Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

 
190 
«Bizdə  ədəbi tənqid yoxdur» fikrinə zidd olan «Tənqidimiz 
ədəbiyyatın inkişafına kömək edə bilmək qüdrətinə malikdir» 
tendensiyasını irəli sürürdü.
1
  
Kitabdakı  məqalələrində  ədəbi tənqidin bir sıra nöq-
sanlarını üzə  çıxarmaqla  ədəbi zövqün, fikrin inkişafına yeni 
bir yol göstərən K.Talıbzadə qeyd edirdi ki, tənqid ədəbiyyatın 
yalnız müvəffəqiyyətlərinə diqqət yetirməməli, onun 
qüsurlarını da görməlidir. O, tənqidi tərifə çevirmək meylinə 
qarşı çıxaraq özünün də «Günəşin sorağında» və «Azərbaycan 
sovet  şeiri sülh və demokratiya uğrunda mübarizədə» 
məqalələrində 
təhlil olunan əsərlərin birtərəfli  
qiymətləndirildiyini vurğulayırdı.  Ədəbiyyatşünaslığın bu 
sahəsinə ciddi təfəkkür hadisəsi kimi baxan tədqiqatçı yazırdı: 
«Tənqid – əsər haqqında təəssürat deyildir, oxucu və yazıçı 
rəyi də deyildir. Tənqid elmi şəkildə müasir ədəbiyyatın 
qanunauyğunluqlarını  kəşf etməlidir. Həyatın aparıcı 
tendensiyasını tuta bilməli və bunu ədəbiyyatda     necə  əks 
etdirməyin yollarını göstərməlidir.»
1
  Ədəbi tən-qiddən canlı 
dil, bədiilik tələb edən K.Talıbzadə göstərir   ki,  bu  
xüsusiyyətlər  tənqidin  özünə daha  çox  diqqət  tə-ləb etməsi, 
onun təsir qüvvəsini artırmaq üçün mühüm şərtlərdəndir. 
Burada müasir milli tənqidin vəziyyətindən, onun 
qarşısında duran məsələlərdən bəhs edən məqalələrlə ya-naşı, 
ayrı-ayrı  sənətkarların, daha dəqiq desək, M.Qorkinin və 
S.Vurğunun elmi-nəzəri görüşlərindən bəhs edən iki məqalə, 
eləcə  də resenziya xarakterli yazılar toplanmışdır. Müəllifin 
                                           
1
 Талыбзадə K.Тənгидиmиз щаггыnда гeyдлəр, Баkы, Gənжлиk, 1967, s.4. 


 
191 
«Tənqidimiz haqqında qeydlər» kitabında topla-nan 
məqalələrinin demək olar ki, hamısı müasir tənqidin  ədəbi 
proseslə  əlaqəsinin öyrənilməsi,  ədəbi tənqidin başlıca 
meyllərinin və axtarışlarının elmi cəhətdən ümumiləşdi-rilməsi 
baxımından  əhəmiyyət kəsb edən qiymətli tədqi-qatlardan  
hesab  olunur. 
K. Talıbzadənin sonrakı kitablarında da ədəbi tən-qidin 
problemləri ilə  əlaqədar yazılan məqalələr  əksəriyyəti təşkil 
edir. Tədqiqatçının belə kitablarından biri də  «Ədəbi irs və 
varislər»dir. «Ədəbi irs və varislər» (1974) kitabında K. 
Talıbzadə öz yaradıcılıq ənənələrinə sadiq qalaraq ədəbi tənqidi 
ədəbiyyatşünaslıqla vəhdətdə 
təqdim edir. Buradakı 
məqalələrin böyük bir qismi milli ədəbi tənqidin tarixinə      və 
müasir problemlərinə  həsr olunmuşdur. Qeyd etmək lazımdır 
ki, 70-ci illərdə ədəbiyyatşünaslığın bu mühüm sahəsinə dövlət 
səviyyəsində diqqət göstərilirdi. Hətta 1972-ci ildə  ədəbi 
tənqidin vəzifələrini müəyyənləşdirən  «Ədəbi-bədii  tənqid  
haqqında»  rəsmi  sənəd  də  tərtib  edilmişdi. K.Talıbzadənin 
«Ədəbi irs və varislər» kitabı  ədəbi tənqidin özünüdərki kimi 
səciyyələndirilən belə bir mərhələnin məh-sulu idi. Tədqiqatçı 
burada «Tənqidimizin yeni mərhələsi» (1971) adlı məqaləsində 
bu dövrün ədəbi tənqidinin əvvəlki dövr və illərə nisbətən daha 
mürəkkəb şəkil aldığını, daha çətin  və  məsuliyyətli  vəzifələri  
icra  etdiyini  göstərirdi.  O, yazırdı:  «Bu  günkü bədii tənqid 
ədəbi prosesə güclü ideya-estetik təsir göstərir,  əldə edilən 
nailiyyətləri möhkəmlət-məyin, inkişaf etdirməyin elmi-nəzəri 
                                                                                         
1
 Yenə орада, s.128. 


 
192 
əsaslarını yaradır…  Ədəbiyyatın  hərhansı    janrı    kimi    bədii  
tənqid  əsərində    də müəllifin həyata münasibəti öz ifadəsini 
tapır, onun möv-qeyi, dünyagörüşü, ictimai-siyasi baxışları 
təbliğ edilir, nəyə  rəğbət bəslədiyi, nəyə nifrət etdiyi ifadə 
olunur.»
1
 
Milli  ədəbi tənqidin tarixi və  nəzəri məsələlərinin 
həllində yaxından iştirak edən K.Taıbzadənin rəhbərliyi    ilə 
80-ci illərdə nəşrə hazırlanan «Ədəbi tənqid» kitabı (1984) da 
ədəbiyyatşünaslığımıza  əvəzsiz töhfə olmuşdur. Tədqiqatçının 
burada «Ədəbi tənqid: yekunlar, mülahi-zələr» məqaləsi işıq 
üzü görmüşdür. Müəllif bu məqaləsində ədəbi tənqid haqqında 
nəzəriyyəni daha da dərinləşdirir, tənqidin spesifikası barədə 
yeni mühakimələrə yol açırdı. O, burada tənqidçi  şəxsiyyəti 
məsələsinə diqqəti yönəldir,  ədəbi tənqidin yaradıcılıq aktına 
çevrilməsi amilinin tənqidçinin  şəxsiyyətindən asılı olduğunu 
göstərir və əsaslandırırdı. Miqyaslı ədəbiyyatın yaranması üçün 
miqyaslı  tənqidçi  şəxsiyyətinə ehtiyacın artdığını vurğulayan 
tədqiqatçı belə  bir düzgün qənaətə  gəlirdi ki, «böyük tənqid 
Səməd Vurğun yanğısı  və miqyası, Mehdi Hüseyn ehtirası, 
Məmməd Arif prinsipiallığı  və  dəqiqliyi, Mirzə Ibrahimov 
ictimai  fəallığı, Cəfər  Cəfərov  erudisiyası  tələb  edir.»
1
  
K.Talıbzadənin milli ədəbi tənqidin problematikasına, 
tarixi-nəzəri məsələlərinə diqqəti «Sənətkarın  şəxsiyyəti» 
kitabında (1978) da aydın  şəkildə  nəzərə çarpır. Kitabda 
«Klassik  ədəbiyyat», «Sovet ədəbiyyatı», «Tənqid: dünən  və 
bu gün» ümumi başlıqları altında birləşdirilən məqalə-   lərin 
                                           
1
 Талыбзадə K. Əдəби ирs вə вариsлəр, Баkы, Азəрnəшр, 1974, s.9. 


 
193 
böyük  əksəriyyəti Azərbaycan tənqidinin tarixinə  və müasir 
dövrünə  həsr olunmuşdur. «Tənqid: dünən və bu gün» adı 
altında toplanan məqalələrdə milli tənqidin tarixi inkişaf 
qanunauyğunluqları, onun dünənki və bu günkü nailiyyətləri 
F.Köçərli, A.Sur, S.Hüseyn, M.Arif, B.Nəbiyev kimi görkəmli 
tənqidçilərin görüşləri əsasında təhlil  edilirdi. 
«Tənqid və tənqidçilər» kitabında (1989) da tədqiqatın bu 
istiqaməti davam etdirilir, daha dərin və  əhatəli təhlillərlə 
səciyyələndirilir. Burada «Tənqid etüdləri» adı altında toplanan 
məqalələrdən başqa bütün digər yazılar milli ədəbi tənqidin 
problemlərinə  həsr olunmuşdur. Qeyd olunmalıdır ki, kitabın 
mövzusu yalnız ədəbi tənqiddir; milli tənqidin tarixi və müasir 
mərhələsinin müxtəlif problemləri, tənqidin həyatla, ictimai 
proseslə, ədəbiyyatla əlaqəsi bu mövzunun əsas mündəricəsini 
təşkil edir. Müəllif milli ədəbi-estetik fikrimizin qaynaqlarını 
və  əsas istiqa-mətlərini müəyyənləşdirir, eyni zamanda, 
görkəmli tənqid-çilər barəsində qeydlərində, tənqid icmalları 
və resen-ziyalarda bütünlükdə  ədəbi tənqidin inkişaf prosesini 
aydınlaşdırırdı. K.Talıbzadə bu tədqiqatlarında müasir ədəbi 
tənqidimizin mövcud vəziyyətini daha diqqətlə araşdırır, onun 
nailiyyətlərinə nəzəri cəlb edir, eyni za-manda, bir sıra nöqsan 
və çatışmazlıqlarını göstərirdi. O, çağdaş  tənqidin  əsas 
çətinliklərini yazıçı  və müasir həyat problemlərinin həllindəki 
mürəkkəbliklə əlaqələndirir, cəmiyyətdə  baş  verən  ictiamai-
siyasi  hadisələrin,  xalq  taleyinin bir çox vacib məsələlərinin, 
yeni insanın mənəvi aləmindəki təbəddülatların geniş miqyasda 
                                                                                         
1
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, ж.2, s.204. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə