Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   2   3   4   5   6   7   8   9   ...   17

19

cəmiyyətlərdən biri də bütpərəst Lut qövmüdür. 

Hz.Lut Rəbbimizə könüldən iman edən gözəl 

əxlaqlı, təvəkkül sahibi mübarək bir peyğəmbərdir. 

Qövmünü də Allah`dan qorxub çəkinməyə, 

Allah`ın qadağan etdiyi bu pozğunluqdan vaz 

keçməyə və Allah`ın rizasına uyğun yaşamağa 

dəvət etmişdi. Ancaq qövmü Allah`ın xoşbəxt 

elçisinin dəvətinə düşmənçiliklə cavab vermişdi. 

Hz.Lut qövmü bu çirkin cəsarət və əxlaqsızlıq 

üzündən Rəbbimizin əzabına düçar olmuşdu. 

Quranda Lut qövmünün qarşılaşdığı aqibət belə 

xəbər verilir:

«Lutu da peyğəmbər göndərdik. Bir zaman 

o, öz tayfasına demişdi: «Sizdən əvvəl bəşər 

əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi 

edəcəksiniz? Siz qadınları atıb şəhvətlə 

kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, 

həddi aşmış bir tayfasınız!» Lut tayfasının 

cavabı: «Onları məmləkzətinizdən çıxarın, 

çünki onlar təmiz adamlardır!» -deməkdən 

başqa bir şey olmamışdı. Biz onu və ailəsini 

xilas etdik. Yalnız övrəti həlak oldu. Onların 

üstünə yağış yağdırdıq. Bir gör günahkarların 

axırı necə oldu!» (Əraf surəsi, 80-84).

Açıq-aşkar  xəbərdar  olunsalar  da, 

azğınlığa davam edən bu insanlar Hz.Lutu və 

yanındakı möminləri şəhərdən sürgün etməklə 

hədələmişdilər. Və: 

«Onlar təmiz adamlardır» 

(Əraf  surəsi,  82)

  -deyərək  möminlərə  lağ 

etdiklərini sanmışdılar. Qövmünün bu azğınlığına 

baxmayaraq, hz.Lut Allah`ın razılığı üçün təbliğinə 

davam etmişdi.

Hz.Lutun 

qövmünü 

xəbərdar etməsi

«Lut  tayfası  da  peyğəmbərləri 

təkzib  etdi.  O  zaman  ki,  qardaşları 

Lut onlara dedi: «Məgər qorxmursunuz? 

Şübhəsiz ki, mən sizin üçün etibar olunası 

bir peyğəmbərəm! Artıq Allah`dan qorxun və 

mənə itaət edin!» (Şüəra surəsi, 160-163).

Hz.Lut qövmündən elədikləri çirkin həyasızlığa 

son qoymağı və ona tabe olmağı istəmişdi. O, 

etdiyi bu təbliğin dərhal ardınca onlardan heç bir 

əvəz gözləmədiyini, yalnız Allah`ın razılığına nail 

olmaq üçün səy göstərdiyini bildirmişdi:

«Mən bunun müqabilində sizdən heç bir əvəz 

istəmirəm. Mənim mükafatım ancaq aləmlərin 

Rəbbinə aiddir!» (Şüəra surəsi, 164).

Hz.Lut bu sözlərindən sonra qövmünün 

yaşadığı həyatın nə qədər böyük əxlaqsızlıq 

olduğunu belə tərif etmişdi:

«Doğrudanmı, siz bəşər övladından yalnız 

erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin 

sizin  üçün  yaratdığı  qadınlarınızı  tərk 

edirsiniz? Siz həddi aşan bir camaatsınız!» 

Onlar dedilər: «Ey Lut! Əgər son qoymasan, 

mütləq qovulacaqsan!» Lut dedi: «Həqiqətən, 

mən sizin əməlinizə nifrət edənlərdənəm!» 

(Şüəra surəsi, 165-168)

Hal-hazırda bəzi insanlar belə azğınlıqları 

mümkün və məşru göstərməyə çalışır. Dünyanın 

dörd tərəfində əxlaqi aşınma və degenarasiyanın 



«Biz Luta da bir hökm və elm verdik, onu çirkin işlər görən bir məmləkətdən 

xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir tayfa idilər. Biz onu mərhəmətimizə 

qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi». (Ənbiya surəsi, 74-75)

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

19



20

artmasının səbəb-

lərindən biri də budur. 

Halbuki, müsəlman bütün 

həyatını Allah`ın bildirdiyi hökmlərə 

görə müəyyən edir. Allah`ın çirkinlik və 

həyasızlıq kimi tərif etdiyi bu əxlaqi azğınlıq 

qarşısında iman sahiblərinin davranışı da hz.Lut 

kimi olmalıdır.

Lut peyğəmbərin bütün cəhdlərinə hədə-qorxu 

və hücumlarla cavab verən bu ağılsız və əxlaqsız 

insanların sayca çox olduqlarına görə, arxayın 

olduqları da ayələrdən görünür. Dindən uzaq 

yaşayan insanların bir qismi bu cür yanlış bir 

nöqteyi-nəzərə sahibdir. Yəni saylarının çox 

olması onlara bir əminlik hissi verir. Ancaq 

Rəbbimiz bizə tarix boyunca iman edənlərin 

sayının həmişə az olduğunu bildirir. Hz.Lut 

qövmündə iman edənlərin sayı üçün Allah 

ayədə:


 «Lakin orada bir evdən başqa müsəlman 

tapmadıq» (Zariyat surəsi, 36) 

-şəklində buyurur. 

Ancaq Allah daima möminlərə yardım etmişdir 

və mühüm olan da budur. Quranda Rəbbimiz 

səmimi qəlblə iman edən, sadəcə Allah`ın rizasını 

gözləyən, axirət yurdu üçün saleh işlər görən, 

İslam əxlaqını insanlar arasında yaymağa çalışan 

iman sahiblərinin hər zaman qalib gələcəyini 

vəd edir. Rəbbimizin bu ilahi qanunu yüzilliklər 

boyunca gerçəkləşmiş, hər zaman azlıqda olan 

möminlər özlərindən sayca çox olan qövmlərinə 

qarşı mübarizədə böyük zəfərlər əldə etmişdir. 

Həlakın gerçəkləşməsi

Hz.Lutun qövmünün həlak edəcəyinin xəbəri 

elçilər tərəfindən ilk öncə hz.İbrahimə bildirilir:

«Dedi:  «Ey  elçilər!  Sizin  işiniz  nədir?» 

Onlar dedilər: «Biz günahkar bir qövmə 

göndərilmişik. Onların başına gildən daşlar 

yağdırmaq üçün gəlmişik. Həddi aşanlar 

üçün sənin Rəbbinin dərgahında xüsusi 

nişan qoyulmuşdur! Nəhayət, orada olan 

möminləri çıxartdıq. Lakin orada bir evdən 

başqa müsəlman tapmadıq». (Zariyat surəsi, 

31-36)

Elçilər hz.İbrahimdən sonra hz.Lutun yanına 

getmiş  və  ona  da  bu  həlak  barədə  xəbər 

vermişdilər. Müsəlman cəmiyyət isə bu həlakdan 

qorunacaqdı. Allah Lut qövmünü necə bir əzabla 

həlak etdiyini belə bildirir:



«And olsun ki, onlar öz qonaqlarını onlara 

təslim etməyi tələb etmişdilər. Biz də onları 

kor etdik “İndi əzabımı və təhdidlərimi dadın!» 

- dedik» (Qəmər surəsi, 37).

Tarixçilər Lut qövmünün başına gələn bu 

Düşünən İnsan, Dekabr 2014

20

www.elmxeberleri.com




Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə