Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

34

Düşünən İnsan, Dekabr 2014

34

www.elmxeberleri.com



Dünyanın qərbindən şərqinə qədər bir çox 

ölkə terrorizm bəlasından getdikcə daha çox 

zərər çəkir.

Beynəlxalq problemə çevrilmiş terrorçu 

cərəyanların təməli ideologiyadır. Bunların 

bəziləri PKK, “Aydın Yol” (Shining Path) və 

FARC təşkilatları kimi marksist ideologiyaya 

əsaslanır. Bəziləri isə neonasistlər, çetniklər 

və  Qızıl  Şəfəq  kimi  radikal  sağçı,  faşist 

ideologiyanın tərəfdarlarıdır.

Bu  təşkilatlar,  əsasən,  bir  ölkənin 

ərazisindəki bölgədə müstəqil dövlət qurmağa 

çalışırlar. Bəzən də haqq tələb etdikləri yad 

ölkənin torpaqlarını başqa bir ölkəyə qatmağa 

cəhd edirlər.

Digər terror təşkilatlarının böyük hissəsi 

dinə  əsaslanır.  Bu  günlərdə  gündəmdə 

olan İŞİD, Əl-Qaidə, Boko Haram bu cür 

təşkilatlardandır. Bu təşkilatlar İslam əxlaqına 

daxil edilmiş müxtəlif xurafatlar, heç bir 

əsası olmayan qadağalar və cəzalandırma 

metodlarından istifadə edərək hərəkatlar təşkil 

edir, İslam dininin adından istifadə edərək 

insanları Quranda yeri olmayan xurafatçı 

düşüncə tərzi ilə yaşamağa məcbur edirlər.



35

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

35

Terror hərəkatları bir 



ideologiyaya əsaslanır

İstər ideoloji əsaslı, istərsə də dini 

əsaslı xurafatçı düşüncə tərzi olsun, bütün 

bu təşkilatlar şiddət yolu ilə fəlsəfələrini 

hakim etmək məqsədi güdürlər. Müxtəlif 

xüsusiyyətlərdə olsa da, hamısının ideoloji 

əsası  eynidir.  Tətbiq  etdikləri  terror 

hərəkatlarının  hamısı  bir  ideologiyaya 

əsaslanır.

Burada  əsas  olan  təşkilat  üzvlərinin 

silahlı hərəkatlarını doğru hesab etmələrini 

təmin edən ideoloji maarifləndirmədir. Bu, 

əsla ləngidilmir və mərhələ-mərhələ fərqli 

məkanlarda fərqli metodlarla həyata keçirilir. 

Maarifləndirilən gənclər insanları öldükdə yox 

olub  gedən  heyvan 

növü  kimi  görməyə 

başlayır, sonra da asanlıqla insan 

öldürən zalım terrorçuya çevrilirlər.

Bütün dövlətlər terror təşkilatlarının bu 

fəaliyyətindən  xəbərdardır.  Bütün  təhsil 

materialları, metodları təhlükəsizlik xidmətinə 

və polis qüvvələrinə məlumdur. Lakin bu 

təşkilatlara qarşı mübarizə aparılarkən, əsasən, 

bu maarifləndirmə sistemini məhv etmək 

üçün ideoloji mübarizəyə deyil, silahlı hərbi 

mübarizəyə üstünlük verilir. Halbuki, terror 

təşkilatlarının ideoloji zəmininə qarşı görülən 

tədbirlərlə  döyüşçülərin  silahlanmadan 

qarşısını almaq mümkündür. Hətta təşkilatın 

yeni üzvlər qazanmasının qarşısını almaq da 

mümkündür.

İdeologiyaya qarşı ideologiya ilə 

mübarizə


Bəs terror təşkilatlarının ideoloji zəminini 

necə çökdürmək olar? İdeoloji zəmini top-




36

tüfənglə məhv etmək mümkün deyil. Bu 

səbəbdən, dövlətlər təcili  olaraq ideologiyaya 

qarşı  ideologiya  ilə  mübarizə  metodu 

düşünməlidirlər.

Faşizm,  kommunizm,  materializm, 

şiddət və terror bir-birindən ayrılmaz bir 

bütündür. İnsanları üsyana, münaqişəyə, 

fitnə-fəsada,  sevgisizliyə,  eqoistliyə  və 

əxlaqsızlığa yönəldən bu ideologiyanın yalan 

olduğu izah edilmədən, sadəcə hərbi yolla 

insanlar arasında dostluq və qardaşlığın təsis 

edilməsi mümkün deyil. İstər faşist, istərsə 

kommunist olsun, bu təşkilatların üzvləri həyatı 

mübarizə meydanı hesab edirlər. Birisinə görə 

münaqişənin səbəbi insanlar arasında sinfi 

fərqlərdir, digərinə görə irqi fərqlərdir. Həyatı 

mübarizədən ibarət görən təşkilat üzvləri üçün 

artıq ailənin, din əxlaqının, namus və şərəfin 

əhəmiyyəti qalmır. Bu insanlar hər cür azğın 

ideologiya və cərəyanın ardınca gedirlər.

İdeoloji  əsaslı  terror  hərəkatlarının 

əvvəlcədən qarşısını almaq üçün gənclərə 

kommunizm və faşizm kimi bütün cərəyanlar 

öyrədilməli, ancaq bununla yanaşı, mütləq 

elmə əsaslanan cavabları da izah edilməlidir.

İdeoloji mübarizə bu günə qədər heç 

sınanmamış və tətbiq edilməmişdir. Beyni 

illərlə materialist təhsillə yuyulmuş insana 

kommunizmin və faşizmin cahillik məhsulu 

olduğu,  bunların  heç  bir  əsası  olmayan 

saxta inanclar olduğu izah edilməlidir. Bütün 

bunların məntiqsizliyi göstərilməlidir. Bu 

ideologiyaların saxta olduğu sübut edildikdən 

sonra ona Allah sevgisini izah etdikdə saxta 

ideologiyalara bağlılığı dərhal sona çatar. 

Etdiyinin bir mənası qalmaz. Terrorun onun 

üçün bir mənası qalmaz. Belə bir insanın 

beyni artıq fəth edilmişdir. Xüsusilə televiziya 

və radio yolu ilə ideoloji mübarizəyə üstünlük 

verilməlidir. İdeoloji əsasını itirmiş hərəkat 

isə yaşaya bilməz. Dövlətlər bu vəzifəni öz 

üzərilərinə götürməli və bu vəzifəni həyata 

keçirən vətəndaş cəmiyyəti təşkilatlarını 

dəstəkləməlidirlər.

Düşünən İnsan, Dekabr 2014

36

www.elmxeberleri.com




37

İslam adından terror tətbiq edən 

təşkilatlara qarşı maarifləndirmə

İslamın adından istifadə edərək şiddət 

tətbiq edən terror təşkilatlarına qarşı da 

ideoloji  təşkilatlara qarşı istifadə olunan 

ideoloji metodun bənzərini tətbiq etmək olar. 

Ancaq bu təşkilatların təməli fərqli olduğu 

üçün ideoloji mübarizənin məzmunu da fərqli 

olmalıdır. 

Bu ideoloji mübarizənin əsası təşkilat 

üzvlərinin  düşüncələrindəki  yanlışlığı 

güclü  şəkildə  ifadə 

etməkdir. Qurana görə, 

müsəlmanlar insanları İslam 

əxlaqına təzyiq və məcburiyyətlə deyil, 

gözəl sözlə dəvət etməlidirlər. İslam əxlaqında 

inanc azadlığı olduğunun izah edilməsi ilə bu 

şəxslər doğru yola çağırıla bilər.

Bütün müsəlmanlara hüquqlarını tələb 

etmək üçün şiddətin doğru metod olmadığı 

və bunun İslam əxlaqına tamamilə zidd 

olduğu izah edilməlidir. Terror hərəkatları ilə 

İslam əxlaqının müdafiə edilmədiyi, əksinə, 

İslam düşmənlərinin sayının artacağı üçün 

müsəlmanlara daha çox zərər verəcəyi izah 

edilməlidir.

Təhsil müəssisələrində terror təşkilatlarının 

ideoloji əsasına qarşı dərslər tədris edilməli, 

kitablar oxudulmalı, konfranslar və akademik 

iclaslar təşkil edilməlidir. Ancaq bu yolla 

terrorizm yer üzündən tamamilə silinə bilər. 

Belə bir metod terrorizm bataqlığının əmələ 

gəlməsinin qarşısını alar.

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

37



Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə