TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   11   12   13   14   15   16   17   18   ...   91

xanın məğlub olmasından və ölməsindən xəbərdar etmək üçün Tiflisə adam 
göndərdi. Heç kəs Ümmə xanın məğlub olmasına inanmırdı. General Lazarev 
ləzgilərin başçılarından bir neçəsini Tiflisə göndərdi ki, Ümmə xanın ölüm 
xəbərini camaata bildirsinlər. Ondan sonra hamı aram oldu. 
Elə ki təzə il başladı, 1217 (1801)-ci ilin baharında Liniyada yaşayan 
inspektor general-infanteri Knorrink əlahəzrət imperatorun hökmü ilə Tiflisə 
gəldi. Burada divanxanalar təşkil etdi. Mühüm işlərə,  ərizələrə baxmaq və 
müəyyən nəticəyə gəlmək məqsədilə şahzadələrdən dörd nəfər divanbəyi seçdi. 
Bunlar hamısı general Lazarevin göstərişi ilə icra olunurdu. Bir il işlər bu qayda 
ilə görüldü. Bundan sonra cənab knyaz Sisianov sərdarlığa təyin olunub Tiflisə 
gəldi və görülən işləri və qərarların hamısını təsdiq etdi. 
 
QAFQAZDA KNYAZ SİSİANOVUN SƏRDARLIĞI VƏ 
ONUN DÖVRÜNDƏ OLAN HADİSƏLƏR 
 
Cənab general-leytenant inspektor knyaz Sisianov işpextur (inspektor) adı ilə 
məşhur idi. 1218 (1803)-ci ildə Qafqaza və onun ətraf vilayətlərinə sərdar təyin 
olundu. O özü ilə bərabər quberniyaya lazım olan şeyləri də gətirdi və Tiflisdə 
beş  qəza və vilayətin  əsasını qoydu. Bunlar aşağıdakılardır: Qızlar, Mozdok, 
Georgiyevsk, Aleksandrovsk və Stavropolsk. Bu vilayətlərdə divanxanalar açdı. 
Rus qoşun və nizam-intizamını  işə saldı. Gürcüstan valizadələri isə öz köhnə 
qanun-qaydalarını saxlamaq məqsədilə Sisianovun bu tədbirlərinin  əleyhinə 
çıxdılar. Buna görə də çox pis xəyallara düşdülər. Knyaz Sisianov xeyirxahlıqla, 
mehribancasına nəsihətlər etdisə  də  və  məsləhət verdisə  də, onlar bunu nəzərə 
almayıb öz puç xəyallarından  əl çəkmədilər. Knyaz heç bir əlac olmayacağını 
görüb, onların hamısını məcburən Rusiyaya göndərdi. Valinin arvadı Deda-Vala 
Rusiyaya göndərilənlərin içərisindəydisə  də çox hay-küy salaraq getməkdən 
boyun qaçırırdı. Deda-Valanı Rusiyaya getməyə razı salmaq məqsədilə  sərdar 
general Lazarevi onun yanına göndərdi. General Lazarev ona çox dil tökdü, 
Rusiyaya getməsinə israr etdisə  də bunlar bir nəticə vermədi, qadın generalın 
şəfaətini və xahişini rədd etdi. General Lazarevin Gürcüstan əhlinin boynunda 
çox haqqı 
 
  
 50


var idi. Onlara çox yaxşılıq etmişdi. Bütün bu yaxşılıqlara Deda-Vala göz yumub 
gizlincə  xəncərini çəkərək, onu yaraladı. General həmin yaradan öldü. Bundan 
sonra knyaz Sisianovun əmri ilə İrakli xanın arvadını zorla Rusiyaya apardılar. 
Bununla Gürcüstan vilayəti valinin övladlarından təmizləndi. 
Bundan sonra knyaz Gürcüstandan tamamilə xatircəm oldu. 
 
KNYAZ SİSİANOVUN CAR VƏ 
BALAKƏN TƏRƏFƏ GETMƏSİ VƏ ORA 
LƏZGİLƏRİNİN CƏZALANDIRILMASI 
 
Ləzgilər öz köhnə adətləri üzrə Gürcüstan vilayətini və nahiyələrini soymağı, 
qarət etməyi,  əsir almağı  və onlara zərər verməyi davam etdirir, öz pis 
əməllərindən, əqidələrindən əl çəkmirdilər. 
Belə bir vəziyyətdə knyaz bir neçə  dəfə onlara yazılı surətdə hökm və 
nəsihətlər etdi. Knyaz mehribanlıq və nəsihət yolu ilə nə qədər çalışdı onları başa 
salsın ki, indiki dövr qüdrətli rus şahının dövrüdür, bu dövr valinin dövrünə 
bənzəməz. Keçmişdə etdiyiniz pis əməllərdən əl çəkiniz. Onlar bu xəbərdarlığa 
əhəmiyyət vermədilər. Nəhayət, knyaz onlara qulaqburması verməyi və 
cəzalandırmağı qət etdi. O, az bir qoşunla Dağıstan tərəfə yola düşdü. Ləzgilər 
knyazın gəlməsini eşidib öz şöhrətlərini saxlamaq məqsədilə bir qədər qoşun 
toplayaraq, Qanıq çayının kənarında dayandılar. Ləzgilər hər vəchlə olursa olsun 
rus qoşunlarını Car torpağına buraxmamağı qət etdilər, amma onlar bu hərəkətin 
nəticəsini qabaqcadan görmürdülər və rusların qüvvəsindən xəbərdar deyildilər. 
 
N ə z m (sətri tərcümə): 
 
Koredici ildırımı çör-çöplə dəf etmək olmaz, 
Göydən gələn bəlaya insan mane ola bilməz. 
 
Rus  əsgərləri Qanıq çayına çataraq onu qızılquş kimi bir anda keçdilər. 
Rusların toplarının səsi çayın şırıltısına qarışmışdı. İğtişaş, həyəcan və qiyamla 
dolu olan ləzgi qoşunundan ruslar bir əsər-əlamət qoymadılar. Balakən valisini 
və qoşununu qaçmağa məcbur etdilər. Onların çoxu həlak oldu. 
 
  
 51


Ləzgilərin möhkəm və yenilməz yeri olan Balakən tatar gözəllərinin saçları 
kimi pərakəndə oldu. Ləzgilərdən bir qismi öldürüldü, digər qismi də  əsarət 
zəncirinə düşdü. 
Bu vuruşmada ləzgilər ruslar tərəfindən lazımi qədər cəzalandırıldı. Bundan 
sonra vəhşi dəstələr yaman işlər görməyə  və  əks çıxmağa bir daha cəsarət 
etmədilər. 
Bununla Gürcüstanı talan etmək və oradan əsir aparmaq hallarının qarşısı 
alındı. 
Knyaz, general Qulyakovun başçılığı altında Carda bir qədər qoşun 
saxlanmasını əmr etdi. Knyaz ləzgilərdən bir pis hərəkət baş verdikdə, zidd işlər 
göründükdə general Qulyakovla onların cəzalandırılması və hər hansı vasitə ilə 
olursa olsun ləzgilərin bu hərəkətlərinin qarşısının alınması, ləzgilərin Gürcüstan 
torpağına soxulmağa qoyulmaması  əmrini verdi. Bir ildən sonra knyaz 
Balakəndən Gürcüstana qayıtdı. 
 
RUS QOŞUNUNUN GƏNCƏ ÜZƏRİNƏ 
HÜCUMU VƏ GƏNCƏNİ ZƏBT ETMƏSİ 
 
Knyaz Sisianov öz hakimiyyətinə Carda mütərəddidlik edənləri 
susdurduqdan sonra rahatlanıb Tiflisə qayıtdı. 
Tiflisdən Gəncə xanı Cavad xana bir məktub göndərdi və ona qüdrətli rus 
dövlətinə tabe olmağı, düşmənçilikdən, ziddiyyətdən, üsyan və  təhdidlərdən  əl 
çəkməyini təklif etdi. Cavad xan isə  sərdarın səmimi nəsihətlərindən boyun 
qaçıraraq ədavətdən dəm vurub döyüş meydanına qədəm qoydu. Cavad xanın bu 
hərəkətindən sonra yüksək təbəqədən olan sərdar gürcü tavadının adamlarını, 
Şəmsəddinlinin, Qazaxın qoşunlarını toplayıb rus qoşunları ilə Gəncəni zəbt və 
Cavad xanı tənbeh etməyi qət elədi. O, 1218 (1803)-ci ildə çoxlu qoşunla Gəncə 
tərəfə  hərəkət etdi. Cavad xan knyaz Sisianovun rus qoşunu ilə  Gəncə üzərinə 
gəldiyini eşidən kimi əyan,  əşrəf və dövlət adamlarını toplayıb, onlarla 
məsləhətləşdi. Onun əyanlarının hamısı axund və seyidlərdən ibarət idi. Bunlar 
knyaz qoşununa nisbətən hər bir düşmənçilikdə  və rus qoşununun qarşısını 
almaqda Cavad xana müttəfiq oldular. Onlar deyirdilər: “Nadir şah öz rəşa- 
 
  
 52


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə