Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
214 
tarixi-müasir  əhəmiyyətini müəyyənləşdir-məyi öz estetik 
konsepsiyasının başlıca prinsipləri hesab edən  Mirzə  
Ibrahimov,  daim  tənqidi  fikrin  qayğıları    ilə    yaşayan  
Abdulla  Şaiq  kimi  böyük  ədəbi  şəxsiyyətlərin  yaradıcılıq  
yoludur.  Həmin  məqalələrə  diqqətlə    nəzər  yetirdikdə 
tədqiqatçının Abdulla Şaiq ailəsinin yaxın dostu, görkəmli 
yazıçı  və  tənqidçi M.Hüseyn yaradıcılığına daha  həssas  
münasibətinin  şahidi  oluruq.  Böyük  yazıçı  və  tənqidçinin  
ədəbi  fəaliyyətinə  həsr  etdiyi  «Yazıçı-mütə-fəkkir», «Ədib-
vətəndaş», «Mübariz tənqidin gözəl nü-munələri», «Mehdinin 
yeri görsənir…» və diğər məqa-lələrində K.Talıbzadə 
M.Hüseyn yaradıcılığını onun şəx-siyyəti ilə  vəhdətdə  təhlil 
edir, yazıçının ədəbiyyat və    sənətə sonsuz məhəbbətindən söz 
açarkən «Ədəbiyyata Mehdi Hüseyn məhəbbəti tənqidçi Mehdi 
Hüseyni yarat-mışdır» tezisinə  əsaslanırdı. Tədqiqatçı göstərir 
ki, tənqid – tənqidsiz keçinə bilməyən M.Hüseynin nitqində, 
danışıq tərzində daha canlı və ifadəli səslənir, ədəbi hadisələrə  
münasibətdə    həmişə    dəqiq  və  prinsipial  mövqe  tutan  
ədəbiyyatçının alovlu tənqidçi kimi tanınmasında, sevil-
məsində bu cəhət də az rol oynamırdı.
1
 
K. Talıbzadənin XX əsr Azərbaycan ədəbiyyatının böyük 
ədəbi simaları haqqında əsərləri içərisində atası Abdulla Şaiqə 
həsr etdiyi məqalələri xüsusilə diqqətəla-yiqdir. Görkəmli milli 
ədib A.Şaiqin ocağında dünyaya göz  açan, qızğın  ədəbi 
müzakirələrdən, elmi söhbətlərdən bəh-rələnərək böyüyən, 
                                                                                         
s.166. 
1
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, Баkы, Азəрnəшр, ж.1, 1991, 
s.168. 


 
215 
istedadı «Cavidlərin, Vurğun və Mehdi Hüseynlərin nəfəsilə 
qızınan mühitdə qol-budaq atan» K.Talıbzadə atası haqqında 
ən kiçik yazını belə  qələmə alanda böyük məsuliyyət hissi 
keşirdiyini etiraf edir. Məhz buna görə onun A.Şaiqlə bağlı 
məqalələrində, xatirələrində  dərin səmimiyyətlə yanaşı ciddi 
tədqiqatçı münasibəti  də  aydın  sezilir. A.Şaiq  onun  
nəzərində  yalnız  ata  doğmlığı    ilə    deyil,    həm  də    həyatı  
öyrədən  bir  müəllim,  onu  sə-nətə  istiqamətləndirən,  ənqidə,  
ədəbiyyatşünaslığa  sövq edən  şəxsiyyət kimi də  əvəzsiz və 
unudulmazdır. Həqiqətən də A.Şaiq tənqidə, 
ədəbiyyatşünaslığa xüsusi maraq gös-tərən,  ədəbi fikir 
yeniliklərini müntəzəm olaraq izləyən, müasiri olduğu tənqidçi 
və  ədəbiyyatşünaslarla sıx  əlaqə saxlayan, məşhur dünya 
tənqidçilərinin fəaliyyətlərindən də 
xəbər tutan 
ziyalılarımızdan olmuşdur. KTalıbzadə bu   haqda  yazır: 
«Atamın  elmi  fəaliyyətinin  müəyyən  illəri mənim gözlərim 
qarşısında keçmişdir. Ara-sıra yazdığı  məqalələr və  çıxışlarla 
yanaşı o, tənqidi fikrin qayğıları ilə yaşayar, yeni fəaliyyətə 
başlayan tənqidçilərlə maraqlanar, tez-tez keçmişi – tanıdığı, 
bildiyi şəxsiyyətləri xatırlayar,  yeri düşəndə isə özünəməxsus 
ehtirasla onların həyatından,  əsərlərindən söhbət açardı. 
Belinskiyə, Köçərliyə, A.Sura, məşhur polyak yazıçısı  və 
tənqidçisi S.Pşibışevskiyə, Bran-desə, müasir 
tənqidçilərimizdən  R.Axundova,  M.Quliyevə,  M.Arifə  
xüsusi  rəğbət  bəsləyərdi.  Pşibışevskinin  1910-cu  ildə  
Moskvada  çap  olunmuş  «Kpitika»  əsərindən, Bran-desin 
Avropa romantizminə dair kitabından nümunələr oxuyardı  və  
bütün  bu  adları    çəkilən  əsərlər  bizim  kitab  rəflərimizdə  


 
216 
idi,  yeri  düşəndə onlara müraciət də edirdim. Bu mikromühit, 
görünür, məndə  ədəbi tənqid,  ədəbiyyat-şünaslıq  sahəsinə  
meyl  oyadan  əsas  ilk  amillərdən  biri  olmuşdur.»
1
 
K.Talıbzadə A.Şaiqin sənət görüşlərini təhlil edərkən belə bir 
düzgün qənaətə gəlir ki, şairin mütərəqqi dünyagörüşünün əsas 
mahiyyəti, məğzi xalqına, onun həyatına, milli varlığına bağlı 
olduğu üçün ədibin bədii yaradıcılığı kimi ədəbi-tənqidi 
əsərlərinin də ideya istiqa-mətini  müəyyənləşdirmişdir. 
Tədqiqatçının öz müəllimləri, müasirləri və yetirmə-ləri 
olan tənqidçi və ədəbiyyatşünaslar haqqında məqalə- ləri onun 
müasir  ədəbiyyata dair fikir və mülahizələrinin              əsas 
məğzini təşkil edir. Azərbaycan  ədəbi tənqidinin görkəmli 
nümayəndələrinə  həsr olunmuş bu məqalələrdə milli ədəbi-
nəzəri fikrimizin çağdaş  mərhələsi diqqətlə araş-dırılıb tədqiq 
edilmiş, öz dolğun  şərhini tapmışdır. K.Talıb-zadənin M.Arif, 
M.Rəfili, H.Araslı, M.Cəlal, M.Cəfər,  Ə.Mirəhmədov, 
B.Nəbiyev, Y.Qarayev kimi tanınmış alim-lər  haqqında  
qələmə aldığı  məqalələr  bu  cəhətdən  böyük  əhəmiyyət  və  
dəyərə    malikdir.    Həmin  əsərlər  içərisində  tədqiqatçının öz 
müəllimi, həmişə ustad tənqidçi kimi tə-rənnüm etdiyi M.Arifə 
həsr olunmuş «Tənqidçinin sənət-karlığı», «Tənqidçi vətəndaş 
olanda», «Görkəmli alim, tən-qidçi və ictimai xadim», 
«Tənqidçinin nüfuzu və  şöhrəti», «M.Arifin  elmi,  elmi  
təşkilatçılıq  ənənələri»  məqalələri  elmi  təhlilin  dəqiqliyi  və  
yığcamlığı  baxımından  xüsusilə  diqqətəlayiqdir. 
                                           
1
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, Баkы, Азəрnəшр, ж.1, 1991,     
s. 21-22. 


 
217 
Qeyd  olunmalıdır  ki,  müəllifin  tədqiq  etdiyi  mövzu  
böyük  tənqidçinin  sənətkarlığından  bəhs  edən  məqalədə  
daha  düzgün  və  hərtərəfli  izahını  tapa  bilmişdir.  Burada  
M.Arifin  milli  ədəbi  tənqidin  təşəkkülü  və  inkişafı  pro-
sesində rolu, onun həm ideya, həm də  sənətkarlıq cəhətdən 
yüksəlişində  əvəzsiz xidmətləri araşdırılır, tənqidçinin 
sənətkarlıq xüsusiyyətləri,  əsərlərinin yaradıcı  səciyyəsi  şərh 
edilir. Tədqiqatçı yazıçılar kimi tənqidçilərin də ədəbiyyata öz 
mövzusu, üslubu, öz sənətkarlıq xüsusiyyətləri ilə  gəldiyini 
göstərir, tənqidçi dünyasının özünəməxsusluğun-dan  söz  açır.  
K.Talıbzadə  yazıçılar    kimi    tənqidçilərin  də  bir-birinə 
bənzəmədiklərini, onların hər birinin ədəbi pro-sesdə  fərqli 
mövqe tutduqlarını, öz yazı maneraları, dəst- xəttləri, 
yaradıcılıq özünəməxsusluqları ilə seçildiklərini müşahidə edir. 
Tədqiqatçı bu fərqli cəhətləri göründüyü kimi, yalnız mövzu 
fərqi ilə, tənqidçinin xüsusi mövzulara göstərdiyi həvəslə 
məhdudlaşdırmır, hər bir tənqidçinin  fərdi  yaradıcılıq  
xüsusiyyətləri  olduğunu  və  bu  xüsusiy-yətlərin  onun  
şəxsiyyəti  ilə,  ədəbi  prosesə  müdaxilə  edə  bilmək  bacarığı,  
istedadı  ilə,  ədəbi  tənqidi  bir  sənət  sa-həsi  kimi  necə  dərk  
etməsi  ilə    əlaqələndiyini  göstərir  və  əsaslandırır. 
K.Talıbzadə bu sənətkarlıq xüsusiyyətlərinin  dəqiq  elmi  izahı  
və  şərhi  üçün  M.Arıfın  bütün  yaradıcı-lığını, onun əlli ilə 
yaxın bir dövrü əhatə edən  ədəbi-tənqidi fəaliyyətinin 
məhsulunu nəzərdən keçirir, tənqidçinin sə-nətkarlığını onun 
əsas  əsərləri olan C.Cabbarlı  və S.Vurğun haqqında 
monoqrafiyaları, həmçinin onlarla məqaləsi  əsa-sında təhlil 
edirdi. O, təhlilində M.Arifin qərəzli tənqiddən uzaq  olduğunu,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə