Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
230 
Onun yeni dövr Azərbaycan  ədəbiyyatının bir  sıra  vacib  
problemlərinə    həsr  etdiyi  məqalələri,  tədqiqatları  xüsusi 
maraq doğurur. Həmin məqalələrində  tədqiqatçı  ədəbiyyat 
nəzəriyyəsinin, tənqidin  ən aktual məsələlərinə toxunmuş, 
dövrün görkəmli yazıçı  və  ədəbiyyatçılarının yaradıcılığına 
münasibət bildirmiş, bununla da müasir ədəbiyyat, çağdaş 
ədəbi proses haqqında konkret, aydın təsəvvür yaratmağa 
müvəffəq olmuşdur.  
Tədqiqatçının qüdrətli milli sənətkarlar – A.Şaiq, 
S.Vurğun, M.Hüseyn, M.S.Ordubadi, M.Ibrahimov, S.Rə-
himov, O.Sarıvəlli, I.Əfəndiyev, N.Xəzri və b., böyük 
Azərbaycan tənqidçiləri və  ədəbiyyatşünasları – M.Arif, 
M.Cəfər, M.Rəfili, M.Cəlal, C.Xəndan, H.Araslı, Y.Qa-rayev,  
B.Nəbiyev  və  b.  haqqında  elmi-nəzəri  məqalələri  bu  
qəbildəndir.  
Ədəbiyat tarixçiliyi və  mətnşünaslıq da alimin fəa-
liyyətinin mühüm bir hissəsini təşkil edir. K.Talıbzadə 
Azərbaycan EA-nın Nizami adına  Ədəbiyyat Institutunda  
işlədiyi  əlli  beş  il  ərzində  burada  hazırlanan  rus  və  
Azərbaycan dillərində bütün çoxcildli ədəbiyyat tərixləri-nin 
təşkilatçısı, müəllifi və redaktorlarından biri olmuşdur.  Onun  
üçcildlik  Azərbaycan  ədəbiyyatı  tarixinin  hazır-lanması  və  
nəşrində  xidmətləri  isə  xüsusi  qeyd  edilmə-lidir. Tədqiqatçı 
mətnşünaslıq elmimizin qiymətli bir tarixi mərhələsinin 
yaradıcısı kimi məhsuldar fəaliyyət göstər-mişdir. O, 
A.Səhhətin bircildlik və ikicildlik, F.Köçərlinin bircildlik,  


 
231 
S.S.Axundovun  bircildlik,  A.Şaiqin  beşcildlik,  S.Vurğunun 
altıcildlik, M.Arifin üçcildlik seçilmiş  əsərlə-rini tərtib və 
redaktə etmiş, onlara geniş müqəddimələr, izahlar və  şərhlər 
yazmış, onların nəşrində bilavasitə iştirak etmişdir. 
K.Talıbzadə  həm də görkəmli elm təşkilatçısıdır. Milli 
ədəbiyyatşünaslığın, milli filologiya məktəbinin mərkəzi 
sayılan Nizami adına  Ədəbiyyat Institutunda kiçik elmi   işçi 
vəzifəsindən akademikliyə qədər zəngin bir yaradıcı-   lıq yolu 
keçən alimin fəal iştirakı ilə  ədəbiyyatımızın çoxcildlik 
tarixləri yazılmış, ədəbi tənqidin nəzəri məsə-lələrinin  həllinə  
doğru  yönəlmiş bir  çox  respublika  və ittifaq miqyaslı 
tədbirlər, o cümlədən realizm, romantizm  müşavirələri 
hazırlanıb keçirilmişdir.  
K.Talıbzadənin bir sıra mötəbər elmi yığıncaqların, 
konfrans, müşavirə  və simpoziumların keçirilməsi ilə bağlı 
xidmətləri də  əvəzsiz olmuşdur. O, respublikada ədəbi-nəzəri 
araşdırmaları  əlaqələndirən «Müasir dünya ədə-biyyatının 
inkişaf qanunauyğunlqları» 
Əlaqələndirmə 
Şu-rasının 
yaradılmasında fəal iştirak etmiş, həmçinin nami-zədlik və 
doktorluq dissertasiyalarının müdafiəsi üçün ixti-saslaşdırılmış 
şuralarda fasiləsiz olaraq çalışmışdır.  
Alimin «Kitabi-Dədə-Qorqud» Dövlət Yubileyi 
Komissiyasının və Füzuli adına Beynəlxalq Mükafatlar Komis-
siyasının işində  fəal iştirakı, çoxcildlik «Azərbaycan  ədə-
biyyatı tarixi»nin IV cildinin məsul redaktoru kimi ça-lışması, 
ikicildlik  ədəbi tənqid və  ədəbiyyatşünaslıq mün-təxabatı 


 
232 
hazırlayan qrupa rəhbərliyi, elmi yığıncaqlarda sanballı 
məruzələrlə  çıxış etməsi, Beynəlxalq Muzeylər  Şurasının  
Azərbaycan  Milli  Komitəsinin  üzvü,  AAK-nın vaxtaşırı 
ixtisaslaşdırılmış 
şuralarının sədri kimi fəaliyyəti 
təqdirəlayiqdir. 
Milli  ədəbiyyatşünaslığımızın,  ədəbi-nəzəri fikrimizin 
inkişafında, elmi-pedaqoji kadr hazırlığında, kütləvi elmi 
tədbirlərin həyata keçirilməsində müstəsna xidmətləri olan 
alimin fəaliyyəti dünya xalqlarının ədəbi-elmi ictimaiy-yətinin  
diqqətini  cəlb  etmiş,  öz  layiqli  qiymətini  almış-dır.  Onun  
bütün  Şərq-türk  ədəbiyyatının inkişafına kömək edən  əsərləri 
Türkiyə, Qazaxıstan, Tatarıstan, Özbəkistan, Türkmənistan və 
digər türk xalqlarının, həmçinin Taci-kistanın nəzəri-estetik 
fikrinin tədqiqinə möhkəm zəmin yaratmışdır. Çünki, milli 
ədəbiyyatın, mədəniyyətin dolğun  şəkildə  təzahürü olan 
K.Talıbzadə yaradıcılığında yalnız  ədəbiyyatımız və onun 
mühüm yaradıcılıq problemləri deyil, bütünlükdə böyük türk 
mənəviyyatımız, milli şüu-rumuz,  təfəkkürümüz  öz  əksini  
tapmışdır. 
 
 
 
 
 
 


 
233 
İSTİFADƏ  EDİLMİŞ ƏDƏBİYYAT 
 
1.  Abdullayev K. Abbas Səhhətin həyat və yaradıcılığına 
həsr edilmiş elmi əsər, Azərbaycan dili və  ədəbiyyatı 
tədrisi (Metodik məqalələr məcmuəsi), Bakı, 1-ci 
buraxılış, 1956, s.89-93. 
2. Ağazamanqızı G. 50 il ədəbi mübarizədə, «Zaman» qəz., 
Bakı, 1998, 25 noyabr. 
3.  Ахмедов  Т.  Азербайджанская    литературная    критика 
ХХ  века,  Литературный  Азербайджан, 1967, № 1, 
с.130-132. 
4.  Akpinar Yavuz. Azeri edebiyyatı araşdırmaları, Istan-bul, 
1994, 512 s
5.  Алибекова Г. М.Горький и Азербайджан, Вопросы ли-
тературы, 1962, № 2, с.226-228. 
6. Alışanov  Ş. Tənqidi fikrimizin tarixi, «Ədəbiyyat və in-
cəsənət» qəz., Bakı, 1985, 31 may. 
7.  Arif M. Seçilmiş  əsərləri (üç cilddə), I c., Bakı, Azər-
baycan SSR EA nəşriyyatı, 1967, 620 s. 
8.   Arif M. Sənətkar qocalmır, Bakı, Yazıçı, 1980, 368 s. 
9.  Асадуллаев С. М.Горький и Азербайджан. Литератур-
ный Азербайджан, 1961,  № 2,  с.148-154. 
10. Babayev N. Sadəlik işığı, Azərbaycan, 1983, № 8,  s.161-
163. 
11.  Babayev N. Sənətkarın şəxsiyyəti və ədəbi proses,  «Bakı» 
qəz.,  1979, 12 oktyabr. 
12. Bayramoğlu A. Görkəmli ədəbiyyatşünas alimin yubi-leyi, 
«Respublika» qəz.,1998, 6 noyabr. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə