TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   18   19   20   21   22   23   24   25   ...   91

Xalq arasında belə bir danışıq gedirdi: “Ağa deyib ki, rusların top gülləsini əl ilə 
tutub onların üzərinə geri atacağam”. Bəllidir ki, xalq da bu kimi sözlərə tez 
inanırdı... 
Dördüncü səbəb: Gürcüstan valizadəsi Aleksandr Mirzə neçə il idi ki, 
Gürcüstandan gedib İran dövlətinin çörəyini yeyirdi. Xanlardan bir dəstəsi 
şirvanlı Mustafa, qarabağlı Mehdiqulu xan, gəncəli Uğurlu xan Ziyadoğlu və 
şəkili Səlim xanın oğlanları böyük rus dövlətindən üz çevirib İran məmləkətinə 
getmişdilər. Bunların hər birisi yenidən öz vilayətlərinə sahib olmaq üçün fürsət 
gözləyirdi. Fətəli  şah müharibəyə hazırlaşdığı üçün 1242 (1826)-ci ildə  oğlu 
vəliəhd Abbas Mirzəni Tehrana çağırıb məsələni ona dedi və onu ruslarla 
müharibəyə göndərdi. Abbas Mirzə də atasının əmrini yerinə yetirərək dava və 
müharibəyə lazım olan qoşun və  hərbi ləvazimat toplamaq məqsədilə 
Azərbaycana gəldi. Bu şəraitdə Rusiya şahı böyük imperator əlahəzrət Birinci 
Aleksandr Pavloviç vəfat etdi. Onun şahlıq taxtını  əlahəzrət imperator Nikolay 
Pavloviç tutdu. Bu dəyişiklik hər  şeydən artıq dostluq əlaqəsinin kəsilməsi və 
sülh müqavilənaməsinin pozulmasına bəhanə oldu. Vəliəhd Abbas Mirzə dövlət 
başçılarını və inanılmış işbilən adamlarını çağırıb onlarla müşavirə etdi. Dövlət 
başçılarının bəziləri işin axırını pis görərək, ruslarla müharibəyə girişməmək və 
şahı müharibə  əzmindən uzaqlaşdırmaq istəyirdilər. Buna görə  də müharibəyə 
tərəfdar olmayanlar çox anlaqlı  və adlı-sanlı, söz söyləməkdə  məşhur olan 
xəzinəçi Heydərəli xanı Tehrandan pul gətirmək bəhanəsilə və hərbə lazım olan 
şeyləri tədarük etmək məqsədilə Tehrana yola saldılar. 
Bu niyyətlə ki, şahın yanına gedib onu iradə və əzmdən döndərsin. Heydərəli 
xan Tehrana gələndən sonra şahın hüzuruna getdi. Şahla danışan zaman şah 
ondan qoşunun vəziyyətini soruşdu. Heydərəli xan dedi: “Şahənşahın  əmrinə 
görə  vəliəhd ruslarla dava etmək məqsədilə qoşun və  hərbə lazım olan 
ləvazimatın toplanması ilə  məşğul olub ürəkdən  şahın buyruqlarını yerinə 
yetirməkdədir. Yaxşı olardı ki, müharibə elan edilməyəydi. Müharibənin olması 
bir növ xəyanət kimi səslənərdi. Hərgah qibleyi-aləm icazə verərsə, ona bir neçə 
kəlmə deməyə sözüm var”. Şah icazə verdikdən sonra o belə deyir: “Hərçənd 
indi  şahın zəfər qoşununun qabağında heç kəsdə müqavimət üçün qüvvə 
tapılmaz. Müzəffər qoşun hər tərəfə hücum edərsə, fəth və  zəfər su kimi axar, 
qarşıda fəth və qalibiyyət aydın görünər. Heç kəs  əlahəzrətin qüvvəsinin 
qabağında dura bilməz. 
 
  
 72


“Özgəyə  xəyanət etmiş adam özünə  xəyanət etmiş olur”. Lakin sülh 
müqavilənaməsinin Rusiya ilə belə bir vaxtda pozulmasının gələcəyi xoş deyil. 
Dövlət üçün də yaxşı olmaz, çünki rus dövləti qədim bir dövlətdir, davada 
möhkəm olduğu kimi, dostluğu da möhkəm və yumşaqdır, heç kəsin adətilə
dinilə, məzhəbilə  işi yoxdur. Heç kəsə  əziyyət və  əzab vermək üçün onu təqib 
etmir. Məxsusən bu vəziyyətdə sülhü pozmaq üçün heç vaxt dostluğa zidd 
hərəkətlər onlardan baş verməmişdir.  Şahları  vəfat etmiş  və yeni şah yerində 
əyləşmişdir. Bu vəziyyəti nəzərə almalıyıq və bundan vaxtın tələbinə görə  iş 
görməliyik, əgər belə bir zamanda bizdən onlara qarşı dostluq münasibətinə zidd 
bir iş baş verərsə, xalq bunu vaxtsız və müvəffəqiyyətsiz bir əməl hesab edər. Bu 
isə  şahlıq məfkurəsinə  və adətinə zidd olan bir qaydadır”. Fətəli  şah bu sözü 
eşidən kimi haman saat özündən çıxıb qəzəbləndi. 
Kiçik oğlu Qoçəli xan həmişə  əlində qaşdaşla bəzənmiş  qılıncla atasının 
yanında durardı. Şah öz rəyinin əksinə məsləhət verən, ona xain çıxan Heydərəli 
xanın boynunu vurmağı oğluna əmr etdi. 
Böyüklər bu barədə belə demişlər: “Sultanın rəyinin ziddinə  rəy demək, öz 
qanınla öz əlini yumaq deməkdir”. 
Qoçəli xan Heydərəli xanın boynunu vurmaq istərkən  şah tamahkar 
olduğundan onu öldürməyə qoymayıb dedi: 
- Əgər Heydərəli xan ölümdən xilas olmaq istəsə, öz qanı bahasını verib xilas 
ola bilər. 
Heydərəli xan şahın xasiyyətinə bələd idi, bilirdi ki, çox pulgirdir. Ona görə 
də  əvvəlcədən yüz dənə  əşrəfi hazırlamışdı. Cəld onları  şaha rüşvət verib azad 
oldu. Ondan sonra Heydərəli xan şahın arzusuna və meylinə müvafiq söhbətə 
başlayıb dedi: “Hər cür siz məsləhət görsəniz düzü də odur, qüsursuzu da. İkinci 
dəfə vəliəhd Abbas Mirzəyə fərman verildi ki, şahın rəyinə və əmrinə əsasən tez-
liklə  sərbaz, atlı, top və  zənburəkxanadan ibarət qoşun hazırlayıb Qarabağa 
ruslarla dava etmək məqsədilə yola düşsün. Fərmanda qeyd edilmişdi: “Bu illər 
müddətində bizim sülh müqavilənaməsində bir çox səhvlər olmuşdur. Bu fasilə 
zamanında biz bir çox ölkələri tuta bilərdik, Qafqaz sərhədinə kimi fəth edə 
bilərdik”. 
 
F ə r d: 
 
Əqlimizin sözünə baxdıqda bir şey əldə etmədik. 
Hanı o eşq ki, biz onun vasitəsilə şah olaq. 
 
  
 73


QOŞUNUN QARABAĞ TƏRƏFƏ VƏ 
DİGƏR YERLƏRƏ GETMƏSİ 
 
Demək lazımdır ki, o zaman vəliəhd Abbas Mirzəyə xidmət edən türk 
(azərbaycanlı) piyada qoşununa, eləcə də şaha xidmət edən İraq piyada qoşununa 
canbazlar
1*
 deyirdilər. 
Xülasə Heydərəli xan aydın xəbər və  fərmanla Tehrandan qayıtdı. Abbas 
Mirzə qoşunu və ordusunu gözdən keçirib hərbə lazım olan şeyləri yerbəyer 
edərək bir neçə tərəfdən Qafqaza qoşun göndərdi. Türk (azərbaycanlı) əsgər, atlı 
və topdan ibarət olan altmış minlik bir qoşunu Abbas Mirzə özü ilə götürüb, 
Qaradağ, Müşk-ənbər və Gülənbər yaylaq yolu ilə Qarabağa yola düşdü. 
İkinci dəstə Xoy, Səlmas,  Əfşar və Urmiya atlı  və piyadalarından ibarət 
qoşunu sərdar Əmir xan və qarabağlı Mehdiqulu xanla Naxçıvan və Sisyan dağ 
yolu ilə Şuşa qalasının üzərinə göndərdi. 
Qacar  əmirlərindən birisi olan sərdar  İbrahim xan şirvanlı Mustafa xanla 
birlikdə İraq qoşunu və Cahardolu atlılarından ibarət böyük bir dəstə ilə Şirvanat 
tərəfə yola düşdü. İrəvanlı sərdar Hüseyn xanı və Sarı Aslan adı ilə məşhur olan 
qardaşı Həsən xanı, Gürcüstan valisi Aleksandr Mirzə ilə birlikdə Tiflis tərəfinə 
təyin etdi. Qarakilsədə  Pənbək və  Şuragül tərəfindən knyaz Sivaralidze ilə 
vuruşmağa başladılar. Habelə talış Mir Həsən xan öz qoşunu və vilayətinin hərbi 
qüvvələrilə Lənkəran və Ərkivana, Hüseyn xan Şəkili (Səlim xanın oğlu) qardaşı 
Hacı xanla Nuxa tərəfə, Ziyadoğlu Uğurlu xan Gəncə tərəfə yollandılar. Bunların 
hər birisi on-on beş min qoşunla müharibəyə hazır olmaq bayrağını ucaldaraq 
Gəncə vilayətini tutmağa yola düşdülər. Rus dövlət başçıları bu xəbərin 
yayılmasına baxmayaraq, qızılbaşların sülhü səbəbsiz pozub müharibəni 
başlamalarına inanmırdılar. Belə bir dövrdə knyaz Menşikov adı ilə məşhur olan 
böyük və inanılmış adam elçi sifətilə yeni padşahı tanıtdırmaq, dostluq əlaqəsini 
möhkəmlətmək, sülh və səmimiyyəti artırmaq xatirəsinə Tehrana yola düşdü. 
Knyaz Menşikov həzrətləri imperator tərəfindən Fətəli  şah üçün bir büllur 
taxt gətirdi. Knyaz Menşikovun mütərcimi olan Şahmirxan Bəylərov da elçi ilə 
bir yerdə Tehrana gəldi. Bu elçilər Uçana yetiş- 
 
 
 
 
 
                                                 
*
 

Canı ilə oynayanlar və ya canından keçənlər 
 
 
 74


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə