənubi  Ame-
rikanı səyahət etdikdən sonra yazmışdır ki, «meşə insandan 
əvvəl, bozqır isə sonradan  yaranmışdır». Bunu qeyd etmək 
kifay
ətdir ki, son 400 ildə ABŞ-da 162 milyon hektar meşə 
sah
əsi  qırılmış  və  həmin  ərazinin  əksər  hissəsi  hal-hazırda 
yararsız  torpaqlara  çevrilmişlər.  Unutmaq  olmaz  ki,  meşə-
l
ərdən insan  yaranan gündən istifadə olunur,  meşə tənəffüs 
üçün  z
əruri  olan  oksigen  deməkdir.  Meşə  çayların  su 
rejimini  t
ənzimləyir,  torpaqları  eroziyadan  və  quraqlıqdan 
qoruyur. 
Meşə həm də xalq təsərrüfatının xammal bazasıdır. 
Müasir ekoloji 
böhranı ancaq insanın təbiəti idarə edə bil-
m
əməsi,  onun  ixtiyarından  kənar  proses  kimi  qələmə 
verm
ək mümkün deyildir. Bütün canlıların ekoloji mühitinin 
əsasını  təbiətdə,  daha  doğrusu  biosferdə  gedən  proseslər 
t
əşkil edir. Biosferin formalaşması və varlığı isə bütün kos-
mik al
əmin, kainatın hərəkəti və dinamikliyi ilə əlaqədardır. 
T
əbiətlə  cəmiyyətin  qarşılıqlı  əlaqəsinin  inkişafında  təbii 
şəraitlə  yanaşı  antropogen,  yəni  insanın  fəaliyyəti  ilə  ya-
ranmış sosial mühit də xüsusiyyət kəsb edir. Hər iki proses 
h
əyatın  ekoloji  təzahürləri  ilə  formalaşmışdır.  Təbii  şərait 
əsasən  tədriclə,  sosial  mühit  isə  sürətlə  dəyişərək,  təbii 
prosesl
əri qabaqlayır, bəzən də ona qarşı durur. Sosial mühit 
bir  çox  halda 
sıçrayışla  hərəkət  edir,  bununla  da  bəzi 
yerl
ərdə təbiətin ritmi pozulur və gərginlik yaranır. Təbiətin 
qanunları  ilə  hər  zaman  uzlaşdırılmayan  insan  fəaliyyəti 



t
əbiətə qarşı çevrilir. Qədim dünyanın ən qədim şəhərlərinin, 
maddi-m
ədəniyyət  abidələrinin  yerində  səhralıqlar  yaran-
ması deyilənlərə əyani sübutdur. 
T
əbiətin qanunlarını dərk etmək, təbiətdə baş verə biləcək 
bir  çox  d
əyişiklikləri  qabaqcadan  müəyyənləşdirmək  üçün 
kompleks  t
ədbirlər  hazırlamağa  imkan  verir.  Təbii  sərvət-
l
ərdən səmərəli, plana uyğun istifadə və mühafizə cəmiyyə-
tin 
başlıca  vəzifələrindən  biridir.  Hüquqi  qanunlarda  təbii 
ehtiyatlardan 
nizamsız  istifadənin  qəti  qadağan  edilməsinə 
baxmayaraq 
əməli  işdə,  sənayedə,  kənd  təsərrüfatında, 
n
əqliyyatda,  tikintidə  və  başqa  sahələrdə  təbii  sərvətlərdən 
düzgün istfiad
ə edilməyərək, ətraf mühitin zərərli istiqamət-
d
ə dəyişməsinə şərait yaradır. 
Müasir  dövrd
ə bir sıra qərb ölkələrində alimlər «Cəmiy-
y
ət-Təbiət»  probleminin  ümumbəşəri,  qeyri-sinfi  olmasını, 
ekoloji 
böhranın  əsasən  bütün  dövlətlərdə  eyniliyini  sübut 
etm
əyə  çalışmışlar.  İctimai  quruluşundan  asılı  olmayaraq, 
bütün  ölk
ələr  yerli və qlobal ekoloji böhranlara  məruz qal-
mışlar. Bütün təbii zonalardakı torpaqların təbii məhsuldar-
lığı  aşağı  enməyə  başlamışdır.  Rusiyanın  Mərkəzi  qarator-
paq 
zonasında  torpaqların  sıradan  çıxması  hamıya  məlum-
dur.  C
ənubi  Ural,  xüsusilə  Çelyabinsk  vilayətinin  ətrafı 
dünyanın ən gərgin ekoloji rayonlarından biri sayılır. Azov, 
Aral,  X
əzər  dənizlərinin  problemlərinin  yaxın  zamanlarda 
h
əll edilə biləcəyinə güman yoxdur. 
T
əbiətlə  qarşılıqlı  münasibət  məsələləri  insanı  min  illər 
bundan 
əvvəl  düşündürmüş  və  dövrün  inkişaf  xüsusiyyət-
l
ərindən  asılı  olaraq  həmin  məsələyə  müvafiq  münasibət 
b
əslənilmişdir. 
T
əbiəti  mühafizə  problemləri  çoxsahəli  olmaqla  ümum-
b
əşəri və eyni zamanda yerli əhəmiyyətə malikdir. 
C
əmiyyətin bütün qlobal problemləri bir-biri ilə sıx əlaqə-


10 
d
ədirlər. Belə ki, inkişaf etməkdə olan ölkələrin geri qalma-
sını  aradan  qaldırmaq  demək  olar  ki,  bütün  başqa  qlobal 
probleml
ərlə əlaqədardır. Ətraf mühitin mühafizəsi problemi 
enerji  v
ə  xammal  problemləri  ilə;  demoqrafik  problemlər, 
ərzaq problem ilə və s. əlaqədardır. Lakin son vaxtlara kimi 
qlobal probleml
ər içərisində 1№-li problem kimi silahlanma 
xüsusi  mövqe  tuturdu.  H
ərbi  istehsal  çoxlu  insan  qüvvəsi, 
enerji v
ə xammal ehtiyatları, insanların əməyindən qoparılan 
n
əhəng material vasitələri və ehtiyaclarını mənimsəyir. He-
sablanmışdır  ki,  hazırda  dünyada  silahlanmaya  sərf  olunan 
h
ərbi  xərcin  1/5-i  hələ  XX  əsrin  sonuna  kimi  Yer  kürəsin-
d
əki aclığı ləğv edə bilərdi. Yeni dünya müharibəsi yaxın il-
l
ərə kimi qlobal problem kimi bəşəriyyət qarşısında dururdu. 
Hazırki  dövrdə  qlobal  problemlərin  bir  neçə  fərziyyələri 
mövcuddur. Bunlardan ikisi 
əsasdır: 
1.
 
Pessimist  f
ərziyəyə  əsasən  qlobal  ərzaq,  ehtiyat  və 
ekoloji probleml
əri XXI əsrin ortalarında baş verə bilər. 
2.
 
Optimist f
ərziyəyə əsasən isə insan cəmiyyətinin sülh 
v
ə  elmi-texniki  tərəqqi  şəraitində  artıq  əhali  sıxlığından 
ehtiyat v
ə ətraf mühitin çirklənməsi və s. insanların məhvinə 
s
əbəb ola bilməz. 
Qlobal  probleml
ər  həqiqətən  də  ümumplanetar,  dünyəvi 
mahiyy
ət kəsb etməklə, Yer üzərindəki bütün insanların hə-
yat  f
əaliyyətinə toxunur. İctimai elmlər özləri isə ümumbə-
şəri, planetar proseslərin möhkəm təsiri altında gedir. Birlik 
haqqındakı qədim ideya bu halda yeni qüvvətli impuls alır. 
Qlobal  probleml
ər, əgər onların həlli tapılmasa, bəşəriyyəti 
çox  qorxudur,  h
ətta həyatın və sivilizasiyanın məhvinə səbəb 
ola bil
ər.  
Qlobal  probleml
ərə  artan  dinamizm  xarakterikdir.  Bütün 
qlobal probleml
ər bəşəri həqiqət və onları bütün dünya xalq-
larına aydın və aktual (vacib) edir. Qlobal problemlər tək-tək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə