Teqvim-2017. pdf


Ədəbiyyatşünas Mədəniyyət.Maarif.Təhsil  95



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə175/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   171   172   173   174   175   176   177   178   ...   200

363

Ədəbiyyatşünas

Mədəniyyət.Maarif.Təhsil 

95

illiyi

İmran Seyidov 

1922-2001 

DEKABR

İmran Sultan oğlu Seyidov 1922-ci 

il dekabr ayının 16-da Quba şəhərində 

anadan olmuşdur. 

Ədəbi fəaliyyətə “Yeni iliniz 

mübarək”  şeiri ilə başlamışdır.  Şeir 

1939-cu ildə “Gənc fəhlə” qəzetində 

nəşr olunmuşdur. Bundan sonra 

mətbuatda müntəzəm dərc olunmağa 

başlamışdır. 

1940-cı ildə Bakıda 1 saylı orta 

məktəbi bitirmişdir, 1940-1945-ci 

illərdə M.Əzizbəyov adına Azərbaycan 

Dövlət Sənaye İnstitutunun Energeti-

ka fakültəsində təhsil almışdır. 

1945-1946-cı illərdə Azərbaycanın 

Elmlər Akademiyasının Energe-

tika  İnstitutunda kiçik elmi işçi,  

1946-1948-ci illərdə Nizami adına 

Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, 

1948-1970-ci illərdə ictimai elmlər 

bölməsində elmi katib, 1959-1987-ci 

illərdə “Sovetskaya türkologiya” jur-

nalı redaksiyasında baş redaktorun 

müavini, 1987-1995 Azərbaycan EA 

Nizami adına  Ədəbiyyat  İnstitutun-

da baş elmi işçi, 1995-2001-ci illərdə 

Azərbaycan EA Milli Münasibətlər 

İnstitutunda baş elmi işçi vəzifələrində 

çalışmışdır. 

1943-cü ildən Azərbaycan Yazı-

çılar Birliyinin üzvü, 1966-cı ildən 

Azərbaycan Yazıçılar  İttifaqının rus 

bölməsinin rəhbəri olmuşdur. 1977-ci 

ildən Jurnalistlər Birliyinin üzvü se-

çilmişdir. 

Bakı, Moskva, Penza, Minsk, Tbi-

lisi və s. şəhərlərin dövri mətbuat or-

qanlarında  əsərləri işıq üzü görmüş-

dür.


İmran Seyidov tərcümə  işi ilə  də 

məşğul olmuşdur. “Koroğlu” dastanı-

nı Azərbaycan dilindən rus dilinə filo-

loji tərcümə etmişdir. 

1981-ci ildə “Şərəf nişanı” ordeni, 

Azərbaycan SSR Ali Sovet Rəyasət 

Heyətinin Fəxri fərmanı ilə  təltif 

edilmişdir. 1982-ci ildə  “Əməkdar 

mədəniyyət işçisi” fəxri adına, 1984-

cü ildə  “Əmək veteranı” və başqa 

medallara layiq görülmüşdür. “Ka-

mil sənətkar”, “Səməd Vurğun - 90”, 

“Gənclərin hərbi vətənpərvərlik 

tərbiyəsində  fəal iştrakına görə” 

(1995) fəxri diplomlarla təltif olun-

muş və “Qızıl qələm” mükafatına la-

yiq görülmüşdür (1996). 

İmran Seyidov 2001-ci il may ayı-

nın 10-da vəfat etmişdir. 

Ə d ə b i y y a t

Hicran F. Qarabağda talan var /Fəridə Hicran (Vəliyeva); tərcümə edən. İ.Seyidov; Red. N.Həsənzadə, M.Əvəz qızı, R.Paşabəyova. 

Bakı: Gənclik, 1992.-160 s.

İmran Seyidov //Əhmədov T. Azərbaycan Yazıçıları (XX-XXI yüzilliklərdə).- Bakı: Nurlar, 2011.- S.473.

16



364

Mədəniyyət.Maarif.Təhsil 

85 

illiyi

Xalid Əlimirzəyev 

1932-2016

DEKABR

Xalid  Əlimirzə  oğlu  Əlimirzəyev 

1932-ci il dekabr ayının 16-da Qəbələ 

rayonunun Qəmərvan kəndində ana-

dan olmuşdur. 

Mirzəbəyli kənd orta məktəbini 

bitirdikdən sonra 1947-1951-ci 

illərdə Bakı Dəmiryol Texnikumunda 

təhsilini davam etdirmişdir. 

1951-ci ildə ADU-nun (indiki 

BDU) fililogiya fakültəsinə daxil ol-

muş, 1956-cı ildə təhsilini bitirdikdən 

sonra Qəbələ rayonunun Hacallı kənd 

orta məktəbində müəllim və  dərs 

hissə müdiri işləmişdir. 

1960-cı ildə ADU-nin aspiran-

turasına  daxil olmuşdur. 1964-

cü ildə “C.Məmmədquluzadənin 

ədəbi-ictimai görüşləri” mövzu-

sunda namizədlik, 1972-ci ildə isə 

“C.Məmmədquluzadənin dramatur-

giyası” mövzusunda doktorluq dis-

sertasiyalarını müdafiə etmişdir. 

1963-1966-cı illərdə Azərbaycan 

ədəbiyyatı tarixi kafedrasının baş 

müəllimi, dossenti (1966-73) və 1973-

cü ildən isə Azərbaycan  ədəbiyyatı 

kafedrasının professoru olmuşdur.

1971-ci ildən Azərbaycan Yazı-

çılar Birliyinin üzvü, Azərbaycan 

Milli Yaradıcılıq Akademiyasının 

akademiki Xalid Əlimirzəyev 1992-

1993-cü illərdə Azərbaycan Respub-

likası Təhsil nazirinin birinci müavini 

vəzifəsində  işləmiş, müxtəlif illərdə 

bir çox ictimai təşklatların, elmi 

və müdafiə  şuralarının, Akademik 

Dövlət Dram Teatrının bədii  şurası-

nın üzvü olmuşdur. 

300-dən artıq elmi məqalənin, 

20-dən artıq kitabın müəllifidir. 

Əsərlərində “Dədə Qorqud” dastanını, 

Əfzələddin Xaqani, Nizami Gəncəvi, 

İmadəddin Nəsimi, Məhəmməd Fü-

zuli, Molla Pənah Vaqif, Mirzə Fətəli 

Axundov, Nəcəf bəy Vəzirov, Cəlil 

Məmmədquluzadə,  Əbdürrəhim bəy 

Haqverdiyev, Nəriman Nərimanov, 

Hüseyn Cavid, Cəfər Cabbarlı  və 

müasir dövr yazıçılarının yaradı-

cılığını  tədqiq və  təhlil etmişdir. 

Teatr sənətinin ardıcıl və istedadlı 

təbliğatçılarından biri kimi tanınmış-

dır. Onun görkəmli yazıçıların yara-

dıcılığı, bədii əsərlər, ədəbiyyatımızın 

müasir problemləri, dramaturgiya və 

teatr tamaşaları haqqında televiziya-

da, radioda apardığı silsilə verilişlər, 

müxtəlif konfranslarda etdiyi çıxışlar 

ictimaiyyət tərəfindən maraqla qarşı-

lanmışdır. 

X.Əlimirzəyev elmi-pedaqoji fəa-

liyyəti ilə yanaşı, bədii yaradıcılıqla 

da məşğul olmuş, “Səadət sorağın-

da” pyesi Akademik Dövlət Dram 

Teatrında, “Daşa dönmüş ürəklər” 

əsəri Bələdiyyə Teatrında tamaşaya 

qoyulmuşdur. 2008-ci ildə povest, 

hekayə, pyes və ssenarilərindən ibarət 

“Bələdçi” adlı seçilmiş  əsərləri çap 

olunmuşdur.

Görkəmli 

ədəbiyyatşünas-alim 

Xalid Əlimirzəyev 2016-ci il yanvar 

ayının 30-da Bakı şəhərində vəfat et-

mişdir.


Ə d ə b i y y a t

Dahi sənətkar bö-

yük vətəndaş: 

C.Məmmədquluzadənin 

həyatı, dövrü, mühiti, 

ədəbi-ictimai fəaliyyəti: 

monoqrafiya /X.Əlimirzəyev; 

red.: T.Mütəllimov, F.Davud 

qızı.- Bakı: Elm və təhsil, 

2010.- 638 s.

Dramaturgiya, teatr və səhnə 

sənəti /X.Əlimirzəyev; elmi 

red. N.Şəmsizadə.- Bakı: 

Nurlan, 2004.- 186 s.

Mənəvi borc: Mir Cəlal 

haqqında xatirələr            

/X.Əlimirzəyev; red. 

T.Mütəllimov.- Bakı: Nurlan, 

2006.- 192 s. 

Nizami Gəncəvinin insan 

konsepsiyası: monoqrafiya 

/X.Əlimirzəyev; elmi red. 

Ə.Səfərli.- Bakı: Gənclik, 

2001.- 354 s. 

Cəbrayıloğlu, E. Xaqanidən 

üzü bəri... : Professor Xalid 

Əlimirzəyev klassiklərimizin 

ideal və poetik sənət dünyası-

nı araşdırıb /E.Cəbrayıloğlu 

//Ədalət.- 2010.- 9 fevral.- 

S.7.

16

Ədəbiyyatşünas-alim


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə