Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   61

11 
yox,  birlikd
ə,  onların  əlaqəli  inkişafında  təhlil  olunmalıdır. 
Bütövlükd
ə  qlobal  məsələlərdə  təbiət,  texniki  və  ictimai 
elml
ərin  qarşılıqlı  əlaqəsi  vacibdir.  Təbiət  kompleksində 
(
ətraf  mühiti  mühafizə  problemləri,  fiziki-coğrafi  proqnoz-
laşdırma)  və  qlobal  problemləri  sistemləşdirməkdə  vacib 
funksiyalardan  biri  (biologiyadan  sonra) 
coğrafiya  elminin 
üz
ərinə düşür.  
Qlobal probleml
ər içərisində sözsüz ki, çox təhlükəli olan 
problem termo-nüv
ə silahıdır. Qlobal problemlərə bəzi xüsu-
siyy
ətlər xasdır. Onlara maddi itginin kəmiyyət və keyfiyyət 
göst
əriciləri xasdır. Bu və ya başqa hadisələrə münasibətləri 
xasdır. Onların miqyası çox böyük regionlara yayılır. Qlobal 
probleml
ərin  mövcudluğuna  və  əhəmiyyətinə  görə  müasir 
yanaşmada, dünya iqtisadiyyatının, sosial-siyasi münasibət-
l
ər, mənəvi dəyərlərin xüsusiyyətləri nəzərə alınmalıdır.  
 
1.1.
 
Ətraf mühitin mühafizəsi problemləri 
 
Müasir  dövrümüzün  t
əhlükə  nöqteyi-nəzərdən  ən  aktual 
probleml
ərdən biridir. XX əsrin ikinci yarısından başlayaraq 
c
əmiyyətlə  təbiət  arasında  «maddələr  mübadiləsi»  olduqca 
genişlənmişdir.  Bunun  da  nəticəsində  cəmiyyətin  təbiətə 
«t
əzyiqi»  urbanizasiyası,  sənayeləşmə,  kənd  təsərrüfatının 
intensivl
əşdirilmiş  prosesində  daha  da  artmış  oldu.  Eyni 
vaxtda 
ətraf mühitin vəziyyətinin korlaşması müşahidə olun-
mağa başladı. Bir çox rayon və regionlarda antropogen çirk-
l
ənmə ekoloji təhlükəyə gətirib çıxartdı. 
Ətraf  mühitin  mühafizəsi  problemləri  hazırda  əsasən  3 
başlıca  səviyyədə  həll  olunur:  Ölkə,  regional  və  qlobal  sə-
viyy
ədə. Qlobal səviyyə öz dünyəviliyi ilə, təbii resursların 
z
ənginliyinə  (atmosfer,  dünya  okeanı)  görə  daha  vacibdir, 
çünki  bu  s
ərvətlər  ümumbəşəri  sərvətlərdir.  Ətraf  mühitin 


12 
mühafiz
əsi problemləri, xüsusilə də qlobal səviyyədə bütün 
dünya ölk
ələrinin birgə səyini tələb edir. Onun müvəffəqiy-
y
ətli həllinin əsas yolu odur ki, insanların istehsal və qeyri-
istehsal  f
əaliyyətini  yaxın  onilliklərdə  elə  təşkil  etmək  la-
zımdır  ki,  cəmiyyətlə  təbiət  arasındakı  qarşılıqlı  münasibət 
optimal olsun. 
Dünya  ölk
ələrinin  ictimai  quruluşundan  asılı  olmayaraq 
müasir ekoloji böhrana m
əruz qalmaları onu göstərir ki, indi 
bütün ölk
ələr milli və sinfi ayrı-seçkilik salmadan birləşmə-
li, 
ətraf mühiti mühafizə etməkdə birgə səy göstərməlidirlər. 
T
əbiəti mühafizə problemləri çoxsahəli olmaqla ümumi pla-
netar,  ümumb
əşəri  və  eyni  zamanda  yerli  əhəmiyyətə 
malikdir. 
Ətraf mühiti mühafizənin tələbləri Azərbaycan Respubli-
ka
sının  Konstitusiyasında  xeyli  qeyd  olunmuşdur.  Ölkənin 
əsas  qanununda  Konstitusiya  praktikasında  dövlətin  ətraf 
mühitin  qo
runmasında  məsul  olduğu  göstərilmişdir.  Ətraf 
mühitin d
əyişdirilməsini öyrənən və onun vəziyyətinə nəza-
r
ət edən elektron sistemlərinin yaradılması ona görə vacibdir 
ki, 
insanın  təsərrüfat  fəaliyyətinin  təsiri  altında  gedən 
d
əyişiklikləri izləmək mümkündür. İctimaiyyət bilməlidir ki, 
ətraf mühitin mühafizəsində oun nəinki, birbaşa, hətta dolayı 
f
əaliyyəti  də  ətraf  mühitin  mühafizəsində  kompleks  tədbir-
l
ərlə öyrənilməlidir. Ətraf mühiti  mühafizə tədbirləri  planlı 
v
ə  ardıcıllıqla,  dövlət  səviyyəsində  həyata  keçirilir.  Təbiəti 
mühafiz
ə probleminin  qlobal xüsusiyyəti beynəlxalq –  mü-
qavil
ələrin  hazırlanmasını  və  onların  yerinə  yetirilməsində 
aktiv 
iştirak etməyi tələb edir. Gələcəkdə perspektivdə ətraf 
mühitin  v
əziyyətinə  planetar  miqyasda  nəzarət  edə  bilən 
avtomatik stansiyalar 
yaradılmalıdır.  
Ümumi  v
ə  yaxud  da  təbii  problemlərə  təbiətin  bir  çox 
kort
əbii  hadisələri  ilə  bağlı  olan  problemləri  misal  göstər-


13 
m
ək olar. Bunlardan zəlzələ və vulkan püskürmələri, sellər 
v
ə  daşqınlar,  səhralaşmaları  göstərmək  olar.  Həmin  sahəyə 
dair  probleml
ər  bir-biri  ilə  əlaqədar  olan  iki  hissədən 
ibar
ətdir: 
a) t
əbiət hadisələrinin öyrənilməsi; 
b) 
onların qarşısının alınması və vurula biləcək ziyanların 
minimuma endirilm
əsi. 
Ç
ətinlik  və  qarşısıalınmazlıq  onunla  bağlıdır  ki,  təbiət 
hadis
ələrinin  bir  çoxu  gözlənilmədən  olur.  Onlar  təbiətdə 
q
əflətən  baş  verən  fövqəlada  dinamik  proseslərlə  bağlıdır. 
T
əbii fəlakətlər baş verərkən çoxlu insan itgisinə səbəb olur 
v
ə  iqtisadiyyata  böyük  zərər  vurulur.  Dəhşətlisi  budur  ki, 
t
əbii  fəlakətlər  iqtisadiyyata  xeyli  maddi  ziyan  vurmaqla 
yanaşı çox regionların insanlarını uzun müddət qorxu altında 
saxlayır. Məs. Türkiyə Respublikasında İstambul şəhərindən 
şimal-şərqdə yerləşən İzmit şəhəri ərazisində 1998-1999-cu 
ill
ərdə  baş  vermiş  zəlzələ  nəticəsində  şəhər  dağılmış,  xeyli 
sayda insan itgisi v
ə maddi ziyan dəymiş və bununla yanaşı 
h
əyətlərdə  insanların  yaşaması  üçün  müvəqqəti  qurulmuş 
çadırlar,  aylar  keçməsinə  baxmayaraq  sökülməmiş,  çünki 
insanlar  qorxudan  öz  evl
ərinə qalxmağa qorxurmuşlar. Son 
110 ild
ə qüvvətli zəlzələlərdən ölənlərin 31,5%-i son on ilin 
payına düşür. Yer üzərində olan zəlzələlərin 90%-dən çoxu 
orta  v
ə iri litosfer plitələrinin və mikroplitələrin cərhəddinə 
düşür.  
Vulkanlar  kimi  z
əlzələlər  də  qarşısı  alınmazdır.  Lakin 
seysmikli 
ərazilərdə  tikintilər  və  xidmətin  digər  sahələri 
h
əmin  yerlərə  müvafiqlik  təşkil  etdikdə  zəlzələlənin  ziyanı 
çox az olur v
ə yaxud da heç olmur. 
Keçmiş  Sovet  İttifaqının  20%-dən  çox  ərazisi  8  bal  gü-
cünd
ə zəlzələyə uğramışlar. Karpat, Qafqaz, Kopetdağ, Pa-
mir, Tyan-
Şan, Altay, Sayan, Zabaykale, Primorye, Saxalin, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə