Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
218 
onun  əsərlərində    tənqid  kimi  tərifin  də  müəyyən  ölçüyə  
sığışdığını,  bir  tənqidçi  kimi  ədəbi  ha-disə və yaxud əsəri 
qiymətləndirərkən aydın mövqe tutdu-ğunu müşahidə edir, 
məhz bu xüsusiyyətlərin tənqidçiyə ədəbi mühitdə böyük nüfuz 
qazandırdığını əsaslandırırdı.  
Hələ sağlığında «Tənqidimizin atası», «Tənqidimizin 
ustadı», «Tənqidimizin vicdanı» deyə anılan görkəmli tənqidçi 
haqqında K.Talıbzadə belə bir düzgün nəticəyə  gəlirdi ki, 
müasir tənqidi sənətkarlıq cəhətdən təkmil-ləşdirmək üçün 
M.Arif yaradıcılığı  zəngin material verir,  buna görə  də 
tənqidçinin əsərlərinin sənətkarlıq xüsusiy-yətləri daha geniş və 
hərtərəfli tədqiq edilməlidir. K.Ta-lıbzadənin tədqiqatlarında 
M.Arif milli mədəniyyətimizin  təşəkkülünü  və  yüksəliş  
tarixini  öz  səmərəli  işi  ilə  yara-dan  və    təmsil  edən  
görkəmli  şəxsiyyətlərdən  biri  kimi  təqdir  olunur, böyük  
tənqidçi  və    ədəbiyyatşünasın,  yazıçı    və  mütərcimin,  
müəllim  və ictimai  xadimin  keçdiyi  zən-gin  yaradıcılıq  
yolunun  mühüm  hadisə    və    məqamları araşdırılır. M.Arifin 
üçcildlik «Seçilmiş əsərləri»nə yazdığı geniş müqəddimədə də
1
 
K.Talıbzadə ədəbiyyatımızın və ədəbi-nəzəri fikrimizin müasir 
nailiyyətlərini, bir sıra mü-hüm və  əlamətdar hadisələrini 
alimin adı ilə bağlayır, onun  qırx beş illik zəngin 
yaradıcılığının milli ədəbiyyatın  əsas inkişaf istiqamətlərini 
müəyyənləşdirməkdə əhəmiyyətli ro-lunu aydınlaşdırırdı.  
                                           
1
 Ариф M.  Seçилmиш  əsəрлəри  (üç  жилддə),  ж.1,  Баkы,  Азəрб.  SSР  EА 
nəшриyyаты 1967, s.519. 


 
219 
Tədqiqatçı M.Cəfər tənqidinə  də böyük sənət möv-
qeyindən  yanaşır,  «Həyat  və  sənət  eşqi»  adlı  məqalə-sində
1
 
böyük tənqidçinin həyat yolundan, sənət dünya- sının 
spesifikasından söz açırdı. Tədqiqatçı  hələ  gənc yaşlarında 
dünya  ədəbi-estetik fikrinin qabaqcıl meyllə- rini,  öyrənmək,  
mənimsəmək  məqsədini  izləyən  M.Cəfə-rin  geniş    və  
çoxsahəli,  zəngin  ədəbi  fəaliyyətini,  onun «kuryerlikdən 
akademikliyə, çörəkçi şagirdliyindən filosof tənqidçiliyə  qədər  
keçib  gələn»  çox  gərgin,  mürəkkəb  yaradıcılıq yolunu 
sistemli  şəkildə araşdırır. Burada Azər-baycanda qızğın  ədəbi 
mübarizələrin getdiyi, yeni bir tən-qidi cərəyan olan marksist 
tənqidin formalaşdığı  və milli tənqidin öz inkişaf yolunda 
qarşıda duran maneələrlə çar-pışdığı bir vaxtda böyük ədəbi 
fikir dünyasına yol alan tənqidçinin yaradıcılığının ən mühüm 
məqamları diqqət-        lə  nəzərdən keçirilir. K.Talıbzadə 
görkəmli tənqidçinin Azərbaycan  ədəbi fikrinin yüksəlişinə 
təkan verən, hər dövrün öz ədəbi-nəzəri səviyyəsini, 
nailiyyətlərini  əks et-dirən  əsələri  haqqında  bəhs  edir, 
onların  ədəbi  fikrimizin  inkişafında  rolunu  müəyyənləşdirir.  
Müəllif  onu  da  qeyd  edir  ki,  bu  elmi,  tənqidi  əsərləri  
oxuduqda  sətirlər  arxa-sında böyük tənqidçinin parlaq 
şəxsiyyətini, idealını, həqiqi vətəndaş simasını da aydın 
görmək mümkündür.
1
  
M.Cəfər yaradıcılığının  əsas xüsusiyyətlərini araşdı-ran 
tədqiqatçı  tənqidçinin  ədəbi hadisələri qiymətləndi-rərkən 
ideya komponentinə xüsusilə böyük əhəmiyyət verdiyini, təhlil 
                                           
1
 Бах: Талыбзадə K. Тənгид вə тənгидçилəр, Баkы, Yазыçы, 1989, s.347-354. 


 
220 
obyektinin ideya mövqeyinə  əsaslanaraq estetik mərhələnin 
xüsusiyyətini də dövrün ədəbiyyatının  ideyaları,  ictimai  
məzmun  əhatəsi,  müasirlik  dərəcəsi  ilə  ölçdüyünü aşkara 
çıxarır. Tədqiqatçı  məhz böyük bəşəri idealların tənqidçinin 
görüşlərində ədəbi hərəkatı qiymət-ləndirmək üçün əsas meyar 
olduğunu qeyd edir və  əsas-landırır. K.Talıbzadə göstərir ki, 
M.Cəfər «ədəbi prosesin gedişini kor-koranə izləmir, ona tabe 
olmur, tənqidçi üçün əsas meyar həyatdır, ictimai inkişafın 
mütərəqqi, qabaqcıl istiqaməti və meylləridir. O, məhz bu 
amillərə söykənərək  ədəbi hadisələrə yanaşır, onları 
qiymətləndirir və  mənalan-dırır.»
1
 Müəllif bu cəhətə görə 
tənqidçinin əsərlərində bədii təhlillə  yanaşı  sosioloji  təhlilin  
də    güclü    təsir  yaratdığını  qeyd edirdi. Məqalədə M.Gəfər 
əsərlərinin ideya odu və  işığı ilə oxucularının qəlbini 
alovlandıran, işıqlandıran, ideyalı  tənqidin təsir gücünü, 
qüdrətini  əyani  şəkildə nümayiş etdirən tənqidçi kimi təqdir 
olunur, onun milli ədəbiyyatımızın inkişafında xidmətləri 
yüksək dəyərlən-dirilirdi. Tənqidçinin müvəffəqiyyətinin 
səbəblərini araş-dıran  K.Talıbzadə  onun  ildən-ilə,  
mərhələdən-mərhələyə    sənət yüksəlişinin, sənət yolunda 
irəliləməsinin, qüdrətli   bir alimə, sözükeçər bir tənqidçiyə, 
nəhayət, alim-vətəndaşa  çevrilməsinin  əsl  kökünü  isə  bunda  
görür: «Əsl  tənqidçi  o  zaman  nüfuz  qazana,  ədəbi  prosesə,  
yazıçıya  təsir  göstərə  bilir  ki,  o,  xalqının  həyatını,  tarixini,  
fəlsəfəsini,  ədəbiyyatını, eləcə  də müasir ictimai gerçəkliyi, 
cəmiyyəti  dərs  vermək  istədiyi  yazıçıdan,  eləcə    də  
                                                                                         
1
 Талыбзадə K. Тənгид вə тənгидçилəр, Баkы, Yазыçы, 1989, s.351. 


 
221 
oxucusundan  artıq  bilə,  ümumi  bilik  səviyyəsi,  istedad  
dərəcəsi  ondan  üstün  ola,  ümum-bəşəri  ideallar  səviyyəsinə  
yüksəlmək  üçün  milli  ideallara  dərindən  vaqif  ola!»
1
  
Tədqiqatçı  M.Cəfəri  məhz  belə    hərtərəfli  mənəvi  
keyfiyyətlərə  malik  təbii  istedad  sahibi  kimi  təqdir  edir,  
sonda  bu  nəticəyə  gəlirdi  ki,  əsərlərinin  dərinliyi,  
qiymətlərinin  dəqiqliyi  və  elmi  obyektivliyi  ilə    yalnız 
M.Ariflə  müqayisə  edilə  bilən  tənqidçinin olduqca səmərəli 
yaradıcılığı Azərbaycan  ədə-biyyatını  öyrənmək  üçün  ən  
mötəbər  mənbələrdən biri  sayılır. 
K.Talıbzadə tənqidə və ədəbiyyatşünaslığa, eləcə də onun 
görkəmli nümayəndələrinə  həsr etdiyi məqalələrində ustad 
müəllimləri M.Arif, M.Cəfər, F.Qasımzadə, M.Cəlal,  
Ə.Sultanlı,  M.Rəfili,  C.Xəndan  və    başqalarının  adlarını  
dönə-dönə  xatırlayır,  onların    elmi    və      elmi    təşkilatçılıq  
fəaliyyətindən, aydın  şəxsi  keyfiyyətlərindən  yeri  gəldikcə,  
əsərlərində  söhbət  açır.  Tədqiqatçı  «Əsrlərə  müasir  nə-zər»  
məqaləsində  belə  məşhur,  hər  zaman  nəsillərə  ör-nək ola 
biləcək hörmətli müəllimlərindən biri ədəbiy-yatşünas Həmid 
Araslıdan bəhs edir. K.Talıbzadə üçün H.Araslı «heç kəsə 
bənzəməyən, özünəməxsus yaradıcılıq  yolu, tədqiq  üsulu,  
mövzuları,  xasiyyəti  və  təbiəti  olan»,  həm çox məğrur, həm 
də çox mülayim, qayğıkeş müəl-limdir, alim-vətəndaşdır. 
Ədəbi-nəzəri fikir tariximizdə  əhəmiyyətli rolu olan 
ədəbiyyatşünas alimin çoxcəhətli yaradıcılıq yolunu nəzərdən 
keçirərkən müəllif göstərir ki, elmi problematika genişliyinə 
                                                                                         
1
 Yenə орада, s.350-351. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə