Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   ...   9   10   11   12   13   14   15   16   17

41

hakim ona həbs cəzası verməmişdi.

Son əsrdə olduğu kimi dövrümüzdə də qadına 

şiddətin əsas səbəblərini sosioloqlar və psixoloqlar 

elmi cəhətdən araşdırır. Bu araşdırmalarda kişilərin 

təbiəti, spirtli içki və narkotik maddədən istifadə 

kimi bioloji səbəblərlə uşaqlıqda şiddətə məruz 

qalma və bundan törəyən psixoloji pozuntular 

qadına qarşı şiddətin elmi faktları kimi irəli 

sürülür. Şiddətin kişinin təbiətində olduğu, 

kişi üçün güc, cəsarət, enerji mənasını 

verdiyi kimi çox səthi nəzəriyyələr 

irəli sürülür. Ancaq şiddətin qarşısı 

alına bilmir…

Əlbəttə, 

akademik 

araşdırmalar  və  elmi 

nəticələr  qadına  qarşı 

şiddətin qarşısını almaq 

üçün mühüm faktlar 

verir. Lakin bu araşdırmaların və görülən tədbirlərin 

kifayət etmədiyi aşkardır və tezislərin çoxunun yanlış 

olduğunu dövrümüzdə qadına şiddətin dərəcəsindən 

görmək mümkündür. Gəlir və təhsil səviyyəsinin 

yüksək olması qadına qarşı şiddətin qarşısını almır 

və gəlir və təhsil səviyyəsinin aşağı olması da qadına 

qarşı şiddətə səbəb deyil.

Həll yolu üçün problemin əsas mənbəyini tapmaq 

lazımdır. İllərlə insanlara təlqin edilən materializm və 

nəticədə də ortaya çıxan inancsızlıq cəmiyyətdəki 

şiddətin kökündəki əsas səbəbdir. Çünki insanlar 

kainatın, təbiətin, canlıların yaradanı olduğunu, 

hər kəsin yaşamaq hüququ olduğunu düşünmür. 

Eqoist, təkəbbürlü, öz mənfəətini düşünən insanlar 

kifayətlənməmə hissinə qapılmağa başlayırlar. 

Bu  da  cəmiyyətdə  vəhşicəsinə  sahiblənmə, 

qısqanclıq, sevgisizlik və nifrət duyğusunu artırır. 

Şəfqət, mərhəmət və anlayışın yerini münaqişə 

tutur. Haqlının deyil, 

güclünün  həyatda 

qalacağı inancı dünyanı 

sevgisizlik cəhənnəminə 

çevirir.

Öz-mərkəzli, partlamağa 

hazır bomba kimi yaşayan insan 

modeli, zəngin də olsa, bir neçə 

universitet bitirmiş də olsa, pozulmuş 

təbiətindəki şiddət mədəniyyətini heç 

cür tərk edə bilmir. Eqoistlik və sevgisizlik 

fərdləri özündən başqasına dəyər verməməyə 

sövq edir. Sadəcə şəxsi mənfəət üçün birləşən 

qadınla kişi zaman ərzində bir-birinə nifrət edir və 

nəticədə, kişiyə nisbətən daha zərif olan qadınlar 

ciddi şəkildə şiddətə məruz qalır. Ən gözəl evlər bir 

anda qadın üçün həbsxanaya çevrilir.

Qadın Allah`ın dünyadakı ən gözəl təcəllisidir və 

çox xüsusi varlıqdır. Allah qorxusu və Allah sevgisi 

olan bir insan qarşısındakı qadını Allah`ın yaratdığını 

bildiyinə görə ona böyük sevgi və hörmət bəsləyər. 

Allah qorxusu olan kişi qadına ən kiçik incidici söz 

deməz və onu bütün imkanları ilə qoruyar.

Beynəlxalq təşkilatlar xüsusilə əxlaqi təlimin 

və  Allah  sevgisinin  üzərində  dayanmalıdırlar. 

Qadını incitməyin kainatı yaradan Allah`ın rizasına 

uyğun olmadığı və nəticədə də Allah`ın rizasını 

itirmək qorxusu insanlarda formalaşdırılmalıdır. Bu 

mövzuda məktəblərdə, universitetlərdə seminarlar 

və konfranslar təşkil oluna bilər. Gənclərə Allah`ın 

varlığı izah edilməli, Allah`ın şiddəti və eqoizmi 

haram etdiyi vurğulanmalıdır. Sevginin, şəfqətin və 

mərhəmətin bütün dünyaya hakim olması ilə qadına 

şiddət tamamilə aradan qalxar və qadın sevgisi bütün 

dünyaya yayılar.

Düşünən İnsan, Dekabr 2014

Düşünən İnsan, Dekabr 2014

41



42

D

ünya ictimaiyyəti uşaqların ölməsinə, 



evlərin bombalanmasına, milyonlarla 

insanın evlərindən məhrum olmasına, 

qısası, müharibəyə bir növ alışıb... İnsanlar 

müharibələrə, münaqişələrə alışıb, yaxud zorla 

alışdırılıb... Hətta vəziyyət elə yerə çatıb ki, hər 

gün başlıqlarda verilən bombardman xəbərləri, 

qan içində əziyyət çəkən qadınların, uşaqların 

şəkilləri insanların böyük əksəriyyətinə adi 

gəlməyə başlayıb. Halbuki, o şəkillərdə qan 

içində əziyyət çəkən uşaqlar eynilə dünyanın 

başqa yerindəki uşaqlar kimi ata-analarının 

göz bəbəyidir... Ancaq yaşadıqları mühit digər 

uşaqlardan və körpələrdən çox fərqlidir. 

Onlar yoxsulluğun, zülmün, müharibənin, 

qıtlığın, aclığın içində doğulur və qısa 

müddət sonra bu dünyadan köçüb gedir və 

ya şikəst qalırlar. 

Bu cür hadisə ol-

masa belə, çoxu aclıq, müharibə, itkilərlə 

uşaqlıq dövrlərini yaşamadan böyüyürlər. 

Hələ topla oynamadan bombalardan qaçmağı, 

bəyənmədiyi yemək üçün nazlanmaq əvəzinə 

tapdığını yeməyi, sevgi əvəzinə nifrəti öyrənirlər. 

Ən pisi isə odur ki, bu vəziyyət adiləşib, sülhə 

çağıranlar, sülh üçün həll yolu axtaranlar tənqid 

edilirlər. Düşündürücü olan da budur ki, bu 

qrupun içində müsəlmanlar da var...

Statistikaya görə, dünyada yaşayan təqribən 

2 milyard uşaqdan 600 milyonu, yəni dünyadakı 

uşaqların 30%-i yoxsulluqdan əziyyət çəkir. 

Əlbəttə, bu problem aclıq, sağlamlıq problemləri, 

epidemiyalar, təhsilsizlik kimi problemləri də 

özü ilə gətirir. Dünyada 150 milyona yaxın 

uşaq heç məktəbə getmir. Silahlanma, istismar, 

müharibələr və münaqişələrdən ən çox zərər 

çəkən  kütlələrdən  biri  uşaqlardır.  Dünya 

səviyyəsində 600 milyona yaxın uşaq təhlükəli 

Bu gün dünya əhalisinin böyük 

hissəsi müharibələr, aclıq, 

qıtlıq, yoxsulluq, zülm, 

işgəncə, haqsızlıq, istis-

mar, qəddar münasibət 

kimi səbəblərə görə əziyyət

sıxıntı içində yaşayır. 

Şübhəsiz ki, sıxıntı içində 

olan insanlar arasında ən 

çox əziyyət çəkən uşaqlardır.

Düşünən İnsan, Dekabr 2014

42

www.elmxeberleri.com




Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə