Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   2   3   4   5   6   7   8   9   10   ...   17

21

böyük fəlakətin yerinin «Lut gölü» və ya «Ölü 

dəniz» kimi məlum olan gölün sahilləri olduğunu 

düşünürlər. Müasir dövrdə İsrailin nəzarəti 

altındakı Qərbi Şəriyə ilə İordaniya arasında 

qalan Lut gölünün yanında yerləşən tarixi Sodom 

və Qomorra şəhərləri hz.Lutun təbliğ etdiyi 

pozğun camaatın yaşadığı yerlər kimi qəbul 

edilir. Bölgədə aparılan arxeoloji araşdırmalar 

Lut gölünün sahillərində yerləşən bu şəhərlərin 

böyük  zəlzələ nəticəsində aşağı çökdüyünü 

göstərir. Tədqiqatçılara görə, Lut gölünün bir 

hissəsini yerin dərinliklərinə girən Lut qövmünün 

qalıqları təşkil edir. (Ətraflı məlumat üçün bax: 

Harun Yəhya, «Qövmlərin həlakı»)

Pompey xalqı Lut qövmü ilə eyni 

aqibəti yaşadı

Pompey Romada əxlaqi degenerasiyanın simvolu 

idi. Pompey xalqı da eynilə Lut qövmü kimi cinsi 

azğınlığa yönəlmiş, Allah`ın əmr etdiyi əxlaqa və 

həyata zidd olan həyat tərzini seçmişdi. Ancaq 

onların da aqibəti Lut qövmü kimi oldu. Çünki 

Allah`ın əmrinə qarşı çıxan hər xalq bunun əvəzini 

mütləq dünyada, ya da axirətdə alır. Bu, Allah`ın 

bir qanunudur və Allah 

«Sən Allah`ın sünnəsində 

heç bir dəyişiklik tapmazsan!» (Fatir surəsi, 43)

 

ayəsi ilə bu həqiqəti bizlərə xəbər verir.



Pompeyin həlakı Vezuvi vulkanının püskürməsi 

ilə baş vermişdir. Vezuvi vulkanı İtaliyanın, 

xüsusilə  də  Neapol  şəhərinin  simvoludur. 

Təxminən 2000 ildən bəri susqun olan Vezuvi 

“İbrət dağı» adlandırılır. Məşhur Sodom və 

Qomorra şəhərlərinin başına gələn fəlakətlə 

Pompey 

faciəsi  bir-



birinə  çox  bənzəyir. 

Vezuvinin  qərb  yamacında 

Neapol, şərq yamacında isə Pompey 

şəhəri yerləşir. Təxminən 2000 il öncə 

baş vermiş lava və kül püskürməsi böyük bir 

fəlakət olaraq bu şəhərin insanlarını ani şəkildə 

yaxalamışdı. Fəlakət elə ani olmuşdu ki, hər şey 

2000 il əvvəl olduğu kimi qaldı. Sanki zaman 

donduruldu.

Pompeyin  belə  fəlakətlə  yer  üzündən 

silinməsində, əlbəttə, dərs alınacaq hikmətlər 

var. Tarixi qeydlər şəhərin yox olmazdan öncə 

tam bir səfahət və azğınlıq mərkəzi olduğunu 

göstərir. Ancaq Vezuvinin lavaları bir anda bütün 

şəhəri xəritədən sildi. Hadisənin ən maraqlı 

tərəfi  isə  şəhərin  gündəlik  yaşayışı  içində 

Vezuvinin qorxunc partlamasına baxmayaraq, 

heç kəsin qaça bilməməsi və olduğu yerdə 

donub fəlakətdən bixəbər olması idi. Yemək 

yeyən bir ailə o andakı kimi eynilə daşlaşmışdı. 

Pozğunluq əsnasında daşlaşmış bir çox insan 

tapılmışdı. Daha əhəmiyyətlisi odur ki, bu insanlar 

arasında eyni cinsdən olanlar, kiçik oğlan və qız 

uşaqları da vardı. Pompey qalıqlarından çıxarılan 

daşlamış insan cəsədlərinin bəzilərinin üzləri 

heç pozulmadan qalmışdı. Ümumi üz ifadəsi 

çaşqınlıq idi. Çünki bu xalq Allah`ın ayələrində 

bildirildiyi kimi, birdən-birə yox olmuşdu. Allah 

bu mövzuda bir şəhər xalqını belə nümunə verir:

«Onlara ancaq dəhşətli bir səs oldu. Dərhal 

məhv olub getdilər». (Yasin surəsi, 29)

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

21



22

Qızılbalıq kəlləsi

Dövr: Kaynozoy erası, Pleystosen dövrü

Yaşı: 1.8 milyon – 11 min il

Bölgə: Kamlups, Britaniya Kolumbiyası, Kanada

Qızılbalıqların müxtəlif geoloji dövrlərə aid bir çox fosil nümunəsi var. Bu 

dövrlərdə yaşamış qızılbalıqların hamısı dövrümüzdə yaşayan nümunələri 

ilə eynidir. Tapılan hər fosil darvinistləri təkzib edərək digər canlı növləri kimi 

qızılbalıqların da dəyişmədiyini sübut edir.

Daha ətraflı:

www.fosilmuzeyi.com

Düşünən İnsan, Dekabr 2014

22



23

Düşünən İnsan, Dekabr 2014

23



24

Ciyərli balıq

Dövr: Paleozoy erası, Devon dövrü

Yaşı: 350 milyon il

Bölgə: Miquaşa, Kvebek, Kanada

Ciyərli balıqların dövrümüzdəki 

nümunələri, əsasən, Afrikada və 

Cənubi Amerikada yaşayır. Bu 

balıqlar suların azaldığı dövrlərdə 

özlərini palçığa basdıraraq 

həyatlarını davam etdirirlər. 

Elmə məlum olan ən qədim 

ciyərli balıq fosili Devon dövrünə 

(417-354 milyon il) aiddir. Şəkildə 

görünən fosil də həmin dövrə aid-

dir. Təqribən 350 milyon il əvvəl 

yaşamış ciyərli balıqların dövrümüzdə 

yaşayanlardan heç bir fərqi yox-

dur. Yüz milyon illərdir dəyişikliyə məruz qalmayan ciyərli balıqlar təkamül 

keçirmədiklərini, yəni yaradıldıqlarını sübut edirlər.

Daha ətraflı:

www.fosilmuzeyi.com

Düşünən İnsan, Dekabr 2014

24



25

Düşünən İnsan, Dekabr 2014

25



26

Sekvoya budağı

Dövr: Kaynozoy erası, Eosen dövrü

Yaşı: 50 milyon il

Bölgə: Kamlups, Britaniya Kolumbiyası, 

Kanada


Dünyanın ən böyük ağac növü kimi tanınan 

sekvoya, eyni zamanda, uzun ömürlüdür. 

Təqribən 150 metr hündürlükdə 1000 yaşında 

olan nümunələri də var. Əsasən, Şimali Ameri-

kada yaşayırlar. Fosil nümunələri sekvoyaların 

milyon illərdir eyni olduğunu, yəni təkamül 

keçirmədiyini göstərir. Şəkildə görünən 50 mil-

yon illik sekvoya budağı fosilinin dövrümüzdəki 

nümunələrindən heç bir fərqi yoxdur.

Düşünən İnsan, Dekabr 2014

26



Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə