Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   59

 
206 
əsərləri,  tənqid  materialları    ayrı-ayrılıqda  təhlil  edil-miş
çağdaş ədəbiyyatın əsas mahiyyətini təşkil edən  isti-qamət  və 
meyllər  müəyyənləşdirilmişdir.  Müəllif  jurnalın illik  
məhsulunu  nəzərdən  keçirərkən  onun  ilin  ədəbi  
hadisələrinə necə müdaxilə etməsini, hansı  uğurları ilə oxu-
cularını razı saldığını, burada dərc edilən əsərlərin milli-mənəvi 
inkişafımızda nə kimi rolu olduğunu da araşdırırdı.  Jurnalda  
poeziyaya  daha  geniş  yer  verildiyini  qeyd  edən tənqidçi ilin 
şeirini lirik şeir kimi səciyyələndirir, bu poe-ziya əsərlərinin 
böyük  əksəriyyətinin təbiət və  məhəbbət mövzularına həsr 
olunduğunu göstərirdi. K.Talıbzadə  məhəbbət mövzusuna 
üstünlük verən şairlərə haqq qa-zandıraraq yazırdı: «Məhəbbət 
ali hissdir, fəlsəfi, həyati məzmun daşıyır, o həmişə – hər 
dövrün öz fikri-mənəvi tərəfləri səviyyəsində  tərənnüm 
olunmuş, hər dövrün hissləri və    düşüncələri  mövqeyindən  
mənalandırılmışdır.»
1
  Lakin tənqidçi məhəbbətə dair yazılan 
yeni  şeirlərin böyük əksə-riyyətində orijinallıq olmadığını, 
təkrar fikirlərin, düşün-cələrin, eyni hiss və ifadələrin baş alıb 
getdiyini, bu şeir- lərin müasir poetik tələblərə cavab 
vermədiyini təəssüf hissilə  qeyd  edirdi. 
Onun  şair V.Cəbrayılzadənin jurnaldakı  şeirlərinə 
münasibəti  də  xüsusi maraq  doğurur.  Burada  tənqidçini  
şairin  lirik  qəhrəmanının  daha  çox  öz  mənəvi  dünyası, 
daxili aləmi ilə  həddən artıq məşğul olması narahat edirdi. 
K.Talıbzadə belə bir qənaətə gəlirdi ki, şairin lirik qəhrə-manı 
«içərisini xarici dünya ilə  əlaqələndirməkdə  hələ    çətinlik  
                                           
1
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, Баkы, Азəрnəшр, ж.1, 1991, 


 
207 
çəkir,  elə  bil  bu  əlaqədən  qorxur, gizli,  daxili  hisslərinin,  
ehtiraslarının  ifadəsinə  verilən  üstünlük  lirik  qəhrəmanın  
real  planda  anlaşılmasına,  real  həyatla  əla-qələnməsinə 
mane olur.»
1
 Bu lirik qəhrəmanın kədər və qüssə içərisində 
çırpınmasının, ziddiyyətli ruhi hallar keçirməsinin, tez-tez 
kədərlənib qüssələnməsinin, ictimai zəifliyinin  əsas səbəbləri 
də bununla əlaqələndirilir. Təd-qiqatçı burada şairin çətinliyini 
əsasən öz daxili aləmin-  dən ayrıla bilməməsi ilə izah edir, 
buna iradını bildirir. Zənnimizcə, V.Cəbrayılzadənin öz mənəvi 
dünyasına, daxili aləminə bu sonsuz aludəçiliyi onun 
poeziyasının özünə-məxsusluğunu, spesifikliyini şərtləndirən, 
orijinallığını  tə-min  edən  cəhətlərdən  biri  kimi  də  
dəyərləndirilə  bilərdi. 
B.Azəroğlunun poeziyasındakı narahatçılıq və  kə-dərin 
səbəbini izah edərkən tənqidçi bu kədərin vətənin taleyilə bağlı 
nigarançılıq duyğuları ilə birləşdiyindən bö-yük ictimai məna 
kəsb etdiyini, ümumxalq kədərinə çevril-diyini göstərir, buna 
görə də bu kədəri «insanı narahat edən, oyadan, ayıldan kədər» 
kimi səciyyələndirir. K.Ta-lıbzadəyə görə poeziyanı yaradan 
məhz belə  kədərdir, poeziyanın ümdə  məziyyəti isə onun 
milləti ayıltmasıdır, milli  oyanışa  təsir  etməsidir. 
Jurnalda  dərc  olunan  nəsr  əsərlərini  təhlil  edərkən 
tənqidçi bunların böyük bir qisminin ailə-məişət,  əxlaq 
problemlərinə, müasirlərimizin həyatına, daxili aləminə,  
düşüncələrinə  həsr olunduğunu göstərir. Lakin o, gənc 
                                                                                         
s.78. 
1
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, Баkы, Азəрnəшр, ж.1., 1991, 
s.81. 


 
208 
nasirlərin  milli  nəsrin  ədəbi  təcrübəsindən  düzgün  nəticə 
çıxarmadığını, onların nəşr olunan əsərlərinin bir çoxunun 
mövzu  və  məzmunu,  obrazları,  hətta  ölçüsü,  ahəngi  ilə  də 
bir-birinin təkrarı olduğunu müşahidə edir. Bununla yanaşı 
Elçinin, S.Azərinin jurnalda nəşr olunan əsərləri nəsrimizin 
uğurları kimi dəyərləndirilir. Bu əsərlərdə yazıçı müşahidəsinin 
seyrçi yox, yaradıcı  səciyyə daşıdığı, sadə insanların 
mənəviyyatlarında ictimai-sosial mühitin ya-ratdığı yeni 
keyfiyyətlərin düzgün əks edildiyi göstərilir və əsaslandırılır. 
K.Talıbzadə buradakı tənqid materiallarını təhlil edərkən 
jurnalın  ədəbi tənqid məsələlərinə müdaxiləsinin zəif 
olduğunu,  ədəbiyyatşünaslıq problemlərinə daha geniş yer 
verdiyini göstərir. Tənqidçi jurnalın tənqid bölməsinin 
problematika cəhətdən «kasıb və  əhatəsiz» olduğunu yal- nız 
qeyd etməklə qalmır, bunun səbəblərini araşdırıb üzə 
çıxarmağa, izah etməyə çalışırdı. O, təhlilində belə bir düzgün 
nəticəyə  gəlirdi: «Tənqid çox zaman həyatın  ədəbi proses 
qarşısında irəli sürdüyü aktual problemlərdən sərf-nəzər edərək 
ancaq bədii ədəbiyyatın özünün mövzuları ilə məşğul olur, bu 
isə onun bədii yaradıcılığın çətinliklərini vaxtında üzə 
çıxarmaq imkanlarını xeyli məhdudlaşdırır.»
1
   
K.Talıbzadənin müasir ədəbi prosesə münasibəti  onun 
bir çox görkəmli yazıçı  və  ədəbiyyatçılar haqqında yazdığı 
məqalələrində  də dolğun  şəkildə öz əksini tapmışdır. O, hələ 
yaradıcılığının ilk illərindən başlayaraq XX əsr  ədəbiyyatının 
klassiklərindən S.Vurğun, S.Rüstəm, M.S.Or-dubadi, 


 
209 
M.Hüseyn, S.Rəhimov, M.Ibrahimov, M.Rahim, R.Rza, 
M.Müşfiq kimi böyük sənətkarların  ədəbi fəa-liyyətini 
yaxından izləmiş, onların toxunduqları problem-lərin 
müxtəlifliyi və mürəkkəbliyini şərh etmişdir. Tənqidçi ayrı-ayrı 
yazıçılara,  ədəbiyyatçılara həsr etdiyi belə  məqa-lələrində  
ədəbi  inkişafı  birtərəfli  proses  kimi  izah  etmir,  əksinə,  onu  
bütün  rəngarəngliyi  ilə  öyrənməyə  və  təhlil etməyə  çalışır.  
O,  həmçinin  görkəmli  sənətkarların  həya-tını  və 
yaradıcılığını  ədəbi-ictimai inkişaf kontekstində  nəzərdən 
keçirərək çağdaş Azərbaycan  ədəbiyyatının nə-zəri-estetik  
keyfiyyət  və  özünəməxsusluğunu,  ədəbi  prob-lem və 
sənətkarlıq məsələlərini də aydınlaşdırır. Təhlilin dərinliyi və 
konkretliyi, ideya meyarlarının dəqiqliyi, sə-nətkar mövqeyinin 
düzgün dəyərləndirilməsi baxımından tənqidçinin XX əsrin 
böyük  şairi S.Vurğun haqqında məqalələri xüsusi olaraq qeyd 
edilməlidir. K.Talıbzadə görkəmli  şairə  həsr etdiyi «Sovet 
poeziyasının fəxri», «Sə-məd Vurğunun  ədəbi tənqidi irsi», 
«Sənətkarın  şəxsiyyəti»,  «Böyük  poeziyanın  üfüqləri»,  
«Səməd  Vurğun  və    Azər-baycan sovet ədəbiyyatının 
problemləri», «Sənətkarın ömür yolu» və diğər məqalələrində 
S.Vurğun yaradıcılığını  hər-tərəfli işıqlandırmış, onun 
poeziyasını,  ədəbi-tənqidi görüş-lərini dərindən təhlil edərək 
dəyərləndirmişdir. S.Vurğun  şəxsiyyətinə  yaxından  bələdlik  
müəllifə    bu    məqalələrində  böyük şairin sənətkar simasını 
açmağa imkan vermişdir.  
                                                                                         
1
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, Баkы, Азəрnəшр, 1991, ж.1, 
s.94. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə