Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
226 
məsələləri ilə tanışlıq üçün əhəmiyyətli mənbə və məxəzlərdir. 
Tədqiqatçı bu məqa-lələrin yazıldığı dövrdə  ədəbi tənqidin 
səmərəlilik dərəcəsi, fəallığı, elmiliyi, professionallığı,  ədəbi 
problemləri  əhatə dairəsi, kəsəri və digər keyfiyyətlərini 
müəyyənləşdirmək üçün olduqca zəngin material verdiyini 
göstərir və  əsas-landırırdı. K.Talıbzadə  ədəbi proses və 
tənqidçinin ona mü-nasibəti mövzusunu əhatə edən həmin 
tədqiqatların tən-qidçi  tərəfindən  daxili  bir  tələblə  
yazıldığını,  ədəbi  inki-şafın ehtiyacları ilə bağlı  qələmə 
alındığını, burada B.Nəbi-yev  tənqidinin  əsas,  ümdə  
məziyyətlərinin  öz  əksini  tap-dığını qeyd edirdi. 
Tədqiqatçının fikrincə, mövzu aktual-lığı, yazıçının ideya 
mövqeyi, estetik idealı, sənətkarlığı  və yaradıcılıq qüdrəti – 
bütün bunlar vəhdət halında tən-qidçinin hərhansı  bədii  əsəri, 
ədəbi hadisəni qiymətlən-dirməsində  əsas meyardır. Müəllif 
belə bir düzgün nəti-  cəyə  gəlirdi: «B.Nəbiyevin 
məqalələrində  tənqid pafosu güclüdür. Bu ruh – bədii fikrin 
nöqsanlarına həssas mü-nasibət tənqidçinin yaradıcılıq 
xüsusiyyətlərindən birinə çevrilmişdir. Bəzi qələm yoldaşları 
kimi, o, tənqidi müla-hizəni min bir dona geyindirib demir, 
nöqsanı göstərmək üçün aşkar oluna bilməyən yollar axtarmır, 
sözü, meyda- na çıxardığı nöqsanları birbaşa söyləyir. Bu 
keyfiyyət B.Nəbiyevin məqalələrinə kəskinlik gətirir, oxucuda 
həqiqi tənqidin xüsusiyyətləri haqqında düzgün təsəvvür oya- 
dır.»
1
 Buna görə də B.Nəbiyevin məqalələri ədəbi inkişa-   fa 
müəyyən dərəcədə müsbət təsir göstərir, onlarla bir külliyyat 
                                                                                         
1
 Талыбзадə K.Əдəби ирs вə вариsлəр, Баkы, Азəрnəшр, 1974, s.30. 


 
227 
halında tanışlıq uzun-müddətli  ədəbi təcrübəni ümumiləşdirib, 
yeni elmi-nəzəri nəticələrə gəlmək imkan-larını genişləndirir. 
Beləliklə, K.Talıbzadənin bütövlükdə yeni dövr Azər-
baycan  ədəbiyyatı, onun görkəmli nümayəndələri haqqın-da 
fikir və mülahizələri, konkret ədəbi hadisə  və ya əsəri təhlil 
edərkən gəldiyi nəticələr, dərin nəzəri ümumiləş-dirmələr milli 
ədəbiyyatımızın ən aktual problemlərinin həllinə kömək etmiş, 
onun düzgün inkişaf istiqamətlərini  müəyyənləşdirmişdir. 
 
 
 
NƏTICƏ 
 
Ədəbiyyat sahəsində böyük nüfuz qazanan görkəmli 
tənqidçi və  ədəbiyyatşünas alim, gözəl pedaqoq və iste- dadlı 
publisist, maarifpərvər ziyalı akademik Kamal Ta-lıbzadə 
mənalı ömrünün əlli beş ildən çoxunu milli ədə-biyyatımızın, 
ədəbi tənqidi və  nəzəri-estetik fikrimizin təd-qiqinə  həsr 
etmişdir.  Əsərlərində  ədəbiyyat elminin müx-təlif sahələrini 
işıqlandıran alim milli ədəbiyyatımızın 
ən aktual 
problemlərinin öyrənilməsində,  ədəbiyyatşünaslığın və  ədəbi 
tənqidin miqyaslı  vəzifələrinin həllində yaxın-    dan iştirak 
etmiş, həmişə böyük ədəbiyyat, böyük sənət məsələlərini 
özünün təhlil və tədqiqat obyektinə çevirmiş- dir. Onun zəngin
                                                                                         
1
 Талыбзадə K. Sənəтkарыn шəхsиyyəти, Баkы, Yазыçы, 1978, s.373. 


 
228 
çoxsahəli məhsuldar yaradıcılıq yolu  milli ədəbiyyatşünaslığın 
inkişafında mühüm bir mərhələni təşkil edir. 
Həmişə elmin başlıca istiqamətində  tədqiqatlar apa-ran  
K.Talıbzadə    elmi    yaradıcılığa  Azərbaycan  romantiz-mi  
mövzusu  ilə  başlamış,  bu  ilk  tədqiqatı  ona  böyük  uğurlar  
qazandırmışdır.  Romantizmin  ikinci  dərəcəli  bir ədəbi metod 
və 
cərəyan kimi anıldığı, romantizm möv-zusuna 
yaxınlaşmağın ədəbiyyatşünas və tədqiqatçıdan  cəsarət  tələb  
etdiyi  bir  zamanda  K.Talıbzadə  ilk  böyük  əsərini XX əsr 
romantizminin görkəmli nümayəndəsi  Ab-bas    Səhhətə    həsr  
etmişdir.  
Bu fundamental monoqrafiya həm XX əsr Azər-baycan 
ədəbiyyatı tarixinin müəyyən bir mərhələsinin – əsrin 
əvvəllərində yaranan ədəbiyyatın tədqiqi, həm gör-kəmli  
romantik  şairin  həyat  və  yaradıcılığının  ilk  dəfə monoqrafik 
planda araşdırılması, eləcə  də K.Talıbzadənin ilk qələm 
təcrübəsi kimi onun gələcək tədqiqatlarına möhkəm zəmin 
yaratdığı üçün əhəmiyyətlidir. «Abbas Səhhət»  əsəri milli 
romantizmşünaslığın ilk nümunələrin-dən biri kimi ədəbi 
həyata vəsiqə alıb bu sahədə  gələcək  tədqiqatlara  yol  
açmışdır. 
Azərbaycan-rus  ədəbi  əlaqələrinin tədqiqi də K.Ta-
lıbzadə  yaradıcılığında  əsas  yerlərdən  birini  tutur.  Ali-min 
«Qorki və Azərbaycan» monoqrafiyası  ədəbi  əlaqələr 
sahəsində uğurlu tədqiqat nümunələrindən hesab olunur. Qeyd 
etmək lazımdır ki, ədəbiyyatşünaslığın bütün sahə-lərində 


 
229 
metodoloji sapıntıların baş alıb getdiyi 50-ci illər-   də dövrün 
hakim ideologiyasına, zamanın diqtəsinə uyğun olaraq ədəbi 
əlaqələr də birtərəfli izah edilir, əsasən rus ədəbiyyatının  milli  
ədəbiyyatlara  təsiri  zəminində  araş-dırılırdı.  K.Talıbzadə  isə  
öz  monoqrafiyasında  ədəbi  tə-sir  prosesində  milli  
ədəbiyyatların  bir-birilə  qarşılıqlı    tə-masda, bir-birindən 
faydalanaraq inkişaf etdiyini göstərir, bununla  da  Azərbaycan  
ədəbiyyatının  milli  və  bədii  mə-nafeyini qoruyurdu. Bu əsas, 
ümdə elmi məziyyətinə görə «Qorki və Azərbaycan» 
monoqrafiyası ictimai quruluşun  dəyişdiyi,  elmin  yeni  
məzmun  və  mahiyyət  kəsb  etdiyi  bir  vaxtda  belə  öz  
əhəmiyyətini  olduğu  kimi  saxla-mışdır. 
K.Talıbzadənin həyata keçirdiyi çoxcəhətli tədqiqat 
vəzifələri sırasında onun milli ədəbi tənqidin tarixini yaratmaq 
sahəsində xidmətlərini, elmin bu istiqamətində  apardığı  uzun  
illik  tədqiqatlarını  xüsusi  qeyd  etmək  la-zımdır. O, müasir 
ədəbiyyatşünaslıqda milli tənqidin sis-temli tarixini yazan, bu 
mövzuda fundamental tədqiqat  əsərini nəşr etdirən ilk 
tədqiqatçıdır. «Azərbaycan  ədəbi  tənqidinin tarixi» 
monoqrafiyası ilə K.Talıbzadə ədəbiy-  yat elminin mühüm və 
miqyaslı vəzifələrindən birinin həllində əvəzsiz rol oynamış, bu 
böyük nailiyyətə görə təkcə respublikamızda deyil, bütün Şərq-
türk filologiyasında  ədəbi  məktəb  yaradıcısı,  
tənqidşünaslığın  banisi  kimi  ta-nınmışdır. 
K.Talıbzadənin çoxcəhətli yaradıcılığında çağdaş  ədə-
biyyatın müxtəlif problemlərinin tədqiqi öz əksini tap-mışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə