Terroizmə qarşı ideoloji mübarizə yolları Görən, dad bilən, toxunan və



Yüklə 439,98 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix14.04.2018
ölçüsü439,98 Kb.
#38182
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

38

Yanvar  ayının  soyuq  günü  idi. 

Mirnes və əmisi oğlu Nedzad Seljuble 

kəndində birlikdə meşəyə odun kəsməyə 

getmişdilər. Böyük partlayış baş verdi, 

ardınca qısa səssizlik oldu. Partlayan 

mina idi. Mirnes qollarından, Nedzad 

isə ayaqlarından ağır yaralanmışdı… 

Mirnesin ayağındakı əzələ toxuması 

qoluna tikildi, indi qollarını işlədə bilir. 

Ancaq Nedzad partlayışdan bir neçə saat 

sonra xəstəxanada həyatını itirdi…

Bosniyada müharibə təxminən 20 

ildir ki qurtarıb. Ancaq müharibə zamanı 

torpağa basdırılan minalar partlayaraq 

hələ də can alır. Bu partlayışlarda 237-

si uşaq olmaqla, 1000-dən çox insan 

həyatını itirib. 1700 nəfər yaralanıb. 

Mina təmizlənməsi zamanı 46 mina 

təmizləyən mütəxəssis həyatını itirib, 37 

nəfər yaralanıb.

Təxminlərə görə Bosniyada xalqın 

yarısı mina partlayışlarının baş verdiyi 

bölgələrdə yaşayır. Müharibədən sonra 

ölkədə 1670 mina partlayıb. Ölkədə hal-

hazırda 1340 km2-lik sahədə partlamağa 

hazır halda torpağa basdırılmış 

200 min ədəd mina var. 920 min 

nəfər minalanmış ərazilərdə hər 

gün ölümlə üz-üzə yaşayır.

Əslində, minalanmış əraziləri göstərən 

xəritələr var. Ancaq may ayında Bosniyada 

baş verən sel bu xəritələri yararsızlaşdırıb. 

Sel  və  bundan  qaynaqlanan  torpaq 

sürüşmələrinə görə ölkənin şimal-şərqində 

basdırılmış minalar yerlərini dəyişib. Bəzi 

minalanmış ərazilər, bəlkə də 100-200 

metr qədər sürüşüb, bəziləri isə suyun 

altında qalıb və yerləri məlum deyil. Bu 

səbəbdən, göbələk toplayan bir bosniyalı 

qadın və ya yanacaq ehtiyacını təmin 

etmək üçün odun toplayan uşaq təhlükəsiz 

hesab etdiyi ərazidə minaya ayaq basaraq 

həyatını itirə bilər. Bosniya üçün təhlükə 

artıq əvvəlkindən də böyükdür.

“Mina  təmizləmə  mərkəzi”  (BH 

MAC) təşkilatının təşkil etdiyi minaların 

torpaqdan çıxarılıb ərazilərin təmizlənməsi 

layihəsi var. Bosniyadakı minalanmış 

ərazilərin 2019-cu ilə qədər təmizlənməsi 

planlaşdırılır. Ancaq bu, olduqca çətin 

layihədir. Minaların təmizlənməsi üçün 

təqribən 300 milyon avro lazımdır və bu 

pulun təmin edilməsində problemlər var. Bu 

isə daha çox sayda məsum insanın minaya 

düşərək ölməsi deməkdir.

300 milyon avro böyük məbləğ kimi 



39

görünə  bilər,  ancaq  bir  çox  insanın 

əhəmiyyətsiz  xərclərini  topladıqda 

bu məbləğdən daha böyük olması da 

düşündürücüdür. Məsələn, çox zəngin 

olmayan Türkiyədə belə bu il xarici ölkəyə 

turizm  məqsədilə  səyahət  edənlərin 

xərcləri 1.5 milyard avrodur. Türkiyədə 

yeyilməyərək israf edilən çörəyə görə ölkə 

iqtisadiyyatının itkisi 700 milyon dollar 

dəyərindədir. Yəni Türkiyədə 6 ay çörək 

israf edilməsə, buradan edilən qənaətlə 

Bosniyadakı  minaların  təmizlənməsi 

mümkündür. Müxtəlif sahələrdə müxtəlif 

ölkələrdən misallar verilə bilər.

Bu  statistik  məlumatlardan  da 

göründüyü kimi, bir çox ölkə, əslində, əsas 

ehtiyacını təmin etmək üçün mənbələrə 

malikdir. Varlı ölkələrdə bəzən istifadə 

olunmadığı üçün israf edilən mənbələr 

ehtiyacı olan insanlara çatdırılmır.

İnsanların bir qismi imkanlarından 

düşüncəsiz şəkildə istifadə edirlər. Bu 

insanlar əllərində olanın dəyərini bilmədikləri 

kimi əsla yoxsullaşmayacaqlarından sanki 

əmindirlər. Halbuki bir gün yoxsul, yardıma 

möhtac vəziyyətə düşə bilərlər. Ancaq bir 

çoxu gündəlik işlərin içində bu həqiqəti 

tamamilə unudaraq yaşayır. Dünyada 

aclıqdan əziyyət çəkən, ehtiyac içində olan 

milyonlarla insanı bir an belə düşünmədən 

həyatını davam etdirir.

Dünyanın bir guşəsində bir ərəb şeyxi 

300.000 dollar verib evdə bəsləmək 

üçün şahin alır, həmin pula Bosniyada 

1.340.000  m2-lik  ərazini  minadan 

təmizləməyin  mümkün  olduğunu 

düşünmür.

Bu yanlış əxlaq anlayışının səbəb 

olduğu sıxıntıları aradan qaldırmaq 

mümkündür: verilən hər nemətdən 

doğru yerdə istifadə edib-etmədiyinə 

görə məsuliyyət daşıyacağını bilən nəsil 

yetişdirmək. Vicdanlı insan israf etməz; 

əlində olan imkanlardan düşünərək 

istifadə edər və ehtiyacından artıq qalanı 

yoxsullara, yardıma ehtiyacı olanlara 

paylayar.

Gözəl əxlaqlı, ağıllı insanlar israfçılıq 

etdikləri  xərcləri  azaldaraq  praktik 

yollarla  bir  çox  problemi  asanlıqla 

həll edə bilərlər. Bu yolla dünyanın 

müxtəlif bölgələrində yoxsulluq aradan 

qaldırılar,  maddi  imkansızlıqdan 

yaranan problemlər həll olunar. Bu cür 

məsələlərdə dünyanın malik olduğu 

potensialı – din, dil, irq ayırd 

etmədən - ən xeyirli sahələrə 

israfın  qarşısını  tamamilə 

alaraq  ən  səmərəli  şəkildə 

istiqamətləndirmək əsasdır.



40

Qadına qarşı şiddət 21-ci əsrin ən böyük sosial 

problemlərindən biridir. Beynəlxalq təşkilatlar hər 

il bu problemin psixoloji və mədəni səbəblərini, 

cəmiyyətə təsirini və qadında meydana gətirdiyi 

travmaları araşdırır. Beynəlxalq təşkilatlar qadına 

şiddətə  qarşı  hüquqi  sanksiyaları  yenidən 

tənzimləyərək bu problemin qarşısını almağa 

çalışır.

Qadına şiddətin əsas amilləri iqtisadi böhran, 

həyat keyfiyyəti və təhsil səviyyəsi deyil. Son 

rəsmi anket sorğuları Avropada qadına böyük 

şiddət tətbiq olunduğunu göstərir.

Avropa Birliyi Əsas Hüquqlar Agentliyi (FRA) 

28 Avropa ölkəsindən 18-72 yaş arası 42000 

qadınla geniş sorğu keçirmişdir. Hesabata 

əsasən, ən çox şiddətin baş verdiyi ölkə 

52%-lə Danimarkadır. Bu ölkədən sonra 

45% ilə Hollandiya və 44 % ilə Fransa 

gəlir. 28 ölkədə orta nisbət 33%-dir.

Hesabatda 

verilən 


məlumatlara əsasən, hər 10 

qadından biri 15 yaşından 

etibarən cinsi şiddətə 

və hər 20 qadından 

biri təcavüzə məruz qalmışdır. Bundan başqa, hər 

5 qadından biri keçmiş və indiki ərindən şiddət 

görür. Bu faktlara baxmayaraq, qadınların sadəcə 

14%-i ərindən və 13%-i kənar şəxslərdən gördükləri 

şiddətə görə rəsmi orqanlara müraciət etmişdir.

2011-ci  ildə  ABŞ  hökumətinin  apardığı 

araşdırmalara görə, hər 4 qadından birinin şiddətə 

məruz qaldığı üzə çıxmışdır. 29 milyon qadın sevgilisi 

və ya əri tərəfindən fiziki zorakılığa məruz qalmışdır. 

Qadınlar ərlərinin onlara boğmağa çalışdığını, 

döydüyünü, bıçaqladığını və silahla vurduğunu 

deyirlər. ABŞ-da hər 15 dəqiqədə bir qadın təcavüzə 

məruz qalır.

Araşdırmaların aparıldığı ölkələrə baxdıqda 

qəribə, düşündürücü nəticə ortaya çıxır. Danimarka, 

Hollandiya, Fransa və ABŞ kimi ölkələr rifah səviyyəsi 

çox yük-sək olan ölkələrdir. Bu isə göstərir ki, 

iqtisadi zənginliklə və ya sadəcə məlumat yükləyən, 

lakin insanların 

vicdanına  xitab 

etməyən 

təhsil 


sistemləri  ilə  şiddət 

aradan qalxmır.

Qadına 

şiddətin 



konkret nümunələrini sənət 

adamları arasında və prestijli iş 

sahələrində də görmək mümkündür. 

Amerikalı müğənni Rihanna 2009-

cu ildə sevgilisi Kris Braun tərəfindən 

döyülmüşdü.

Ferra Fosett, Uitni Hyuston, Dayan Leyn, 

Robin Qivens kimi sənətçilər də məşhur həyat 

yoldaşları tərəfindən şiddətə məruz qalıblar. Bunlar 

hələ mediaya əks olunan hadisələrdir. İngiltərədə bir 

həkim 2007-ci ildə arvadını ölümcül döymüş, ancaq 

ətrafı tərəfindən yaxşı insan kimi tanındığına görə 

Düşünən İnsan, Dekabr 2014

40

www.elmxeberleri.com




Yüklə 439,98 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə