Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə179/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   175   176   177   178   179   180   181   182   ...   200

371

371

Tarixdə bu gün

Beynəlxalq Əlillər Günü 

1992

DEKABR

3 Dekabr - Beynəlxalq Əlilliyi Olan 

Şəxslər Günü kimi qeyd olunur. Dün-

ya  əhalisinin təxminən 10 faizini fiziki 

cəhətdən qüsurlu insanlar təşkil edir. 

Əlilliyi olan insanların 20 faizi inkişaf 

etməkdə olan ölkələrdə yaşayır. 1982-ci 

ildə BMT Baş  Məclis tərəfindən qəbul 

edilmiş əlillərə münasibətdə Ümumdün-

ya hərəkət proqramında xüsusi təkliflər 

göstərilib. Bundan sonra Beynəlxalq 

Əlillər Günü Rusiya Federasiyasının 

təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə 

BMT-nin Baş Assambleyasında qəbul 

edilib. 

Azərbaycan BMT Baş  Məclisi 

tərəfindən 2006-cı ildə  qəbul edilmiş 

“Əlillərin hüquqları haqqında” Konven-

siyaya qoşulub. Ölkəmizdə əlillərin so-

sial müdafiəsi ilə bağlı həyata keçirilən 

genişmiqyaslı  tədbirlərin  əsası ulu 

öndər Heydər  Əliyev tərəfindən qoyu-

lub. Ölkədə  əlillərin sosial müdafiəsi 

ilə bağlı dövlət proqramı hazırlanıb. 

Həmin proqramda əlilliyin qarşısının 

alınması,  əlillərin reablitasiyası  və so-

sial müdafiəsi haqqında qanunun bü-

tün müddəaları öz əksini tapıb. Bakıda 

və regionlarda əlillər üçün reablitasiya 

mərkəzləri, protez-ortopedik müəssislər 

yaradılıb. 

Ulu öndər Heydər 

Əliyev 

Azərbaycanın  ərazi bütövlüyü uğrun-



da  şəhid olanların ailələrinə,  fiziki 

sağlamlığını itirən insanlara, onların 

problemlərinə də böyük həssaslıqla ya-

naşıb, əlillərin, müharibə veteranlarının, 

şəhid ailələrinin mənzil şəraitinin yaxşı-

laşdırılması istiqamətində  əhəmiyyətli 

işlər görüb. 

Prezident  İlham  Əliyevin müvafiq 

fərman və sərəncamlarına əsasən, əlillərə 

ödənilən pensiya və müavinətlərin 

məbləği də hər il artırılır. Pensiya islahat-

ları çərçivəsində ölkədə sığorta-pensiya 

sisteminin inkişafına dair 2009-2015-

ci illəri  əhatə edən Dövlət Proqramı 

qəbul edilib. Heydər  Əliyev Fondunun 

Prezidenti Mehriban xanım  Əliyeva da 

əlillərin problemlərini daim diqqətdə 

saxlayır. Fondun “Görmə qabiliyyətini 

itirmiş  və görmə qabiliyyəti zəif olan 

insanların informasiya kommunikasi-

ya texnologiyalarına çıxışının təmin 

edilməsi” layihəsi çərçivəsində  zəif 

görən uşaqlar üçün respublika internat 

məktəbində gördüyü işlər Mehriban xa-

nım Əliyevanın bu qəbildən olan insan-

lara qayğısının göstəricisidir.   



Ə d ə b i y y a t

Məmmədli, M. Azərbaycanda 530 min əlil var. 3 dekabr - Beynəlxalq Əlillər Günüdür /M.Məmmədli //Ekspress .-2015.- 3 dekabr.- S.10.

Nərimanoğlu, M. Əlillərə qayğı dövlət siyasətinin tərkib hissəsidir. 3 dekabr Beynəlxalq Əlillər Günüdür /M.Nərimanoğlu //Azərbaycan 

.-2015.- 3 dekabr.- S. 6.

İ n t e r n e t d ə

http://www.anl.az/down/meqale/express/2015/dekabr/466097.jpg

http://www.anl.az/down/meqale/azerbaycan/2015/dekabr/466183.htm

3


372

Tarixdə bu gün

Beynəlxalq İnsan Hüquqları Günü

1948

DEKABR

1948-ci il dekabr ayının 10-da 

BMT-nin Baş  Məclisi tərəfindən 

“İnsan hüquqları haqqında ümumi 

bəyannamə” qəbul edilmişdir. 1950-ci 

ildən başlayaraq isə hər il dekabr ayı-

nın 10-u bütün dünyada “Beynəlxalq 

İnsan Hüquqları Günü” kimi qeyd 

olunnmağa başlanmışdır. 

Avropada  əsas insan hüquq və 

azadlıqlarının qorunması üçün 

Azərbaycan Respublikasının da qo-

şulduğu 4 noyabr 1950-ci il tarixli 

“Avropa  İnsan Hüquları Konvensi-

yası” mövcuddur. Bu konvensiyanın 

beynəlxalq müqavilələrdən başlıca 

fərqi ondan ibarətdir ki, Avropada 

bu konvensiyaya əsaslanan və eyni 

zamanda real işləmə mexanizminə 

malik əsas insan hüquq və azadlıqla-

rını qoruyan Avropa İnsan Hüquqları 

Məhkəməsi fəaliyyət göstərir.

Azərbaycanda Milli İnsan Hü-

quqları günü 18 iyunda qeyd olunur. 

Azərbaycan dünyada öz Milli İnsan 

Hüquqları Gününü qeyd edən yeganə 

ölkədir. Prezident İlham  Əliyevin 

2007-ci il 17 iyun tarixli Fərmanı ilə 

ulu öndər Heydər  Əliyevin 1998-ci 

ildə ölkəmizdə ilk “İnsan hüquqları 

müdafiəsinə dair Dövlət Proqramı”nın 

təsdiq edildiyi və insan hüquqlarının 

təmin olunmasının dövlət siyasətinin 

əsas istiqamətlərindən biri kimi 

müəyyən olunduğu nəzərə alınaraq 

Azərbaycanda Milli İnsan Hüquqları 

Günü təsis edilib. 

Respublikamızda həyata keçirilən 

hüquqi islahatların  ən mühüm 

mərhələlərindən biri insan hüquqla-

rının və azadlıqlarının müdafiəsində 

səmərəli hüquq müdafiə mexanizmi 

olan Ombudsman təsisatının yaradıl-

ması olub. İnsan hüquqlarının təmin 

olunmasını ümumdövlət vəzifəsi he-

sab edən ulu öndər Heydər Əliyevin 

ilk dəfə insan hüquqları üzrə müvəkkil 

institutunun təsis edilməsi üçün 

1998-ci il 22 fevral tarixli “İnsan və 

vətəndaş hüquqlarının və azadlıqları-

nın təmin edilməsi sahəsində tədbirlər 

haqqında” Fərmanı, habelə 1998-ci il 

18 iyun tarixli Sərəncamı ilə  təsdiq 

edilən Dövlət Proqramında İnsan Hü-

quqları üzrə Müvəkkili təsisatının ya-

radılması  nəzərdə tutulub. Ombuds-

man təsisatının yaradılması hüquqi 

dövlət quruculuğu istiqamətində apa-

rılan islahatların məntiqi davamı idi.

Azərbaycanda aparılan demok-

ratik hüquqi islahatlar insan hüquq-

larının müdafiəsi sahəsində mühüm 

irəliləyişlərin  əldə edilməsinə  şərait 

yaratmış, bu müddət ərzində ölkəmiz 

bir çox hüquqi aktlara qoşulmuşdur. 

BMT və Azərbaycan hökuməti ara-

sında 1998-ci ilin avqustunda “İn-

san hüquqları  və demokratiyanın 

dəstəklənməsi sahəsində birgə layihə 

haqqında” Memorandum imzalanıb.



Ə d ə b i y y a t

Hacalıyev, E.Azərbaycanda 

insan hüquq və azadlıqla-

rı yüksək səviyyədə təmin 

edilib. 10 Dekabr Beynəlxalq 

İnsan Hüquqları Günüdür 

/E.Hacalıyev //Azərbaycan.-

2015.- 10 dekabr.- S.10. 

Məhərrəmli, Z. Azərbaycanda 

Milli İnsan Hüquqları Günü 

/Z.Məhərrəmli //525-ci qəzet.- 

2015.- 19 iyun.- S.2.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/azerbaycan/2015/

dekabr/467752.htm

10


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə