Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   59

 
194 
bədii  ədəbiyyata gətirilməsi yolları haqqında tənqidin az 
düşünməsini onun bütünlükdə  həyatın özünə müdaxiləsinin 
zəifliyi kimi sə-ciyyələndirir. Kitabda «Tənqidçilər» başlığı 
altında bir-ləşdirilən məqalələrdə isə K.Talıbzadə realist ədəbi 
tən-qidimizin banisi M.F.Axundovdan başlayaraq böyük bir 
tənqidçi nəslinin görkəmli simalarından söz açır, onların ədəbi-
estetik fikir tarixində  səmərəli xidmətlərini və  möv-qelərini 
qiymətləndirirdi. Milli ədəbi tənqidimizin təşəkkü-lündə, 
formalaşmasında  əvəzsiz rolu olan həmin  şəxsiy-yətlərin – 
M.F.Axundov,  Ə.Ağaoğlu, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, 
S.Hüseyn, B.Çobanzadə, A.Musaxanlı, S.Vurğun, M.Hüseyn, 
M.Arif, M.Rəfili, M.Ibrahimov, M.Cəfər və başqalarının 
estetik görüşlərinə  həsr olunmuş oçerklərdə, məqalələrdə 
tənqid və  ədəbiyyatşünaslıq tariximizin yara-dılması prosesi 
diqqətlə izlənirdi. Çağdaş və klassik ədəbi tənqidimizin nəzəri-
estetik problemlərini hərtərəfli işıq-landıran «Tənqid və 
tənqidçilər» kitabı  tədqiqatçının 80-ci illər  axtarışlarının  
nəticəsi  kimi  meydana  çıxmışdı. 
K.Talıbzadənin «Seçilmiş  əsərləri»ndə (1991;1994) 
toplanmış tədqiqatlarında da ədəbi tənqid, onun müasir dövrdə 
inkişafı ilə bağlı fikir və mülahizələr, dərin nəzəri 
ümumiləşdirmələr, orijinal elmi qənaətlər öz əksini tap-mışdır. 
Tədqiqatçı bu dövrdə bədii əsərlərin mövcud nə- zəri prinsiplər 
əsasında, müasir estetik tələblər səviyyəsində  təhlili 
baxımından tənqidin vəziyyətini qənaətbəxş hesab edir, bu 
münasibətlə yazırdı: «Bədii təhlilin tələbləri ilə  ayaqlaşan 
tənqidçilərimiz var. Əgər belə  tənqidçilərimiz varsa, onun 
gələcəyinə  də ümidlə baxmaq lazımdır. Tənqidə ümid verən 


 
195 
gənclər gəlir, onların varlığı  gələcəyə ümidlə  baxmağa  əsas  
verir.»
1
  
Beləliklə, K.Talıbzadənin bütün yaradıcılığında tənqid 
tarixi mövzusu tədqiqatlarının əbədi predmeti olmuşdur. Onun 
elmi,  ədəbiyyatşünaslıq fəaliyyətinin  ən güclü tərəfi  də milli 
ədəbi tənqid tarixi və  nəzəriyyəsi sahəsində xidmətləridir. 
Məhz bu yönümdə apardığı dəyərli təd-qiqatları K.Talıbzadəni 
tənqidşünaslığımızın banisi kimi tanıtmış, ona möhkəm elmi-
nəzəri, tarixi əsaslar üzərində yüksələn bir məktəb – 
tənqidşünaslıq məktəbi yaratmaq imkanı  vermişdir. 
 
 
                                           
1
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, ж.2, s.216. 
 


 
196 
3.2. Yeni dövr Azərbaycan ədəbiyyatı 
 
Kamal Talıbzadə çoxcəhətli yaradıcılığında çağdaş 
ədəbiyyatşünaslığın  ən mühüm məsələlərini işıqlandırmış, 
həmişə  ədəbi-nəzəri fikrin əsas istiqamətində  tədqiqatlar  
aparmışdır. Onun yeni dövr Azərbaycan ədəbiyyatının bir sıra 
vacib problemlərinə  həsr etdiyi məqalələri, tədqiqatları bu 
cəhətdən xüsusilə diqqətəlayiqdir. Həmin məqalələrində 
ədəbiyyat nəzəriyyəsinin, tənqidin  ən aktual məsələlərinə  
toxunan, dövrün görkəmli yazıçı  və  ədəbiyyatçılarının  
yaradıcılığına münasibət bildirən tədqiqatçı müasir ədə-biyyat, 
ədəbi proses haqqında konkret, aydın təsəvvür yaratmağa 
müvəffəq ola bilmişdir. Yeni dövr ədəbiyyatının tədqiqi 
istiqamətində K.Talıbzadənin 60-80-ci illərdə  ədə-biyyat 
nəzəriyyəsinin  ən mühüm məsələlərindən olan realizm 
problemi  ətrafında mülahizələri xüsusi maraq doğurur. 
Tədqiqatçı  hələ 1969-cu ildə respublikamızda Azərbaycan 
ədəbiyyatında realizm probleminə  həsr edilmiş ilk elmi 
müşavirənin təşəbbüskarlarından və  təşkilatçı-larından biri 
olmuş, burada «XX əsr Azərbaycan tənqi-dində realizm» 
mövzusunda məruzə etmişdir. Tədqiqatçı müşavirənin 
yekunları haqqında «Realizm problemləri həll olunur» (1969), 
bir qədər sonra isə «Realizmin həyati qüdrəti» adlı məqalələrini 
yazmışdır. Sovet Şərqi xalqlarının  ədəbiyyatlarında realizm 
probleminə  həsr olunan Bakı müşavirəsində (1972) isə 
K.Talıbzadə «Azərbaycan 
ədəbiy-yatşünaslığında 
Şərq 
realizmi problemləri» mövzusunda məruzə etmişdir. Bu 
ümumittifaq müşavirənin səmərəli nəticəsi olaraq tədqiqatçının 


 
197 
milli  ədəbiyyatımızda məsə-lənin tədqiqi haqqında «Realizmi 
necə öyrənirik?» və «Realizm problemləri» adlı məqalələri işıq 
üzü görmüşdür. Milli estetik fikrimizin tarixinə  həsr olunmuş 
monoq-rafiyasında K.Talıbzadə realizm problemini daha geniş 
izah etmiş, «realizmin bayraqdarı» M.F.Axundovun tənqidi 
görüşlərini bu aspektdə  nəzərdən keçirərək dərin və  hərtərəfli 
təhlil aparmışdır. Qeyd etmək lazımdır ki, 60-cı illər 
ədəbiyyatşünaslığında realizm probleminə ümumittifaq 
miqyasda xüsusi diqqət yetirilir, onun ədəbiyyatda inkişaf 
qanunauyğunluqlarının, milli spesifikasının, tarixi mərhələ-
lərinin, tipologiyasının və bir sıra mühüm xüsusiyyətlərinin 
öyrənilməsi bir növ tələb səviyyəsində irəli sürülürdü. Bu tələb 
Azərbaycan  ədəbiyyatşünaslığının qarşısında da bir sıra 
vəzifələr qoyur, realizmi elmin başlıca tədqiqat yönümü kimi 
müəyyənləşdirirdi. Həmin dövrün tədqiqatlarında realizm 
nəzəriyyəsində iki müxtəlif konsepsiya diqqəti          cəlb  edir.  
Burada  realizmin  hüdudlarını  çox  geniş  gö-türən,  onun  
tarixi  köklərini  lap  qədim  dövrlərə  aparıb  çıxaran  birinci  
konsepsiyanın  tərəfdarları  realizmin  ədəbi  inkişafın bütün 
mərhələlərinə  məxsus bir yaradıcılıq me-todu olduğunu
 
göstərir və  əsaslandırırdılar. M.Ibrahimov, M.H.Təhmasib, 
M.Məmmədov kimi tədqiqatçılar öz əsər-lərində hələ XI əsrdə 
«Kitabi-Dədə-Qorqud» dastanlarında,  XII  əsrdə    Nizami  
Gəncəvi  yaradıcılığında  və  bir  sıra orta əsr  ədəbi 
mənbələrində realistik ünsürlərin olması  mülahizəsini  irəli  
sürürdülər.  Bu  müəlliflərin  qənaətinə  görə realizm bir metod 
kimi qədim tarixə malik olmuş, sonralar təşəkkül edərək yeni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə