TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   9   10   11   12   13   14   15   16   ...   91

Məhəmməd bəy Ağa Məhəmməd xanın başını  Məhəmməd Rəfi bəyin 
yaxın adamı ilə Balakənə İbrahim xana göndərdi. Həmin xan da onun başını 
bir  əyləncə kimi valinin tamaşasına çıxartdı. Molla Pənahın yazdığı  şeri 
burada verməyi münasib gördük. 
 
N e z m: 
 
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!  
Ruzigara qıl tamaşa karə bax, kirdarə bax!  
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,  
Hökmi-adil padişahi-qadiri-qəhharə bax... 
 
Ağa Məhəmməd xanın ölüm tarixini tarix
1*
 sözündən hesab edirlər. 
Məhəmməd xanın  şahlığı on iki il davam etmişdir. O çox acıqlı, qaniçən, qan 
tökməkdə  rəhmsiz, qorxmaz adamlara qarşı kin saxlayan idi, kimsəyə  rəhm 
etməzdi. Buna görə də vaxtının çoxunu ovda və eyş-işrət məclislərində keçirərdi. 
Evdə olan zaman isə qan tökmək və tənbeh üçün bəhanə axtarardı, xacə olmasına 
baxmayaraq, gözəllərə meyli və həvəsi çox idi. Belə deyirlər ki, Nemətulla onun 
belə rəftarını görüb haqqında bir şeir demişdi. Bəzi rəvayətə görə, bu beyt Ağa 
Məhəmməd  şah Qacar üçün yox, Abbas Mirzənin oğlu Məhəmməd  şah üçün 
deyilmişdir. 
Ş e i r (sətri tərcümə): 
 
O padşahın adını doxsan iki gördüm. 
Onun qəlbi kinlə dolu olduğu üçün
Pulunu qiymətsiz gördüm. 
Əlli beş yaşı var, 
Hamısını da müharibədə keçirmişdir. 
Ömründən otuz altı keçdikdə 
Ağır dərdlərə düçar gördüm... 
 
Bir dərvişin dediyinə görə, bu şeir Mədətov və Paskeviçin Şəmkir (Şamxor) 
və Gəncədə etdikləri müharibəyə aiddir: 
 
Min iki yüz qırxıncı ildə  
İranın halına ağlamaq lazımdır. 
                                                 
*
 
1
 
Tarix - əbcəd hesabilə Hicri 1211 (1797)-ci ile bərabərdir. 
 
  
 
 44


İbrahim xan ağa Məhəmməd xanın qətl xəbərini eşitdikdən sonra oğlu 
Mehdiqulu ağanı Qarabağa göndərdi. Bir azdan sonra onun ardınca böyük oğlu 
Məhəmmədhəsən ağanı da yola saldı. Özü də bir neçə həftədən sonra Qarabağa 
gəldi və burada hökuməti əlinə aldı. Qarabağ hakimi Məhəmməd bəy hakimliyi 
dövründə Molla Pənah ilə öz arasında olan ədavətə görə, fürsətdən istifadə 
edərək, Molla Pənahı oğlu ilə birlikdə qətlə yetirdi. 
Belə  nəql edirlər ki, Molla Pənahı  oğlu ilə bir yerdə apardıqları vaxt oğul 
atasından soruşur: 
- Ata! Bizi haraya aparırlar?  
Atası cavabmda demişdi: 
- Bizi o yerə aparırlar ki, çoxlarını biz ora göndərmişik. 
 
Q i t e (sətri tərcümə): 
 
İsa yol üstündə düşmüş bir ölü gördü, 
Təəccüb edərək barmağını dişlədi. 
Dedi: əyər öldürməsəydin öldürülməzdin, 
Səni öldürən də öldürüləcəkdir. 
Ta ki, başqası sənin qanını yumraqla tökməsə. 
 
İRAKLİ XANIN VƏFATI, GEORGİ XANIN  
TİFLİSDƏ VƏ GÜRCÜSTANDA VALİLİYİ 
 
Vali  İrakli xan Tiflis hadisəsindən sonra birbaşa Tiflisə daxil olmayıb, 
əvvəlcə Kaxetiyada özünə bir mənzil seçib, orada yaşayırdı. O, iki ildən sonra
yəni 1213 (1798)-cü ildə vəfat etdi. Bu fani dünyadan əbədi dünyaya köçdü. 
İrakli xanın vəfatından sonra onun böyük oğlu və  vəliəhdi Georgi xan 
atasının yerində valilik vəzifəsinə keçdi. O biri qardaşları atalarının yerinə 
Georgi xanın keçməsinə razı deyildilər, çünki onlar bir anadan idilər, Georgi xan 
isə ayrı anadan olmuşdu. 
Hərəsi bir yandan inadlıq və itaətsizliyə başlayıb, onunla ədavət və 
düşmənçilik edirdilər. Onlardan Aleksandr Mirzə Qazax, Borçalı və Şəmsəddin 
mahalına kimi olan yerləri zəbt etdi. İstər Aleksandr Mirzə, istərsə o biri 
qardaşlar Georgi xanı saymırdılar, ona yaxın da 
 
  
 45


gəlmirdilər. Georgi xan, nəhayət, məcbur olub kömək üçün Dağıstandan muzdla 
qoşun gətirdi. O, ləzgi qoşununun və Kaxet əhlinin köməliyə Göyçəyə  gəlib, 
Kəsəmən qışlağına keçərək Qazax torpağına daxil oldu. 
Aleksandr Mirzə müqavimətə tab gətirə bilməyib, Qarabağ vilayətinə getdi. 
Buradan da Qızılbaş vilayətinə yollandı. Vali Qazax və Borçalı mahallarının 
fitnə-fəsadla məşğul olan nadinc adamlarını  tənbeh edib, onların xoş arzulara 
çatmasına imkan vermədi. 
Oradan qoşunu Kars və onun nahiyələrini qarət etmək üçün göndərdi. Qoşun 
da həmin yerləri soyub tarac edəndən sonra onun yanına qayıtdılar. Bali oradan 
geri qayıdıb, Tiflisə gəldi. 
 
RUSLARIN QAFQAZ VİLAYƏTLƏRİNƏ KEÇMƏSİ, 
ŞƏHƏRLƏRİN ALINMASI, QIZILBAŞLARLA 
MÜHARİBƏ VƏ SAİRƏ HAQQINDA 
 
İbrahim xan yüksək rütbəyə çatıb hakimiyyətini möhkəmləndirdikdən sonra 
ölkədəki düşmənləri tənbeh etməyə, onları  cəzalandırmağa başladı.  İranda Ağa 
Məhəmməd şahın yerinə Fətəli şah adı ilə məşhur olan onun qardaşı oğlu Sərdar 
Baba xan şahlığa keçdi. O öz hakimiyyətinə qarşı çıxanları və başqa düşmənləri 
cəzalandıraraq tabe etdi. 
Baba xan hakimiyyətdən dəm vuran Sadıq xan Şəqaqiyə  və  Cəfərqulu xan 
Dünbiliyə qalib gəldi və düşmənlərin çoxunu məhv etdi. 
Qarabağlı İbrahim xan bu hazırlıqların və müharibələrin Qarabağ üstündə baş 
verdiyini bilirdi. Çanağın da öz başında çatlayacağını, Fətəli  şahın onu asudə 
qoymayacağını bilirdi. O, uzaqgörənlik edərək Fətəli şahla qohum olmaq fikrinə 
düşdü və onun bütün narazılıqlarını aradan qaldırmaq məqsədilə qanbahası 
olmaq üçün oğlu  Əbülfət xanla qızı  Ağabəyimi Fətəli  şahın yanına Tehrana 
göndərdi. Özünün şəxsən şah sarayına gedə bilməməsini isə qocalığı, zəifliyi və 
xəstəliyi ilə izah etdi. 
Gürcüstan valisi Georgi xan xalqına və ailəsinə düşmən olan İrandan, 
Türkiyədən və Dağıstandan ehtiyat edirdi. Həmçinin o, qardaşlarının hələ çoxdan 
bəri davam edən  ədavətindən də qorxaraq, 1213 (1798)-cü ildə böyük oğlu 
Davud Mirzəni yalvarış dolu bir ərizə 
 
  
 46


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə