TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   15   16   17   18   19   20   21   22   ...   91

qulluq və itaət etdiyini söylədi. Sərdar onun sözlərinə inanıb aralarında dostluq 
və sülh əlaqəsini möhkəmlətdi. Hüseynqulu xan qaladan kənara çıxıb, bir tərəfdə 
çadır qurub dayandı. Bir gün Hüseynqulu xan sərdar Sisianova xəbər göndərib 
hər iki tərəf üçün çox lazım olan bəzi gizli məsələləri həll etmək bəhanəsi ilə onu 
öz çadırına dəvət etdi. Belə kiçik şeylərə etina etməyən, geniş bir ürəyə malik 
olan, qorxaqlığı  şəninə  sığışdırmayan Sisianov təmiz qəlbli bir sima kimi bu 
dəvətə  şübhə ilə baxmadı. Sərdar durub Hüseynqulu xanın çadırına gəldi. 
Çadırda onunla danışıq aparıb müşavirə etdilər. Hüseynqulu xan da qalasının 
açarını gümüş  məcməyidə  sərdarın qabağına qoydu. Söhbət  əsnasında 
Hüseynqulu xanın qohumlarından  İbrahim bəy adlı birisi əvvəlcədən verilən 
göstərişə görə, Hüseynqulu xanın işarəsilə namərdlik edib sərdarı tapança gülləsi 
ilə yaraladı, bu yaradan sərdar oradaca vəfat etdi. 
 
N ə z m (sətri tərcümə): 
 
Dünya bir piyalə, fələk saqi, qəm isə meydir,  
İnsanlar onun məclisində mey içməklə məşğuldurlar.  
Bu piyalədən, bu saqidən, bu meydən,  
Heç kəs canını qurtara bilməz... 
 
Hüseynqulu xan knyaza elədiyi bu xəyanəti Qızılbaş dövlətinə böyük bir 
xidmət saydı, ona görə də sərdarın başını çapar və qatil İbrahim bəy ilə Qızılbaş 
ölkəsinə göndərdi. Qızılbaş dövləti gücdə  sınanmış  və Bakı çöllərində vuruşa 
bilən saysız-hesabsız ulduzlar qədər qoşunu Bakının üzərinə tökdü. Qoşunun 
çoxluğundan al-qırmızı səhra çadırları insana qiyamət gününü andırırdı. Rusiya 
qoşunu bu vəziyyət ilə tanış olduqdan sonra quru yolla qayıtmaqdan ehtiyat etdi. 
Onlar gəmilərə minib Həştərxana gəldilər. Bundan sonra Şəkidə yaşayan baş 
komandan general-mayor Nesvetayev Qafqaz ərazisində iranlıların qoşunu 
tərəfindən  əmələ  gəlmiş intizamsızlığı, bəzi yerlərdə  və  kəndlərdə baş verə 
biləcək üsyan, iğtişaş, fıtnəkarlıq  əlamətlərini görüb sərdara lazım olan bütün 
vəzifələri aparmaqla bərabər işləri də qaydaya saldı. 
Beş ay keçənədək, yəni böyük sərdar Qudoviç Tiflisə  gələnə kimi general-
mayor Nesvetayev sərdarlıq vəzifəsini apardı. 
 
  
 63


GENERAL QRAF QUDOVİÇİN QAFQAZ 
TORPAĞINDA SƏRDARLIĞI VƏ 
BU DÖVRDƏKİ HADİSƏLƏR BARƏSİNDƏ 
 
General qraf Qudoviç 1222 (1806)-ci il iyun ayında Gürcüstanın sərdarı, 
general Bulqakov isə Qafqazda ordu başçısı təyin olundu. 
Qraf Tiflisə  gəldikdən sonra Türkiyə sultanı ilə müharibəyə başladı. Çoxlu 
(hazırlıq) hərbi ləvazimat, qoşunla Axalkalaki tərəfə yollandı. General Bulqakov 
isə Bakını  və Qubanı tutmaq üçün Dağıstanın cənubuna hərəkət etdi və  həmin 
yerləri öz əlinə aldı. General-mayor Qlazian Dərbəndi zəbt etdi, sonra qoşununu 
götürüb Qarabağa getdi. Yerlilərlə vuruşaraq onları  məğlub etdi, əhalini öz 
itaətinə gətirdi. General-mayor Nesvetayev Gömrü tərəfinə canişin təyin olundu. 
O zaman Axalsixi hakimi Xümşizadə  Səlim paşa bu xəbəri eşidib olduqca 
qorxuya və təşvişə düşdü. 
O, müzəffər rus qoşunlarının zərbələrini dəf edərək, Axalkalakini mühafizə 
etmək üçün oraya qoşun göndərdi. Cənab qraf atlı qoşunları ilə heç yerdə 
dayanmadan və heç yerdə yubanmadan ayın axırlarında Axalkalaki açıqlığına 
gəlib orada çadırlar qurdurdu. O, böyük qələbə  həvəsilə qalanı dörd tərəfdən 
mühasirəyə aldı, qalanın içərisinə girmək üçün nərdivanlar hazırladı, bir həftədən 
sonra sübhə iki saat qalmış şəhərə yürüş etdi və günortaya yaxın müharibə odunu 
alovlandırdı, lakin murad güzgüsündə fəth və zəfərin surəti görünmədi. Orada bir 
neçə gün qaldıqdan sonra o biri gün Gürcüstana qayıtdı. 
Qraf Tiflisə gəldikdən sonra eşitdi ki, Yusif paşa ordu başçısı təyin edilib və 
müharibə etmək niyyətilə Karsa gəlmişdir. 1222 (1807)-ci il iyunun 18-də sərdar 
müharibəyə hazırlıq görüb Gömrünün yaxınlığında - Arpaçayın kənarında - indi 
Aleksandropol adlanan yerdə  hər iki tərəfin qoşunu bir-birinə rast gəldi. Çayın 
hər iki tərəfində dava başlandı. Atılan top və tüfənglər getdikcə döyüş meydanını 
kiçiltdi, bir azdan sonra türklərin qoşunu məğlub olub qaçmağa üz qoydu. 
Türklərdən saysız qənimət və çoxlu toplar ələ  gətirdilər. Sərdar məqsədə 
çatmamış Tiflisə gəldi. 1808-ci il qışın şiddətli vaxtında lazımi tədarük görərək 
öz zəfər bayrağı ilə  İrəvan tərəfə  hərəkət etdi. Əvvəl qızılbaş qoşunu ilə 
Qarababada dava edib, onu 
 
  
 64


məğlub etdi. Ondan sonra İrəvana gəlib oranı mühasirəyə aldı və bir azdan sonra 
şəhərə yürüş etdi, amma bir iş görə bilmədi. Bu çəkişmədə çoxlu adam həlak 
oldu. Nəhayət, İrəvanı tutmaqda aciz qaldı. Məqsədə yetişmədən geriyə dönmə 
təbilini vurdurub, yenidən Tiflisə gəldi. 
 
SÜVARİ GENERALI TORMASOVUN 
QAFQAZDA SƏRDARLIĞI VƏ 
ONUN DÖVRÜNDƏKİ HADİSƏLƏR 
 
1224 (1809)-cü ildə Rusiyanın dövlət başçıları  və  rəisləri tərəfındən süvari 
generalı Tormasov Gürcüstanın sərdarlığına təyin olundu, qraf Qudoviç isə 
Rusiyaya geri çağırıldı. Sərdar Tormasov türklərlə barışıb, çox vaxtlar 
qızılbaşlarla vuruşurdu. O zaman qızılbaşlar Rusiya dövlətinin başçılarını hiylə 
ilə sakit etdilər. 1224 (1809)-cü ildə Məhəmmədəli Mirzə Borçalını çapıb qarət 
etməyə göndərildi. Qızılbaş  sərbazları borçalılara böyük zərər vurub, saysız-
hesabsız qarət  ələ  gətirdilər. Haman ildə  İrəvan sərdarı  Ağa Hüseyn xanı 
valizadələrlə birlikdə Axalsixidən Gürcüstana keçirmək, yenidən fıtnəkarlığı işə 
salmaq məqsədilə onları Gürcüstana göndərdi. Tormasov işdən xəbərdar olan 
kimi Şəmkirdən keçib Sədra körpüsündə dayandı və general-leytenant Pauluççi 
və general Lisaneviçə qoşun verib Ağa Hüseyn xanın müqabilinə - Axalsixiyə 
göndərdi. Bu generallar müzəffər  əsgərləri ilə yola düşdülər. Gecəyarısı zil 
qaranlıqdan istifadə edərək qəflətən qızılbaşlara hücum edib həddən artıq qətl və 
qarət etdilər. Qızılbaşların çoxunu öldürdülər. Qalanlar isə özlərini çox çətinliklə 
fəlakət uçurumundan qurtardılar. Piyadalardan bir hissəsi öz yurdlarına qayıtdı. 
Yolda osmanlı qoşunları onların çoxunu soydu. Çılpaq, ürəkləri, ciyərləri yanmış 
qızılbaşlar çox əzab-əziyyətdən sonra özlərini  İran sərhədinə yetirdilər. Ağa 
Hüseyn xan bu məğlubiyyətdən sonra Qızılbaş dövlətindən utanıb qorxuya düşdü 
və Koroğlu qalasına qaçdı. Bir neçə müddətdən sonra onu inandırıb öz yerinə 
gətirdilər. Həmin il noyabr ayında general-mayor knyaz Orbeliani osmanlı 
əsgərlərini dağıdıb, onun ürəyinə yatan Budi qalasını tutdu. 
 
  
 65


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə