Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   ...   9   10   11   12   13   14   15   16   17

43

döyüş bölgələrində yaşayır. 

Nəticədə, hər il milyonlarla 

uşaq həyatını itirir və ya 

şikəst qalır, qalanları isə 

həyatını əzab-əziyyət və 

bədbəxtlik içində keçirir. 

Bu  günə  qədər  aclıq, 

xəstəlik,  baxımsızlıq 

səbəbi ilə ölən uşaqların 

sayı milyon-larladır.

Uşaq əsgərlər

Bu  gün  dünyada 

350-400 minə yaxın 

uşaq  əsgər  var. 

T ə k c ə   9 0 - c ı 

illərdəki silahlı 

münaqişələrdə 

2 milyondan çox 

uşaq ölüb, 6 mil-

yondan çox uşaq 

ağır  yaralanıb  və 

ya şikəst qalıb. Hər 

il 8-10 min uşaq minaya 

düşərək ölür və ya şikəst 

qalır.


Müharibədə işti-rak etməyə 

məcbur  edilən  uşaq  əsgərlər 

qeyri-kafi qidalanmadan yaranan 

xəstəliklərə görə həyatını itirir. 

Vitamin çatışmazlığından yaranan 

xəstəliklər,  vəba,  malyariya  ən  geniş 

yayılmış xəstəliklərdəndir.

Somali, Myanma, Cənubi Sudan da daxil 

olmaqla, 8 ölkədə uşaqlar zorla əsgər edilir. 

ABŞ, İngiltərə, Avstraliya və Kanadada isə 

18 yaşdan aşağı uşaqları əsgərə aparmaq 

sərbəstdir. 23 döyüş bölgəsində 50-dən 

çox  terror  təşkilatı  uşaqları  döyüşməyə 

məcbur edir. Qəbilə adət-ənənələri, vətəndaş 

müharibəsi və yoxsulluq uşaqların əsgər 

edilməsində başlıca amillərdir.

Uşaq əsgərlərdən istifadə edən bölgələrin 

başında Afrika gəlir. Afrika qitəsindəki bütün 

döyüş bölgələrində uşaqlar döyüşməyə 

məcbur edilir.

Konqo Demokratik Respublikası bu sahədə 

ən pis ölkədir. 90-cı illərdə Konqoda baş vermiş 

vətəndaş müharibəsində 100 mindən 

çox əsgər uşaq həyatını itirib. Liberiya 

vətəndaş  müharibəsində  də  50  minə 

yaxın uşaq əsgər həlak olub. Kot-d`İvuar 

Respublikasında vətəndaş müharibəsində 

keçmiş prezidentin tərəfində vuruşan 200 

uşaq həlak olub. 

Uqanda Müqavimət Ordusunda 10 minə 

yaxın uşaq əsgər var. Cənubi Sudandakı 

vətəndaş müharibələrində həm hökumət, həm 

də müxalifət uşaq əsgərlərdən istifadə edir. 

Mərkəzi Afrika Respublikasında 6000, Seleka 

qruplaşmasında 2000 uşaq əsgər var. Anti-

Balaka yaraqlıları də uşaq əsgərlərdən istifadə 

edir. Syerra-leonedə vətəndaş müharibəsində 

1000 uşaqdan əsgər kimi istifadə edilmişdi. 

İnsan Haqları Müşahidə Təşkilatına əsasən, 

Boko Haram hərəkatında istifadə edilmək 

məqsədilə uşaq əsgər yetişdirilir. Müxtəlif 

şəbəkələr  də  Qərbi  Afrikada  vətəndaş 

müharibələrində istifadə etmək məqsədilə 

terror təşkilatları üçün uşaq əsgərlər satır. Bu 

uşaqlardan eyni zamanda ucuz işçi qüvvəsi 

kimi də istifadə edilir. Məsələn, minlərlə uşaq 

almaz mədənlərində işlədilib. 

Yaxın Şərqdəki müharibə və döyüşlər 

ən çox uşaqlara təsir edir

İraq, Suriya, Fələstin, Əfqanıstan kimi 

ölkələrdə illərdir davam edən müharibə və 

qarşıdurmalarda ən böyük zərəri yenə uşaqlar 

çəkir. Suriya vətəndaş müharibəsinin uşaqlara 

təsir etməsi bir mənbədə belə bildirilir:

“İnsan Haqları Müşahidə Təşkilatının 

(Human Rights Watch) 23 iyun 2014-cü il tarixli 

hesabatına əsasən, Azad Suriya Ordusu, Nüsra 

cəbhəsi, İslami Cəbhə kimi təşkilatlar Suriya 

hökumətinə qarşı uşaq döyüşçülərdən istifadə 

edir. İŞİD kimi təşkilatlar da uşaqlara silahlı 

təlim keçir və onlardan intihar hücumlarında 

istifadə edir.

Bundan əlavə, uşaqlar snayperçi kimi 

təlimləndirilir  və  cəbhələrə  silah-sursat 

daşıyırlar. Hesabatda kürd nəzarəti altındakı 

bölgələrdə də uşaqların cəbhəyə göndərildiyi 

bildirilir.

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

43



44

Suriyalı Zorakılığı Müşahidə Mərkəzi 2011-ci 

ildən etibarən ölən döyüşçü oğlan uşaqlarının 

sayının 194 olduğunu bildirmişdi. İraqda da eyni 

mənzərə hakimdir. BMT-nin hesabatına əsasən, 

5.5 milyon iraqlı uşaq əsas ehtiyaclarından 

məhrumdur. ABŞ işğalından etibarən 6 milyon 

uşaq yetim qalıb, minlərlə ailə uşaqlarını itirib. 

“Iraq Body Count-IBC”nin faktlarına əsasən, 

işğal müddətində 3.290.018 iraqlı uşaq şikəst 

qalıb və ya həyatını itirib. Son 5 ayda ölən uşaq 

və gənclərin sayı 700-ə çatır. Bundan əlavə, 

İraqda hər il 35.000 körpə ölür və uşaqların 

¼ -i qeyri-kafi qidalanmaya görə fiziki və əqli 

cəhətdən inkişaf etmir.

UNICEF də İraqda 2008-2010-cu ilərdə 900-

ə yaxın uşağın gündəlik zorakılıq hadisələrində 

öldüyünü, 3200 uşağın da yaralandığını açıqlayıb. 

Son dövrdə İŞİD-in türkmənlər, yezidilər kimi bir 

çox bölgə xalqına etdiyi hücumlar 

uşaq ölümlərinin artmasına səbəb 

olur.


Ölüm, yaralanma, şikəst qalmadan 

başqa, İraqda uşaqları gözləyən digər 

təhlükə də uşaq quldur dəstələridir. 

Şəxsiyyət  vəsiqələri  dəyişdirilən 

uşaqlar 400-10 min dollara satılır. 

Bunların  bir  qismi  uşaq  porno 

qruplarının əlinə düşür (mənbə: http://

sosyal.hurriyet.com.tr/Yazar/81/

Verda-ozer/41152/Turkiye-nin-vakti-

geldi )


İsrailin Qəzza əməliyyatında da ən 

çox itki verən uşaqlar oldu. İki tərəfə 

cəmi 8 milyard dollar ziyan vuran 

əməliyyatlarda 467 fələstinli uşaq 

həyatını itirdi, 3009 uşaq yaralandı.

Əfqanıstanda isə uşaqlar səfalət 

içindədir. Hədsiz yoxsulluq və mənfi 

iqlim şərtləri əfqanların aclıqdan 

əziyyət çəkməsinə səbəb olur. Qida 

çatışmazlığı ən çox kiçik uşaqların 

inkişafında qalıcı zərərlərə səbəb 

olur. Əfqan hökumətinin və BMT-nin 

faktlarına əsasən, ölkədəki uşaqların 

55%-i qeyri-kafi qidalanmaya görə 

inkişafdan geri qalır və bərpa edilməz 

zərərlər çəkir. Bu, eyni zamanda, 

ölkənin gələcəyi üçün ciddi fəlakət 

deməkdir.

Uşaqların dünyanın hər yerində 

sevgi  ilə  böyüməsi  üçün  ictimai 

şüurun formalaşmasına ehtiyac var. Dünya 

səviyyəsində bir an əvvəl sevgi, sülh, qardaşlıq, 

ədalət, mərhəmət, şəfqət yayılmalıdır.

Unutmayaq, müharibələrdə ölən uşaqlar, 

əslində, bütün cəmiyyətin uşaqlarıdır. Hamımız 

onların ataları, analarıyıq. Onların həsrətini çəkdiyi 

sevgini, şəfqəti onlara hər kəs verə bilər. Onları 

hər kəs öz uşaqları kimi sevə bilər. Maddi-

mənəvi bütün ehtiyaclarını təmin edə bilər. Bunun 

üçün insan sadəcə vicdanının səsinə etinasız 

yanaşmamalıdır.

Səmimi iman gətirənlər yardım gözləyən 

insanların səsinə biganə qalmazlar

Allah`a iman gətirən və bütün həyatını Quran 

əxlaqı ilə yaşayan insanlar üçün ətraflarında 

Düşünən İnsan, Dekabr 2014

44

www.elmxeberleri.com




Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə