Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   2   3   4   5   6   7   8   9   ...   17

6

Almaniyanın keçmiş prezidenti Kristian 

Vulf: “Müsəlmanlarla eyni hissləri 

paylaşıram”

“İslam Almaniyaya aiddir” cüümləsi 

ilə hafizələrdə qalan Almaniyanın keçmiş 

prezidenti  Kristian  Vulf  xristianlarla 

müsəlmanları terrora qarşı ortaq mübarizəyə 

çağırıb. Vulf: “Bir-birimizə yanlış sözlər 

söyləmək,  iftira  atmaq,  bir-birimizi 

təqsirləndirmək əvəzinə artıq ortaq mübarizə 

aparmağımızın zamanı çatıb”, - deyib.

Almaniyanın keçmiş prezidenti Kristian 

Vulf Berlin Sənaye və Ticarət Palatasında 

söylədiyi nitqdə İslam dinini istismar 

edən terrorçuları sərt şəkildə qınayıb və 

Almaniyada yaşayan və terrora, şiddətə 

qarşı çıxan müsəlmanlarla eyni hissləri 

paylaşdığını deyib. Vulf: “Məhz bu vəziyyətdə 

müsəlmanların yanında olmalıyıq və terror və 

şiddətə qarşı birlikdə mübarizə aparmalıyıq”, 

-deyib. Müsəlmanlarla xristianlar arasında 

körpü qurulmasının tərəfdarı olan keçmiş 

prezident Almaniyada yaşayan müsəlmanların 

ərəb müsəlman dünyası ilə körpü qurmaqda 

vasitəçi olacaqlarını deyib.

Mübariz Qurbanlı: «Dövlətçilik və 

vətənpərvərlik məfhumları dini icmaların 

fəaliyyətində əsas xətt olmalıdır»

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət 

Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı 

2014-cü il 24 noyabr tarixində Suraxanı 

rayonunda dini icmaların nümayəndələri ilə 

görüş keçirib. Bu barədə Dövlət Komitəsinin 

mətbuat xidmətindən “Trend”ə məlumat verilib.

Görüşdən öncə M.Qurbanlı və Suraxanı 

rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 

Azərbaycan xalqının ümummilli lideri Heydər 

Əliyevin abidəsini ziyarət ediblər.

Tədbiri giriş sözü ilə açan Suraxanı rayon 

İcra Hakimiyyətinin başçısı İ.Abbasov görüşün 

əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu, 

dini icmaların gələcək fəaliyyəti baxımından 

böyük əhəmiyyət kəsb edir.

DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar 

Kazımov çıxış edərək rayondakı dini durum, 

dini icmalar, eləcə də məscid və ziyarətgahlarla 

bağlı geniş məlumat verib.

Komitə sədri Mübariz Qurbanlı çıxış edərək 

bildirib ki, müstəqilliyimizin bərpasından 

sonra xalqımızın milli-mənəvi dəyərlərinə 

qayıdışı prosesi sürətlənib. Dövlət komitəsinin 

sədri bu istiqamətdə ümummilli lider Heydər 

Düşünən İnsan, Dekabr 2014

6

www.imanisaytlar.com




7

Antarktidada ilk dəfə azan veriləcək

Tarixdə ilk dəfə olaraq Antarktidada azan 

veriləcək.  Bu  barədə  “Trend”  Tatarıstan 

Müsəlmanları Dini İdarəsinə istinadən məlumat 

verir.


Belə ki, bu gün Tatarıstanın Qul-Şərif 

məscidinin nəzdindəki İslam Mədəniyyəti 

Muzeyində  Antarktidaya  yola  düşəcək 

«Antarktida-100» ekspedisiyanın iştirakçılarına 

Quran nüsxələri verilib.

İdarənin Təbliğat şöbəsinin rəhbəri Niyaz 

Sabirov bildirib ki, Quran nüsxələri Rusiyanın 

«Bellinshauzen» antarktik stansiyasındakı 

qütbçülərə  çatdırılacaq:  «Artıq  Quranı 

Antarktidada da oxuyacaqlar və ilk dəfə olaraq 

orada azan veriləcək. Mən Quranı ekspedisiyanın 

üzvü, Rusiya Coğrafiya Cəmiyyətinə Dəstək 

Fondunun rəhbəri Rüstəm Gilmutdinova verirəm. 

O, Antarktidada Allah`a dua edərək Yer üzündə 

sabitlik və sülhün bərqərar olmasını istəyəcək».

Ümumilikdə Antarktidaya 3 Quran nüsxəsi 

aparılacaq. Onlardan biri «Bellinshauzen» 

stansiyasında qalacaq, digərləri isə Kazana 

qaytarılaraq Rusiya Coğrafiya Cəmiyyəti və 

İslam Mədəniyyəti Mərkəzinə veriləcək.

Qeyd edək ki, «Antarktida-100» layihəsi 

Kazan Universitetinin rektoru, Antarktidanı 

ilk dəfə kəşf edən Rusiya ekspedisiyasının 

(1819-1821) tərkibində yeganə alim olmuş 

İvan Simonova həsr edilib.

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

7

Əliyevin müstəsna xidmətlərini qeyd edib və 



hazırda Prezident İlham Əliyevin milli-mənəvi 

dəyərlərimizin inkişafı istiqamətində həyata 

keçirdiyi tədbirlərdən danışıb.

Son illərdə ölkəmizdə bütün sahələrdə 

olduğu kimi, milli-mənəvi dəyərlərimizə dövlət 

qayğısının daha da artdığını diqqətə çatdıran 

sədr Prezident İlham Əliyevin təşəbbüsü ilə 

əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, 

ziyarətgahların sayının gündən-günə artdığını 

bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycanda 

dinlərarası münasibətlər, tolerantlıq ənənələri, 

milli-mənəvi dəyərlərimizin düzgün təbliği, 

ənənəvi dindarlıq anlayışının və ölkəmizin 

tolerantlıq modelinin mahiyyəti, müasir 

dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə 

dövlətçilik və vətənpərvərlik məfhumları bu 

gün dini icmalarımızın fəaliyyətində əsas 

xətt olmalıdır.



8

Kənardan baxdıqda ağzı, gözü və sinir 

sistemi olmayan bitkilər insan kimi görmə, 

eşitmə, dadbilmə və toxunma hisslərindən 

istifadə edərək çox vaxt insanlardan daha həssas 

olurlar.


Bitkilərin görmə qabiliyyətinə nə üçün ehtiyacları 

var?

Bitkilərin dadbilmə duyğusu necədir?

Bitkilər necə eşidir?

Yer üzündəki canlı həyatında çox mühüm yeri olan bitkilərdəki 

ən diqqətçəkən sistemlərdən biri əks-təsir mexanizmidir. Kənardan 

baxdıqda nə ağzı, nə gözü, nə də sinir sistemi olan bitkilər əks-

təsir mexanizmi sayəsində çox vaxt insanlardan da həssas 

olurlar.


Bitkilərin görmə duyğusu

Bitkilərin bizim kimi gözləri yoxdur, ancaq bizdən daha yaxşı 

görürlər. Çünki onların işığa həssas birləşmələrdən təşkil olunmuş 

zülalları var. Bu sayədə bizim gördüyümüz və görmədiyimiz bütün 

dalğa uzunluqlarını görürlər. Hətta bitkilərin işığa həssaslığı insan 

gözündən çoxdur.

Bitkilərin bu xüsusiyyətə malik olmasının səbəbi böyümək 

və həyatda qalmaq üçün işığa olan ehtiyaclarıdır. Bunun üçün 

da sanki gözləri var və işığı görürlərmiş kimi işıq istiqamətində 

Düşünən İnsan, Dekabr 2014

8

www.elmxeberleri.com




Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə