Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   59

 
198 
bir mərhələyə – bilavasitə M.F.Axundovun xidmətləri ilə bağlı 
olan tənqidi realizm mərhələsinə  yüksəlmişdir. 
Azərbaycan realizm nəzəriyyəsində ikinci konsep-siyanın 
tərəfdarları realizmin yaranmasını  bəzən M.P.Vaqi-fin, bəzən 
də M.F.Axundovun adı ilə bağlayırdılar. Qeyd etmək lazımdır 
ki, milli ədəbiyyatda realizmin ilk nəzə-riyyəçilərindən olan 
M.F.Axundovun özü də realizmin M.P.Vaqifdən başlanması 
fikrinin tərəfdarı olmuşdur. F.Köçərli,  S.Hüseyn  də  realizmin  
doğuluşunu  M.P.Vaqif yaradıcılığında görürdülər. F.Köçərli 
milli  ədəbiyyatda realizmin sonrakı inkişafını Q.Zakir və 
M.F.Axundovun  adları  ilə    bağlayır,  onların  hər  ikisini  
«yeni  ədəbi  cərə-yana» mənsub yazıçılar hesab edirdi. Onun 
realizm nəzəriyyəsində M.F.Axundov realizminin təhlili 
xüsusilə geniş yer tutur. Y.V.Çəmənzəminli də realizmin 
Vaqifdən başlandığını, Zakir yaradıcılığında inkişaf 
etdirildiyini, Axundov əsərlərində yüksək təşəkkül tapdığını 
göstərirdi. K.Talıbzadə  əsərlərində milli realizmin tədqiqinin 
əsas istiqamətlərini göstərir, irəli sürülən müxtəlif 
konsepsiyalara münasibətini bildirirdi. Realizm ədəbi metodu 
ətrafında gedən mübahisələr, bir-birinə zidd konsepsiyalar 
haqqında tədqiqatçının fikirləri, onun realizmin əhatə etdiyi 
prob-lemlərin bəsitləşdirilməsi və  təhlilində subyektivizmə,  
iba-rəçiliyə,  süni  effektlərə  yol  verilməsi  hallarını  ciddi  
tən-qid etdiyi məqamlar xüsusilə diqqətəlayiqdir. Tədqiqatçı    
ədəbi  təcrübədə    realizmi    həyat  hadisələrinin  surətini  çı-
xarmaqdan ibarət hesab edən, bəzən də onu «sadəcə  həyatın 
əks-sədası» kimi izah edən müəlliflərə etirazını bildirir, realizm 


 
199 
anlayışı haqqında yanlış  təfərrüatlara qarşı tutarlı  dəlillərlə  
çıxış  edirdi. 
Realizmin milli ədəbiyyat tariximizdə mövqeyi məsə-
ləsinə gəldikdə isə tədqiqatçı realizmin bir yaradıcılıq metodu 
kimi təşəkkülünü müəyyən tarixi dövrün məhsulu hesab edən, 
onu konkret ideya-estetik komponentlərə malik bədii 
yaradıcılıq üsulu kimi qiymətləndirən konsepsiyanı elmi 
cəhətdən daha dürüst sayır. K.Talıbzadə təhlilində nəzəri fikrin 
realizmə geniş marağını insanın getdikcə mürəkkəbləşən həyatı 
dərk etmək cəhdi ilə  əlaqələndirir, «realizmin inkişafı insan 
təfəkkürünün inkişafı ilə bağlıdır»  mülahizəsini irəli sürürdü.
1
 
Müəllif yeni dövr Azərbaycan  ədəbiyyatının  ən böyük 
nailiyyətlərinin realistik meyli bədii ədəbiyyatda möhkəmlədən 
M.P.Vaqif, realizmi ədəbi mək-təb səviyyəsinə yüksəldən 
M.F.Axundov, onu öz üsyankar satirası ilə  ən uca zirvəyə 
qaldıran M.Ə.Sabir kimi klassik sənətkarların adı ilə, bilavasitə 
xidmətləri ilə bağlı olduğunu nəzərə çatdırırdı. Bununla da
realizmi bədii təfəkkürün xüsusi hadisəsi səviyyəsində 
dəyərəndirir, onu bir növ bəsitləşdirən, realizmin mahiyyətini 
izah edərkən yanlış təfərrüatlara yol verən müəlliflərə etirazını 
bildirirdi. Təd-qiqatçının  fikrincə,  bu  ədəbi  cərəyanı,  onun  
imkanla-rının  əhəmiyyətini düzgün dərk etmək üçün insan 
təfək-küründə yaranan və inkişaf edən prosesləri diqqətlə 
öyrənmək zəruridir. K.Talıbzadə göstərir ki, dünya ədə-
biyyatında  olduğu  kimi  milli  ədəbiyyatımızda  da  bu  ədəbi 
metod öz sözünü demiş, qüdrətini əsrlərlə nümayiş  etdirmişdir. 
                                           
1
 Талыбзадə K. Əдəби ирs вə вариsлəр, Баkы, Азəрnəшр, 1974, s.19. 


 
200 
Müəllif xüsusilə XVIII-XIX və XX əsrlərdə Azərbaycan 
ədəbiyyatında realizmin son dərəcə qüvvət-lənərək 
genişləndiyini və  şaxələndiyini, böyük sənət nümu-nələri 
meydana qoyan əsas xəttə, ana xəttə çevrildiyini vurğulayır. 
Tədqiqatçı realizm problemini tarixilik nöqteyi-nəzərindən şərh 
edərək Azərbaycan  ədəbiyyatında yeni bir  mərhələ  olan  
çağdaş  realizmin  özünəqədərki  sənətin  qabaqcıl  
keyfiyyətlərini  mənimsəməklə  inkişaf  etdiyini,  zəngin  tarixi  
təcrübə    üzərində  yüksəldiyini  əsaslandırır. K.Talıbzadə belə 
hesab edir ki, çağdaş realizm köhnə ilə yeninin sintezindən 
yaranan bir metod olub müasir cəmiyyətin ziddiyyətlərini, 
onun inkişaf qanunauyğunluq-larını  daha  dərindən  qavramaq,  
müasir  insanı  hərtərəfli, bütün mürəkkəbliyi ilə  təsvir etmək 
kimi geniş yaradıcılıq imkanlarına malikdir. Müəllifin fikrincə, 
milli ədəbiyyatda realizmin M.F.Axundovdan başladığını zənn 
etmək, «ona qədərki realist meylləri qiymətləndirməmək milli 
realizmin mərhələlərini kasıblaşdırır, tarixi inkişafın,  ədəbi 
həyatın  həqiqi mənzərəsini yaratmağa imkan vermir.» 
1
 
Tədqiqatçı realizmin XIX-XX əsrlər Azərbaycan 
ədəbiyyatında zamanın tələblərinə daha çevik yanaşan, ölkənin 
ictimai-siyasi, iqtisadi həyatındakı yenilikləri, dövrün 
mürəkkəbliyini, ziddiyyətlərini, aparıcı  məfkurəvi meyllərini  
daha  tez  və  daha  dərindən  qavramağa  qadir  bir  metod  
kimi  özünü  doğrulda  bildiyini  göstərir.  O,  son dövr 
realizmini özünəqədərki realizmin, eləcə  də klassik  sənətin 
mütərəqqi keyfiyyətlərini mənimsəyib inkişaf  etdi-rən bir 
                                           
1
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, ж.2, 1994, s.161. 


 
201 
yaradıcılıq metodu kimi, realizmin daha yüksək bir mərhələsi 
kimi səciyyələndirir. K.Talıbzadə  təhlilində belə bir qənaətə 
gəlir ki, «milli ədəbiyyatımızda realizm cəmiy-yətimizi  əks  
etdirən  bir  metod  kimi  təşəkkül  tapır,  yeni  insan  
konsepsiyasını    irəli  sürür,  realizmin  ideya-estetik 
 
imkanlarını  genişləndirir,  yeni  bədii  formaların  əmələ  
gəlməsi  zərurəti  yaradır.»
1
    Tənqidi  realizm  ənənələrinin  
daha  da  inkişaf  etdirilməsi  uğrunda  mübarizə    aparmağı 
ədəbiyyatşünaslığın  ən mühüm, ümdə  vəzifəsi hesab edən 
tədqiqatçı elmi metodologiyaya əsaslanaraq ədəbiyyatı yük-sək 
təşəkkül tapmış insan konsepsiyasına xidmət üçün səfərbər 
etməyin vacibliyini nəzərə çatdırır. 
K.Talıbzadə bir tənqidçi kimi də müasir ədəbi prosesə 
ardıcıl olaraq müraciət etmiş, bir sıra məqalələrində çağdaş 
ədəbiyyatımızın mənzərəsini dolğun  şəkildə  işıqlandıra bil-
mişdir. Müasir ədəbiyyata dair bu icmal məqalələrində 
tədqiqatçı çox geniş  məsələlərə toxunur, araşdırdığı prob-
lemin, yaxud mövzunun işlənməsi sahəsində  ədəbiyya-tımızın 
ənənəsini, qazandığı nailiyyətləri müəyyənləşdirir, onların 
işığında son illərin  ədəbi təcrübəsinə  nəzər salır, 
müvəffəqiyyətləri və çatışmazlıqları göstərir. Onun S.Rəhi-
movun «Mehman» povesti, M.Hüseynin «Səhər», I.Əfən-
diyevin «Sarıköynəklə Valehin nağılı» romanları, M.S.Or-
dubadinin «Bədbəxt milyonçu» povesti, Anarın «Sizi deyib 
gəlmişəm» pyesi, I.Ismayılzadənin «1937» poeması kimi 
qiymətli bədii nümunələrin təhlilinə  həsr etdiyi məqalələri bu 
                                           
1
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, ж.2, 1994, s.154. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə