Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   ...   9   10   11   12   13   14   15   16   17

48


49

Qeybin açarları Onun 

yanındadır, Onları yalnız O 

bilir. O, quruda və dənizdə 

nələr olduğunu bilir. Onun 

xəbəri olmadan yerə düşən 

bir yarpaq belə yoxdur. 

Yerin qaranlıqlarında elə 

bir toxum, elə bir yaş və elə 

bir quru (şey) yoxdur ki, 

açıq-aydın yazıda (Lövhi-

məhfuzda) olmasın. 

(Ənam surəsi, 59)



yarpaqlara qızılı rəng verən karotenoidlər üzə 

çıxır və bu şəkildə yarpaqlar rənglərini dəyişirlər.

Bir müddət sonra etilen qazı yarpağın hər 

tərəfinə yayılır və yarpaq saplağına çatdıqda 

burada yerləşən kiçik hüceyrələr şişməyə 

başlayıb  saplağın gərginləşməsinə səbəb 

olurlar. Yarpaq saplağının gövdəyə bitişdiyi 

hissədə yerləşən hüceyrələrin miqdarı artır 

və hüceyrələr xüsusi fermentlər ifraz etməyə 

başlayırlar.  Əvvəlcə,  sellüloz  fermentləri 

sellülozdan təşkil olunmuş çəpərləri parçalayır, 

sonra pektinaza fermentləri hüceyrələri bir-

birinə birləşdirən pektin təbəqəsini parçalayırlar. 

Getdikcə artan gərginliyə yarpaq tab gətirmir və 

saplaq xarici tərəfindən içəriyə doğru yarılmağa 

başlayır.



Yarpaq tökülməsinin 

ardındakı hikmətlər

Yarpaq gövdədən tamamilə ayrıldığına görə 

daşıma borularından su qəbul edə bilmir, ona 

görə, yarpağın bitişdiyi yerlə əlaqəsi getdikcə 

zəifləməyə başlayır. Bir az güclü külək belə 

yarpağın saplağını qoparmaq üçün kifayət edir.



Yarpaq tökülməsi ilə ağacdakı qida hədər 

olmur

Allah  töküləcək  yarpaqlarda  şüurlu 

mexanizm yaradıb. Yarpaq tökülməzdən əvvəl 

zülal və karbohidrat kimi maddələr bitkinin 

gövdəsində  toplanır.  Beləliklə,  töküləcək 

yarpaq bu maddələri hədər etmir və yazda 

cücərəcək yeni yarpaqlar üçün lazımi qida 

ehtiyatı tədarük edilir. Bitkinin ehtiyacı olan 

maddələri gövdəsində toplaması Allah`ın yer 

üzündə yaratdığı həyatın davam etməsi üçün 

zəruridir.

Yerə düşən yarpaq başqa canlılar üçün qida 

mənbəyidir

Düşən yarpaqlar da mükəmməl sistemin bir 

hissəsini təşkil edirlər. Tökülən yarpaqların ən 

böyükləri torpağı qida ilə doldurur. Çünki torpağa 

düşən ölü yarpaqlarda həşəratlar, göbələklər 

və bakteriyalar üçün faydalı qida maddələri 

olur. Bu qida maddələrini mikroorqanizmlər 

parçalayıb torpağa qarışdırırlar. Ağaclar da 

bu maddələri kökləri vasitəsilə torpaqdan qida 

şəklində götürürlər.

Düşən yarpaqlar meşə torpağında humus 

təbəqəsi meydana gətirərək yağışın hopmasına 

kömək edir.

Düşünən İnsan, Dekabr 2014

50

www.elmxeberleri.com




Bir çox canlı xarici amillərdən qorunmaq 

üçün yarpaqların altında gizlənirlər.

Şübhəsiz ki, fitoxromların günəş şüalarının 

azaldığını  müəyyən  etməsinin,  yarpağın 

düşməsi üçün lazımi bütün fermentlərin uyğun 

zamanda işə düşməsinin, saplağın qopacağı 

yerdə hüceyrələrin xüsusi fermentlər ifraz 

etməyə başlamasının nə qədər möcüzəvi olduğu 

ortadadır. Ardıcıl işləyən və hər mərhələsi planlı, 

bir-biri ilə əlaqədar olan bu qüsursuz proseslər 

ardıcıllığının təkamülçülərin iddia etdiyi kimi 

təsadüflə açıqlanması qeyri-mümkündür. Bütün 

bu proseslərdəki zaman təyini də mükəmməldir. 

Yarpaq tökülməsi uca Allah`ın qüsursuz planı 

ilə mükəmməl işləyir. Ayədə belə buyurulur:

Qeybin açarları Onun yanındadır, Onları 

yalnız O bilir. O, quruda və dənizdə nələr 

olduğunu  bilir.  Onun  xəbəri  olmadan 

yerə düşən bir yarpaq belə yoxdur. Yerin 

qaranlıqlarında elə bir toxum, elə bir yaş 

və elə bir quru (şey) yoxdur ki, açıq-aydın 

yazıda (Lövhi-məhfuzda) olmasın. 

(Ənam surəsi, 59)

Allah`ın incə sənətinə bir nümunə: yarpağın 

qopduğu hissənin mikrobdan qorunması

Yarpaqdakı qida hasilatının dayanması, 

yarpağın saplağından qopmağa başlaması və 

qopub düşməsi ilə böyüyən yarığın ətrafında 

sürətlə dəyişikliklər gedir. Yarpaq saplağı ilə 

qopub düşdükdən sonra qopduğu hissədə 

hüceyrələr  dərhal  suberin  (mantar)  ifraz 

etməyə başlayırlar. Beləliklə, yaranın üstü 

kallus adlanan mantar toxuması ilə örtülməyə 

başlayır. Bu maddə sellüloz çəpərinə yavaş-

yavaş yerləşərək onun güclənməsinə kömək 

edir. Bu toxuma vasitəsilə bitkidə su itkisinin 

qarşısı alınır, qışın soyuğu, havadakı zərərli 

qazlar, bakteriya və göbələk kimi patogenlərdən 

də qorunur. Şübhəsiz ki, bu sistemi qüsursuz 

şəkildə bitkilərə yerləşdirən Rəhman və Rəhim 

olan, hər cür yaratmanı bilən Allah`dır:

O, yaradan, yoxdan var edən,  surət verən 

Allah`dır.  Ən  gözəl  adlar  ancaq  Ona 

məxsusdur. Göylərdə və yerdə nə varsa  

Onu təqdis edib şəninə təriflər deyər. O, 

yenilməz qüvvət sahibi, hikmət sahibidir! 

(Həşr surəsi, 24)

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

51



Canlıların  orqanizmi  ilə  bağlı  hər  cür 

informasiya hüceyrələrindəki DNT adlanan 

molekullarda şifrlənmişdir. DNT molekulları 

hər  hüceyrənin  nüvəsində  yerləşən  böyük 

molekullardır. Nukleotid adlanan və 4 fərqli növü 

olan yüz minlərlə kiçik molekulların canlıya aid 

xüsusi ardıcıllıqla düzülməsi ilə canlının DNT-si 

əmələ gəlir. Hər canlının DNT molekulunda onun 

xarakteristik xüsusiyyətləri ilə bağlı informasiyalar 

şifrlənir.  Bu,  insanlarda  da  belədir.  İnsanın 

digər canlılardan fərqli olması kimi, hər insanın 

digərindən fərqli olması da DNT-sindəki xüsusi 

düzülüşdən qaynaqlanır. DNT-ni təşkil edən 

nukleotidləri əlifbadakı hərflərə bənzətmək olar. 

Dörd nukleotid olduğuna görə, DNT molekulu bir 

növ dörd hərfdən ibarət əlifba ilə yazılmış böyük 

ensiklopediyadır.

DNT-dəki  hərflərin  ardıcıllığı  insanın 

quruluşunu ən incə təfərrüatına qədər müəyyən 

edir. Boy, göz, saç, dəri rəngi kimi xüsusiyyətlərlə 

yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 

10.000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik 

sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin 

və 100 trilyon hüceyrənin planı bir hüceyrənin 

DNT-sində mövcuddur. Əgər DNT-dəki genetik 

məlumatı kağıza köçürsək, təxminən hər biri 500 

səhifəlik 900 cilddən ibarət nəhəng kitabxana 

əmələ gələr. Ancaq bu ağlasığmaz həcmdəki 

informasiya mikroskopik 

ölçüdəki 

hüceyrənin 

nüvəsində  yerləşən  DNT-də 

şifrlənmişdir.

İnsanın bir DNT molekulunda 1 milyon 

ensiklopediya səhifəsini dolduracaq miqdarda 

informasiya var. Diqqət edin, düz 1.000.000 

ensiklopediya səhifəsi… Yəni hər hüceyrənin 

nüvəsində insan orqanizminin funksiyalarını 

tənzimləyən 1 milyon səhifəlik ensiklopediya 

həcmində informasiya şifrlənmişdir. Bir bənzətmə 

edək: dünyanın ən böyük ensiklopediyalarından 

biri olan 23 cildlik Britannika ensiklopediyasının 

25.000  səhifəsi  var.  Bu  halda,  heyranedici 

vəziyyətlə qarşılaşırıq. Mikroskopik hüceyrənin 

içində  ondan  da  kiçik  nüvədə  yerləşən  bir 

molekulda milyonlarla informasiya saxlayan, 

dünyanın ən böyük ensiklopediyasından 40 

dəfə böyük olan informasiya bankı yerləşir. Bu 

isə 920 cildlik nəhəng ensiklopediya deməkdir. 

Bu nəhəng ensiklopediyada təqribən 5 milyard 

müxtəlif informasiya olduğu təxmin edilir.

Üstəlik, bu böyük informasiya dünya yarandığı 

dövrdən bəri yaşamış milyardlarla insanın hər 

birinin  100  trilyon  hüceyrəsinin  hamısında 

mövcud olub. Şübhəsiz ki, bu, göylərin və yerin 

Rəbbi olan Allah`ın sonsuz qüdrətinin açıq-aydın 

göstəricisidir.

Düşünən İnsan, Dekabr 2014

52

www.elmxeberleri.com




Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə