Teqvim-2017. pdf


Milli ədəbiyyat  Qətran Təbrizi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə183/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   179   180   181   182   183   184   185   186   ...   200

381

Milli ədəbiyyat 

Qətran Təbrizi

1012-1088

1005 

illiyi

2016

Qətran  Əbu Mənsur Təbrizi 1012-

ci ildə  Təbriz yaxınlığındakı  Şadiabad 

kəndində anadan olmuşdur. 

İlk təhsilini  Şadiabadda almış, son-

ra Təbrizdə oxumuşdur. Təhsilini başa 

vurduqdan sonra Şəddadilər dövlətinin 

paytaxtı olan, inkişaf etmiş  Gəncə 

şəhərinə  gəlmiş, tezliklə  Şəddadilərin 

sarayına dəvət olunaraq az bir vaxt-

da böyük nüfuz qazanmışdır. Həmin 

dövrdə Qətran bir çox şeirlərini ölkənin 

hökmdarı  Əbdülhəsən Ləşkəriyə  və 

onunla  əlaqədar baş vermiş hadisələrə 

həsr etmişdir. Bir müddət Naxçıvanda, 

yerli hakimlərin saraylarında yaşadıq-

dan sonra vətəni Təbrizə dönmüş, 1046-

cı ildə Təbrizdə böyük İran şairi və filo-

sofu Nasir Xosrovla görüşmüşdür. Hələ 

sağlığında ikən istedadlı  şair, müdrik 

filosof və alim kimi bir çox ölkələrdə 

şöhrət qazanmışdır. Özünün yazdığına 

görə, onu Xorasanda və İraqda yaxşı ta-

nıyır və sevirdilər.

Qətran poeziya ilə  gənc yaşlarından 

məşğul olmağa başlamış  və bu sahədə 

böyük yaradıcılıq uğurları qazanmış-

dır. “Tövsnamə”, “Quşnamə”, “Va-

miq və  Əzra” adlı  əsərlərin və  əsasən 

qəsidələrdən ibarət irihəcmli divanın 

müəllifidir. 

XII  əsrdə yaşamış Orta Asiya şairi 

Rəşid Vətvat yazır ki, o ömrü boyu bircə 

həqiqi şair tanımışdır - həkim (müdrik) 

Qətran Təbrizini.  Şeir yaradıcılığında 

əsas yeri dövrün müxtəlif hökmdarları-

nı tərif edən qəsidələr tutur. Əsərlərində 

Azərbaycan dilinin ifadə formaların-

dan, xüsusən atalar sözlərindən, xalq 

deyimlərindən geniş istifadə etmişdir. 

Bu əsərlər müasir oxucu və tədqiqatçılar 

üçün qəsidələrdə 

mədh olunan 

qəhrəmanların saraylarında baş verən 

tarixi hadisələri, onları tarix baxımından 

öyrənmək üçün çox qiymətlidir. 

Orta  əsr mənbələrinə  əsaslanan 

Azərbaycan tədqiqatçıları qeyd edirlər 

ki, Qətran Təbrizi fars leksikoqrafi-

yası tarixində fars dilinin ilk izahlı 

lüğətinin yaradıcısı olmuşdur. Fars dili 

Qətranın ana dili deyildi və o, farsca 

yazan ilk Azərbaycan  şairi olmuşdur. 

Alimlərin əksər qismi bu lüğəti yaradı-

cısının adı ilə sadəcə “Lüğəti-Qətran”, 

yaxud “Fərhəngi-Qətran” (hər iki ifadə 

“Qətranın lüğəti” anlamına gəlir) kimi 

qeydə almışlar. Sonralar isə bu lüğət 

“Təfasir  fi lüğatül-fürs” (“Fars dili 

sözlərinin izahları”), yaxud qısa şəkildə 

“Təfasir” (“İzahlar”) adlandırılır.

Qətran Təbrizi 1088-ci ildə 

Təbrizdə dünyasını  dəyişmiş  və Sur-

xab məhəlləsindəki məşhur  Şairlər 

məqbərəsində dəfn olunmuşdur.

Şair

Ə d ə b i y y a t

Divan /Q.Təbrizi; fars dilindən çevirən və çapa haz. Q.Beqdeli; red. M.Quluzadə; Azərb.SSR EA Nizami ad. Ədəbiyyat və Dil İn-tu.- 

Bakı: AzSSR EA, 1967.- 439 s.

Qətran Təbrizi - 1000 /toplayıb tərt. ed. və ön söz müəl. S.Xəyal; elmi red. T. Həsənzadə.-Bakı: [MBM], 2012.-159 s.

Sadıqova, N. Qətran Təbrizinin tarixi mənzumələri: filol. üzrə fəls. d-ru e. dər. al. üçün təq. ed. dis-nın avtoreferatı: 10.01.01 

/N.F.Sadıqova; Azərb. Respub. Təhsil Nazirliyi, BDU.- Bakı, 2012.- 30 s.

“Qətran adlı gözəl bir şair...”: Təbrizdən Gəncəyə yolçuluq...  //Azadlıq.- 2013.- 27 mart.- S.14.

Namazov, Q. Min yaşlı Qətran Təbrizi /Q.Namazov //Ədəbiyyat qəzeti.- 2012.- 28 dekabr.- S.4.



382

Milli ədəbiyyat

300 

illiyi

                                                         

Molla Pənah Vaqif

1717-1797

2017

Molla Pənah Mehdi ağa oğlu Vaqif 

1717-ci ildə Qazax mahalının Qıraq 

Salahlı  kəndində anadan olmuşdur. 

1759-cu ildə ailəsi ilə Qarabağ xan-

lığına - Tərtərbasar kəndinə köçmüş-

dür.  Şairin bu dövr yaradıcılığında 

maddi və mənəvi sıxıntıları öz əksini 

tapmış  və  məşhur “Bayram oldu” 

qoşmasının məhz həmin dövrdə 

qələmə alındığı bildirilir. Bir müddət 

sonra Vaqif Şuşa  şəhərinə köçmüş 

və burada məktəb açaraq müəllimlik 

fəaliyyətini davam etdirmişdir.

Şairin hörmətini eşidən Qarabağ 

hökmdarı  İbrahim xan Vaqifi sara-

yına dəvət edərək, eşik ağası (yəni 

daxili işlər üzrə vəzir) təyin etmişdir. 

O, sarayda böyük nüfuz qazanaraq 

27 il müddətində sarayın ən mötəbər 

adamlarından biri kimi tanınmışdır. 

1797-ci ildə Şah Qacar ikinci dəfə 

Şuşaya hücum etmiş və nəticədə Va-

qif həbs edilərək zindana salınmışdır.

Qacarın ölümündən sonra xanlıqda 

hakimiyyəti müvəqqəti ələ alan İbra-

him xanın qardaşı  oğlu Məhəmməd 

bəy Çavanşir 1797-ci ildə şairi oğlu 

Əli ilə birlikdə Şuşa şəhərində edam 

etdirir. Vaqifin ölümündən sonra 

onun evi talan olunur, əsərlərinin çox 

hissəsi məhv edilir.

XVIII əsrdə Azərbaycan poeziya-

sına ideya-sənətkarlıq və janr-üslub 

cəhətdən yeni keyfiyyətlər qazandı-

ran görkəmli şair Molla Pənah Vaqif 

Şərq poeziyasının bütün klassik for-

malarında: qəzəl, təcnis, müxəmməs, 

müstəzad, müəşşərə, müşairə, 

məsnəvi, mərsiyələr yazmışdır.  

“Heyran olmuşam”, “Sonalar kimi”, 

“Tel nazik”, “Ala gözlü, sərv bоylu 

dilbərim”, “Yasəmən tеllərin, nərgiz 

gözlərin” və s. şeirlər bu gün də dillər 

əzbəridir. O, nə qədər saray mühitində 

yazıb-yaratsa da, şeirlərində xalq 

ruhunun ifadəsi mühüm yer tutur. 

Yaradıcılığında  ərəb-fars sözlərinə 

az yer vermiş, xalq dilinin obrazlı 

ifadələrindən istifadə edərək poeziya 

dilimizi zənginləşdirmiş, yeni çalar-

lar bəxş etmişdir.

1856-cı ildə Teymurxanşurada Va-

qifin ilk kitabı çap olunmuşdur. Daha 

sonralar Mirzə  Fətəli Axundov çox 

zəngin bir material toplayaraq məşhur 

şərqşünas Adolf Berjeyə vermiş, o, bu 

əsəri 1867-ci ildə Leypsiq şəhərində 

nəşr etdirmişdir. Vaqifin  əsərlərinin 

еlmi nəşri 1945-ci ildə Azərbaycan 

Milli  Еlmlər Akadеmiyasının Niza-

mi adına Dil və  Ədəbiyyat  İnstitutu 

tərəfindən həyata keçirilmişdir.

Şeirlərini ilk dəfə rus dilinə XIX 

əsrin 40-cı illərində polyak şairi və 

tərcüməçisi Tadeuş Zabloski tərcümə 

etmişdir.

Görkəmli bəstəkarlardan 

C.Cahangirov, Q.Hüseynli, V.Şirinov, 

Ə.Abbasov, G.Muradova şeirlərinə 

musiqi bəstələmiş, Ramiz Musta-

fayev “Vaqif” operasını, Xalq şairi 

Səməd Vurğun “Vaqif” dramını yaz-

mış, müxtəlif illərdə haqqında sənədli 

filmlər çəkilmişdir. 

2016-2017-ci illərdə YUNESKO-

nun yubileylər proqramı çərçivəsində 

Molla Pənah Vaqifin 300 illik yu-

bileyi beynəlxalq səviyyədə qeyd 

ediləcək.



Ə d ə b i y y a t

Əsərləri /M.P.Vaqif; tərtibçi 

H.Araslı.-Bakı: Çaşıoğlu, 

2004.- 264 s.

Qurban olduğum /M.P.Vaqif; 

tərtib edəni və red. 

M.Ələkbərli.-Bakı: Gənclik, 

1994.- 120 s.

Sevmək gərək: lirik şeirlər 

kitabı /M.P.Vaqif; [tərt.ed. 

A.Sarovlu ; red. Ç. Əlioğlu].- 

Bakı: Gənclik, 1987.- 125, 

[2] s.

Müxəmməs /M.P.Vaqif               

//Ədəbiyyat qəzeti.- 2013.- 1 

fevral.- S.3.

Əfəndiyev, P. Molla Pənah Va-

qif və Molla Cümə /P.Əfəndiyev 

//Kredo.-2014.- 5 iyul.- S.9.

Kamal, R. Molla Pənah 

Vaqif: Gözün tarixi /R.Kamal             

//Ədəbiyyat qəzeti.- 2015.- 31 

oktyabr.- S.12.

Kazımlı, K. Vaqif poeziyasının 

işığında /K.Kazımlı //Mədəni 

həyat.- 2014.- № 2.- S.32.

Kamal, R. Molla Pənah Vaqif 

və Səməd Vurğun: felin ener-

jisi: Linqvistik etüd /R.Kamal     

//Ədəbiyyat qəzeti.- 2015.- 13 

fevral.- S.5.

Şair


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə