Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   59

 
210 
K.Talıbzadə burada görkəmli  şairin yaradıcılığının 
inkişaf meyllərindən, onun zəngin poeziyasının  ən  xarakte-        
rik xüsusiyyətlərindən, fəlsəfi dərinliyindən söhbət açır. 
Tədqiqatçı S.Vurğun  şəxsiyyətinin ümumi, xüsusi və  fərdi  
cəhətlərindən  bəhs edərkən  şairin  sənətkar  şəxsiyyətinin 
onun bədii yaradıcılığında  əhəmiyyətli rolunu göstərir. 
Hüdudsuzluğuna, ölməzliyinə, müasirliyinə heyrət etdiyi 
S.Vurğun poeziyasını  şərtləndirən amillərdən bəhs edərkən 
müəllif xüsusilə xəlqilik amilindən geniş söhbət açır, məhz  bu  
amilin  ehtiva  etdiyi  məzmun  və  mündəricənin  gör-kəmli  
şairi  xalqın  doğması,  sevimlisi  etdiyini  qeyd  edir-di.  
Insana,  əqidəyə,  ideala  nikbin  inamı,  ideal  uğrunda  
mübarizəni  bu poeziyanın  ümumi  məfkurə  pafosu  kimi  
səciyyələndirən,  onun  ideya  mənbələrinin  «müasir  həya-tın 
mərhələ-mərhələ təbii dərki» ilə əlaqədar olduğunu vurğulayan 
tədqidatçı S.Vurğun  şeiriyyətinin bu kimi sənətkarlıq 
xüsusiyyətlərini aydınlaşdırarkən 
şairin ro-mantikası,  
yaradıcılıq  metodu,  üslubu  haqqında  da  ge-niş və hərtərəfli 
təsəvvür yaradırdı. K.Talıbzadə  şairin lirikasını  təhlil edərək 
göstərirdi ki, «S.Vurğun lirikasının yalnız mövzu dairəsi, həyat 
hadisələrini  əhatə miqyası      geniş  deyildi,  burada  mühüm  
cəhət  fikir  dairəsinin,  ideya-fəlsəfi  və  siyasi baxış  
dairəsinin  genişliyi  idi,  dün-yanı  estetik  mənimsəmənin  
dərinliyi  idi.»
1
  Tənqidçi  şairin  lirikasının  məhz  bu  
xüsusiyyətlərinin  adi,  ənənəvi çərçi-vəyə sığmadığını, özünə 
yeni ritm, yeni poetika prinsipləri tələb etdiyini göstərir, eyni 
                                           
1
 Талыбзадə K. Sənəтkарыn шəхsиyyəти, Баkы, Yазыçы, 1978, s.76. 


 
211 
zamanda S.Vurğunun öz lirikasının  bu  mənəvi  tələbinə  qarşı  
həssas  münasibətinə də diqqəti cəlb edirdi. K.Talıbzadə şairin 
cəsarətini bu yaradıcılıq  tələbinə  laqeyd  qalmamasında,  yeni  
ideya-məzmun  axtarışı  ilə yanaşı  yeni  poetika,  yeni  ifadə  
vasi-tələri  axtarışını  da  eyni  qızğınlıq  və  ciddiyyətlə  apar-
masında görürdü. Tədqiqatçı  şairin lirik qəhrəmanının            ən 
səciyyəvi xüsusiyyətlərinin S.Vurğunun özünün şəx-siyyətinə, 
təbiətinə  məxsus sifətlər olduğunu müşahidə   edir, bu lirik 
qəhrəmanın onun məhəbbəti və nifrəti ilə  silahlandığını 
göstərir. K.Talıbzadə  tədqiqatlarında S.Vur-ğunu yeni, böyük 
bir poetik məktəbin banisi kimi yüksək dəyərləndirir, onun 
ecazkar şeiriyyəti ilə gələcək nəsillərin bədii təfəkkürünə güclü 
təsir göstərdiyini, ədəbi mühiti  uzun zaman öz nüfuz təsirində 
saxladığını vurğulayır. Tənqidçi  bu  yüksəlişi,  bu böyüklüyü  
həm  də  şairin  aydın  şəxsi  keyfiyyətləri  ilə  izah  edir:  «Şair  
Səməd  Vur-ğun həmişə öz müasirlərinin nəzərində Şəxsiyyət 
Səməd Vurğunla qoşa dayanmışdır. Bu iki amil: böyük Şairlə 
böyük  Şəxsiyyət, birlikdə böyük Səməd Vurğunu yarat-
mışdır.»
1
 Buna görə  də müəllif görkəmli sənətkarın poe-
ziyasının daxili dünyasına yol tapmaq, onun bədii 
xüsusiyyətlərini hərtərəfli, bütünlükdə öyrənmək üçün şairin  
şəxsiyyətinin  tədqiqini  mühüm  və  zəruri  hesab  edir. 
K.Talıbzadə  şairin nəzəriyyəçilik və  tənqidçilik fəa-
liyyətindən bəhs edən məqalələrində isə S.Vurğunun es- tetik 
görüşləri haqqında konkret təsəvvür yaratmışdır. Həmin 
məqalələrində  tədqiqatçı  şairin bu yaradıcılıq sa-hələri ilə 
                                           
1
 Yenə орада, s.91. 


 
212 
müntəzəm məşğul olduğunu, onun bədii təfək-kürünün elmi-
nəzəri görüşləri ilə  vəhdətdə inkişaf etdiyini göstərir. 
Tədqiqatçının fikrincə, şairin ədəbiyyat tarixi-mizdəki mövqeyi 
onun milli ədəbi-estetik fikrin inki- şafında  da  mühüm rol  
oynamasını    şərtləndirmişdir.  Şai-rin  ədəbi-tənqidi  irsində  
xüsusilə    bədii  tənqid  məsə-lələrinin  geniş  yer  tutduğunu  
qeyd  edən  müəllif  S.Vur-ğunun bütün fəaliyyəti boyu ədəbi 
tənqidə dair obyek-       tiv mövqedən çıxış etdiyini göstərir. 
Böyük sənətkarın tənqid və  tənqidçilərə böyük ehtiramla 
yanaşması, milli bədii nailiyyətlərimizi düzgün 
qiymətləndirməyi bacaran   və milli ədəbi zəmin üzərində 
dayaq tapıb yüksələn  əsl        tənqidi müdafiə etməsi, onun 
qayğısına qalması  şairin  ədəbi tənqidə sonsuz diqqətinin 
nəticəsi kimi səciyyələn-dirilir. K.Talıbzadə S.Vurğunun 
estetik görüşlərində tən-qidçi mədəniyyəti və erudisiyası, ədəbi 
proses və  tənqid,  ədəbiyyatın səviyyəsi və  tənqid, tənqidçi və 
yazıçı mına-sibəti,  tənqidçi  şəxsiyyəti,  tənqid  və  ədəbi  irs  
kimi  məsə-lələrin  mühüm  yer  tutduğunu  qeyd  edir,  
dəqiqlik,  elmi-lik,  yazıçı  və  bədii  əsər  haqqında  mümkün  
qədər  ehti-yatlı,  obyektiv  fikir  söyləmək  kimi 
 
keyfiyyətlərin  onun tənqidi mülahizələrinin  əsas məğzini, 
mahiyyətini ehtiva  etdiyini  göstərir.  Tədqiqatçı  hələ  30-cu  
illərdə  «tənqi-dimiz necə olmalıdır?» sualının ən real, düzgün 
cavabını verən S.Vurğunun tənqid haqqındakı fikirlərinin milli  
ədəbi tənqidimizi düzgün istiqamətləndirməkdə, onu ədəbi 
həyat üçün faydalı bir vasitəyə çevirməkdə xüsusi rolu 
olduğunu və öz aktuallığını,  ədəbi mənasını itirməyən həmin 
fikirlərin bu gün də müasir səsləndiyini qeyd edirdi. Burada 


 
213 
şairin tənqidçilik sənətinə son dərəcə  həssas müna-sibəti 
aydınlaşdırılır, onun sənətkar tənqidçi ilə peşəkar tənqidçi 
arasında fərq qoymağa çağırışı, böyük tənqidçi  şəxsiyyəti 
uğrunda mübarizəsi S.Vurğunun bütünlükdə böyük ədəbiyyat 
uğrunda mübarizəsi kimi dəyərləndirilirdi. Görkəmli sənətkarın 
ədəbi tənqidə bu cür həssas mü-nasibətindən bəhs edərkən 
K.Talıbzadə düzgün olaraq  şairin  öz  bədii  əsərləri  haqqında  
yazdığı  tənqidi  məqa-lələrə  də  müraciət  edir,  onların  təhlili  
əsasında  belə  bir  nəticəyə  gəlirdi  ki,  S.Vurğunun  öz  bədii  
əsərləri  barədə  mülahizələrinin,  qənaətlərinin  ümdə  
məziyyəti  burada  dürüst  və  elmi  cəhətdən  əsaslandırılmış  
tənqidi  fikirləri  təsdiq  etmək  ruhunun  çox  güclü  
olmasındadır.  Tədqi-qatçı bu cəhəti Vurğun təbiətinə  məxsus 
böyüklük, həqi-qətpərəstlik kimi ali keyfiyyətlərlə 
əlaqələndirir.  Şairin  ədəbi tənqidi irsini diqqətlə araşdıran 
K.Talıbzadə sonda  bu qənaətə  gəlir: «Tənqid və onun ədəbi 
prosesdə mövqeyi haqqında  şairin gəldiyi nəticələr yalnız öz 
bədii yaradıcılıq təcrübəsinin yekunu deyildi, həm də özünün 
tənqidçilik təcrübəsinin bu sahədə  əldə etdiyi nailiyyətlərin 
yekunu  idi.»
1
 
K.Talıbzadə müasir ədəbiyyat haqqında bir sıra məqa-
lələrini  bədii  və  ədəbi-nəzəri  yaradıcılıqlarını  yanaşı,  bir-
birinə  qovuşmuş    şəkildə  davam etdirən  görkəmli  yazı-
çıların sənət görüşlərinə həsr etmişdir. Bu məqalələrin tədqiqat  
obyekti  milli  ədəbi  tənqiddə    özünəməxsus  möv-qeyi olan 
Mehdi Hüseyn, ədəbi irsi düzgün qiymətlən-dirməyi, onun 
                                           
1
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, Баkы, Азəрnəшр, ж.1, 1991, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə