Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   59

 
202 
cəhətdən xüsusilə diqqətəlayiqdir. Bu məqalələrində tədqiqatçı 
bədii  əsərin mövzu və ideyasını, quruluşunu, obrazlar aləmini 
təhlil etməklə kifayətlənmir, həmçinin onun spesifikasını,  
müasir  ədəbiyyat üçün əhəmiyyətini, çağdaş  ədəbi prosesdə 
tutduğu yeri və  əsərdə  ədəbi təsirin rolunu da göstərir. 
I.Əfəndiyevin «Sarıköynəklə Valehin  nağılı»  əsəri  haqqında  
K.Talıbzadənin  «Yazıçı  ideyası  və  təhkiyə»  adlı  məqaləsi
1
  
bu  cəhətdən  xüsusi  maraq  doğu-rur. Burada müəllif 
yazıçının özünəməxsusluğunu,  əsərində  təhkiyənin hansı 
formasına müraciət etməsini, romanın ide-yası ilə üslubu 
arasındakı  əlaqənin nədən ibarət olduğunu, nəhayət,  əsərin 
nəsrimizə  nə kimi yeniliklər gətirdiyini, onu hansı ideya 
sənətkarlıq keyfiyyətləri ilə  zənginləşdirdiyini izah etməyə 
çalışır, beləliklə  də, müasir nəsrimizin inkişaf  yollarında bu 
romanın mövqeyini müəyyənləşdirir. Romanı lirik-romantik 
üslubun ideya-estetik tələbləri baxımından təhlil edən 
tədqiqatçı onu XX əsr Azərbaycan nəsrinin orijinal  struktura, 
zəngin obrazlar aləminə malik gözəl nümunələrindən biri kimi 
yüksək dəyərləndirir. K.Talıb-zadə təhlilində belə bir nəticəyə 
gəlir ki, həmişə  əsərləri ilə  ədəbi maraq oyatmağa müvəffəq 
olan I.Əfəndiyevin «Sarıköynəklə Valehin nağılı» romanı da öz 
problematikası, quruluşu, konfliktin xarakteri, üslubu, 
rəngarəng obrazlar  aləmi və təhkiyənin manerası baxımından 
tənqidi fikrə yeni söz deməyə, müasir nəsrin ideya-sənətkarlıq 
xüsusiyyətlə-rindən söhbət açmağa geniş imkanlar yaradır. Bu 
məziy-yətlərinə görə  də  tədqiqatçı romanı  nəsrimizin üslub 
                                           
1
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, Баkы, Азəрnəшр, ж.1, 1991,   


 
203 
müx-təlifliyini təmin etmək, onun inkişafı üçün hər cür yararlı 
yaradıcılıq zəmini hazırlamaq cəhətdən səmərəli və faydalı bir 
bədii nümunə  hesab  edir. 
Çağdaş  nəsrimizin müxtəlif meyllərini diqqətlə izləyən 
K.Talıbzadə bir sıra məqalələrində problemin şərhinə daha 
geniş yer vermişdir. Tənqidçinin Azərbaycan sovet ədəbiy-
yatının başlıca mövzularından birinə həsr etdiyi «Müasir kənd 
və  nəsrimiz» məqaləsi bu cəhətdən xüsusilə diq-qətəlayiqdir. 
Bu məqalədə K.Talıbzadə öz tədqiqatını bir neçə əsərin təhlili 
ilə  məhdudlaşdırmayıb, Azərbaycan  nəsrində yeni kənd 
mövzusunda yazılmış sanballı  bədii  əsərlərin demək olar ki
hamısını  nəzərdən keçirmişdir. Müəllif müasir kənd 
mövzusunu yaradıcılıqlarında dolğun  şəkildə  əks etdirən 
M.Hüseyn, M.Ibrahimov, S.Rəhimov,  Əbülhəsən, Mir Cəlal, 
Ə.Vəliyev, S.Rəhman, I.Əfəndiyev kimi görkəmli yazıçıların 
bu sahədə qazandıqları nailiy-yətlər fonunda nəsrimizin orta və 
yeni nəsli nümayən-dələrinin yaradıcılığını diqqətlə  təhlil 
etmişdir. Xüsusilə Isa Hüseynovun əsərlərinin müasir nəsrimizi 
bir sıra ideya-estetik keyfiyyətlərlə  zənginləşdirdiyini qeyd 
edən K.Talıb-zadə yazıçının konkret əsərlərinin təhlili əsasında 
nəzəri ümumiləşdirmələr aparır, elmi nəticəyə gəlir.  
Ə.Yusifoğlu,  Əfqan və G.Fəzlinin müasir kənd möv-
zusunda yazılmış bir sıra əsərlərinin təhlili də eyni məntiq- lə 
davam etdirilir. Tənqidçi yazır: «Bu əsərlərdə konkret  həyat 
materialı – kənd mövzusu ümumiləşdirmənin qüvvəsi və 
genişliyi sayəsində, xarakterlərin təbiiliyi və mürək-kəbliyi 
                                                                                         
s.46-55. 


 
204 
sayəsində, realizmin gücü nəticəsində  əxlaqi, fəlsəfi bir 
problemə, həyatın, cəmiyyətin ümumi istiqamətini, inkişaf 
perspektivini, etik keyfiyyətlərini ifadə edən bir problemə 
çevrilir.»
1
 Müəllif B.Bayramov, S.Əhmədov, S.Rəhman və 
başqalarının  əsərlərini də bu aspektdə  nəzərdən keçirir, 1966-
1970-ci illərdə kənd zəhmətkeşlə-rinin həyatına dair yazılan və 
nəşr olunan bu roman, povest və hekayələrin, o cümlədən 
oçerklərin nəsrimizə yeni ideya-estetik xüsusiyyətlər, üslubi 
çalarlar bəxş etdiyini göstərir. Lakin burada zənnimizcə, 
məqalənin ümumi ruhu üçün, bütünlükdə K.Talıbzadə 
yaradıcılığı üçün səciyyəvi olma-yan cəhətlər də vardır. Müasir 
kənd mövzusunda yazılmış  nəsr  əsərlərinin sayca azlıq təşkil 
etməsinə iradını bildirən müəllif yazır: «1966-1970-ci illərdə 
«Azərbaycan», «Ulduz» jurnallarında 85-ə  qədər roman və 
povest nəşr olun- muşdur. Bunlardan ancaq 15-i müasir kənd 
mövzusuna həsr olunmuşdur ki, bu da mövzular arasında 
tənasübün pozulduğunu göstərən ciddi xəbərdarlıqdır. Bu 
təəssüf  doğuran  rəqəm  yazıçılarımızı    düşündürməlidir.»
2
  
Burada səksən beş əsərin on beşinin müasir kəndə, qalanlarının 
ictimai-sosial həyatın digər mövzularına həsr edilməsi  bizcə, 
təəssüf doğurmamalıdır. Çünki, məsələ  kəmiyyətdə deyil, 
ideya-bədii keyfiyyətdədir, başqa sözlə, bu on beş  əsərdə 
müasir kəndin, onun zəhmət adamlarının, onların arzularının, 
                                           
1
 Талыбзадə K.  Seçилmиш əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1,  1991,    
s.67. 
2
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, Баkы, Азəрnəшр, ж.1, 1991,   
s.71. 


 
205 
əməllərinin, zəruri ehtiyaclarının, müvəffəqiy-yət və 
nöqsanlarının necə sənətkarlıqla əks olunmasın-dadır. 
Konkret bir əsərin təhlili ilə bütövlükdə yazıçının 
yaradıcılıq xüsusiyyətini, yaradıcılıq tendensiyasını müəy-
yənləşdimək və izah etmək baxımından K.Talıbzadənin 
«Tənqid etüdləri» adı altında ədəbi ictimaiyyətə təqdim etdiyi 
məqalələri xüsusilə diqqətəlayiqdir.  Əsasən resenzi-yalardan 
ibarət olan bu məqalələrdə müəllif çağdaş  ədəbi prosesin fakt 
və materiallarının icmalını verməklə kifa-yətlənmir, onun 
mahiyyət ifadə edən meyllərini müəy-yənləşdirir, düşündürücü 
ümumiləşdirmələri ilə  ədəbiyyatın  inkişafını istiqamətləndirə 
bilir. Bu cəhətdən Anarın «Sizi  deyib  gəlmişəm»  pyesinin  
təhlili  nəzəri  cəlb  edir.  Müəllif bu kiçik həcmli, yığcam 
məqalədə pyesin həm ideyasını, həm də poetikasını ətraflı izah 
edir, konkret bir əsərin timsalında müasir dramaturgiyanın 
inkişaf meyllərini izləyir və meydana çıxarırdı. Tənqidçi Mirzə 
Cəlilin dövrünü,  yaradıcılıq mübarizəsini dolğun surətdə  əks 
etdirməyin  çətin və mürəkkəb bir iş olduğuna baxmayaraq 
Anarın bu vəzifənin öhdəsindən uğurla gəldiyini, böyük 
yazıçının fikir  və  iztirab  dünyasını    açıb  göstərə  bildiyini  
qeyd  edir.  K.Talıbzadə  təhlilində doğru olaraq dramaturqun 
bu nai-liyyətini onun ənənəvi yol ilə getməyib, Mirzə  Cəlilin    
təsvir etdiyi aləmə bir növ onun gözləriylə baxması və nəticədə 
dolğun, kamil bir surət yaratması ilə əlaqələn- dirir. 
K. Talıbzadənin müasir ədəbi prosesə  həsr etdiyi 
məqalələri içərisində «Azərbaycan» jurnalı haqqında ic-malını 
xüsusi qeyd etmək lazımdır. Burada 1981-ci ildə  jurnalın  
səhifələrində    işıq  üzü  görən  bütün  poeziya  və    nəsr  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə