Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   59

 
182 
ədəbiyyatın inkişafına, onun mühüm vəzifələrinin  həyata  
keçirilməsinə  fəal  təsir  göstərə  bilən  əsl  yaradı-cılıq amili 
olduğunu  əsaslandıra bilir. Milli tənqidin tarixi varlığını 
meydana çıxaran monoqrafiya yetkin bir estetik fikir tarixini 
əhatə edir, onu sistemli şəkildə izləyirdi. K.Talıbzadə bu əsəri 
ilə tənqidimizin tarixini yaratmaq  kimi məsuliyyətli və şərəfli 
bir missiyanı yerinə yetirdi;    eyni zamanda tənqid tarixinin 
elmi konsepsiyasını  işləyib hazırlamaqla tənqidin Azərbaycan 
ədəbiyyatının çox güclü,  ayrılmaz bir tərkib hissəsi olduğunu 
təsdiq etdi. Milli  ədəbiyyatşünaslıqda tənqid tarixi ilə bağlı bu 
ilk fun-damental tədqiqatın 
əsas uğuru müəllifinə 
tənqidşünaslı-ğımızın banisi səlahiyyətini qazandırmasında idi. 
Elmi-nəzəri  və  estetik  fikir  tariximizdə  fundamental  hadisə 
olan  monoqrafiya  dövrün  görkəmli  alimlərinin  diqqətini 
cəlb etmişdir.  Əsər hələ 1965-ci ildə doktorluq dissertasi-yası 
kimi müdafiə olunanda rəsmi opponent professor M.C.Paşayev 
geniş  rəyində yazırdı: «K.Talıbzadə dövrün kəskin, mürəkkəb 
ictimai-siyasi və inqilabi hadisələrini, zəngin, əlvan mətbuat və 
ədəbiyyat materiallarını ilk mənbələrdən öyrənmiş, təhlil edib 
ümumiləşdirmiş, yeni nəticələr çıxarmış  və elmi hökmlər 
vermişdir. Bu əsəri                ilə dissertant əsrimizin  əvvəllərində 
ədəbi həyatın müstə-   qil bir sahəsinə çevrilən ədəbi tənqidin 
ilk tarixini yarat-mışdır.»
1
 Kitab haqqında ilk fikri ona yazdığı 
«Tənqi-dimizin tarixi» adlı müqəddimədə söyləyən görkəmli 
tən-qidçi prof. Y.Qarayev qeyd edirdi: «…Əslində bu kitabda 
qısaca toxunulan və elmi bir problem kimi qaldırılaraq   irəli 
                                           
1
 K.Талыбзадənиn шəхsи архиви, M.Ж.Пашаyeвиn оппоnenт рəyи, 1965. 


 
183 
sürülən bir çox məsələlərin hərəsi haqqında ayrıca  
monoqrafiya  yazmaq  olar.»
1
  
Əsərin istər 1966-cı il, istərsə  də 1984-cü il təkmil-
ləşdirilmiş  nəşrindən sonra onun haqqında mötəbər mət-buat 
səhifələrində 
Ə.Şərif, G.Əlibəyova, Y.Qarayev və 
N.Məmmədov kimi görkəmli alimlərin məqalələri dərc olundu. 
Monoqrafiya respublikamızın hüdudlarından kə-narda, 
Türkiyə, Tacikistan, Qazaxıstan, Özbəkistan, Türk-mənistan, 
Dağıstan, Litva, Tatarıstan, Gürcüstan ədəbiy-yatşünasları 
tərəfindən də layiqincə qiymətləndirildi. K.Ta-lıbzadə 
Azərbaycan EA-nın müxbir üzvü və  həqiqi üzv-lüyünə 
seçilərkən onun bu vəzifəyə namizədliyini müdafiə edən 
alimlərin rəylərində  də milli ədəbi tənqidimizin tari-xinə dair 
monoqrafiya haqqında yüksək fikirlər öz əksini tapmışdır. 
Həmin rəylərdən birində gürcü alimi akademik Q.Ş.Sisişvili 
K.Talıbzadənin  əsərini «Şərq xalqlarının estetik fikrinin 
tarixinə fundamental bir töhfə» kimi dəyərləndirir, onun 
Azərbaycan filologiyasında milli tənqid tarixinin öyrənilməsi 
sahəsində müstəqil məktəb yaratdığını vur-ğulayırdı.
2
  
Eyni qiymətləndirmə meyarı tacik alimi M.Ş.Şükü-rov, 
türkmən alimi P.A.Əzimov, qazax ədəbiyyatşünasları 
R.Berdıbayev, U.A.Coldasbəyov, T.Kəkişev, Dağıstan ali-mi 
H.Həmzətov, özbək alimləri Y.S.Sultanov, A.H.Hayt-metov, 
M.Yunusov və başqalarının rəylərində də özünü  büruzə  verir.  
Tacikistan  EA-nın  Ədəbiyyat  və  Dil  Insti-tutunun əməkdaşı 
                                           
1
 Талыбзадə K.  Азəрбаyжаn  əдəби  тənгидиnиn  тарихи,  Баkы,  Mараиф, 
1984, s.5. 
2
 K.Талыбзадənиn шəхsи архиви, Г.S.Sиsишвилиnиn рəyи, 1989. 


 
184 
prof. M.Ş.Şükürov monoqrafiya haq-qında rəyində göstərirdi 
ki, K.Talıbzadənin dərin nəzəri ümumiləşdirmələrinin Sovet 
Şərq xalqları  ədəbiyyatlarının, o  cümlədən  tacik 
 
ədəbiyyatının  bir  sıra  aktual  prob-lemlərinin  həllinə  kömək  
edir.

 Bu  kimi yüksək  fikirlərlə  zəngin  olan  rəylərdən  biri  
də  Qazaxıstan  Respublika-sının  əməkdar elm xadimi 
Tursunbek Kəkişevə məxsus idi. 1989-cu ildə yazılan bu rəydə 
qeyd edilirdi: «Mən K.A.Ta-lıbzadəni Azərbaycan  ədəbi 
tənqidini ilk dəfə köklü, əsaslı    şəkildə    tədqiq  edən,  bu  
sahədə    təqdir  və    təsdiq  olunan mütəxəssis  alim  kimi  
qiymətləndirirəm.  Onun  tənqid  ta-rixinə dair tədqiqatları türk 
xalqlarının ədəbiyyatında ilk  təşəbbüsdür,  bir  başlanğıcdır  və  
bunun  üçün  də  xeyli davamçıları yaranmışdır. Elə mən özüm 
onun tələbəsi və silahdaşıyam.»
2
 Görkəmli özbək 
ədəbiyyatşünası  Ə.Hayt-metovun  da  rəyi  bu  baxımdan  
diqqətəlayiqdir.  O,  yazır-dı: «Mən öz təcrübəmdən bilirəm ki, 
tənqid tarixindən belə  bir  əsəri  yazmaq  necə    çətin və 
mürəkkəbdir.  Mənim  fikrimcə  belə  bir  əsəri  yaratmaq  üçün  
Kamal  Talıbzadə  öz  üzərinə  böyük  bir  şöbənin  zəhmətini  
götürmüş  və  bu vəzifənin öhdəsindən şərəflə gəlmişdir… Onu  
da  deyim  ki,  Kamal  Talıbzadənin  əsəri  Sovet  Ittifaqında  
tənqid tarixinə dair yazılan işlərdən daha məqsədyönlü və 
bitkin, mükəmməl təsir bağışlayır.»
3
 Tacik alimi R.Müsülman-
qulovun  da  rəyində  K.Talıbzadənin  ədəbi  tənqid  tarixi-nin  
öyrənilməsi  sahəsində  xidmətləri  yüksək  dəyərlən-dirilir. O, 
                                           
1
 Yenə орада, M.S.Шüküровün рəyи, 1989. 
2
 K.Талыбзадənиn шəхsи архиви, Т.Kəkишeвиn рəyи, 1989. 
3
 K.Талыбзадənиn шəхsи архиви, Ə.Щаyтmeтовun рəyи, 1989. 


 
185 
yazır: «Tacik-fars xalqlarının orta əsr  ədəbi fikir tarixinin – 
məsələn, məxəzlərin təsnifində, materialların 
sistemləşdirilməsində, istiqamətlərin müəyyənləşdirilməsin-də, 
mənşəyinin üzə 
çıxarılmasında, terminlərin sabitləş-
dirilməsində  və sairənin gələcəkdə araşdırılması  işində prof. 
K.A.Talıbzadənin  bu  başlanğıcı  dayaq  ola  bilər.
1
»
 
Azərbaycan tənqidinin milli ədəbiyyatşünaslığımızın 
nailiyyəti kimi qiymətləndirdiyi «Azərbaycan ədəbi tənqi-dinin 
tarixi» monoqrafiyası 1986-cı ildə Dövlət Mükafatına  təqdim 
olunanda ümumsovet tənqidi onu bütün sovet 
ədəbiyyatşünaslığının ciddi yeniliyi, böyük müvəffəqiyyəti 
kimi təqdir edirdi. 
Monoqrafiyanın belə böyük uğur qazanması K.Ta-
lıbzadənin yeni tədqiqatlarına vüsət verdi. O, tənqid tari-xinə 
dair bu fundamental tədqiqatın davamı olaraq «Inqi-labi-
demokratik ədəbi fikrin tribunası» (1986), «Əhməd Ağaoğlu və 
onun «Rus ədəbiyyatının ümumi səciyyələri»  əsəri» (1988) 
məqalələrini yazır. K.Talıbzadə bu yeni tədqiqatlarında XX 
əsrin  əvvəllərində yaranan ədəbi tənqidin meylləri, onun 
problematikası, dövrün görkəmli tənqidçilərinin görüşləri, 
elmin inkişafında xidmətləri və digər  mühüm  məsələlərdən  
söz  açırdı. 
K.Talıbzadəyə  tənqidşünaslığımızın banisi səlahiyyə-tini 
qazandıran və  tədqiqat məktəbi yaratmaq imkanı verən 
monoqrafiyanın öz yaradıcılığında yerini tədqiqatçı 1985-ci  
ildə  müsahibələrindən  birində  belə    səciyyələndirirdi:  «Bu  
                                           
1
 Yenə орада, Р.Musuлmаnгuловun рəyи, 1989. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə