Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

 
186 
kitab mənə  təkcə ona görə  əziz deyil ki, doktorluq dis-
sertasiyamla əlaqədardır. Bir də ona görə mənim üçün doğma 
və qiymətlidir ki, o, hələ  tələbəlik dövründən baş-ladığım,  
tənqidi  fikir  sahəsində  25 ilə yaxın apardığım tədqiqatlara bir 
növ yekun vurdu, təsdiq etdi ki, mən öz axtarışlarımda  və  
ədəbiyyatşünaslığımızda  tutduğum  yeni  istiqamətdə 
yanılmamışam. Bu elə bir elmi sahədir ki, onu gələcəkdə  də 
davam etdirmək mümkündür. Elə belə də oldu. Bundan sonrakı 
yazılarımın, kitablarımın  əksəriyyəti bu mövzuya həsr 
olunmuşdur.»
1
  Həqiqətən də K.Talıbzadə-nin sonrakı 
kitablarında bu mövzu alimin tədqiqatlarının  əsas istiqamətini 
təşkil etmiş, təhlillərinin başlıca predmeti  olmuşdur. 1966-cı 
ildə monoqrafiyanın ilk nəşrinin doğur-duğu təəssürat 
tədqiqatçıya yeni yaradıcılıq imkanları ve-rərək bir sıra 
problemləri işıqlandırmasına geniş meydan açdı. Alimin 
«Tənqidimiz haqqında qeydlər» (1967), «Ədəbi irs və varislər» 
(1974), «Sənətkarın  şəxsiyyəti» (1978), «Tənqid və 
tənqidçilər» (1989) kitabları, ikicildlik «Seçilmiş    əsərləri»  
(1991;1994)  bu  səmərəli    elmi    fəaliyyətin  nəticəsi kimi  
meydana  çıxdı.  Bu  kitablarda  toplanmış    tədqiqat  
əsərlərinin,  məqalələrin  hər  birinin  ideya  qayəsində, məz-
mun mündəricəsində K.Talıbzadənin milli ədəbi estetik 
fikrimizin tarixinə  həsr olunmuş fundamental tədqiqatının 
davamını  görürük. 
Müasir tənqidin  ədəbi proseslə  əlaqəsinin aydınlaş-
dırılması,  ədəbi tənqidin başlıca meyl və axtarışlarının elmi 
                                           
1
 Талыбзадə K. Тənгид вə тənгидçилəр, Баkы, Yазыçы, 1989, s.147-148. 


 
187 
cəhətdən ümumiləşdirilməsi baxımından müəllifin  «Tənqi-
dimiz  haqqında  qeydlər»  kitabı  (1967)  əhəmiyyətli  elmi 
məxəz hesab olunur. Burada müəllifin 1954-1966-cı illərdə 
dövrü mətbuatda dərc olunmuş  ədəbi tənqid haqqında 
məqalələri, icmalları  və resenziyaları toplanmışdır. Bu mə-
qalələr tədqiqatçının milli ədəbi tənqidin tarixini öyrənmə 
prosesində yazdığı  «Ədəbi tənqidə diqqəti artıraq» (1954), 
«Tənqidçi və  ədəbiyyatşünaslarımızın yeni nəsli» (1955), 
«Mübariz tənqidin gözəl nümunələri» (1959), «Tənqidimiz 
haqqında qeydlər» (1963), «Ədəbi tənqidin hazırkı  vəziyyəti  
bizi  təmin edirmi?» (1965), «Səməd Vurğunun  ədəbi-tənqidi 
irsi» (1966) kimi dəyərli nümunələr idi. Həmin məqalələrdə 
K.Talıbzadə müasir dövrün ədəbi tənqidinin konkret mən-
zərəsini yaradır, onun problematikasını, yaradıcılıq prin-
siplərini müəyyənləşdirir, tənqidin müasir ədəbi proseslə 
vəhdətdə qarşıda duran vəzifələrini aydınlaşdırırdı.  
Tənqidə ehtiyatla yanaşılan bir dövrün məhsulu olan 
həmin tədqiqatlarda müasir ədəbi tənqid, onun məşğul olduğu 
problemlər prinsipial tədqiqatçı mövqeyindən araşdırılırdı. Bu 
məqalələr tənqidin tənqidi idi və  məhdud janr imkanları 
daxilində belə müasir tənqidin tenden-siyalarını  əhatə edə 
bilmişdi. Burada 60-cı illərdə tənqidin ədəbiyyatımızın zəif bir 
sahəsi kimi fəaliyyət göstərməsi,  çap olunan ədəbi tənqidi 
məqalələrin çoxunun elmi-nəzəri səviyyəsinin aşağı olması 
tədqiqatçının təəssüflə qeyd et- diyi faktlar idi. Müəllif  ədəbi 
tənqidin geriliyini, onun ən mühüm qüsurlarını ilk növbədə 
nəzəri səviyyənin zəifli-yində görür, müharibədən sonrakı 
illərdə  bəzi tənqidçilərin  ədəbiyyatın bir çox mühüm 


 
188 
problematik məsələlərini həll etməyə  cəhd göstərmədiklərinin 
səbəbini də bu nəzəri  zəifliyin  nəticəsi  kimi  izah  edirdi. 
60-cı illər  ədəbi tənqidinin mənzərəsini nəzərdən 
keçirdikdə yazılan məqalələrin böyük əksəriyyətinin resen-
ziyalardan ibarət olduğunu müşahidə edirik. Bu isə bir-tərəfli 
inkişafa xidmət edib tənqidi məhdudlaşdırır, onun ədəbi prosesi 
əhatə dairəsini kiçildir. K.Talıbzadə  «Ədəbi tənqidə diqqəti 
artıraq» məqaləsində bu cəhətə xüsusi   nəzər yetirərək yazırdı: 
«Ədəbi tənqidi resenziya ilə  məh-dudlaşdırmaq,  ədəbiyyatın 
nəzəri məsələlərini bir yana bu-raxıb ancaq tənqid və 
biblioqrafiya ilə  məşğul olmaq doğru yol deyildir. 
Ədəbiyyatımızın indiki inkişaf mərhələsində  ədəbi tənqidin 
qarşısında duran mühüm vəzifələri resen-ziyalar ilə həll etmək 
qeyri-mümkündür…  Ədəbi tənqidi bu  məhdudluqdan xilas 
edib ədəbi prosesin qanunauyğun-luqlarını, sovet ədəbiyyatının 
təcrübələrini ümumiləşdirə bilən samballı  dərin nəzəri 
məqalələr yazmaq qarşıda duran mühüm vəzifələrdəndir.»
1
 
Tədqiqatçı burada dərin nəzəri  təhlillər,  ümumiləşdirmələr  
əsasında  məqalələrin  yazılma-sını  ədəbi tənqidin keyfiyyəti 
uğrunda mübarizə üsulu kimi qiymətləndirir. Lakin həmin 
dövrün mətbuatında dərc olunan məqalələrin bir çoxu ya bədii 
əsərlərin məzmu-  nunu danışır, ya da oxucu təəssüratı 
xarakteri daşıyırdı. K.Talıbzadə  tənqiddən bədii  əsərə, hər 
şeydən  əvvəl, bədii  təfəkkürün məhsulu kimi qiymət 
verməsini, sənətin spesifik xüsusiyyətlərini, onun emosional 
təsir gücünü göstərməsini, bədii əsərdən məzmun və formanın 
                                           
1
 Талыбзадə K.Тənгидиmиз щаггыnда гeyдлəр, Баkы, Gənжлиk, 1967, s.6. 


 
189 
üzvi bir vəhdəti kimi  bəhs etməsini tələb edirdi. Bu mühüm 
keyfiyyətləri özündə    birləşdirməyən tənqid, tədqiqatçının 
qənaətinə görə, həqiqi tənqid deyildir və o ədəbiyyatın inkişafı 
üçün yazıçıya heç  bir  istiqamət  göstərə  bilməz. 
Tədqiqatçı  ədəbi tənqidin 60-cı illərdə xoşagəlməz 
vəziyyətə düşməsinin bir səbəbini  əli qələm tutan, lakin 
istedadı olmayan şəxslərin tənqid yazmasında görürdüsə,  digər 
səbəbini M.Arif, M.C.Cəfərov, M.Məmmədov kimi  təcrübəli 
peşəkar tənqidçilərin az yazmasında görürdü. Öz 
mühakimələrində tənqidin bu neqativ tərəflərinə diqqət  yetirən 
müəllif onun keyfiyyətinin yüksəlməsi üçün konkret inkişaf 
istiqamətlərini göstərirdi. Müəllifin «Elmi-nəzəri problemlərin 
həllinə doğru» məqaləsində tənqidin əsas inki-şaf yolları daha 
dəqiq müəyyənləşdirilirdi. 
Monoqrafiyada diqqəti cəlb edən başlıca cəhət tədqi-
qatçının öz təhlillərində marksizm-leninizm ehkamçılı-ğından 
müəyyən qədər yayına bilməsidir.  Əlbəttə, buradakı    təhlil  
tərzində,  nəzəri  ümumiləşdirmələrdə  sosioloji  me-yarların  
təsirini  də  müşahidə  edirik  ki,  bu  cəhət  dövrün  hakim 
ideologiyası ilə bağlı olub onun vulqar marksist görüşlərindən
yanaşma prinsiplərindən irəli gəlirdi. 
«Tənqidimiz haqqında qeydlər» kitabında toplanan 
məqalələr intellektual tənqidin ilk nümunələri idi. Bu məqa-
lələrdə  gənc tədqiqatçı K.Talıbzadə 60-cı illərin təsvirçi 
xarakter daşıyan tənqidinin güclü və zəif tərəflərini üzə çıxarır, 
analitik tədqiqata əsaslanan nəzəri ümumiləş-dirmələr  aparırdı.  
O, 20-30-cu illər tənqidinin görkəmli nümayəndəsi  Əli 
Nazimin vulqar sosioloji mövqedən çıxış edərək söylədiyi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə