Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
222 
görə  şöhrəti çox-çox uzaq-lara yayılan H.Araslı dünya 
ədəbiyyatşünaslığında 
ən çox tanınan görkəmli 
alimlərimizdəndir. Burada xarici ölkələrin  ədəbiyyatşünas 
alimlərinin də Azərbaycan ədəbiyyatının müxtəlif məsələlərinə 
həsr olunmuş tədqiqatlarında onun əsərlərindən çox tez-tez, ən 
mötəbər mənbə  və  məxəz-  lərdən  biri  kimi  istifadə  
olunduğu,  ona  istinad  edildiyi  göstərilir.  Tədqiqatçı  klassik  
ədəbiyyatımızın  öyrənilməsi  və    təbliği, eləcə    də    başqa  
xalqların  ədəbiyyatları    ilə,  eyni  zamanda  Yaxın  Şərq  
ədəbiyyatları    ilə  yaradıcılıq  əlaqə-lərinin araşdırılması, bu 
ədəbiyyatlar arasındakı tipolo-giyanın,  ümumi  və  xüsusi  
keyfiyyətlərin  müəyyənləşdiril-məsi cəhətdən də H.Araslı 
yaradıcılığını  əhəmiyyətli hesab edir, yüksək səviyyədə 
dəyərləndirir. Müəllif təhlilində belə    qənaətə    gəlir  ki,  
H.Araslı  uzaq  keçmişə,  ötən  əsrlərə  bu günün gözü ilə 
baxan, ensiklopedik biliyə malik, ədəbi-nəzəri irsi, ənənələri 
daim yaşayacaq  ədəbiyyatşünas, folk-lorçu,  mətnşünas  və  
pedaqoq kimi  milli  ədəbiyyatımızın  inkişafı  yolunda  
mühüm  işlər  görmüşdür. 
K.Talıbzadənin «öz doğma  ədəbiyyatını  ən qədim 
dövrlərdən  başlayaraq bu  gününə  qədər  öyrənmiş,  bu  ədəbi  
prosesi  tam  şəkildə    əhatə    etməyə  çalışmış»,  milli 
ədəbiyyatımızın tarixinin tədqiqi yönümündə çox səmərəli 
fəaliyyəti olmuş M.Rəfili haqqında məqaləsi də maraq doğurur. 
Burada elmi-bədii yaradıcılığı ilə  ədəbiyyat elmi-mizin 
inkişafına təkan verən alimin çoxcəhətli yaradıcılığı araşdırılır, 
                                                                                         
1
 Талыбзадə K. Тənгид вə тənгидçилəр, Баkы, Yазыçы, 1989, s.347-348. 


 
223 
onun mövzu dairəsi, məşğul olduğu  ədəbi-nəzəri problemlər 
müəyyənləşdirilir və sistemli şəkildə  təhlil edilir. Müəllif 
M.Rəfili yaradıcılığının  əsas məziyyətlərindən bəhs edərkən 
göstərir ki, o, «ədəbi hadisələri mücərrəd  şəkildə  təhlil etmir, 
onları  həyatla,  ədəbi mühitlə, xalqın azadlıq  hərəkatı    ilə  
əlaqələndirə  bilirdi.»
1
  
Tədqiqatçı «Alim, müəllim,  şair» məqaləsində
1
 isə milli 
ədəbiyyatşünaslıq tarixinin gərgin axtarışlar dövrün- də – 30-cu  
illərin  axırı, 40-cı  və 50-ci illərdə  fəaliyyət göstərən, 
monoqrafiyaları və tədqiqatları ilə həmin ədəbi  mərhələnin bir 
çox problemlərinin həllində yaxından işti-rak edən görkəmli 
alim Cəfər Xəndanın yaradıcılığından bəhs edir. K.Talıbzadə 
burada alimin çoxcəhətli fəa-liyyətindən – şeir 
yaradıcılığından, tərcüməciliyindən, tən-qid və 
ədəbiyyatşünaslıq elmində xidmətlərindən söz açır, onun 
konkret  əsərləri – Sabir haqqında yazdığı iki monoq-rafiyası, 
klassik  ədəbiyyata dair tədqiqatları, müasir ədə-biyyat,  onun  
müxtəlif  məsələlərinə    və  görkəmli  nüma-yəndələrinə  həsr 
etdiyi məqalələri barədə dolğun təsəvvür yaradır. Müəllif yeni 
müəllim və  ədəbiyyatşünaslar nəslinin yetişməsində mühüm 
xidmətləri olan alimin, qayğıkeş  və xeyirxah ziyalının 
ədəbiyyat elmimizin tərəqqisində  əvəzsiz    rolu    olduğunu  
vurğulayır. 
K.Talıbzadənin müasir ədəbiyyata,  ədəbi  şəxsiyyətlərə 
həsr etdiyi tədqiqatları içərisində görkəmli ədəbiyyatşünas Əziz 
Mirəhmədov haqqında məqaləsi xüsusilə diqqətə-layiqdir. 
                                           
1
 Талыбзадə K. Тənгид вə тənгидçилəр, Баkы, Yазыçы, 1989, s.358. 


 
224 
Tədqiqatçı bu məqaləni sonsuz səmimiyyətlə  qələmə almış, 
həyatda yaxından tanıdığı alimin şəxsiyyətinə hörmət və 
ehtiramını burada ifadə etmişdir. Müəllif ədə-biyyat dünyasına 
daxili, mənəvi bir ehtiyacın tələbilə  gələn  Ə.Mirəhmədovu 
ədəbiyyatşünaslığın çoxşaxəli istiqamət-lərində  fəaliyyət 
göstərən fitri istedada malik alim, mətn-şünaslıq,  kitabşünaslıq  
və    mətbuatşünaslığın  elm  sahələri  kimi  yaranıb  inkişaf  
etməsində    əvəzsiz  xidmətləri  olan böyük ədəbiyyatşünas 
kimi dəyərləndirir. O, yaradıcılığında daha çox monoqrafik 
tədqiqatlara geniş yer verən alimin əsərlərinin ancaq fakt 
zənginliyi ilə yox, həm də mövzu rəngarəngliyi, 
problematikası, analitik təhlilləri, dərin nəzəri 
ümumiləşdirmələri, yeni mülahizələri, maraqlı və orijinal elmi 
nəticələri ilə diqqəti cəlb etdiyini yazır. K.Talıbzadə- nin elmi 
qənaətinə görə  Ə.Mirəhmədov «ədəbi faktı elmə çevirməyi  
bacaran,  faktdan  elmə  gələn  yolun  səciyyəsini  dərk  edən  
alimdir»,  və  bu  cəhət  onun  tədqiqatlarının  müvəffəqiyyətini  
təmin  edən  əsas  məziyyətlərdən  biri  he-sab  olunur.
1
  
60-cı illərdən başlayaraq tənqidi müstəqim yaradıcı- lıq 
sahəsinə çevirən B.Nəbiyev, Y.Qarayev, Ş.Salmanov, 
A.Səfiyev, A.Hüseynov, N.Şəmsizadə, V.Osmanlı, V.Quli-yev, 
R.Əhmədov, V.Nəbiyev kimi tanınmış  ədəbiyyatşünas 
alimlərin  ədəbi uğurlarına K.Talıbzadə xüsusi qayğı  və 
həssaslıqla yanaşmış, tədqiqatlarında müntəzəm olaraq on-ların 
fəaliyyətlərindən söz açmış, yeni tənqidçilər nəslinin məqsəd 
və  vəzifələrini müəyyənləşdirmişdir. Tədqiqatçı  nəzəri-estetik 
                                                                                         
1
 Бах: Талыбзадə K. Тənгид вə тənгидçилəр, Баkы, Yазыçы, 1989, s.359-363. 


 
225 
axtarışlarının hələ ilk dövründə bu cavan tənqidçilərin elmi 
yaradıcılığını diqqətlə izləyir, yüksək tələbkarlıqla onları 
sənətin bədii qanunauyğunluqlarına mükəmməl yiyələnməyə 
səsləyirdi. O, yazırdı: «Müasir tən-qidçi  elmi  dünyagörüşü  ilə  
silahlanan  ideya  döyüşçüsü-dür.  O,  elə  elmi-nəzəri  savada,  
elə zövqə  malik  olmalıdır ki, ədəbi inkişafı qabaqlaya bilsin. 
Cəmiyyətdə,  ədəbiy-yatda  müəyyən  nüfuz  qazana  bilsin,  
sənətə  böyük  tələb-lərlə yanaşsın, öz tənqidçilik idealına sadiq 
olsun.»
1
    Müəl-lif  düzgün  olaraq  göstərir  ki,  tənqidin  
qüdrəti,  nüfuzu  onun  ədəbi  prosesə  təsir  qüvvəsi  ilə,  ədəbi  
inkişafla  sıx əlaqə yaratması və ədəbi həyatın fəal bir sahəsinə 
çevril-məsi ilə müəyyənləşir. K.Talıbzadə  tənqidçiləri məhz 
belə bir tənqid yaratmağa, onu inkişaf etdirməyə səsləyirdi. Bu 
cəhətdən müasir ədəbi prosesi araşdıran tədqiqatçı 70-ci illərdə 
tənqidlə  bədii  ədəbiyyat arasındakı intensiv əlaqənin daha da 
möhkəmləndiyini, dərinləşdiyini, tənqiddə yeni keyfiyyətlər 
yarandığını müşahidə edirdi. O, milli tənqiddə aydın nəzərə 
çarpan bu keyfiyyət yeniliklərini aşkara çıxar-maq üçün 
görkəmli tənqidçi Bəkir Nəbiyevin yaradıcılığına  diqqət  
yetirməyi  daha  məqsədəuyğun  hesab  edərək  onun  «Tənqid 
və  ədəbi proses» kitabında toplanan məqalələrin təhlili 
əsasında ümumiləşdirmələr aparır, yeni dövr tən-qidinin inkişaf 
meyllərini izləyir və meydana çıxarırdı.  Müəllif  göstərirdi  ki,  
həmin  məqalələr  bütövlükdə  70-ci illər Azərbaycan  ədəbi 
tənqidinin ümumi mənzərəsi ilə, onun mövzuları, ədəbi aləmə 
müdaxilə prinsipləri, tən-qidçilik manerası  və  sənətkarlığı 
                                                                                         
1
 Талыбзадə K. Тənгид вə тənгидçилəр, Баkы, Yазыçы, 1989, s.366. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə