TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   14   15   16   17   18   19   20   21   ...   91

Mehdiqulu xan öz qoşun və adamları ilə Əbülfət xanın üzərinə hücum edib 
onu məğlub etdi. Yaşının çoxluğundan və qocalığından İbrahim xandan çox vaxt 
yersiz xəyallar və  tədbirlər baş verirdi. Bu zaman avarlardan və onların 
tərəfdarlarından bir neçəsi  İbrahim xana Qızılbaş dövlətinə tabe olmağı  təklif 
etdilər.  İbrahim xan Şuşa qalasından çıxıb Xan Səngər adı ilə  məşhur olan 
qalanın aşağı tərəfini tutdu. Burada çadır qurub dayandı. 
Rus dövlətindən üz çevirib Qızılbaş dövləti ilə birləşmək məqsədilə burada 
dayanıb onların gəlməsini gözlədi. 
Qızılbaşlar gəldikdən sonra İbrahim xan onlarla birləşdi
1*
.İbrahim xanın 
fikrincə, qızılbaşlara tabe olmaq ona daha əlverişli idi. Xalq arasında deyilirdi ki, 
Əbülfət xanın qızılbaş qoşunu ilə Qarabağın üzərinə hücum etməsi ancaq 
İbrahim xanın məsləhətilə olmuşdur. Buna görə  də 1221 (1806)-ci ildə  Dəli 
mayor adı ilə  məşhur olan mayor Lisaneviç 100 əsgər götürüb gecə qaladan 
çıxdı, dörd tərəfdən məzkur xanın çadırını əhatə etdi. İbrahim xanı öz əyanları ilə 
oradaca öldürdü. Haman gecə yenə  də qalaya qayıtdı. Ondan soma Rusiya 
başçılarının göstərişi ilə  İbrahim xanın yerinə onun oğlu Mehdiqulu xan 
Qarabağın xanlığına və onu idarə etməyə başçı  təyin etdi. Cəzalandırmağı, 
şikayətə baxmağı ona tapşırdılar. Onu inanılmış bir adam kimi tanıdılar ki, 
bundan sonra Rusiyanın qanun-qaydası üzrə işləri icra etsin... 
İbrahim xanın qətlinin tarixini qızılbaşlar bu şeir vasitəsilə tapmışdılar: 
 
Bir div şişədən (Şuşadan) qalxdı, 
dünyanı əzabilə yandırdı.  
            Adı Xəlil Nəmrudun odunu alovlandırdı. 
 
İbrahim xan çox şəhvətli bir adam idi və  həmişə heç kəsə  məlum olmayan 
məcunlar yeyərdi ki, cinsi əlaqə qabiliyyətini itirməsin. İbrahim xanın vəziri olan 
Molla Pənah onun barəsində belə demişdir: 
 
Gözəli sevəsən yeddi yaşında,  
Saxlıyasan bəlkə xüddam yar ola.  
Gecə-gündüz bəsləyəsən naz ilə,  
Bəlkə hal-əhvaldan xəbərdar ola... 
 
 
 
                                                 
*
 
1
  İbrahim xan 1805-ci il Kürəkçay müqaviləsinə sadiq qalmışdır. Müəllifin  İbrahim xanın 
qızılbaşlarla birləşməsi fıkri uydurmadır. 
 
 60


QIZILBAŞ QOŞUNUNUN QARABAĞ ÜZƏRİNƏ 
HÜCUMU VƏ POLKOVNİK KARYAGİNİN 
MÜHARİBƏSİ 
 
Qızılbaşlar o zamanlar belə  fıkir edirdilər ki, İbrahim xan öz sağlığında 
Qarabağı saxlayırdı, indi isə öldürülübdür. Yaxşı olar ki, biz gedək Qarabağı zəbt 
edək. Ona görə  qızılbaşlar Qarabağ mülkünə tamah edib, 1221 (1806)-ci ildə 
şahzadə Abbas Mirzə saysız-hesabsız qoşunla Qarabağ üzərinə yürüş etdi. 
Tiflisdən də polkovnik Karyagin 400 əsgərlə Qarabağa komandan təyin oldu. 
Məzkur polkovnik Əsgəran tərəfində  qızılbaş qoşunu ilə  şiddətli vuruşmalara 
girişdi. Qızılbaş qoşunlarından bir çoxu Əsgərandan yuxarı gedə bilməyib, 
oradan qayıdaraq  Şahbulaq qalası  tərəfə üz tutdu. Abbas Mirzə  əvvəlcədən 
qoşunun bir dəstəsini  Əmirxan Cahanbəylinin sərkərdəliyilə  Tərnəküt qalasını 
mühasirə etmək və rusların qalaya daxil olmasına mane olmaq üçün göndərdi. 
Sonra polkovnik əsgərləri ilə birlikdə vuruşa-vuruşa Tərnəküt qalası  tərəfə 
qayıtdı. Elə ki qalaya yetişər-yetişməz qalanın darvazasını bağlı görüb onu top 
ilə dağıtdılar. Ruslarla qalaya girib, orada olan qızılbaşları qırdılar. Qızılbaşların 
sərkərdəsi olan Əmirxan bəy canının qorxusundan qalanın divarı üstündən özünü 
aşağı tullayıb, başqa yoldaşları ilə birləşdi. Ruslar bir neçə gün qalada qaldılar. 
Qızılbaş qoşunları da onları  ətrafdan mühasirəyə aldılar. Rusların sursatları 
qurtardıqdan sonra oradaca çiləbördlü məlik Vanya həmişə gecələr bunlara öz 
adamları ilə dallarında çörək daşıyırdı. Polkovnik bu işin çətinliyini görüb, qalan 
yüz  əsgərlə bir yerdə gecə oradan çıxıb özlərini dağ yolu ilə Çarmıx qalasına 
yetirdilər. 
Çarmıxda əhalidən çörək və başqa azuqə alıb, Gəncəyə daxil oldular. Oradan 
da Tiflisə getdilər.  İkinci dəfə qoşun götürüb Zəyəm çayı  kənarına gəldilər. 
Burada Abbas Mirzə ilə döyüşə girib, onu məğlub edərək  İrana qayıtmağa 
məcbur etdilər. O zaman Fətəli şah çoxlu qoşunla gəlib Araz çayının kənarında 
dayandı. Ona görə  cənab knyaz Sisianov həmin il avqust ayında Fətəli  şah ilə 
müharibə edib, onu Iraq və Azərbaycana qaçmağa məcbur etdi. Özü isə yenə də 
Gürcüstana qayıtdı. 
 
  
 61


KNYAZ SİSİANOVUN BAKIYA GƏLMƏSİ VƏ 
ORADA ÖLDÜRÜLMƏSİ 
 
Rusiya başçılarının, o cümlədən knyaz Sisianovun əsas məqsədi hər hansı 
yolla olur olsun Qara dənizlə Xəzər dənizi arasındakı yerləri rus dövlətinin əlinə 
keçirmək idi. Onlar iki dənizin arasında olan xalqların ticarət işlərini və gediş-
gəlişini asanlaşdırmaq məqsədilə  də bu yerləri zəbt etmək istəyirdilər. Bu 
məqsədlə cənab knyaz öz dəyərli fıkirləri və möhkəm əzmiylə Qara dəniz kəna-
rında qala tikdirdi və  qət etdi ki, Bakını da öz ixtiyarına gətirsin. Bununla özü 
üçün hər cəhətdən asudəlik və  əhali üçün rahatlıq və  əmin-amanlıq  əldə etmək 
istəyirdi. O, Tiflisə qayıtdıqdan sonra qoşun və səfər üçün lazım olan sursatları 
hazırlamaqla məşğul oldu. Knyaz 1221 (1806)-ci ilin fevral ayında qalib qoşunu 
ilə Bakı  və onun ətrafına hərəkət etdi. Qarabağ hakimi Mehdiqulu xan
1*
 da 
knyaza kömək etmək üçün onunla səfərə çıxdı, amma Şirvan xanı Mustafa xan 
Rusiya dövlətinə tabe olmayaraq kənara çəkildi və düşmənçilikdən dəm vurdu, 
inadla üsyan etməyə başladı. Buna görə  də  cənab sərdar  əvvəlcə onu 
cəzalandırmağı vacib və lazım bilib Şamaxı  tərəfə yönəldi. Mustafa xan bunu 
eşidən kimi dəhşətə  və qorxuya düşüb qaçdı. Öz adamlarını  və mal-qarasını 
götürüb Fit qalasında gizləndi. Sərdar gələndən sonra aralarında barışıq oldu, hər 
iki tərəf arasında müqavüə bağlandı və beləliklə, oranın işləri müsbət nəticə ilə 
qurtardı. 
Bir neçə  dəfə  sərdar tək bir atlının müşayiəti ilə Mustafa xanın yanına 
getmişdi. Mustafa xan da xeyirxahlıqla sərdara demişdi ki, tək gəzmək 
qorxuludur. Sərdar cavabında demişdi: “Dünya xalqlarının pənahı olan şahımızın 
mənim kimi milyon-milyon nökərləri var, əgər mən məhv edilsəm, ancaq bircə 
nəfər azalmış olar”. 
Bununla o demək istəyirdi ki, mənim ölümümlə bir rus əsgərinin ölümü 
arasında heç bir fərq yoxdur. Cənab sərdar buradakı işlərdən xatircəm olduqdan 
sonra Bakıya gedib, onun ətrafını  həm dənizdən, həm qurudan möhkəm 
mühasirəyə aldı. Bir neçə müddət keçəndən sonra Bakı hakimi Hüseynqulu xan 
Rus dövləti ilə dostluq etmək üçün tədbirlər gördü, münasib yollar aradı və Rus 
dövlətinə 
 
 
 
                                                 
*
 
1
 
Mehdiqulu xan hələ Qarabağ hakimi deyildi. O, atasının göstərişi ilə Sisianova kömək 
göstərirdi.  
 
 
 62


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə